Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə39/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
1   ...   35   36   37   38   39   40   41   42   ...   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 73 
 
göstəricilərində  kənd  əhalisinin  payının  azalması 
kəndlərin  demoqrafik  inkişafında  problemlərin 
yaranmasını  əks  etdirir.  Ölkənin  kənd  əhalisinin 
təbii  artımı  azalmaqla  yanaşı,  şəhərlərə  miqrasi-
yalar da artır. Lakin təbii artımın əsas demoqrafik 
prinsiplərinə  uyğun  olaraq  şəhər  əhalisi  uzun 
müddət  ərzində  yüksək  templə  arta  bilmir  və  ya-
xın illərdə azalma özünü göstərə bilər.  
Ölkənin demoqrafik inkişafında gedən pro-
seslər  nəticəsində  əhalinin  cins  tərkibində  qadın-
ların sayının üstünlüyü tədricən aşağı düşür. 1990-
cı  ildə  hər  1000  kişiyə  1048  qadın  düşürdüsə, 
2000-ci ildə bu göstərici 1046, 2005-ci ildə 1032, 
2010-cu  ildə  1019-a  enmişdir.  Nəticədə  ölkədə 
kişilər  və  qadınların  sayı  bərabərləşmə  ərəfəsin-
dədir, çox güman ki, bu, yaxın bir neçə ilə baş ve-
rə  bilər.  Artıq  1999-cu  ilə  nisbətən  2009-cu  il  si-
yahıyaalmasının nəticələrinə görə, Culfa, Sədərək, 
Şahbuz, Abşeron, Ağcabədi, Beyləqan, Daşkəsən, 
Göygöl,  Qəbələ,  Quba,  Masallı,  Saatlı,  Şabran, 
Şəmkir,  Tovuz  rayonlarında  kişilərin  sayı  qadın-
lardan  çox  olmuşdur  [Azərbaycan  Respublikası 
əhalisi 2009-cu il,  2010]. 
ƏDƏBİYYAT 
Azərbaycanın əhalisi – 2013. 2014. DSK, Bakı. 
Azərbaycanın əhalisi – 2012. 2013. DSK, Bakı. 
Azərbaycanın  demoqrafik  göstəriciləri  -  2012. 
2013. DSK, Bakı.   
Azərbaycanın  statistik  göstəriciləri  -  2011. 
2012. DSK, Bakı. 
Azərbaycan  Respublikası  əhalisinin  1999-cu  il 
siyahıyaalmasının  yekunları.  I  hissə.  Əhalinin  sayı, 
cins-yaş tərkibi. 2000. DSK, Bakı. 
Azərbaycan  Respublikası  əhalisinin  2009-cu  il 
siyahıyaalmasının  yekunları.  I  hissə.  Əhalinin  sayı, 
yerləşməsi,  cins,  yaş  tərkibi  və  nikah  vəziyyəti.  2010. 
DSK, Bakı. 
Azərbaycan Respublikasının coğrafiyası. II cild. 
2013. Bakı, 501 s. 
EMİNOV  Z.N.  2005.  Azərbaycanın  əhalisi. 
Çıraq, Bakı.   
MEHRƏLİYEV  E.Q.,  ƏYYUBOV  N.H., 
SADIQOV  M.O.  1988.  Azərbaycan  SSR-də  əhalinin 
məskunlaşması məsələləri. Elm, Bakı, 196 s. 
MEHRƏLİYEV  E.Q.  2003.  Azərbaycan  Res-
publikasında  demoqrafik  proseslərin  regional  təhlili. 
Elm, Bakı, 236 s.  
EMİNOV Z.N. 2008. Azərbaycanın kənd təsər-
rüfatında  və  torpaqlardan  istifadənin  strukturunda  baş 
verən dəyişikliklər. AMEA-nın “Xəbərlər”i, “Yer elm-
ləri” seriyası, № 4, s.70-75.   
ƏFƏNDİYEV V.Ə., EMİNOV Z.N. 2013. Mü-
asir dövrdə Azərbaycanda kənd əhalisi və kənd yaşayış 
məntəqələrinin  inkişaf  xüsusiyyətləri.  “Azərbaycanda 
coğrafiya  elminin  inkişafı”  mövzusunda  respublika 
elmi konfransı. BDU, s. 153-157. 
ТЕНДЕНЦИИ РАЗВИТИЯ И ПУТИ 
РЕГУЛИРОВАНИЯ ЕСТЕСТВЕННОГО 
ПРИРОСТА СЕЛЬСКОГО НАСЕЛЕНИЯ 
АЗЕРБАЙДЖАНА 
З.Н.Эминов  
Долгое время в республике основным источ-
ником  роста  численности  населения  был  высокий 
уровень  естественного  прироста  сельского  насе-
ления.  В  60-х  гг.  ХХ  века  его  высокие  показатели 
не только обеспечили высокие темпы роста числен-
ности сельского населения, но и миграционный от-
ток их рабочей силы в города.  
Вес  последующий  период,  особенно  в  годы 
независимости,  снижение  уровня  жизни  привело  к 
резкому  уменьшению  естественного  прироста. 
Поэтому,  города  лишены  основного  источника 
роста  численности  населения,  снижены  темпы 
роста  численности  сельского  населения.  Вместе  с 
тем, нарушена половая структура рождаемости, что 
приводит  к  нарушению  полового  состава  всего 
населения.  Поэтому,  есть  необходимость  регули-
рования  демографической  ситуации  в  стране,  осо-
бенно в селах. В статье  проводятся анализы и раз-
работаны рекомендации в этом направлении. 
TRENDENCY OF DEVELOPMENT AND WAYS 
OF REGULATION OF NATURAL GROWTH OF 
THE RURAL POPULATION OF AZERBAIJAN 
Z.N.Eminov  
  For  a  long  period,  high  natural  increase  rate 
among  the  rural  population  was  the  main  source  for 
population  growth  in  the  country.  In  60s  of  the 
twentieth  century,  high  natural  increase  rate  was 
responsible  for  the  rapid  growth  of  rural  population 
number, and the last process  in its turn provided  mass 
migration of labor forces towards the cities. 
  During the following period, especially in the 
years  of  independence,  fall  of  level  of  living  entailed 
sharp  reduction  in  natural  growth  rate.  Consequently, 
the cities became deprived of the source of population 
growth  due  to  reduction  in  natural  increase  rate  by 
rural  places.  In  the  meantime,  sexual  composition  of 
the  birth  process  is  changed,  which  results  in  un-
desirable change in sex composition of the population. 
Therefore,  it  is  necessary  to  regulate  the  demographic 
situation  in  the  country,  in  particular  among  the  rural 
population. The article deals with the analysis of these 
processes and related appropriate recommendations.
 
 
 
 
 


Coğrafiya və təbii resurslar, №1, 2015 
74                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
© V.Ə.Əfəndiyev  
MÜASİR MƏRHƏLƏDƏ AZƏRBAYCANIN  ŞƏHƏR ƏHALİSİNİN SAYININ DİNAMİKASI 
V.Ə.Əfəndiyev 
Az 1073, Bakı ş., Z.Xəlilov küçəsi, 23 
Bakı Dövlət Universiteti 
Şəhərlərin  inkişafı,  şəhər  əhalisinin  sayı  və  urbanizasiya  səviyyəsi  ölkənin  inkişafının  əsas 
göstəricilərindən biridir. Şəhər əhalisinin sayının artmasına onun iqtisadi və sosial-mədəni bazası, 
yeni iş yerlərinin yaradılması imkanları, təsərrüfat strukturu və burada əməktutumlu sahələrin rolu 
təsir göstərir.  
Müstəqilliyin  ilk  illərində  şəhərlərin  təsərrüfat  obyektlərinin  fəaliyyətində  baş  verən 
geriləmələr, iş yerlərinin azalması, əhalinin həyat səviyyəsinin aşağı düşməsi və miqrasiya axınları 
bu prosesə də öz mənfi təsirini göstərmişdir. Ona görə bir neçə onillik ərzində ölkədə urbanizasiya 
səviyyəsi  dəyişilməz  olaraq  qalmışdır.  Həyata  keçirilən  islahatlar  bu  prosesə  hələlik  zəif  təsir 
göstərir.  Məqalədə  bu  sahədə  yaranan  problemlər  araşdırılmış,  onların  aradan  qaldırılması  isti-
qamətində təkliflər işlənib hazırlanmışdır

Şəhərlər  ölkənin  sosial-iqtisadi  inkişafının, 
təbii  ehtiyatların  mənimsənilməsi  və son  məhsula 
çevrilməsinin,  əhalinin  məskunlaşmasının,  onlara 
müxtəlif səviyyəli sosial-mədəni xidmətlər göstə-
rilməsinin,  məşğulluğun  təmin  edilməsinin  əsas 
mərkəzləridir.  Şəhər  yaşayış  məntəqələri,  əsasən, 
əlverişli  İCM-də  yerləşməklə  bərabər,  az  vaxtda 
inkişaf  edərək  yerləşdiyi  ərazinin  coğrafi  mövqe-
yinin  dəyişməsinə  gətirib  çıxarır,  ətraf  ərazilərin 
sosial-iqtisadi və demoqrafik inkişafında həlledici 
təsirə  malik  olur.  Bu  mənada  şəhərlərin  sosial-
iqtisadi inkişafının nizamlanması, onların təsərrü-
fat strukturunun təkmilləşdirilməsi, sosial, ekoloji 
problemlərin  həll  edilməsi,  əhalinin  mədəni-məi-
şət  təminatının  yüksəldilməsi  vacib  vəzifə  kimi 
qarşıda durur. 
Azərbaycanın  regionlarında  təsərrüfatın 
müasir  strukturu,  yeni  yaşayış  məntəqələrinin sa-
lınması,  onların  əsasında  şəhərlər  şəbəkəsinin 
formalaşması  XX  əsrin  30-cu  illərindən  başlan-
mışdır.  Əsrin  ikinci  yarısından  sonra  bu  proses 
daha  intensiv  getmişdir.  Bu  dövrdən  başlayaraq 
sənayeləşmə  prosesində  Bakı,  Gəncə,  Şəki,  Nax-
çıvan kimi  mövcud şəhərlərlə yanaşı, regionlarda 
yeni  sənaye  mərkəzləri  yaradılmışdır.  Bu  zaman 
Sumqayıt,  Mingəçevir,  Şirvan,  Yevlax    şəhər-
lərinin,  onlarla  kiçik  və  ortaölçülü  məntəqələrin 
şəhərlərə  çevrilməsi  regionlarda  sənaye  sahələ-
rinin  yaradılmasına  və  inkişafına,  əhalinin  bu 
məntəqələrdə  cəmlənməsinə  imkan  vermişdir.  Bu 
mərkəzlər  kənd  əhalisinin  rayon  mərkəzləri  ilə 
yanaşı, şəhərlərdə toplanmasına səbəb olur, şəhər 
əhalisinin sayı sürətlə artırdı. 
Kiçik və orta şəhərlərin sosial-iqtisadi inki-
şafı  istehsalın,  qeyri-istehsal  sahələrinin,  xidmət 
sahələrinin inkişafından, yerli təbii-iqtisadi poten-
sialdan  istifadə  edilməsi  səviyyəsindən  asılıdır. 
Bu qrup şəhərlərin potensial inkişafının əsasını tə-
bii,  iqtisadi,  sosial  və  elmi-texniki  imkanlardan 
istifadə təşkil edir. Onlarda əhalinin toplanmasına 
göstərilən  sosial-mədəni  xidmətlərin  təşkili,  iş 
yerləri  ilə  təminat,  rekreasiya  potensialından  isti-
fadə əsas əhəmiyyətə malikdir [Əfəndiyev, 2002].  
Azərbaycanda  şəhərlərin  inkişafı  və  şəhər 
əhalisinin sayının dinamikası müstəqillik illərində 
ciddi şəkildə dəyişmişdir. Bu dövrdə əhalinin təbii 
artımının  aşağı  düşməsi,  kəndlərdən  və  ətraf  ra-
yonlardan  şəhərlərə  olan  miqrasiyaların  azalması, 
şəhərlərin  iqtisadi  bazasının  zəifliyi  ilə  əlaqədar 
onun  demoqrafik  potensialını  saxlaya  bilməməsi, 
ətraf  regionlardan  olan  miqrantları    qəbul  etmək 
imkanının  olmaması  şəhər  əhalisinin  sayının  zəif 
templə  artmasına,  bir  çox  məntəqələrdə  hətta 
azalmasına  gətirib  çıxarmışdır.  Bu  prosesə  ölkə-
nin sərhəd rayonlarının işğalı da əhəmiyyətli təsir 
göstərmişdir.  Keçid  dövrünün  çətinlikləri  ilə  əla-
qədar  şəhərlərdə  mövcud  olan  sənaye,  nəqliyyat, 
xidmət  obyektlərinin  əksəriyyətinin  fəaliyyəti 
zəifləmiş və ya tamamilə dayandırılmışdır.  
Bazar  iqtisadiyyatı  münasibətlərinə  keçid 
şəraitində  Azərbaycanın  rayonlarının  təsərrüfatı 
və əhalisi, əvvəllər olduğu kimi, mərkəzləşmiş in-
vestisiya qoyuluşu imkanlarına malik olmamışdır. 
Əksər  şəhərlərdə  sənaye  sahələri  aşağı  texnoloji 
təchizata malikdir, istehsal fondlarının fəal hissəsi 
yüksək  dərəcədə  aşınmaya  məruz  qalmışdır.  Ona 
görə bazar iqtisadiyyatı şəraitində rəqabətə davam 
gətirə  bilmir.  Bunlar  isə  istehsal  əlaqələrinin 
pozulmasına gətirib çıxarmışdır, elektrik, istilik və 
başqa  istehsal  xərclərinin  ödənilməsində,  nəqliy-
yat  və  rabitə  xidmətlərinin  göstərilməsində  prob-
lemlərə  səbəb  olmuşdur.  Mərkəzləşmiş  maliyyə 
vəsaitlərinin  az  ayrılması  şəraitində  onlarda  sə-
naye  istehsalı  tənəzzülə  uğramış,  sosial  sferanın 
şəbəkəsinin  yenidən  qurulmasında  problemlər 
yaratmışdır.  


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə