Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə50/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
1   ...   46   47   48   49   50   51   52   53   ...   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 91 
 
© R.N.Kərimov
 
LƏNKƏRAN-ASTARA İQTİSADİ-COĞRAFİ RAYONUNDA KƏND MƏSKUNLAŞMASI VƏ 
ONUN DAVAMLI İNKİŞAFI PROBLEMLƏRİ 
R.N.Kərimov 
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu 
Az1143, Bakı, H.Cavid prosp., 115 
Lənkəran-Astara  iqtisadi-coğrafi  rayonunun  demoqrafik  inkişafında  kənd  məskunlaşması 
mühüm  rol  oynayır.  İqtisadi  rayonda  kənd  əhalisinin  sıxlığı  nisbətən  yüksək  və  eyni  zamanda, 
qeyri-bərabərdir.  Azərbaycanın  xarici  ölkə  ilə  həmsərhəd  olan  regionu  kimi  Lənkəran-Astarada 
kənd  yaşayış  məntəqələrinin  demoqrafik  potensialının  saxlanması  və  gücləndirilməsi  zəruri  mə-
sələlərdən  biridir.  Məqalə  kənd  əhalisinin  və  kənd  yaşayış  məntəqələrinin  ərazi  üzrə  səmərəli 
məskunlaşdırılmasına,  kənd  məskunlaşmasının  regional  davamlı  inkişaf  problemərinə  həsr 
olunmuşdur. Müəllif kəndlərin perspektiv inkişafı ilə bağlı müvafiq təkliflərini irəli sürür. 
Azərbaycanda  əhalinin  məskunlaşma  siste-
mində  kənd  yaşayış  məntəqələrinin  mühüm  rolu 
vardır.  Kənd  əhalisi  Azərbaycanın  inzibati  rayon 
mərkəzlərinin  demoqrafik  inkişafını  təmin  edən 
resurs  mənbəyidir.  Əhalinin  təbii  təkrar  istehsalı, 
insan resursları ilə təminatın və demoqrafik poten-
sialın  güclənməsi  baxımından  kənd  rayonlarının 
sosial-iqtisadi  və  demoqrafik  inkişafı  ölkə  üçün 
böyük əhəmiyyətə malikdir (Геокчайский, 1986). 
Kənd  əhalisi  doğum,  təbii  artım,  fertillik  əmsalı 
göstəricilərinə  görə  şəhər  əhalisindən  üstün  olur. 
Ekoloji  cəhətdən  təmiz  ərazilərdə  inkişaf  edən 
kənd  yaşayış  məntəqələri  sağlam  gənc  nəslin 
formalaşmasında  mühüm  rol  oynayır.  Eyni  za-
manda,  kəndlərin  inkişafı  dağlıq  ərazilərin  mə-
nimsənilməsinə,  dağlıq  rayonların  davamlı  de-
moqrafik  inkişafına  zəmin  yaradır  (Karimov, 
2013). 
Azərbaycanın  kənd  məskunlaşması  siste-
mində  Lənkəran-Astara  iqtisadi  rayonu  mühüm 
rol oynayır. Bu region kənd əhalisinin sayına görə 
(2013-cü ildə 644,8 min nəfər) Azərbaycanın iqti-
sadi rayonları arasında üçüncü yeri tutur. Ölkənin 
kənd  əhalisinin  15%-i  bu  iqtisadi  rayonun  sakin-
ləridir.  Kənd  əhalisinin  sıxlığına  görə  isə  (1  kv. 
km-də  106  nəfər)  Lənkəran-Astara  ölkənin  regi-
onları arasında birinci yerdədir.  
Rütubətli subtropik və mülayim-isti iqlimin 
yayıldığı, məhsuldar, münbit torpaqların geniş in-
kişaf  etdiyi,  məskunlaşma  üçün  əlverişli  düzən, 
dağətəyi və dağlıq sahələrin mövcud olduğu Lən-
kəran-Astara  iqtisadi-coğrafi  rayonu  ötən  əsrin 
ikinci yarısından etibarən bir sıra kənd təsərrüfatı 
məhsullarının  istehsalı  üzrə  ixtisaslaşsa  da,  regi-
onda  sənayeləşmə  və  urbanizasiya  prosesləri  nis-
bətən  ləng  getmişdir.  Nəticədə  ümumi  əhali  ara-
sında  kənd  sakinləri  xeyli  üstün  olmuşlar.  Kənd 
əhalisi  sürətlə  artsa  da,  kənd  sakinlərinin  bir 
hissəsi  uzun  müddət  sakin  olduqları  ərazini  tərk 
edərək  paytaxt  Bakıya  və  hətta  xarici  ölkələrə 
miqrasiya etmişlər. Uzun müddət ərzində iqtisadi 
rayonda kənd əhalisinin xüsusi çəkisi, demək olar 
ki,  dəyişməmiş,  1989-cu  ildə  74,2%  idisə,  2009-
cu ildə 75,0% təşkil etmişdir. 
Lənkəran-Astara iqtisadi-coğrafi rayonunda 
iri  kənd  yaşayış  məntəqələrinə  (əhalisi  5-8  min 
nəfər  və  daha  çox)  geniş  rast  gəlinsə  də,  son  si-
yahıyaalma materialları əsasında apardığımız mü-
qayisəli  araşdırma  göstərir  ki,  kəndlərin  orta  bö-
yüklüyünə görə bu region ölkənin digər regionları 
arasında beşinci yeri tutur.  
İqtisadi  rayon  ərazisində  kəndlər  qeyri-bə-
rabər paylanmışdır və kənd əhalisinin sıxlığı müx-
təlifdir (Əziziov, 2009). Apardığımız araşdırmalar 
göstərir  ki,  regionda  daha  böyük  kəndlər  Bakı-
Astara  magistral  yolunun  və  eyniadlı  dəmir  yolu 
xəttinin əsasən sağ tərəfində, dəniz sahilindən 20-
30 km məsafədə yerləşir. İqtisadi rayonun qərb və 
cənub-qərbinə doğru getdikcə, o cümlədən Hirkan 
meşəsindən  qərb  istiqamətində  düzənlik  yaşayış 
məskənləri  dağ  kəndləri  ilə  əvəz  olunur.  Alçaq 
dağlığa  doğru  onların  sayı  azalmır  və  ya  kəskin 
dəyişmir, lakin böyüklüyü nəzərəçarpacaq dərəcə-
də kiçilir. Lerik ərazisində rayon mərkəzinə yaxın 
yerləşən  kəndlər  digər  kəndlərə  nisbətən  daha 
böyük olmaları ilə seçilirlər. Oxşar vəziyyət Yar-
dımlı  rayonunda  da  müşahidə  edilir.  Qızılağac 
körfəzi  sahilləri  bataqlıqlardan  və  qamışlıqlardan 
ibarət  olmaqla,  məskunlaşma  prosesinin  olduqca 
zəif  getməsi  ilə  səciyyələnir.  Dağlıq  ərazilərdə 
kənd əhalisinin sıxlığı aşağıdır. Yardımlı şəhərin-
dən qərbdə kənd əhalisinin sıxlığının yenidən cüzi 
artması müşahidə olunur. Regionun Masallı rayo-
nu  hissəsində  kənd  əhalisinin  sıxlığı  maksimuma 
çatır (2013-cü ildə 1 kv. km-də 244 nəfər). Astara 
rayonu  da  kənd  əhalisinin  nisbətən  sıx  olması  (1 
kv.km-də  112  nəfər)  və  həm  də  kənd  əhalisinin 
digər  rayonlarla  müqayisədə  ərazi  üzrə  nisbətən 
bərabər  paylanması  ilə  fərqlənir.  Kənd  əhalisinin 
sıxlığı ən az Yardımlıda (82 nəfər/km
2
) və Lerik-


Coğrafiya və təbii resurslar, №1, 2015 
92                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
də  (65  nəfər/km
2
)  müşahidə olunur. Bu iki rayon 
ərazisi  daxilində  kənd  əhalisinin  sıxlığı  təxminən 
eynidir,  əhalinin  sayına  görə  kəndlər  arasındakı 
fərqlər  də  azdır.  Lənkəran  rayonunda  (85  nə-
fər/km
2
)  Qızılağac  körfəzinin  sahilləri  də  nəzərə 
alınmaqla, əhalinin sıxlığı nisbətən aşağıdır, əhali 
ərazi üzrə olduqca qeyri-bərabər paylanmışdır. İn-
zibati  rayonun  qərb  hissəsində  sıxlıq  şərqə  nis-
bətən xeyli aşağıdır. 
Lənkəran-Astara  iqtisadi  rayonunun  kənd 
yaşayış məntəqələrinin sayı son 40 ildə artmışdır. 
1970-ci ildə kəndlərin sayı 605 idisə, 1999-cu ildə 
638, 2009-cu ildə isə 643 olmuşdur. Son siyahıya-
alma materiallarına əsasən, Lerik rayonu ən çox – 
161 sayda kənd yaşayış məntəqəsinin olduğu ərazi 
vahididir. Sonrakı yerləri 117 kəndlə Cəlilabad və 
105  kəndlə  Masallı  rayonları  tutur.  Astara  rayo-
nunda  89  kənd,  Yardımlı  rayonunda  87  kənd, 
Lənkəranda  isə  83  kənd  mövcuddur.  1970-2009-
cu  illərdə  kəndlərin  sayı  Lerikdə  155-dən  161-ə, 
Lənkəranda  78-dən  83-ə  yüksəldiyi  halda, 
Cəlilabad rayonunda 122-dən 117-yə enmişdir. 
  Son  siyahıyaalma  materiallarına  əsasən, 
Lənkəran-Astarada  kəndlərin  orta  böyüklüyü  962 
nəfərdir. Region kəndlərin orta böyüklüyünə görə 
yalnız Aran, Naxçıvan, Gəncə-Qazax və Şəki-Za-
qatala iqtisadi rayonlarından  geri  qalır.  Kəndlərin 
orta  böyüklük  göstəricisi  Masallıda  1583  nəfər, 
Lənkəranda  isə  1481  nəfər  olmaqla,  bu  iki  ra-
yonda  daha  çoxdur.  Müvafiq  göstərici  Cəlilabad 
rayonunda  1166,  Astarada  824,  Yardımlıda  592, 
Lerikdə isə ən az – 418 nəfər təşkil edir. 
Son  onilliklər  üzrə  olan  statistik  mate-
riallarının  müqayisəli  təhlili  göstərir  ki,  iqtisadi 
rayonda  əhalisi  200  nəfərə  qədər  olan  kəndlərin 
sayının  azalması  prosesi  müşahidə  edilir.  Son 
illərdə isə bu proses daha da sürətlənmişdir. Buna 
əsas  səbəb  həmin  qrupa  aid  olan  kəndlərin 
böyüməsidir.  Bununla  bərabər,  dağlıq  ərazilərdə 
kəndlərin  yox  olması  təhlükəsi  də  vardır.  Əhalisi 
200 nəfərdən az olan belə kəndlər daha çox qonşu 
dövlətlə  həmsərhəd  Lerik  və  Astara  rayonların-
dadır. Ümumiyyətlə, iqtisadi rayonda 200 nəfərə-
dək sakini olan kəndlərin sayı 130-a yaxındır.  
İqtisadi  rayonda  əhalisi  200-500  və  500-
1000  nəfər  olan  kəndlər  üstünlük  təşkil  edir. 
Ümumilikdə kəndlərin 50%-dən artığı bu qrupdan 
olan  kəndlərin  payına  düşür.  Xüsusən  Cəlilabad 
və  Yardımlı  rayonlarında  kəndlərin  böyük  əksə-
riyyətinin əhalisi 200-1000 nəfər arasındadır.  
Xəzərsahili  ərazidə  və  ya  ona  yaxın  yerlə-
şən  kənd  yaşayış  məntəqələri  bir-birilərinə  çox 
yaxın  yerləşirlər  və  kənd  aqlomerasiyalarını  for-
malaşdırırlar. İri kənd qrupları yaradan çoxlu say-
da  kəndlərin  əhalisi  3-5  min  nəfərdən  6-8  min 
nəfər  (Ərçivan,  Boladı,  Kolatan,  Separadi,  Ma-
musta,  Girdəni,  Vilvan,  Şağlaser  və  s.)  arasında 
dəyişir.  Eyni  zamanda,  alçaq  dənizsahili  düzən-
liklərdə  əvvəllər  kənd  olmuş  bir  neçə  yaşayış 
məntəqəsi qəsəbəyə çevrilmişlər.  
Regionun kənd yaşayış məntəqələrinin inki-
şafında, əhalisinin sayının artmasında kənd sakin-
lərinin  məşğul  olduğu  bitkiçilik  və  heyvandarlıq 
sahələrinin, bəzən isə kiçik emal və xidmət müəs-
sisələrinin mühüm rolu vardır.  
İqtisadi rayonun yaşayış üçün daha əlverişli 
sayılan  düzən  əraziləri  məhdud  olsa  da,  sürətlə 
artan  kənd  əhalisinin  ehtiyaclarının  ödənilməsi 
üçün  yeni  ərazilər  mənimsənilməkdədir.  Masallı, 
Lənkəran, Astara kimi rayonlarda kənd əhalisinin 
mühüm  gəlir  mənbəyi  olan  bitkiçiliyin  müxtəlif 
sahələri  inkişaf  etdirilir.  İqtisadi  rayonun  kənd 
yaşayış  məntəqələri  tərəvəzçilik,  subtropik 
meyvəçilik, çayçılıq, kartofçuluq, üzümçülük və s. 
sahələr  üzrə  ixtisaslaşmışlar.  Dağlıq  rayonlarda 
(Lerik  və  Yardımlı)  əsas  təsərrüfat  sahəsi  hey-
vandarlıq  olan  kəndlər  yayılmışdır.  Sahilyanı 
kəndlərdə  balıqçılıq  inkişaf  edir.  Nisbətən  böyük 
kəndlərdə şitilliklər, quşçuluq təsərrüfatları inkişaf 
etdirilir. 
Region  üçün  nisbətən  məhdud  və  yığcam 
həyətyanı  sahəsi  olan  kəndlərin  yayılması  da  sə-
ciyyəvidir.  Bu  kəndlər  əsasən  tərəvəzçilik,  bağ-
çılıq kimi sahələr üzrə ixtisaslaşmışlar. Lənkəran, 
Astara  və  Masallı  rayonlarında  və  rayon  mərkəz-
lərinin ətrafında əhalisi əsasən tərəvəzçiliklə məş-
ğul olan, nisbətən böyük, morfoloji cəhətdən digər 
yaşayış  məntəqələrindən  fərqlənən  kəndlər  daha 
çoxdur. 
Lənkəran-Astaranın kənd əhalisinin dinami-
kasının  təhlili  artım  tempinin  azaldığını  göstərir 
(cədvəl 1). 
1999-2009-cu  illər  ərzində  kənd  əhalisi 
9,8% artmışdır. Bu artım əvvəlki onilliyin (1989-
1999-cu illər) müvafiq göstəricisi (25,7%) ilə mü-
qayisədə xeyli aşağıdır. Kənd əhalisinin artımı da-
ha  çox  Lerik  (18,6%)  və  Yardımlı  (13,4%) 
rayonlarında qeydə alınmışdır.   
İqtisadi rayonun kənd sakinlərinin Azərbay-
canın  kənd  əhalisi  arasındakı  xüsusi  çəkisi  cüzi 
artmışdır.  Əgər  1979-cu  ildə  Lənkəran-Astaranın 
kənd  əhalisinin  sayı  ölkənin  kənd  əhalisinin 
13,2%-i qədər idisə, müvafiq göstəricilər 1989-cu 
ildə  13,9%,  1999-cu  ildə  14,5%,  2009-cu  ildə isə 
14,8% olmuşdur. Kənd əhalisinin rayonun ümumi 
əhalisi  arasındakı  xüsusi  çəkisi  şəhər  və  qəsəbə-
lərin  nisbətən  çox  olduğu  Lənkəran  rayonunda 
daha aşağı – 59,7%-dir, Cəlilabadda 70,9%, Asta-
rada 77,0%, Masallıda 84,3% olduğu halda, Yar-


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə