Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə49/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
1   ...   45   46   47   48   49   50   51   52   ...   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 89 
 
qabiliyyətinin  gücləndirilməsi  və  ölkənin  ixrac 
potensialının artırılması üzrə tədbirlərin görülməsi 
və s. daxildir.  
İnvestisiyaların  optimal  idarə  edilməsi  ba-
zar  strukturlarının  optimal  idarə  edilməsi  proble-
minin  prioritetli  istiqamətlərindən  biri  kimi  qiy-
mətləndirilməlidir. Tədqiqatlar göstərir ki, bu mə-
sələnin optimal həlli nəticə etibarilə ümumi daxili 
məhsulun  həcminin  artmasına,  geniş  təkrar  isteh-
sal prosesinin sürətlənməsinə, optimal istehsal və 
qeyri-istehsal  strukturlarının  yaradılmasına  səbəb 
olur.  İnvestisiyaların  bölüşdürülməsi  məsələsi 
çoxmərhələli  iqtisadi  proses  olduğundan,  onun 
reallaşmasını  dinamik  proqramlaşdırma  xarakterli 
məsələ kimi tədqiq etmək daha düzgündür [4]. Bu 
məqsədlə  yerli  və  xarici  investorların  diqqətini 
regionlara  yönəltmək  və  regionların  problemləri-
nin  həllini  ön  plana  çəkmək  məqsədilə  “Azər-
baycan  Respublikası  regionlarının  sosial-iqtisadi 
inkişafı  Dövlət  Proqramı  (2004-2008  və  2009-
2013-cü  illər)”  qəbul  olunmuşdur.  Keçən  müddət 
ərzində regionların sosial-iqtisadi inkişafı ilə bağlı 
bir sıra tədbirlər görülmüş və artıq müəyyən müs-
bət nəticələr əldə edilmişdir. Lakin bu istiqamətdə 
əldə  edilmiş  nailiyyətlərlə  yanaşı,  öz  həllini 
tapmayan müəyyən problemlər hələ də qalmaqda-
dır. 
Belə ki, Dövlət Proqramının realizə edilmə-
sinə  baxmayaraq,  regionlara  ayrılan  investisiya-
ların ümumi həcmi Bakı şəhərinə ayrılan investi-
siyaların  həcmindən  bir  neçə  dəfə  azdır.  Respub-
likamıza  2012-ci  ildə  qoyulmuş  əsas  kapital 
investisiyanın  64,8%-i  Bakı  şəhərinin  payına 
düşdüyü  halda,  iqtisadi-coğrafi  rayonlar  üzrə  bu 
göstərici  35,2%  olmuşdur  ki,  bu  da  regionların 
qeyri-bərabər inkişaf etməsinə səbəb olmuşdur. 
Cədvəl 1 
Azərbaycan Respublikasının əsas sosial-iqtisadi göstəriciləri 
Mənbə: Azərbaycanın regionları, 2013. ARDSK
 

Buna  baxmayaraq,  bazar  iqtisadiyyatı  prinsiplə-
rinə  əsaslanan  respublikamızda  həyata  keçirilən 
məqsədyönlü  tədbirlər  nəticəsində  ölkədə  daya-
nıqlı makroiqtisadi sabitlik təmin edilmiş və iqti-
sadi artıma nail olunmuşdur. Azərbaycan Respub-
likası  Dövlət  Statistika  Komitəsinin  məlumatları-
 
2000 
2008 
2009 
2010 
2011 
2012 
Əhalinin sayı, 
min nəfər 
8081 
8436,4 
8730.3 
8997,6 
9111,1 
9356,5 
Əhalinin gəlirləri, 
mln. manat 
4047,3 
20735,4 
22601,1 
25607,0 
30524,6 
34723.9 
Əhalinin hər nəfərinə 
düşən gəlirlər, manat 
510,5 
2378,3 
2560,4 
2866,1 
3371,7 
3784.3 
Ümumi daxili məhsul
cəmi, mln. manat 
əhalinin hər nəfərinə, manat 
4718,1 
665,1 
40137,2 
4603,7 
35601,5 
4033,2 
42465,0 
4753,0 
52082,0 
5752,9 
53995,0 
5884,5 
Dövlət büdcəsinin gəlirləri, 
mln. manat 
714,6 
10762,7 
10325,9 
11403,0 
15700,7 
17281,5 
Dövlət büdcəsinin xərcləri, 
mln. manat 
764 
10774,2 
10503,9 
11765,9 
15397,5 
17416,5 
Sənaye məhsullarının 
ümumi həcmi, mln. manat 
3639,5 
29773,3 
22563,6 
27978,2 
35026,9 
34565,0 
Əsas kapitala yönəldilən 
investisiyalar, mln. manat 
967,8 
9944,2 
7724,9 
9905,7 
12799,1 
15407,3 
Xarici ticarət dövriyyəsi, 
mln. ABŞ dolları, 
o cümlədən: 
ixrac 
idxal 
2917,3 
 
1745,2 
1172,1 
54926,0 
 
47756,0 
7170,0 
20824,5 
 
14701,4 
6123,1 
27960,8 
 
21360,2 
6600,6 
36326,9 
 
26570,9 
9756,0 
33560,9 
 
23908,0 
9652,9 
İqtisadiyyatda məşğul 
olanların sayı, min nəfər 
3855,5 
4215,5 
4271,7 
4329,1 
4375,2 
4445,3 
İşsizlərin сəmi, 
min nəfər 
514,7 
262,2 
260,2 
258,3 
250,9 
243,1 


Coğrafiya və təbii resurslar, №1, 2015 
90                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
na  əsasən,  2000-2012-ci  illər  ərzində  ÜDM  11,4 
dəfə,  pərakəndə  əmtəə  dövriyyəsi  8,3  dəfə,  əha-
liyə  göstərilən  pullu  xidmətlər  12,2  dəfə,  xarici 
ticarət  dövriyyəsi  11,5  dəfə,  dövlət  büdcəsinin 
gəliri  24,1  dəfə,  xərcləri  isə  22,7  dəfə  artmışdır. 
2000-ci ildə idxal və ixrac arasındakı fərq +573,1 
mln.  manat,  2006-cı  ildə  +1105,5  mln.  manat, 
2012-ci ildə isə +14255,1 mln. manat təşkil etmiş-
dir. İqtisadi inkişafda mühüm rolu olan investisiya 
qoyuluşlarının həcmi isə 2000-2012-ci illər ərzin-
də 15,9 dəfə artmışdır ki, bu da 1,2 dəfə orta illik 
artım deməkdir [2].   
Azərbaycanda  hazırda  mövcud  olan  xarici 
investisiyaların vəziyyəti, müxtəlif sahələrə inves-
tisiya  qoyuluşlarını  həyata  keçirən  ölkələrin  araş-
dırılması  fəaliyyətdə  olan  şirkətlər  və  ölkəmiz 
üçün  əhəmiyyətli  olmaqla  yanaşı,  investisiya  ya-
tırmaq fikrində olan digər ölkələr üçün də önəm-
lidir. 
Birbaşa  yatırılan  xarici  investisiyalar,  bir 
tərəfdən,  müəssisələrin  maliyyə  vəsaitlərinin  ye-
tərsizliyinin  aradan  qaldırılmasını  təmin  edər,  öl-
kəyə  müasir  texnologiya  və  avadanlıqların  gəti-
rilməsi  rəqabətədavamlı  istehsalın  yaradılmasına 
yardımçı olar, digər tərəfdən, yeni qurulan müəs-
sisələrdə ölkə vətəndaşları işlə təmin edilər, onla-
rın bazar iqtisadiyyatına söykənən iş prinsiplərinə 
uyğunlaşmasına köməkçi olar və təcrübələri artar. 
Azərbaycanın investisiya siyasətini və onun 
perspektiv  istiqamətlərini  müəyyən  etmək  üçün 
aşağıdakı  vəzifələrin  yerinə  yetirilməsini  daha 
məqsədəuyğun hesab etmək olar: 
-
 
investisiya  qoyuluşunun  prioritet  istiqa-
mətlərini  müəyyən  etmək  üçün  qiymətləndirilmə 
meyarları sisteminin hazırlanması; 
-
 
regionların  davamlı  inkişafının  təmin 
edilməsi istiqamətlərinin müəyyən edilməsi və in-
vestisiya qoyuluşuna konseptual yanaşmanın əsas-
landırılması; 
-
 
regionlarda  tarazlı  iqtisadi  inkişafa  nail 
olmaq  üçün  investisiya  qoyuluşu  strukturunun 
təkmilləşdirilməsi; 
-
 
xarici  ölkə  təcrübəsinə  əsaslanmaqla 
Azərbaycanda  invesrtisiya  mühitinin  təkmilləşdi-
rilməsi  və  regional  inkişaf  proqramlarının  işlənib 
hazırlanması.  
ƏDƏBİYYAT 
1.
 
Allahverdiyev H.B., Məmmədov Z.T. İnves-
tisiya proseslərinin tənzimlənməsi. Bakı; 2003, 71 s. 
2.
 
Azərbaycanın  regionları,  2013.  Azərbaycan 
Respublikasının Dövlət Statistika Komitəsi. Bakı; 9 №-
li kiçik müəssisə, 2013. 780 s. 
3.
 
Bağırov D., Həsənli M. Maliyyə. Bakı; İqti-
sad Universiteti, 2011. 384 s. 
4.
 
Bayramov  C.F.  İqtisadi  artım  göstəricilə-
rinin  optimallaşdırılması  (ümumi  daxili  məhsul  və  in-
vestisiya timsalında). Avtoreferat. Bakı; 2007. 27 s. 
5.
 
Bölek U.E. Аzərbаycаn və Türkiyə arasında 
investisiya  əməkdаşlığının  inkişаfı  problemləri.  Avto-
referat. Bakı; 2014. 32 s. 
6.
 
Hacızadə E.M., Abdullayev Z.S. Neft təsər-
rüfatının  iqtisadi  strukturunun  modernizasiyası.  Bakı; 
Elm, 2003, 512 s. 
7.
 
İmrani Z.T. Azərbaycan Respublikasının in-
vestisiya  mühitinin  təhlili.  Azərbaycan  Coğrafiya  Cə-
miyyətinin əsərləri, XIV cild. Bakı; 2009. s. 151-155. 
ИНВЕСТИЦИОННАЯ ПОЛИТИКА 
АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ И ЕЕ 
ПЕРСПЕКТИВНЫЕ НАПРАВЛЕНИЯ 
З.Т.Имрани 
За последние годы, в результате проводимой 
в  Азербайджанской  Республике  целенаправленной 
политики,  наблюдался  рост  объема  вложенных  в 
экономику страны инвестиций как за счет внутрен-
них  ресурсов,  так  и  посредством  иностранных  до-
норов.  Но  в  условиях  ры-ночной  экономики  есть 
большая  потребность  в  подготовке  комплексного 
плана  мероприятий  для  направления  инвестиций  в 
более перспективные отрасли хозяйства и создания 
эффективной  стратегии  управления,  способной 
обеспечить этот рост. Именно с этой точки зрения, 
в  статье  изучены  инвестиционная  политика  Азер-
байджанской  Республики и ее перспективные нап-
равления,  изложены  научно  обоснованные  резуль-
таты рекомендательного характера. 
INVESTMENT POLICY OF THE REPUBLIC OF 
AZERBAIJAN AND ITS FUTURE DIRECTIONS 
Z.T.İmrani 
In  recent  years,  as  a  result  of  deliberate  policy, 
pursued  in  the  Republic  of  Azerbaijan,  has  been  ob-
served the increase of the volume of investments in the 
economy  of  the  country  from  internal  resources,  as 
well  as  invested  by  foreign  donors.  But  in  a  market 
economy  there  is  a  great  need  to  prepare  a  com-
prehensive  action  plan  to  direct  investments  in  more 
promising  sectors  of  the  economy  and  to  create  an 
effective  management  strategy  able  to  provide  this 
growth.  From  this  point  of  view,  in  this  paper  are 
studied  the  investment  policy  of  the  Republic  of 
Azerbaijan  and  its  promising  directions.  Scientifically 
proved results of advisory nature are also presented. 
 
 
 
 
 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə