Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə57/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
1   ...   53   54   55   56   57   58   59   60   ...   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 105 
 
 
Meliorativ  durumu  qeyri-kafi  qiymətləndi-
rilən  bu  torpaqlar  əsasən  Şabran  rayonu  ərazi-
sindədir.  Bu  torpaqların  meliorativ  durumunu 
daha  da  yaxşılaşdırmaq  üçün  ciddi  aqrotexniki 
tədbirlər  görülməlidir.  Xüsusilə  kanallarda  və  su-
tutarlardakı  sızmaların  qarşısının  alınması,  dren 
şəbəkəsinin  genişləndirilməsi  və  suvarmada  mü-
asir  üsullardan  istifadə  edilməsi  vacib  şərtlərdən-
dir. 
Son dövrdə  rayon ərazisində Taxtakörpü su 
anbarının tikilməsi və onun suyunun bir hissəsinin 
beton  örtüklərlə  Ceyranbatan  istiqamətinə  yönəl-
dilməsi  bu  baxımdan  təqdirəlayiq  addımdır.  Ab-
şeron  yarımadası  istiqamətində  Ceyranbatan  su 
anbarına  qədər  uzunluğu  111,4  km  olan  kanalın 
bir çox hissələrdə qapalı su ötürücülərindən ibarət 
olması  Ceyranbatan  suyunun  müxtəlif  çirklənmə 
mənbələrindən,  o  cümlədən  magistral  yoldan  ke-
çən avtomobillərin buraxdığı zərərli maddələrdən, 
həmçinin  buradakı  torpaqları  su  sızdırmasından 
qoruması  ekoloji  baxımdan  vacib  şərtlərdəndir. 
Həmçinin  bu  müasir  irriqasiya  sisteminin  hesa-
bına  Bakı  və  Sumqayıt  şəhərlərinin  içməli  su 
təchizatını  2  dəfəyə  qədər  (40  m
3
/san.),    mövcud 
suvarılan  ərazilərin  sahələrini  isə  xeyli  artırmaq 
mümkün olacaqdır. 
Bütün  bu  müsbət  göstəriciləri  ilə  yanaşı, 
mövcud  su  qurğusunun  ekoloji  baxımdan  müəy-
yən  problemləri  də  mövcuddur.  Belə  ki,  tikinti 
zamanı  relyef  strukturunun  pozulması  açıq-aydın 
görünür.  Bütün  bu  fəsadları  aradan  qaldıraraq 
ərazinin  ilkin,  təbii  landşaftının  bərpası  və  yaşıl-
laşdırılması, yaxınlıqdakı Şabran şəhərinin əhalisi 
və  eləcə  də  turizmin  inkişafı  üçün  gözəl  istirahət 
zonasına çevrilməsi daha münasib olardı. İstər göl 
sularının  sızması,  istərsə  də  suvarma  sahələrinin 
artması  ilə  qrunt  sularının  səviyyəsinin  qalxması 
nəticəsində  torpaqların şoranlaşmasının  qarşısının 
alınması  üçün  müasir  suvarma  texnologiyasından 
istifadə etmək vacibdir.   
 
Torpaqların  keyfiyyət  parametrlərinin  pis-
ləşməsinə meliorativ durumla yanaşı, torpaq örtü-
yündə baş verən eroziya prosesləri də güclü mənfi  
 
Şəkil 3.  Ərazinin eroziyaya uğrama dərəcəsi 
(min ha-la) 
3-cü  şəkildən  göründüyü  kimi,  tədqiqat  sa-
həsində  mövcud  torpaq  ehtiyatlarının  46,3%-i 
(370  min  ha)  müxtəlif  dərəcədə  eroziyaya  məruz 
qalmışdır. Bunun da xeyli hissəsi - 106,1 min hek-
tarı  isə  daha  qorxulu,  şiddətli  dərəcədə  eroziyaya 
məruz qalmış torpaqlardır.  
Eroziyaya  uğrama  dərəcələri  rayonlar  üzrə 
də müxtəlifdir. Məsələn, Şabran rayonunun torpaq 
ehtiyatlarının yarıdan çoxu (50,1%) eroziyaya uğ-
ramış  torpaqlardır.  Quba  rayonunda  bu  göstərici 
49%,  Qusar  rayonunda  61,9%, Xaçmaz  rayonun-
da isə nisbətən az - 36,2%-dir.   
İstifadədə  olan  torpaqların  digər  ekoloji 
problemlərindən biri də onların uzun müddət mo-
nokultur  şəkildə  istismarının  nəticəsində  təbii 
münbitliyinin  kəskin  şəkildə  pisləşməsidir.  Belə 
ki, kənd təsərrüfatı dövriyyəsində olan torpaqların 
yalnız 113 min hektarı (29,2%) I aqroistehsal qru-
punda  və  ya  yüksək  keyfiyyət  qrupunda  yer  al-
mışdır,  bunun  da  15,3  min  hektarı  kənd  təsər-
rüfatına  yararlı  həyətyanı  sahələr  kimi  istifadəçi-
lərə  paylanmışdır.  Təəssüf  ki,  bu  sahədə  səriştə-
sizlik,  maddi  imkanın  zəifliyi,  intensiv  becərilmə 
və  zəif  aqrotexniki  qulluq  üzündən  onların  daha 
aşağı  keyfiyyət  qrupuna  transfer  olunması  gün-
bəgün  sürətlənir.  Belə  ki,  ümumi  əkin  sahəsinin 
64,9  min  hektarı  II,  21,3  hektarı  isə  III  qrupa 
transfer  olunmuşdur.  Hazırda  tədqiqat  sahəsində 
təqribən  146  min  hektar  kəndyanı  örüş  torpaq-
larının  uzunmüddətli  qaydasız  istifadə  edilməsi 
nəticəsində  torpaq  örtüyü  orta,  aşağı  və  hətta 
yararsız  torpaqlara  doğru  transfer  etməkdədir. 
Şübhəsiz  ki,  gələcəkdə  torpaqların  münbitlik 
xassələrinin  pisləşməsinin  qarşısı  vaxtında  və 
lazımi  qaydada,  aqromeliorativ  tədbirlərlə  alın-
mazsa, bu proses daha da intensivləşəcəkdir.  
Ümumiyyətlə,  respublikanın  digər  bölgələ-
rində  olduğu  kimi,  burada  da  torpaq  örtüyündə 
baş  verən  neqativ  hallara  qarşı  kompleks  müba-
rizə  tədbirlər  proqramının  işlənib  hazırlanmasına 
və həyata keçirilməsinə ciddi zərurət yaranmışdır. 
Bitki  örtüyü.  Ərazidə  istirahət  zonasında 
istifadə  olunan  bitki  örtüyü  sahələri  daha  çox 
dəyişikliyə məruz qalmışdır. Hazırda burada təbii 
meşə  örtüyünün  cüzi  bir  hissəsi  qalmışdır. 
Əvəzində  isə  onun  yerini  mədəni  landşaft  tipləri 
tutmuşdur.  Buradakı  «Yalama  palıdlığı»  respub-
likanın  qiymətli,  unikal  meşələrindən  sayılır. 
Apardığımız çöl tədqiqaqtları zamanı ərazinin hər 
yerində  insan  fəaliyyətinin  təsiri  nəticəsində  ilkin 
meşəliklərin böyük dəyişikliyə uğramasının şahidi 
olduq. Nəticədə buradakı mədəni landşaftlarla ya-
naşı, törəmə  tipli  bitki  örtüyündən  ibarət  meşələr 
geniş yayılmışdır.  
Ərazidə  aparılmış  müşahidə  və  ədəbiyyat 
materiallarının  (Q.Ş.  Məmmədov,  M.Y.  Xəlilov 
2002.)  əsasında  deyə  bilərik  ki,  istər təbii,  istərsə 
də  antropogen  dəyişilməyə  torpaq  örtüyündən 


Coğrafiya və təbii resurslar, №1, 2015 
106                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
sonra  bitki  örtüyü  daha  çox  məruz  qalmışdır.  Bu 
səbəbdən  də  ərazinin  alçaq  dağlıq  və  dağətəyi 
hissəsində  təbii-coğrafi  mühit  komponentlərinin 
ekoloji  dəyişilmə  sxemini  –  torpaq→bitki  →  su 
→ hava  istiqamətində  olduğu  qənaətinə  gəlmək 
olar. 
   
 
  Şəkil 4. “Xəzər” turizm bazası yanında antropogen 
təsir nəticəsində dəfələrlə seyrəlmiş meşə sahəsi 
Məlum  olduğu  kimi,  Xəzərin  sahilində 
Ümumittifaq  kurort  zonasının  yaradılması  barədə 
keçmiş  SSRİ  hökuməti  1983-cü  ilin  mayında  qə-
rar qəbul etmişdi. Qərarda Yalama-Nabran kuror-
tunun  da  yaradılması  nəzərdə  tutulmuşdu.  Həqi-
qətən də, buranın olduqca gözəl təbii-coğrafi şəra-
iti bu baxımdan əvəzedilməzdir.  
Azərbaycan  Respublikası  müstəqillik  əldə 
etdikdən  sonra  Azərbaycan  Prezidentinin  fərmanı 
ilə bu işlər daha sürətlə həyata keçməyə başladı və 
buradakı  müasir  kurortların  ətrafındakı  22  min 
hektar  meşə  sahəsi  də  kurortların  istifadə  balan-
sına  keçirildi.  Onun  da  ən böyük  hissəsini  sahəsi 
15,2  min  hektar  olan  Yalama-Nabran    meşələri 
tutur. Qeyd etdiyimiz kimi, bu meşələr törəmə tip-
li olub, palıd meşələrinin yerində əmələ gəlmişdir. 
 
Şəkil 5. Xəzərin sahilində çoxsaylı istirahət 
mərkəzlərindən biri – Atlant 
Təəssüf  ki,  ərazidə  ekoloji  gərginlik  bura-
nın  rekreasiya  imkanlarından  istifadədən  sonra 
daha da intensivləşməyə başladı. Belə ki, son illər 
bu  zonada    sahibkarların  inşa  etdikləri  onlarla 
irili-xırdalı istirahət mərkəzlərinin tikintisi zamanı 
100 hektarlarla meşə və əkin sahələri yox edilmiş 
və  onun  yerində  yaşayış    korpusları,  çimərliyi 
əvəz  edən  böyük  hovuzlar  və  digər  istirahət 
obyektləri tikilmişdir.  Meşənin  daxilində  aparılan 
tikinti  işləri  təkcə  ağacların  qırılmasına  təhlükə 
yaratmır,  həmçinin  inşa  edilmiş  hovuzlardan  və 
kanalizasiya  sistemi  olmayan  yaşayış  və  əyləncə 
mərkəzlərindən  torpağa  buraxılan  çirkab  suları, 
hidrogeoloji şəraitindən asılı olaraq, bəzi yerlərdə 
səthə  çıxaraq  ərazini  bataqlıqlaşdırmış,  ekoloji 
şəraiti daha da gərginləşdirmişdir (şəkil 5). Bura-
da  da  müvafiq  qabaqlayıcı  tədbirlərin  görülməsi-
nin vaxtı çoxdan çatmışdır. 
Tədqiqat  ərazisində  ekoloji  cəhətdən  güclü 
pozulmuş landşaftlara Sitalçay, Yaşma ərazilərin-
dəki  yarımsəhra  kompleksində  yaranan  şoranlıq-
lar, şoranlıq-bataqlıqlar və güclü eroziyaya məruz 
qalmış  alçaq  dağlığın  ətək  hissələri  daxildir.  Bu-
rada istər antropogen, istərsə də təbii amillərin tə-
sirilə  baş  verən  güclü  dəyişilmələr  nəticəsində 
arid  komplekslərdə  quru-çöl  və  yarımsəhra  land-
şaftlarında  səhralaşma  ocaqlarına  da  rast  gəlinir. 
Bu hallara ən çox alçaq dağlığın düzənlə birləşən 
ətəklərində  təsadüf  edilir.  Bu  cür  proseslərin 
qarşısını  almaq  üçün  kompleks  meliorativ,  xü-
susilə  fitomeliorativ  tədbirlərə  ciddi  fikir  vermək 
lazımdır.  Vaxtilə    akademik  H.Əliyevin  gərgin 
əməyi ilə burada salınmış iynəyarpaq terras meşə-
lərinin  sahəsi  genişləndirilməli,  əvvəllər  salınmış 
meşələrə isə diqqət daha da artırılmalıdır.  
Atmosferin  çirklənməsi.  Tədqiqat  ərazi-
sində  biosferi  -  torpaq,  bitki  örtüyü  və  atmosferi 
çirkləndirən  əsas  amillərdən  biri  və  ən  başlıcası 
avtomobil  nəqliyyatıdır.  Avtomobillər  həmçinin 
havanın oksigenini ən aktiv sürətdə sərf edən nəq-
liyyat növüdür. Orta hesabla avtomobil nəqliyyatı 
əhalinin  sərf  etdiyindən  10  dəfələrlə  çox  oksigen 
sərf edir. Tədqiqat sahəsindən sutkalıq intensivliyi 
günbəgün  artan  Bakı-Rusiya  sərhədi  (M-1)  ma-
gistral yolu keçir. Məhz bu nəqliyyat vasitələrinin 
hesabına biosferin aktiv zonasına, o cümlədən tor-
paq və bitkilərin üzərinə birbaşa xeyli və aramsız 
zəhərli maddələr daxil olur. Tədqiqatçılar tərəfin-
dən  müəyyən  edilmişdir  ki,  daxiliyanma  mühər-
riklərindən atmosferə 200-dən artıq zərərli maddə 
atılır  ki,  onların  da  əsasları  aşağıdakı  cədvəldə 
verilir (S.A.  İsayev və b., 2003). 
Cədvəl 1 
Avtonəqliyyatın əsas tullantılarının tərkibi (1 
ton benzinə görə  kq-la) 
Tullantı komponentləri 
Miqdarı  
Karbon oksidi 
395,0 
Azot oksidi 
20,0 
Kükürd oksidi 
1,6 
Karbohidrogenlər  
34,0 
Aldehidlər, üzvi turşular 
1,4 
Bərk hissəciklər (his, qurum) 
2,0 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə