Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə60/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
1   ...   56   57   58   59   60   61   62   63   ...   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 111 
 
radiusudur,  orta  kvadratik  səhvlə  təyin  edilir). 
FAQS  şəbəkəsinə  istinad  edilməklə  VQS  (yük-
səkdəqiqli geodeziya şəbəkəsi) qurulur. VQS həm 
peyk geodeziyası metodları ilə təyin edilmiş yeni 
məntəqələrdən,  həm  də  mövcud  astronomik-geo-
deziya şəbəkəsinə daxil olan köhnə məntəqələrdən 
ibarət  ola  bilər.  Eyni  zamanda,  şəbəkənin  yeni 
fraqmenti  peyk,  eləcə  də  ənənəvi  yerüstü  me-
todlarla  qurula  bilər.  Burada  əsas  meyar  ondan 
ibarətdir ki, məntəqələrin yeri müxtəlif metodlarla 
təyin  edilsə  də,  alınan  nəticələrin  dəqiqliyi  bir-
birinə uyğun gəlsin.  
Peyk  texnoloqiyasının  geniş  istifadəsi  ilə 
əlaqədar  normal  yüksəkliklərin  təyin  edilməsi 
problemi  də  yeni  şəkil  alır  (Годжаманов,  2013). 
Doğrudur,  bu,  olduqca  geniş  bir  problem  olub, 
xüsusi tədqiqatlar tələb edir. Bununla belə, müasir 
geodezik  təminat  sisteminin  qurulmasına  aid 
proqram  çərçivəsində  yüksəkliklərin  təyini  ilə 
bağlı xüsusi tövsiyələrin verilməsi vacibdir. Çünki 
yüksəklik  komponenti  olmadan  geodezik-karto-
qrafik təminat sistemi tam sayıla bilməz.  
 Azərbaycan  Respublikasında  təsərrüfat  fə-
aliyyətinin  vacib  tərəflərindən  biri  də  Xəzər 
dənizinin  ölkəmizə  məxsus  iqtisadi  sektorunda 
neft-qaz  yataqlarının  kəşfiyyatı,  işlənməsi  və  is-
tifadəsindən  ibarətdir.  Odur  ki,  bu  işlərin  bütün 
mərhələlərdə  (naviqasiya,  kəşfiyyat  işlərinin  apa-
rılması zamanı obyektlərin koordinatlarının təyini, 
kəşfiyyat    nöqtələrinin  naturaya  çıxarılması  və 
sairə)  geodezik-kartoqrafik  təminatı  olduqca  va-
cibdir.  Təcrübə  göstərir  ki,  dənizdə  aparılan 
işlərin  geodezik  təminatı  zamanı  yerinə  yetirilən 
əsas  təyinetmələr  geodezik  kəsdirmələrdən  iba-
rətdir.  Geodezik  kəsdirmələr  ellipsoid  üzərində 
yerüstü  geodeziya-naviqasiya  sistemləri  ilə, 
fəzada  isə  GPS  peyk  naviqasiya  systemlərinin 
müşahidəsindən  həyata  keçirilir.  Lakin  çox  ehti-
mal  ki,  ən  optimal  variant  kombinələnmiş    kəs-
dirmələr variantıdır və onların həlli hər iki ölçmə-
informasiya  mənbəyindən  birgə  istifadəni  tələb 
edir. 
DGŞ-nin  yenidən  qurulması    və  təkmilləş-
dirilməsinə dair layihə hazırlanarkən  ilk növbədə 
ölkə ərazisində koordinat sistemlərinin (KS) yara-
dılmasının  nəzəri  əsasları  və  onun  digər  ölkələr-
dəki  KS-lərlə  əlaqəsini  təmin  edən    məsələlər 
araşdırılır. Burada referens ellipsoidin düzgün se-
çilməsi  olduqca  vacibdir  (Годжаманов,  2012). 
Qeyd  edək  ki,    çoxsaylı  referens  ellipsoidlər  və 
onlarla bağlı olan KS-lərdən istifadə adi maraqdan 
irəli  gəlmir,  onlar  məhdud  ərazilərdə  Yerin  real 
fiqurunu  ümumyer  ellipsoidinə  nəzərən  daha 
düzgün ifadə etdiklərinə görə tətbiq tapırlar.  
Referens-ellipsoid  geodeziya  ölçmələrinin 
hesablanmasında istifadə edilən əyrixətli geodezik 
koordinatlar  sisteminin  çox  vacib  elementidir. 
Hal-hazırda  AR-də  istifadə  edilən  böyük  həcmdə 
geodezik və kartoqrafik informasiyalar: koordinat 
kataloqları,  müxtəlif  miqyaslı  xəritələr  və  s. 
Krasovski ellipsoidinə bağlanmışdır. Ona görə də 
indiki  mərhələdə  AR-də  kartoqrafik  sənədlərin, 
mühəndisi  planalmalar  və  s.,  işlərdə  vərəsəliyi, 
yəni ardıcıllıq yolu ilə yeni sistemə keçidin təmin 
edilməsi  üçün  əvvəlki  referens  ellipsoidin  –  Kra-
sovski  ellipsoidinin  saxlanılması    məqsədəuyğun-
dur.  Bununla  belə,  bu  ellipsoidə  əsasən  təyin 
edilmiş  KS-nin  digərləri  ilə,  xüsusilə  də  peyk 
təyinetmələrində  istifadə  edilən  WGS-84  və  PZ-
90-la əlaqələrinin həm nəzəri, həm də təcrübi ba-
xımdan yaxşı öyrənilməsi çox vacibdir.  
Koordinat sistemi yaradılarkən tək aidetmə 
ellipsoidinin  parametrlərini  seçmək  kifayət  deyil-
dir,  həmçinin  ellipsoidi  Yerin  bətnində  müəyyən 
istiqamətdə  səmtləşdirmək  lazımdır.  Klassik  ya-
naşmada  səmtləşdirmək  üçün  əsas  geodezik  baş-
lanğıclar (ƏGB) adlanan parametrlərdən və yaxud 
daxili  oriyentirləmə  elementlərindən  istifadə 
edilirdi.  Lakin  indiki  dövrdə  ƏGB  parametr-
lərindən  istifadə  aktual  deyil,  çünki  Yerin  süni 
peyklərinin  (YSP)  müşahidəsi  ilə  bilavasitə 
ümumyer  ellipsoidinin  səmtləşdirmə  parametrlə-
rini  təyin  etmək  və  onun  Yer  planeti  bətnində 
səmtləşməsini təmin etmək mümkündür.  
Bununla  belə,  DGŞ-nin  hansısa  bir  mən-
təqəsini  başlanğıc  seçmək  məsləhətdir.  Bu  mən-
təqə  bütün  kateqoriyalı  yüksəkdəqiqli  şəbəkələrə 
(İGS,  FAQS,  YGŞ,  PGŞ-1,  AGŞ)  daxil  olmaqla 
yanaşı,  başqa  KS-lərlə  əlaqənin  yaradılmasında 
istifadə  edilə  bilər.  Bu  məntəqə,  eyni  zamanda, 
AR  ərazisinin  coğrafi  mərkəzinə  yaxın  yerləş-
məklə  seysmik  baxımdan  sakit  rayonda  və  əsas 
geoloji  dərinlik  qırılmalarından  əhəmiyyətli  də-
rəcədə aralıda yerləşərsə, daha düzgün olardı. 
Koordinatların  təyini  üçün  peyk  texnolo-
giyasından  istifadə,  geodinamik  məsələlərin  qlo-
bal  miqyasda  həlli,  Azərbaycanın  müxtəlif  bey-
nəlxalq  geodezik  layihə  və  proqramlarda  işti-
rakının  təmini  tələb  edir  ki,  DGŞ  məntəqələrinin 
koordinatları  dövlət  referens  KS  ilə  yanaşı, 
ümumyer  geosentrik  koordinat  sistemində  təyin 
edilsin və yaxud bu sistemə gətirilsin. Ona görə də 
AR ərazisində həm ümumyer (məsələn, WGS-84), 
həm  də  referens  koordinat  sisteminin  (məsələn, 
KS-95)  qəbul  olunması  məqsədəuyğundur.  Bu-
nunla belə, bu kimi məsələlərlə bağlı qərar yalnız 
Azərbaycan höküməti tərəfindən qəbul edilə bilər.  
 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə