Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.

səhifə33/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
1   ...   29   30   31   32   33   34   35   36   ...   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
62                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
РУСТАМОВ  С.Г.,  КAШКАЙ  Р.М.  Водные 
ресурсы Азербайджанской ССР. Баку. Элм, 1989. – 
184 с. 
ШИКЛОМАНОВ  И.А.,  ФАТУЛЛАЕВ,  Г.Ю. 
Антропогенные  изменения  стока  реки  Куры.  –Ме-
теорология и гидрология, №8, 1983. – с.71–78. 
ÖZIŞ  Ü.,  ÖZDEMIR  Y.  Turkeys  Transboun-
dary  watercourses  and  the  Euphrates-Tigris  Basin.// 
Transboundary  Waters  and  Turkey.Istambul.  2009.-
pp.21-57. 
D.S.İ.,1995:  Haritali  istatistik  bülteni.  Ankara, 
DSİ Genel Müdürlüğü, n.991-vııı-177, 513s. 
UNDP/GEF.  2013.  Обновленный    TDA  для 
бассейна Кура–Араз.   
UNDP/GEF.  2006.  Исходный  TDA  для  бас-
сейна Кура–Араз. Иран. 
Yıldız Mehmet, Özkaya Mustafa, Gürbüt Atilla, 
Uçar  İsmail.  TurkeySurfase  Water  Patential  and  its 
change  in  time.  //  International  Congress.  River  Basin 
Management.  Volume  I.,  Antalya-Turkey,  2007.-
pp.127-138. 
 
ЕСТЕСТВЕННАЯ И АНТРОПОГЕННАЯ 
ТРАНСФОРМАЦИЯ ГОДОВОГО СТОКА 
Р.АРАКС 
Ф.А.Иманов 
Статья  посвящена  анализу  изменения  го-
дового стока реки Аракс по ее длине. Установлено, 
что начиная с границы Турции и Ирана (с.Сурмалу) 
наблюдается уменьшение стока на 18-23%. В ниж-
нем  бьефе  водохранилища  Аракс  это  уменьшение 
стока  составляет  уже  36-52%.  В  замыкающем 
створе (Саатлы) реки уменьшение стока за весь пе-
риод наблюдения оценивается в 128м
3
/с или 44% и 
за период 1991-2010 гг. в 34.5%. 
 
NATURAL AND ANTHROPOGENIC 
TRANSFORMATION OF ANNUAL RUNOFF OF 
THE ARAZ RIVER 
F.A.Imanov 
It  is  observing  the  anthropogenic  reduction  (18-23%) 
in the annual flow of the Araz (Surmaly) river from the 
beginning  of  Turkey  and  Armenian  borders.  This  re-
duction  is  36-52%  in  the  down    site  of  Araz  water 
reservoir.  Annual  flow  of  Araz  river  in  the  closing 
station  (Saatly  station)  during  the  entire  observation 
period  was  128  m
3
/s  or  44%  reduction  and  34.5%  in 
the 1991-2010 
 
 
 
 
 
 
 
 
 


Coğrafiya və təbii resurslar, №1, 2015 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 63 
 
© M.A.Abduyev 
KİMYƏVİ AXIMIN FORMALAŞMASINA FİZİKİ-COĞRAFİ AMİLLƏRİN TƏSİRİ  
(Azərbaycan Respublikasi daxilində) 
M.A.Abduyev 
AMEA akad. H.Ə. Əliyev adına Coğrafiya İnstitutu 
AZ 1143, Bakı ş., H. Cavid pr., 115 
Məqalədə  Azərbaycanın  dağ  çaylarının  kimyəvi  axımının  formalaşmasına    fiziki-cografi 
amillərin  (geoloji  quruluşun,  torpaq-bitki  örtüyünün,  meşəliliyin,  iqlim  amillərinin,  çayların  su 
rejiminin)  təsiri  təhlil  edilərək,  kimyəvi  axımın  həmin  amillərdən  asılılığı  araşdırılmışdır.  Mü-
əyyən olunmuşdur ki, hövzələrində karst prosesləri yayılmış çayların su sərfləri ilə minerallaşma 
arasındakı  əlaqə  ikiqolludur.  Kimyəvi  axımla  meşəlilik  əmsalı  arasında  tərs  mütənasibliyi 
əksetdirən əlaqə alınmışdır.
 
Giriş 
Kimyəvi axımın formalaşma prosesi dağlıq 
ərazilərdə mürəkkəb xarakter daşıyır. Odur ki, dağ 
çaylarında  kimyəvi  axımın  formalaşma  xüsusiy-
yətlərinin  müəyyən  edilməsi  mühüm  əhəmiyyət 
kəsb  edir.  Kimyəvi  axım  haqqındakı  məlumatlar 
iqtisadiyyatın  inkişafı  ilə  bağlı  olan  bir  sıra 
məsələlərin  həllində  də  əhəmiyyətli  rol  oynayır. 
Hidrotexniki qurğuların tikintisi zamanı bu və ya 
digər markalı betonun və korroziya əleyhinə örtü-
yün  seçilməsi  bilavasıtə  suyun  kimyəvi  tər-
kibindən  asılı  olur.  Məlumdur  ki,  kimyəvi  axım 
formalaşdığı  mühitdən,  yəni  suyun  təmasda  ol-
duğu maddənin tərkibi və həll olmasından asılıdır. 
Kimyəvi  axımın  formalaşmasını  təyin  edən  amil-
lər  2  qrupa  bölünür  (Шишкина,  1974):  1)  kim-
yəvi axımın formalaşmasına birbaşa təsir göstərən 
amillər –  bunlar suyu  ionlar  və  molekullarla  zən-
ginləşdirir  və  ya  onları  sudan  ayırır.  Bu  amillərə 
suyun  təmasda  olduğu  torpaq,  süxur  və  qrunt, 
torpağın döşəmə səthi, canlı orqanizmlər və insan 
fəaliyyəti  aiddir;  2)  kimyəvi  axımın  formalaşma-
sına  dolayısı  ilə  təsir  göstərən  amillər  –  bunlara 
iqlim, hava şəraiti və su rejimi aiddir.  
Tədqiqatın nəticələri 
Kimyəvi  axımın  formalaşmasında  geoloji-
geomorfoloji şərait mühüm rol oynayır. Azərbay-
can ərazisində Böyük və Kiçik Qafqaz kimi iki iri 
dağlıq region müxtəlif litoloji tərkibli süxurlardan 
təşkil  olunduğundan  kimyəvi  axımın  formalaşma 
və  rejim  xüsusiyyətlərinə  xüsusi  iz  qoyur.  Süxur-
ların litoloji tərkibi orta və yuxarı axında kimyəvi 
axımın formalaşmasına əhəmiyyətli təsir göstərir. 
Süzülən  su  süxurdakı  duzları  həll  edərək  özünün 
sıxlığını, yapışqanlığını, minerallaşma və duz tər-
kibini  dəyişir.  Süxurlar  həm  də  duzun  yuyulması 
hesabına  özünün  məsaməliliyini,  süzmə,  sıxılma 
və  qabarma  qabiliyyətini  də  dəyişir  (Донецкая, 
Михайлов,  1989).  Kiçik  Qafqazın  çay  hövzələ-
rində  eroziyaya  davamlı  vulkanogen  süxurlar  ilə 
yanaşı, yaxşı sukeçirmə xüsusiyyətinə malik olan 
üst  təbaşir  və  üst  yuranın  əhəngdaşları, dördüncü 
dövrün  çatlı  andezit,  andezit-bazalt  lavaları,  Bö-
yük  Qafqazın  çay  hövzələrində  isə  qırmızırəngli 
karbonat  horizontu  ilə  təmsil  olunan  üst  təbaşirin 
tuflu  layları  və  tündrəngli  gilli  şistləri  geniş 
yayılmışdır (Геология Азербайджана, 2008). Tə-
başir  çöküntüləri  kimyəvi  aşınmaya  asan  məruz 
qaldığından  çay  sularının  kimyəvi  tərkibinin  for-
malaşmasına  əhəmiyyətli  təsir  göstərir.  Çay 
sularını  daha  çox  cökmə  süxurlar  (gips,  mergel, 
dolomit, əhəngdaşı və s.) minerallaşdırır ki, bunlar 
çaylara  daxil  olan  kalsium,  maqnezium,  natrium, 
xlor,  sulfat  və  hidrokarbonatın  əsas  mənbəyini 
təşkil edir. Böyük Qafqazın Qudyalçay, Qusarçay 
və Vəlvələçay hövzələrində əhəngdaşlı süxurlarda 
qıflar,  boşluqlar  və  mağaralarla  müşayiət  olunan 
karst  prosesləri  yayılmışdır  (Геология  Азербай-
джана, 2008; İmanov və başq., 2012). Tədqiqatlar 
(Фадеев и др., 1976; Abduyev, 2007a; Смирнов, 
2008)  göstərir  ki,  əhəmiyyətli  karstlaşmış  çay 
hövzələrində  minerallaşma  və  su  sərfi  arasındakı 
əlaqə birmənalı deyildir. Belə ki, Qudyalçayın mi-
nerallaşması gursululuğun qalxma dövründə enmə 
dövründəkindən az olur (1-ci şəkil). Gursululuğun 
qalxma  və  enmə  dövründə  minerallaşmanın  kə-
miyyətinin belə müxtəlifliyi karstın axıma müsbət 
təsiri ilə yanaşı, bu fazalarda səth suları və yeraltı 
suların nisbətinin fərqli olması ilə izah oluna bilər. 
Düzənlik  çaylarında  bu  çayın  yeraltı  sularla 
əlaqəli olması və gursululuğun inkişafında yeraltı 
qidalanmanın  payının  azalması,  daha  sonra  isə 
yeraltı  suların  meyilliyinin  çay  vadisinin  əksinə 
istiqamətini dəyişməsilə bağlıdır.  
Səth suları ilə yeraltı suların hidravliki  əla-
qəsi  olmadığı  dağ  çaylarında  il  ərzində  yeraltı 
sularla  qidalanmanın  payı,  demək  olar  ki,  sabit 
qalır. Gursululuğun qalxma fazasında enmə fazası 
ilə müqayisədə meyillilik böyük olduğundan, axı-
mın  sürəti  və  sərfi  də  böyük  olur.  Səviyyənin 
qalxması zamanı çayın sahil zonasında yeraltı su-
ların  əks-meyilliyi  yaranmır  və  nəticədə  qidalan-



Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   72


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə