IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
817
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
ŞƏXS ADLARININ ÜMUMI XARAKTERİSTİKASI
Leyla İSMAYILOVA
Qafqaz Universiteti
lismayilova@qu.edu.az
AZƏRBAYCAN
Uşaqlarımıza qarşı ən mühüm vəzifələrimizdən biri də onu gözəl bir adla adlandırmaqdır. Bu iş
hər nə qədər asan görülsə də, bir o qədər çətin və məsuliyyətli vəzifədir.Çünki verilən ad ömrünün
sonuna kimi şəxsin tanınmasına, çağrılmasına bir şəxs kimi ifadə olunmasına dəlalətdir.Sabahın fəal
insanları, cəmiyyətin gələcək kişi və qadınları üçün adqoyma məsələsi xüsusi əhəmiyyət daşıyır.
Müasir inkişaf etmiş ictimai elmlər, xüsusilə də elmin psixologiya, sosiologiya, pedaqogika və
hətta kriminologiya kimi sahələri çoxlu nəzəri və əyani dəlillərlə sübut etmişdir ki, insan
şəxsiyyəti ilə onların adları arasında qəribə və inkaredilməz bir əlaqə var. İnsanları bir-birindən
fərqləndirməyə xidmət edən şəxs adlarının tarixinə gəlincə bu tarix xalqımızın dili və tarixi qədər
qədimdir. Qədim yazılı nümunələrimizdən olan “Orxon Yenisey abidələri” və “Dədəqorqud
Dastanlarında ” şəxs adları ilə yanaşı advermə adət-ənənələri haqqında verilən geniş məlumatda tarixi
advermə ünsürləri əks olunur.
Tarixboyu bu mövzunu öz əsərlərində, qeydlərində və tədqiqat sahələrində araşdıran elm
xadimlərimizin də advermənin tarixi inkişaf prosesinə töhfəsi az olmamışdır. XII əsr məşhur
Azərbaycan şairi Nizami Gəncəvi “Xəmsə”sində yüzlərlə ad və onların etimologiyası haqqında
mılumat verir. Z. Bünyadov “Nəsrəddin Tusi və XIII əsrdə Azərbaycan elminin inkişafı” adlı
məqaləsində Marağa rəsədxanasında fəaliyyət göstərmiş alimlərin adları haqqında xəbər verir. XIII-
XIV
əsrdə yaşayan məşhur tarixçimiz Fəzullah Rəşiddəddin “Cami-ət-təvarix” və
“Oğuznamə”əsəsrlərində advermə ənənələrindən və anların dəyişmə tarixindən bəhs etmişdir.
Orta əsrlərdə əsasən tarix kitablarında xüsusi adların geniş izah olunma ənənəsi Azərbaycanın
XIX əsr ən məşhur şairi, alimi və ictimai dövlət xadimi A.Bakıxanovun “Gülüstani İrəm” əsərində
davam etdirilmiş və burada bir çox adlar məna baxımından da, öz izahını tapmışdır.
Tarixi inkişaf, elmi yeniliklər, heç bir sahədən yan keçmir. Adlarda zaman keçdikcə cəmiyyətin
inkişafı ilə yanaşı zənginləşir, təkmilləşir, bəziləri sıradan çıxır və həyatda baş verən ictimai-siyasi,
iqtisadi, mədəni hadisələrlə əlaqədar olaraq yaranan adlarla əvəz olunmuşdur. Tarixi adlar xalqın
soykökünün nişanəsidir. Bu cür adlar nə qədər çox olarsa, insanların milli dəyərlərə rəğbəti bir o
qədər artar.
Adqoyma bir elmi sahə kimi də geniş öyrənilir və tədqiq edilir. Antropomomika adlanan bu
maraqlı, eyni zamanda geniş və mürəkkəb şöbə şəxs adlarının əmələ gəlməsini, advermə ənənələrini,
ad dəyişmə və onların inkişaf qanunauyğunluqlarını, ad sistemində yerini, digər adlarla qarşılıqlı
əlaqəsini, leksik-semantik, üslubi, fonetik, orfoqrafik və qrammatik xüsusiyyətlərini tədqiq edir. Türk
xalqları antroponimlərinin ilk dəfə olaraq sistemli şəkildə tədqiqata cəlb olunması V.A.Qordlevskinin
adı ilə bağlıdır.
Qədim Türklərdə ad qoyma müxtəlif şəkillərdə həyata keçirildi. Bu proses çox vacib məsələ kimi
qəbul edilir, körpəyə veriləcək ad ilə onun ruhu bağlantısının sıx olduğu düşünülürdü. Hətta bu
münasibətlə bir sıra mərasimlər təşkil edilir, bir qayda olaraq yaxın qəbilərələr, tanış insanlar
mərasimdə iştirak edərdilər. Əvvəlcə gələn qonaqlara müxtəlif ikramlar edilir, daha sonra hər kəs
yenidoğulmuşa öz hədiyyəsini təqdim edərdi. Hədiyyələr körpənin beşiyinə yığılardı. Mərasimin
gedişinə uyğun olaraq daha sonra ən hörmətli qonaq, ağsaqqal və ya dini lider körpənin
valideyinlərinin ricası ilə ayağa qalxar və körpəyə uyğun adı verərdi.Bəzi tayfalarda isə bizə “Dədə
Qorqud” boylarından tanış olduğu kimi hər hansı bir bacarıq, üstün bir davranış sərgiləməyənə qədər
şəxs adsız qalırdı. Ümumilikdə bu məsələ hər qəbilədə bir cür qəbul edilirdi.
Müsəlmanlar ailəsində uşağın dünyaya gəlməsi bu ailənin həyatında ən böyük və mühüm
hadisələrdən sayılır. İslamda uşaq bu ailəyə Allah tərəfindən verilən əmanət kimi qəbul olunur və bu
səbəbdən xüsusi qayğı ilə bəslənilir və qorunur. İslamın gözəl ayinində, qayda-qanununda tam
incəliklə ölçülüb-biçilmiş, nəzərə alınmış başqa məsələlərlə yanaşı, gözəl və xoş səslənən, yaxşı
mənalı adın seçilməsinə də böyük əhəmiyyət verilmişdir. Müsəlman cəmiyyətinin nümayəndəsi
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
818
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
olaraq yenidoğulmuşa müqəddəs kitabdan ad seçmək ənənəsi, dinimizin tarixində nümunəvi
şəxsiyyətlər kimi tanınan peyğəmbərlərin, imamların adlarına müraciət etmək adəti də var.
Müəyyən dövrdən sonra övladlarına mənalı, fərqli ad qoymaq istəyən valideynlərin əlindən
tutan, onların yaxın köməkçisinə çevrilən lüğətlərə, adlarımızı saf-çürük edən tədqiqat əsərinə böyük
ehtiyac duyuldu və bu sahədə xeyli işlər görüldü. Şəxs adlarının tədqiqi diqqət mərkəzinə alındı və bir
sıra dilçi alimlər bu sahədə çalışmağa başladılar. Beləliklə, şəxs adları toplanıb, izahlı lüğətin tərtib
oluması sahəsində müəyyən işlər görülmüşdür. Tanınmış lüğətçilərimizdən olan B.Abdullayevin
1985-ci ildə nəşr etdiyi “Azərbaycan şəxs adlarının izahlı lüğəti” kitabçası və O.Mirzəyevin
“Adlarımız” əsəri bu sahədə atılan ilk addımlar kimi qiymətləndirilir. Lakin B.Abdullayevin əsərində
1000-ə qədər, O.Mirzəyevin kitabında isə 475 antroponimin izahı verilmişdir. Lüğətdə adların
mənasının izahıyla yanaşı hansı dillərə mənsub olması, mənşəyi, düzgün və təhrif olunmuş formaları
da verilir.
Nəticə etibarı ilə doğru adı seçmək çox vacibdir. Buna görədə uşaqlarımıza gözəl, sevimli ve
anlamlı adlar qoyaq, onların insanlığa faydalı bir fərd kimi yetişdirək.Uşaq üçün ən gözəl və layiqli
adın seçilməsinin onun şəxsiyyətinin yaranmasında, formalaşmasında, zehni-fikri qabiliyyətinin
inkişafında, hətta onun gələcək həyat yolunun necə qurulmasında mühüm təsiri var. Bu təsir
onun həyat yolunun təkamülündə, düzgün tərbiyəsində, özünə və cəmiyyətdə tutacağı yerə
inamında, bir sözlə, gələcək inkişafında mühüm rol oynaya bilər.
AZƏRBAYCAN VƏ RUS DİLLƏRİNDƏ
MONOSEMANTİK SOMATİZMLƏR
Elnarə MƏMMƏDOVA
Bakı Slavyan Universiteti
mamedova.elnara@lenta.ru
AZƏRBAYCAN
Hər bir dildə olduğu kimi sözlər semantik baxımdan eynicinsli deyil: bəzi sözlər bir, digərləri bir
neçə leksik mənaya malikdir. Sözün əsas mənadan başqa, bir-birilə məna və mənşəyinə görə əlaqəli iki
və daha artıq mənaları varsa, bu, polisemantik – çoxmənalı sözdür. Sözlərin çoxmənalılıq kəsbetməsi
prosesi dildə hələ qədim dövrlərdən mövcud olmuşdur. Somatizmlər dilin lüğət tərkibinin qədim qatını
təşkil etdiklərindən, təbii ki, onların böyük hissəsi çoxmənalıdır. Bu sözlər əlavə mənaları çox zaman
metaforikləşmə nəticəsində əldə edirlər. Metaforikləşmə somatizmlərin digər predmet və hadisələrlə
funksional, struktur, xarici bənzərliyinə görə baş verir. Lakin bədənin xaricində yerləşən üzvlərdən
fərqli olaraq, daxildə yerləşən orqanların funksiyası, strukturu və xarici görünüşü haqqında insan,
demək olar ki, məhdud informasiyaya malik olur. Odur ki, daxili orqanları adlandıran somatizmlərin
əksəriyyəti mənaca inkişaf etməmiş təkmənalı – monosemantik sözlərdir. Somatizmlərin
monosemantikliyi başqa amillərlə də bağlı ola bilər:
1.
Somatizmlərin işlənmə səviyyəsinin aşağı olması, yəni gündəlik həyatda onları xatırlamağa ehtiyacın
olmaması (bud, topuq və s.);
2.
Bir-birini
xatırladan, yaxın yerləşən və ya bir-biri ilə əlaqəsi olan üzvləri adlandıran somatizmlər arasında
əvəzlənmə getməsi: bu zaman konteksdən asılı olaraq tamlıq, ümumilik ifadə edən üzvü adlandıran
somatizm hissəni adlandıranın yerinə işlənir. Məsələn, çox zaman danışıqda bud, baldır yerinə ayaq
deyirik, bilək yerinə qol və ya əl;
3. Dildə tabu hadisəsi – etik, mədəni baxımdan bəzi somatizmlərin dildə istifadəsinə qoyulmuş
qadağa.
4. Somatizmlərin dilin öz sözləri deyil, alınma olması.
Azərbaycan dilinin izahlı lüğətində aşağıdakı təkmənalı somatizmlər göstərilmişdir:Mədə–
insanda və heyvanlarda qarın boşluğunun yuxarı hissəsində yerləşən həzm orqanı. Ərəb sözüdür.
Vaxtilə mədə yerinə qursaq sözü işlənmişdi. Məsələn, qursağı boş olmaq –acmaq, qursağı daralmaq –
yeməməkdən arıqlamaq. Bəzən qarın yerinə də qursaq işlənir. B.Əhmədov qarın və qursaq sözlərinin
bir-birilə qohum olduğu qənaətindədir. Ciyər– insan və onurğalı heyvanların döş qəfəsində yerləşən