D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   ...   12   13   14   15   16   17   18   19   ...   93

48
DƏDƏ QORQUD ARAŞDIRMALARI
qovuşmaqdır. Gül kolu həyatın davamı deməkdir, doğrudur, əfsanə-
də məhəbbətin qələbəsi kimi göstərilir. Qaratikan isə xeyirlə şərin 
mübarizəsinin əbədiliyi deməkdir.  
Mifoloji görüşlərdə qırx düymənin açılıb-bağlanması ilə həya-
tın bu dünyada sonu göstərilir. Zamanın 40 kiçik mərhələsinin (40 
günün)  və  məkanın  40  balaca  hissəsinin  (40  otağın)  başa  çatması 
ilə sirli aləmin yolu tapılır, eləcə də bir sıra problemlər həll olunur. 
Koroğlu 40 gün qaranlıq tövlədə saxlamalı idi ki, Qıratın qanadları 
çıxıb onu qaranlıq dünyaya apara bilsin. Lakin 39-cu gecə dözməyib 
tövlənin damından deşik açır, içəri ay işığı düşür, Qıratın qanadları 
əriyir. Mifik mədəni qəhrəman Koroğlu əski çağlardakı funksiyası-
nı  -  o  biri    dünyaya  ilk  yola  düşən Yimin  fədakarlığı  ilə  səsləşən 
missiyasını yerinə yetirməyə imkan tapmır. Bu səbəbdən də bütün 
var-qüvvəsi ilə gerçək dünyanın qəddarlıqlarına qarşı mübarizə apa-
rır. Oxxay qırxıncı otağın qapısından içəri keçməklə yeraltı dünyaya 
düşür. Göy aləmində dünya gözəllərinin məclisinə düşən Səlim şah 
isə 40 gün müddətinə baş pəriyə əl uzatmamalı, başqaları ilə eyş-iş-
rət keçirməli idi. O da 39-cu gün səbirsizlik etdiyindən həyatın bütün 
şirinliklərini əldən verir. Beləcə Kərəmin xalatının 40 düyməsi dün-
yalar arasındakı keçidlərin açarını simvollaşdırırdı.
İlkin əcdad saymağı yenicə öyrənəndə çox olan əşyaların dəqiq 
sayını hələ müəyyənləşdirməyə qadir deyildi. Təbii fəlakətləri qey-
ri-adi qüvvə kimi dərk edirdi. Bolluğa, çoxluğa da fövqəltəbii hal 
kimi baxır və  təsəvvüründə hədsiz böyüklüyü, fövqəltəbiiliyi «qırx» 
rəqəmi ilə ifadə edirdi. Əslində mifoloji strukturlardakı 40 dəqiq sayı 
deyil, saya gəlməz çoxluğu ifadə edir: «Qırx günlük möhlət», «Qırx 
mənzillik ev», «Qırx ağaclıq məsafə» və s. deyəndə dəqiq ölçüdən, 
saydan söhbət getmir, yolun həddindən artıq uzaqlığından, möhlətin 
müddətinin qeyri-müəyyənliyindən bəhs açılır. 
Qırx igid, qırx nökər, qırx incəbelli qız, qırx quldur, qırx qapı, 
qırx otaq, qırx div, qırxbaşlı əjdaha mifopoetik obrazları poetik mət-
nlərdə ağırlıq, böyüklük, nəhənglik, yüksəklik, qorxu, fəlakət, qu-


49
Folklor, Mifologiya, Etnoqrafiya
raqlıq, sevinc və ölüm anlamlarından birinin yerini tutur. 
Yazqabağı  keçirilən  mərasimlərdən  aydın  olur  ki,  «çillə»  qırx 
deməkdir.  Y.V.Çəmənzəminli  məsələyə  bir  qədər  də  aydınlıq  gə-
tirərək yazır ki, «Ən çox samilərdə təsadüf olunan qırx rəqəmi bi-
laxirə  arilərə  və  türklərə  keçmiş  olmalıdır.  Hər  halda Azərbaycan 
əfsanələrində  istər  doğrudan-doğruya,  istərsə  «çillə»  şəklində  iş-
lənməkdədir» [6, 87]. Lakin «ölən adama qırx gün yas tutulması», 
«ruhun mərhumun məzarını qırxıncı gün tərk etməsi», «qırxında saz 
öyrənənin, korunda çalması» (atalar sözü) kimi təsəvvürlər göstə-
rir  ki,  xalq  arasında  «qırx»  rəqəminin  sakrallaşmasının  tarixi  çox 
qədimdir  və  samilərdən  keçmə  deyil.  Bu  rəqəm  digər  müqəddəs 
rəqəmlərlə  müqayisədə  ikili  xarakterdədir  –  həm  ölümlə,  həm  də 
həyatla əlaqələnir. Belə ki, qırx – ölümün astanasını göstərməklə ya-
naşı ailənin təməlinin qoyulmasını da şərtləndirir. Epik ənənədə toy 
şənliklərinin müddəti 40 gün, 40 gecə müəyyənləşir. Deməli, insan 
doğulanda, evlənəndə və dünyasını dəyişəndə qırx rəqəmi ilə üz-üzə 
dayanır: körpəlikdə qırxdan çıxması ilə həyata vəsiqə alır, camaat 
üzünə çıxarılır. Cavanlıqda qırx gün, qırx gecə toyü olur. Və öləndə 
ruhu qırx günə bədənini tərk edir.
Müqəddəs rəqəmlərin epik ənənədə kompleks şəklində iştirakına 
da rast gəlirik. Məsələn: «Quş Məlikməmmədin bikef olduğunu gö-
rüb dedi: « - Ey Məlikməmməd, qırx ağaclıqda bir padşahın ölkəsi 
var. Bir əjdaha gəlib suyun qabağını kəsib. Nə qədər ərzuman pəh-
ləvanlar var, onu öldürə bilməyib. Yeddi ildi ki, doqquzbaşlı əjdaha 
suyun  qabağını  kəsib.  Hər  gün  bir  qız  aparıb  onun  ağzına  atırlar. 
Əjdaha qızı yeyəndə bir az su axır, camaat da su götürür. İndi gö-
rürəm sən qüvvətli pəhləvansan, olsa-olsa, o əjdahanı da sən öldürə 
bilərsən. Get o əjdahanı öldür. Padşahdan qırx şaqqa ət, qırx tuluq 
su al» [12, 17]. 
Kiçik  bir  mükalimədə  «bir»,  «yeddi»,  «doqquz»  və  «qırx» 
müxtəlif mifik obrazların keyfiyyət-kəmiyyət göstəricisinə çevrilir. 
Eləcə də «Məlikməmməd» nağılının əvvəli 1, 2 və 3 rəqəmlərinin 


50
DƏDƏ QORQUD ARAŞDIRMALARI
sakral anlamları ilə başlayır, hadisələr 3, 7, 9-un uğur və uğursuz-
luqları ilə davam etdirilir, 40-ın mütləq xoşbəxtliyi ilə tamamlanır. 
Oğuz-türk mifik Dünya Modelinin qurulmasında 
sakral rəqəmlərin rolu və funksiyası
Əski çağlarda toplumun üzvləri təbiətin hazır məhsulları ilə ki-
fayətlənməyib  özləri primitiv istehsala başlayanda əllərinin zəhməti 
ilə  yaratdıqlarının sayını  günü-gündən  artırmış  (yayın  kəşfi  ilə  ox 
ucluqları, əkin-biçin üçün müxtəlif alətlər, kəsici ləvazimatlar, ibti-
dai toxuculuq qurğuları və s.), bu andan maddi varlıqları qruplaşdır-
mağa, bir-birindən ayırmağa, yaxşını pisdən fərqləndirməyə ehtiyac 
duymuşdular. Beləcə inkişaf edən mədəniyyətlərdə rəqəmlər mifo-
loji anlamlarla yanaşı gerçək funksiya da daşımağa başlanılmışdır. 
Rəqəmlərin sakrallıqla yozulan tərəfləri isə bədii yaradıcılıqda poe-
tikliyi qüvvətləndirmək vasitəsinə çevrilmiş, epik ənənədə mifoloji 
əhvalatlarla, mərasimlərdə oyun-tamaşa, nəğmə və rəqslərlə, inanc 
sistemlərində isə fetişləşdirilən cisimlərlə əlaqələndirilib insanların 
məişətinə, fəaliyyətinin bütün sahələrinə sirayət etdilmişdir. 
Sakral rəqəmlər sistemləşdirilib ayrı-ayrı silsilələrə ayrılmışdır. 
Bu qayda ilə müxtəlif yollarla dərk olunan saylar bütövlükdə bir-biri 
ilə daxili qanunauyğunluqla bağlanaraq dünyanın mifoloji modelini 
meydana  gətirmişdir.  V.N.Toporovun  göstərdiyi  kimi,  «bütün  ob-
yektlər (xüsusilə sakral anlamlılar) müəyyən sistemdə ierarxik va-
sitələrlə bir-biri ilə əlaqələnir» [31, 629-630]. 
Ümumiyyətlə, mifik dünya modelində hər elementin rəqəmlə öz 
işarəsi mövcuddur ki, sonrakı mədəniyyətlərdə onlar fəal metoforik 
dil faktoru kimi arxetipik simvol funksiyasını daşımışdır. Ayrı-ayrı-
lıqda sayların birinin digərindən üstünlüyünün səbəbi isə dünyanın 
yaranmasında hansı funksiyanı yerinə yetirən ünsürü işarələməsin-
dən asılı olmuşdur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə