D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   ...   15   16   17   18   19   20   21   22   ...   93

57
Folklor, Mifologiya, Etnoqrafiya
hesabla 50-60 yaş versək, Uzun Həsənlə Oğuz xanı təxminən 3 min 
illik məsafə ayırır. Bu da b. e. ə. II minilliyin əvvəllərinə təsadüf 
edir. Ona görə də Oğuzun belə uzaqlıqdan Mətə dövrünə gətirilməsi 
inandırıcı görünmür.
Göründüyü kimi, qədim misirlilərə aid mifik dünya modelinin 
qurulması  sakral  doqquz  rəqəmi  ilə  başa  çatır.  Türklərə  məxsus 
strukturda isə birinci mərhələdə alınan cəm doqquzdur, kainat bütün 
elementləri ilə otuz üçlə meydana gəlir. Bir məsələni də açıqlamaq 
lazımdır ki, çox hallarda Oğuz yaradıcı kimi götürülür və ziddiyyət 
ortaya çıxır. Kişi-qadın başlanğıclar bəzi məqamlarda eyniləşdirilir. 
Faktiki  olaraq  əldə  olan  variantlarda  qadınlar  ancaq  altı  oğulun  – 
dünyanın və kosmosun formalaşmasında iştirak edirlər. Sonra mey-
dandan çıxarılırlar. Eləcə də iki istiqamətli qadın başlanğıcının kökü 
kənar  dünyalarla  bağlanır.  Daha  doğrusu,  göyün  yuxarı  qatındakı 
Əsas Yaradıcının əhatəsindən gəlir. Bu, Oğuzun tanrıçılığına inamın 
üstündən xətt çəkir, ya da çox dərin qatlarda belə təsəvvür türk soy-
larının ancaq bir hissəsində mövcud olmuşdur. 
Oğuz mifinin əldə olan əsas iki qaynağının birində («Oğuz ka-
ğan» eposunun uyğur variantında) göstərilir ki, Oğuzun qadınlarla 
əvvəlcədən heç bir əlaqəsi və tanışlığı olmamışdır. Özü də hərəsi bir 
inancdan – biri animistik (kosmosa aid cisim canlandırılır), digəri 
isə totemistik (insan ağacdan doğulur) görüşlərdən miras qalmışdır. 
Doğrudur, mifin islam görüşləri ilə qohumlaşdırılan F.Rəşidəddinə 
aid digər qaynağında (Oğuz Nuhun  oğlu Yafəsin törəməsi kimi təq-
dim olunur) Oğuzun öz əmisi qızı ilə evlənməsinə işarə var. Belə ki, 
arzularının gerçəkləşməsində ona kömək edən qadın Allaha pənah 
gətirib öz doğmalarından üz döndərir. Həmin xəttin oğuz türkləri-
nin islamı qəbul etməsindən sonra mifoloji hadisələrə artırılması şü-
bhəsizdir. Ümumiyyətlə, indiyədək türk və bəzi rus alimlərinin fikri 
bundan ibarət idi ki, oğuzların ən uğurlu və əsas sakral rəqəmi 24-
dür, çünki tayfa birliyi bu rəqəmlə tamamlanır. Əslində isə oğuz  və 
ümumtürk  mifoloji  sistemində  24  -  mifik  dünyanın  yaranmasında 


58
DƏDƏ QORQUD ARAŞDIRMALARI
mövcud olan iki mərhələdən ancaq birində iştirakçıdır və bütövlük-
də götürəndə əsas rol onun deyil, son nəticənin – 33-ün üzərinə dü-
şür. Başqa sözlə, 24 müqəddəsliyin zirvəsi hesab ediləndə Oğuzun 
özü, iki arvadı və altı oğlu kənarda qalır. Dəlilləri ümumiləşdirəndə 
aydınlaşır ki, oğuz-türk mifik dünya modelinin ilk mərhələsi Oğu-
zun 6 oğlunun doğulması ilə başa çatır: Oğuz + iki arvadı + onların 
altı oğlu – nəticədə 9 alınır. 
Əslində  bu  mərhələdə  dünyanın    əsas  qatları  formalaşır.  İlkin 
olaraq kosmos-fəza: günəş, ay və ulduzlar meydana gəlir. Bu, dün-
yanın birinci qatıdır. Sonra göy təbəqəsi, dənizlər və dağlar yaranır. 
Qəribə orasıdır ki, Göy ikinci üçlüyün başında dayanır və Kosmos-
la Yer qatına – Dağ və Dənizə vasitəçilik misiyasını öhdəsinə gö-
türür. İlk baxışda adama elə gəlir ki, bu strukturda dünyanın əsas 
elementi – Yer üstü torpaq çatışmır. Ev-yurd, yaşayış məntəqələri, 
şəhərlər salmaq üçün əsas məkan – çöllüklər, düzənlər də yoxdur. 
Lakin diqqət etdikdə görürük ki, mifik dünya modelinin qurulması-
nın ikinci mərhələsi məhz yerin – məkanın atributlarının meydana 
gəlməsinə həsr olunur. Orada daha çox insandan – türk soylarının 
yaranmasından, yurd yerlərindən bəhs açılır. Əgər oğuzların 33-lük 
sakral say sistemində mifik dünya modelinin kosmosla əlaqələnən 
hissəsinin yaranması doqquz (1 +2 + 6 = 9 – Oğuz, iki arvadı və oğ-
lanları: Gün, Ay, Ulduz, Göy, Dağ, Dəniz) rəqəmində tamamlanırsa, 
qədim misirlilərin «Doqquz Böyük Allah» mətnində anoloji funksi-
ya «beş»in (Günəş – Atum-Ra, onun övladları qadın Nut – Göy, kişi 
Heb –Yer, oğlan  Şu – hava, qız Tefnut – su) öhdəsinə buraxılır. 
Bir  cəhətə  də  diqqət  yetirək:  türk-oğuz  sakral  say  sistemində 
mifik  dünya  modelinin  formalaşmasında  iştirak  edənlərin  hamısı 
ikinci  mərhələdə  ancaq  kişilərdir,  lakin  misirlilərdə  Günəş  tanrısı 
Atum-Ranın övladlarının ikisi qız (Nut və Tefnut), ikisi isə oğlandır 
(Heb və Şu). Nəslin davamı üçün bacı-qardaşla evlənir. Oğuzun özü, 
oğlanları və nəvələri daha sivil hərəkət edirlər, onlar qan qohumları 
ilə ailə qurmurlar. Lap başlanğıcda iki möcüzəli qadın kənar dünya-


59
Folklor, Mifologiya, Etnoqrafiya
lardan gəlib analıq vəzifələrini yerinə yetirməklə meydandan çəkilir-
lər. Bu, bəlkə də Dünya mifoloji sistemlərində yeganə haldır. Sonra-
kı proseslərdə qadın tərəf tamamilə nəzərdən qaçırılır, yəni Oğuzun 
oğlanlarının kimlərlə evləndiyi barədə məlumat dumanlı qalır, ərlər 
bütün hallarda öndə gedirlər.
Faktlar göstərir ki, Azərbaycanda rəqəmlərin sakrallığı həmişə 
diqqət mər-kəzində olmuşdur. N.Gəncəvi XII yüzillikdə «Rəqəmlər 
rəmzinin taxtasında Nücuma aid bütün yazıları oxuduğunu» [13, 15] 
yazırdı. O, rəqəmlərin simvollaşması – sakrallığı barədə nücum el-
mindəki bilikləri dərindən mənimsəmiş və yaddaşlardan götürdüyü 
mifik görüşlər əsasında formalaşan müqəddəs saylar (1, 2, 3, 4, 5, 7, 
9) əsasında poetik fiqurlar yaratmışdır. «Bir» sayına canlı varlıq kimi 
müraciət  edərək  (şəxsləndirərək)  onu  mifopoetik  mənada  Allahla 
eyniləşdirmişdir: «Sayın əvvəlində (bütün) birincilərin birincisisən, 
İşlərin sonunda bütün axırıncıların axırıncısısan» [15, 17]. Şair Ya-
radıcının ikili xüsusiyyətini «birinci-axırıncı» arxetipik simvollarını 
qarşılaşdırmaqla üzə çıxarırdı. Çünki Tanrı mərhəmətli olmaqla bə-
rabər həm də qəzəbli və cəzalandıran idi. O, cənnətlə yanaşı cəhən-
nəmi  də  yaratmışdı.  Nizamiyə  görə,  tanrı  sayların  birincisi  və  ən 
böyüyüdür. Hər şeyin bünövrəsi Vahidlə qoyulmuş, bütün varlıqlar 
Vahiddən törəmiş və bütün yerdə qalan varlıqlar – rəqəmlər Vahidin 
ətrafında  daim  dolanmaqla  dünyanın  bütövlüyünü  təmin  etmişdir. 
Çox hallarda Nizaminin nəzərində «iki» «Avesta»dakı dualizmi mə-
nalandırdı. Şair dünyadakı əksliklərin bir-biri ilə əlaqələndirilməsin-
dən danışanda da «iki» rəqəminə üz tuturdu: «Ancaq nə edim ki, 
hava iki rənglidir, Fikir geniş, sinəm isə dardır» [15, 36].
Ümumiyyətlə, Nizaminin əsərlərində sakral rəqəmlərin işlək da-
irəsi çox genişdir. Müasirlərinin və özündən sonra gələn sənətkarla-
rın heç birinin yaradıcılığında onun qədər saylara müraciət edən, on-
ların sakrallığına söykənib fikrini daha obrazlı, anlaşıqlı ifadə edən 
olmamışdır. Bu səbəbdən də şairin poemalarının poetik strukturunda 
rəqəmlərin rolu və əhəmiyyəti ayrıca araşdırılmalıdır. «Xəmsə»dəki 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə