Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə47/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   43   44   45   46   47   48   49   50   ...   106

188 

 

xüsusi  yer  tutur.  Fiziki  tipinə  görə  Azıx  düşərgəsindən  aşkar 



edilmiş  çənə  sinantrop  tipli  insanla  neandertal  adamı  arasında 

keçid  mərhələsindədir  (Hacıyev,  Hüseynov,1970).  Azıx  mağara 

düşərgəsinin  Aşel  mədəniyyətinə aid təbəqəsindən tapılmış  ibtidai 

insan  qalığına  şərti  olaraq  azıxantrop,  yəni  Azıx  adamı  adı 

verilmişdir (Hacıyev, Hüseynov, 1970; Hüseynov, 1975). 

Professor  D.V.Hacıyev  apardığı  elmi  tədqiqat  zamanı 

müəyyən  etmişdir  ki,  çoxtəbəqəli  Azıx  paleolit  düşərgəsinin  V 

təbəqəsindən tapılmış  ibtidai  insan çənəsi ölkəmizin ərazisində ən 

qədim  insana  məxsus  olub,  350-400  min  il  bundan  əvvəl 

Azərbaycan  ərazisində  yaşamış  18-22  yaşlı  qadının  çənəsidir 

(Hacıyev, Hüseynov, 1970; Hüseynov, 1985). 

 Azıxdan  tapılmış  ibtidai  insana  məxsus  çənə  tamamilə 

daşlaşmış  və rəngini  nisbətən dəyişmişdir. Qeyd olunan daşlaşma 

prosesi  və  rənginin  xüsusiyyətləri  həmin  təbəqədən  tapılmış 

merka  kərgədanı,  nəhəng  maral,  zubr,  bizon,  ibtidai  at,  mağara 

ayısı,  mağara kaftarı  (bu  heyvanların  nəsli kəsilmişdir)   və başqa 

heyvan  sümüklərindən  qəti  seçilmir.  Bundan  başqa  həmin 

təbəqənin  IV  horizontundan  əl  çapacaqları,  kobud  çapma  alətləri 

və  kobud  hazırlanmış  qaşov  tipli  alətlər  tapılmışdır.  Həmin  daş 

alətlər  özlərinin  hazırlanma  texnikası  və  tipologiyasına  görə 

qədim Aşel mədəniyyətinə aid olunur (Hüseynov, 1985). 



189 

 

Azıx  mağara  düşərgəsindən  tapılmış  çənə,  ibtidai  insanın 



alt çənəsinin sağ  hissəsidir, daha doğrusu, çənənin demək olar ki, 

sağ  hissəsi  tam qalmışdır. Çənənin əsası  və onun üzərində olan üç 

azı  dişinin  yerləşdiyi  çənə  şaxəsinin  çox  hissəsi  yaxşı 

saxlanmışdır.  Çənə  üzərində  olan  dişlərdən  sonuncusu  tam 

vəziyyətdə,  ikisi  isə  qazıntı  zamanı  sınmışdır  (bax  şəkil  12,  13). 

Eyni  zamanda  şaxənin  yuxarı  hissəsi  ilə  birlikdə  çənə  oyması, 

çənə tacı və oynaq çıxıntısı qədim zamanlarda sınmışdır (bax şəkil 

12).  Çənənin  alveol  hissəsində  üçüncü  azı  (ağıl)  dişi  tam 

şəkildədir,  ikinci  azı  dişinin  üst  hissəsi  sınmış,  lakin  orta  və  kök 

hissələrinin 

qırıqlarına 

rast 


gəlinmişdir. 

Azıx 


paleolit 

düşərgəsindən  tapılmış  alt  çənənin  tam  olmadığına  baxmayaraq, 

onun  qalmış  hissəsi    Azıx  adamının  fiziki  quruluşunun  müəyyən 

olunmasında  ən  mühüm  paleoantropoloji  tapıntı  hesab  olunur. 

Belə ki, azıxantropun çənəsinin morfologiyası, qalınlığı, dişlərinin 

quruluşu  və  ölçülərinin  paleoantropoloji  müqayisə  üçün  çox 

mühüm  elmi  əhəmiyyətə  malikdir.  Azıxdan  tapılmış  alt  çənə 

avstralopitek,  arxantrop,  sinantrop  və  pitikantropla  müqayisə 

edilmişdir.  Aparılmış  elmi  araşdırmalar  maraqlı  elmi  nəticələr 

vermişdir.  Azıxantropun  çənəsinin  aşağı  hissəsi  qırılıb 

düşdüyündən  onun  qalınlığı  ikinci  azı  (A2)  ilə  üçüncü  azı  (A3) 

aralığı  bərabərliyindəki  qalınlıqla  ölçülmüşdür.  Həmin  sahədə 

onun qalınlığı 19,5 mm-dir (Hacıyev, Hüseynov, 1970). 



190 

 

Aparılan elmi  tədqiqatlar  zamanı  müəyyən olunmuşdur ki, 



avstralopiteklərin alt çənələrində də həmin sahə, yəni ikinci azı və 

üçüncü  azı  aralığında  olan  hissə  33,5  mm-ə  bərabərdir. 

İndoneziyanın  Yava  adsında  tapılmış    pitikantrop  çənəsinin 

qalınlığı 26,3 mm, Çində tapılmış sinantrop tipli  insanın çənəsinin 

qalınlığı  19,6  mm,  Almaniyanın  Heydelberq  kəndi  ərazisindən 

tapılmış  Heydelberq  adamının  çənəsinin  qalınlığı  21,4  mm-dir 

(Lümley, 1998). 

 Yuxarıda göstərilən ölçülərdən aydın olur ki, Azıx paleolit 

düşərgəsindən  tapılmış  azıxantropun  çənəsi  pitikantropun 

çənəsindən  fərqlidir.  Aparılan  elmi  tədqiqata  əsasən  müəyyən 

olunmuşdur  ki,  Azıx  adamının  çənəsi  sinantrop  tipli  insanla 

Heydelberq adamı arasında özünə xüsusi yer tutur. 

Aparılan elmi araşdırmalar  zamanı  müəyyən edilmişdir ki, 

qədim Azıx  adamı dişinə  görə də azıxantrop  və paleoantroplardan 

da  fərqlənmə  xüsusiyyətinə  malikdir.  Bu  xüsusiyyətlərdən  ən 

başlıcası  Azıx  adamında  dişlərin  kiçik  olmasıdır.  Belə  ki, 

azıxantropun  azı  dişinin  uzunluğu  35  mm-dir.  Ona  görə  də 

professor  D.V.Hacıyev  bu  tapıntını  xırda  diş  adamına  aid  edir 

(Hacıyev, Hüseynov, 1970). 

Paleoantropoloqların  apardıqları  elmi  tədqiqatlar  zamanı 

azı  dişlərin  uzunluğunun  pitikantroplarda  40  mm,  sinantrop  tipli 

insanlarda  36,9  mm,  Heydelberq  adamında  36,1  mm,  azıxantrop 




191 

 

tipli  insanlarda  isə 35 mm olması  müəyyən edilmişdir (Hüseynov, 



1985, Lümley, 1998). 

Azıxantropun  dişlərində  başqa  cəhətlər  də  qeydə 

alınmışdır.  Xüsusən  dişlərin  düzülüşü  çox  maraqlıdır.  Azıx  

adamının  çənəsinin  şaquli  istiqamətində  linqval  divarına  doğru 

keçir. Lakin bütün qazıntı və müasir adamlarda azı dişləri çənənin 

linqval divarının lap qırağında düzülmüşdür. Belə bir xüsusiyyətin 

olması  da  Azıx  adamını  fərqləndirə  bilir.  Daha  doğrusu,  bu 

axırıncı xüsusiyyətin oxşarlığı heç bir qazıntı insanında yoxdur. 

Yuxarıda qeyd etdiyimiz ölçü rəqəmləri əsasında aparılmış 

müqayisələrdən müəyyən etmək olur ki, azıxantropun çənəsi fiziki 

quruluşuna  görə  arxantropa,  sinantropa  və  Heydelberqə  oxşayır, 

lakin  bəzi  inkişaf  xüsusiyyətlərinə  görə  ilk  neandertal  insanlara 

yaxınlıq  təşkil  edir.  Bu  səbəbə  görə  də  azıxantrop  tipli  insan 

ibtidai  adamların  inkişaf  tarixində  arxantropdan  paleoantropa 

keçid formasını təşkil edir. Lakin dişlərinin xırdalığına görə indiyə 

qədər  bizə  məlum  olan  arxantrop  və  paleoantroplardan  tamamilə 

fərqlənir. Məhz bu fərqlərə görə D.V.Hacıyev şərti olaraq tapıntını 

azıxantrop adlandırmışdır (Hacıyev, Hüseynov, 1970, 1976).  

Azıxantropun qalığı paleoantropoloji cəhətdən Azərbaycan 

və Qafqaz ərazilərində  Aşel dövrü adamlarının  fiziki quruluşunun 

elmi  tədqiqində  mühüm əhəmiyyəti  vardır. Belə bir  mülahizə  irəli 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə