Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə46/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   42   43   44   45   46   47   48   49   ...   106

184 

 

çapma alətləri, əl çapacaqları  ilə  yanaşı, qaşov tipli alətlər çoxluq 



təşkil edir. 

Azərbaycan  və  Qafqaz  ərazilərində  Aşel  mədəniyyətinə  aid 

6  mağara  düşərgəsi  müəyyən  edilmişdir.  Həmin  mağara 

düşərgələri  Azıx,  Kudaro  I,  Kudaro  III,  Soni,  Axştır  və  Üçbucaq 

mağara 

düşərgələrindən 



ibarətdir. 

Qeyd 


olunan 

Aşel 


mədəniyyətinə 

aid 


mağara  düşərgələrindən  ən 

zəngin 


stratiqrafiyaya,  arxeoloji  və  paleontoloji  tapıntılara  malik  abidə 

Azıx  düşərgəsi  hesab  olunur.  Azıx  paleolit  düşərgəsi  nəinki 

Azərbaycan  və Qafqazda, eyni  zamanda dünyada  yeganə paleolit 

düşərgəsidir  ki,  burada  mədəni  təbəqələr  tarixi  ardıcıllıqla 

formalaşmış,  əmək  alətlərinin  uzun  zamanlar  ərzində  hazırlanıb 

istifadə  olunmasını,  yeni- yeni  əmək  alətlərinin  texniki- tipoloji 

xüsusiyyətlərini    tədqiq  etməyə,  həmçinin  Paleolit  dövrünün 

heyvanat  aləmini  öyrənmək  üçün  ən  zəngin  tapıntılara  malik 

düşərgədir. 

V.P.Lübinin  rəhbərliyi  altında  Cənubi  Osetiyanın  Kudaro  I 

paleolit  düşərgəsində  aparılan  arxeoloji  qazıntılar  zamanı  5732 

ədəd  daş  məmulatı  və  100  minlərlə  ovlanmış  heyvan  sümük 

məmulatı 

tapılmışdır 

(Lübin, 

Belyayeva, 

2006). 

Aşel 


mədəniyyətinə aid Kudaro I düşərgəsinin daş  məmulatı  içərisində 

əsas  yeri  əmək  alətləri  təşkil  edir.  Düşərgənin  əmək  alətləri 




185 

 

arasında kobud çapma alətləri, əl çapacaqları  və qaşov tipli alətlər 



çoxluq təşkil edir (Lübin, 1998). 

 S.N.Kalandadzenin 

rəhbərliyi 

altında  Soni  mağara 

düşərgəsində  aparılan  arxeoloji  qazıntılar  zamanı  150  ədəd  daş 

məmulatı  və  on  minlərlə  ovlanmış  heyvan  sümükləri  tapılmışdır 

(Kalandadze,  1965).  Soni  düşərgəsinin  daş  məmulatı  içərisində 

əsas  yeri  əmək  alətləri  tutur.  Soni  düşərgəsinin  daş  məmulatı 

arasında əl çapacaqları və qaşov tipli alətlər çoxluq təşkil edir. 

Qafqaz  və  Azərbaycan  ərazisində  müəyyən  olunmuş 

çoxtəbəqəli  Aşel  mədəniyyətinə  aid  düşərgələr  onların  xarakterik 

xüsusiyyətini, 

alət 

hazırlama 



texnikasını, 

tipologiyasını 

öyrənməyə  imkan  verməklə  bərabər,  həmin  dövrün  təbii  coğrafi 

şəraitini  və  heyvanat  aləmini,  bitki  örtüyünü  tədqiq  etmək  üçün 

zəngin elmi tapıntılara malik arxeoloji abidələrdir. 

Azərbaycan  və  Qafqaz  ərazilərində  aparılan  arxeoloji 

tədqiqatlar  zamanı  mağara  düşərgələri  ilə  bərabər,  Aşel 

mədəniyyətinə  aid  olan  yerüstü  abidələr  də  qeydə  alınıb  tədqiq 

olunmuşdur (Mənsurov, 1978; Lübin, 1984). 

  

 



 

 

  


186 

 

VII FƏSĠL  



 

AZIXANTROP, PALEOLĠT DÜġƏRGƏLƏRĠNDƏN  

TAPILMIġ QƏDĠM ĠNSAN QALIQLARI 

 

Qədim  Paleolit  dövründə  yaşamış  ibtidai  insanların  fiziki 

quruluşunun 

müəyyən  edilməsi  dünyanın 

arxeoloq 

və 


paleoantropoloqlarının  qarşısında  duran  əsas  problemlərdən 

biridir.  Bu  elmi  problemin  tədqiqi  həmişə  çətin  və  mürəkkəb 

olmuşdur.  Bu  çətinliyin  başlıca  səbəbi  qədim  Paleolit  dövrü 

düşərgəsindən  tapılmış  ibtidai  insanlara  məxsus  sümük 

məmulatının olduqca azlığı ilə əlaqədardır. 

Dünyanın  müxtəlif  ölkələri  ərazisində  aparılan  kompleks 

elmi  tədqiqatlar  zamanı  paleolit  düşərgələrindən  arxeoloji 

materiallarla  yanaşı,  paleoantropoloji  tapıntılar  da  aşkar 

olunmuşdur. Həmin paleoantropoloji tapıntıları dünyanın müxtəlif 

ölkələrinin arxeoloq və paleoantropoloqları tədqiq etmiş və ibtidai 

insanlara  məxsus  fiziki  tiplər  müəyyən  edilmişdir  (Boriskovski, 

1979; Lümley, 1998). 

1968-ci  ilin  iyununda M.M.Hüseynovun rəhbərliyi  altında 

Paleolit  arxeoloji  ekspedisiyası  Azıx  düşərgəsinin  V  təbəqəsinin 

IV  horizontunda apardığı arxeoloji qazıntılar  zamanı bir  neçə daş 

məmulatı  ilə  birlikdə    ibtidai  insana  məxsus  çənə  aşkar 




187 

 

olunmuşdur.  Çoxtəbəqəli  Azıx  paleolit  düşərgəsinin  orta  Aşel 



mədəniyyətinə  aid  təbəqəsindən  tapılmış  ibtidai  insana  məxsus 

olan  çənə  üzərində  professor  D.V.Hacıyev  uzun  müddət  elmi 

tədqiqat işləri aparmışdır. M.M.Hüseynov tərəfindən tapılmış çənə 

Azıx paleolit düşərgəsinin elmi əhəmiyyətini  və  şöhrətini daha da 

artırmış  və  dünyanın  müxtəlif  ölkələrin  arxeoloq,  paleontoloq, 

paleoantropoloq  və  digər  mütəxəssislər  Bakıya  gələrək,  Azıx 

düşərgəsindən  tapılmış  maddi  mədəniyyət  qalıqları  ilə  yaxından 

tanış  olmağa  başlamışlar  (Lübin,  1998,  Lümley,  1998,  Cəfərov, 

2004). 

Professor  D.V.Hacıyevin  Azıxdan  tapılmış  çənə  üzərində 



apardığı  elmi  araşdırmalar  zamanı  məlum  olmuşdur  ki,  çənə 

quruluşundakı 

spesifik 

cəhətlərə 

əsasən, 

bir 


tərəfdən 

pitikantroplara,  xüsusilə Mauer adamının  çənəsinə, digər tərəfdən 

bir çox cəhətlərinə  görə Fransanın cənubunda olan Kondel-Araqo 

düşərgəsinin qədim  Aşel  mədəniyyətinə aid təbəqəsindən tapılmış 

preneandertal  tipli  insanlara  daha  yaxındır  (bax  şəkil  132,  133) 

(Lümley, 1998). 

Çoxtəbəqəli  Azıx  paleolit  düşərgəsinin  V  təbəqəsindən 

tapılmış  ibtidai  insana  məxsus  çənənin  iri  olması  açıq  nəzərə 

çarpır  və  onun  gövdəsi  nisbətən  qalındır.  Bu  baxımdan  Azıx 

mağara düşərgəsindən tapılmış çənə avstralopitek tipli adamlardan 

fərqlənir  və  müəyyən  cəhətlərinə  görə  arxantropların  arasında 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə