Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə42/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   38   39   40   41   42   43   44   45   ...   106

168 

 

kəlləsi  aşkar  olunmuşdur.  Bu  sahə  mağaranın  içərisində  olduqca 



möcüzəli  bir  guşədə  qabarıq  formada  irəliyə  uzanaraq,  orta 

hissəyə  işıq  düşməsinə  mane  olur  və  nəticədə  bura  zülmətə  qərq 

olur. Bu  hissədə qaya rəfi təbii  surətdə əmələ  gəlmişdir. Məhz bu 

rəfdə  yuxarıda  qeyd  olunan  mağara  ayılarının  kəlləsi  və  çənəsi 

qoyulmuşdur.  Tədqiqatlar  zamanı  müəyyən  olundu  ki,  mağara 

ayılarının  kəllə  və  çənələri  buraya  ibtidai  insanlar  tərəfindən 

qoyulmuşdur. Bu proses qədim insanların ilk dini görüşləri barədə 

məlumat  verir,  həm də qədim Azıx sakinlərinin  mağara ayılarının 

kəllələrinə  bir  növ  sitayiş  etdiklərini  göstərir.  Tədqiqatlar  zamanı 

müəyyən  olundu  ki,  düşərgənin  məhz  bu  sahəsi  müqəddəs  yer 

sayılmışdır.  Qeyd  olunan  proses  ibtidai  insanlarda  ilk  dini 

təsəvvürlərin meydana çıxdığını göstərir. Məhz, Azıx mağarasının 

materialları əsasında ibtidai insanlarda ilk dini görüşlərin meydana 

çıxmasını  orta  Aşel  mədəniyyəti  dövründən,  yəni  400  min  il 

bundan  əvvəl  başlandığını  söyləmək  daha  dəqiq  olar.    Bəlkə  də 

qədim  Azıx  sakinləri  bu  gizli  yeri  özlərinə  müqəddəs  yer  hesab 

etmiş,  ayı  kəllələrinə  də  bu  sahədə  sitayiş  etmişlər.  Beləliklə, 

qədim  insanlarda  dini  görüşlərin  ilk  əlamətləri  orta  Aşel 

mədəniyyətindən başlandığını söyləmək olar. 

       Son  illərdə  aparılan  arxeoloji  kəşfiyyat  və  tədqiqat  işləri 

nəticəsində  dünyanın  bir  sıra  qədim  insan  düşərgələrindən  də  ilk 

dini  etiqadların  və  görüşlərin  meydana  çıxmasına  aid  zəngin 




169 

 

maddi  mədəniyyət  nümunələri  aşkar  olunmuşdur.  Həmin  maddi 



mədəniyyət  nümunələri  ilk  dini  təsəvvürlərin  orta  Aşel 

mədəniyyəti  zamanı  meydana  çıxmasını  bir  daha  təsdiq  edir  

(Hüseynov, 1982, 1985; Cəfərov, 2004). 

        Azıx  mağara  düşərgəsinin  V  təbəqəsinin  xəlvət  yerindən 

tapılmış  ayı  kəllələri  daha  çox  maraq  doğurur.  Maraqlıdır  ki,  bu 

ayı  kəllələrinin  birinin  üzərində  8  əyri  xətt  çəkilmişdir.  Xətlərin 

ayrı-ayrılıqda  uzunluğu 15, 18, 20, 24, 30, 36, 45,  və 47 mm-dir. 

Bu  ölçülərdən  müəyyən  etmək  olur  ki,  xətlərin  uzunluğu  və 

onların  arasında  qoyulmuş  məsafələr  bərabər  deyildir.  Göstərilən 

xətlərin  hamısı dişli daş alətlə çəkilmişdir.  Güman etmək olur ki, 

kəllə  üzərinə  çəkilmiş  xətlər  azıxantropların  ideoloji  təsəvvürləri 

ilə bağlı olmuşdur. Bu da qədim insanların mənəvi aləmi haqqında 

müəyyən  fikir  söyləməyə  imkan  verir.  Azıx  düşərgəsindən 

tapılmış  ayı  kəlləsi  üzərində  xətlər  hələlik  dünya  paleolit 

düşərgələri  arasında  nadir  tapıntı  olsa  da,  buna  bənzər  tapıntı 

Almaniyanın  Turingi  ərazisində  olan  Bilsinsibendən  də  aşkar 

olunmuşdur. 

      Azıx düşərgəsinin mədəni təbəqələrindən ocaq yerlərinin aşkar 

olunmasının  xüsusi  elmi  əhəmiyyəti  vardır.  Bu  odun  yaranma 

tarixi  və  ondan  insanların  istifadə  etmələri  barədə  xüsusi  fikirlər 

söyləməyə  şərait  yaratmışdır.  Azıx  düşərgəsində  aparılan 

tədqiqatlar  nəticəsində  ilk  dəfə  insanların  oddan  istifadə  etməyə 




170 

 

başlamaları  qədim  Aşel  mədəniyyətində  olması  qənaətinə 



gəlinmişdir. 

      Azıx  düşərgəsinin  qədim  və  orta  aşel  təbəqələrində  aparılan 

arxeoloji qazıntılar zamanı ocaq yerlərinin aşkar olunması düşərgə 

sakinlərinin  hələ qədim  Aşel  mədəniyyəti  zamanı odla tanış olub, 

ondan istifadə etmələrini əyani surətdə sübut edir. 

     Aparılan arxeoloji  tədqiqatlar  zamanı  müəyyən olunmuşdur ki, 

qədim  Azıx  düşərgəsinin  sakinləri  torpaqda  qazma  üsulu  ilə 

ocaqlar  qurmuşlar.  Azıx  düşərgəsinin  orta  aşel  təbəqəsindən  3 

ocaq  yeri  qeydə  alınmışdır.  Ocaqlardan  biri  4  kv.m  sahəni  əhatə 

edir.  Ocağın  hər  tərəfinə  yandırılmış  ağac  külündən  qalın  sədd 

çəkilmişdir.  Ən  maraqlı  cəhət  ocağın  yanında  əhəngdaşılarından 

qurulmuş  divar  qalığının  qeydə  alınmasıdır.  Divar  qalığının 

hündürlüyü 40 sm-ə bərabərdir. Maraqlıdır ki, qeyd olunan divarın 

yanında daha bir kiçik ocaq yeri aşkar olunmuşdur. Ocağın hər iki 

tərəfi yastı əhəngdaşıları ilə əhatə olunmuşdur (Hüseynov, 1985). 

      Azıx  düşərgəsinin  orta  Aşel  dövrünə  aid  təbəqəsindən  ocaq 

yerlərinin  aşkar  olunması  qədim  sakinlərin  həyatında  ocağın 

mühüm yer tutduğunu göstərir. 

     Maraqlıdır  ki,  professor  Lübinin  Cənubi  Osetiya  ərazisindəki 

Kudaro  mağaralarında  apardığı  arxeoloji  qazıntılar  zamanı  Aşel 

mədəniyyətinə  aid  zəngin  maddi  mədəniyyət  qalıqları  aşkar 

olunmuşdur.  Kudaro  mağara  düşərgələrində  tapılmış    əl 




171 

 

çapacaqları  xüsusi  maraq  doğurmuşdur.  Qədim  Kudaro 



sakinlərinin  ovçuluq  təsərrüfatında  əsas  yeri  mağara  ayıları 

tutmuşdur. Bunu düşərgədə tapılmış heyvan sümükləri  sübut edir. 

Kudaro  düşərgəsində  ovlanmış  heyvan  sümüklərinin  95%-ni 

mağara ayılarının sümükləri təşkil edir (Lübin, 1998). 

     Avropa  ölkələri  ərazisində  aparılan  arxeoloji  tədqiqatlar 

zamanı  qədim  və  orta  Aşel  mədəniyyətinə  aid  zəngin  paleolit 

düşərgələri aşkar olunmuşdur.  Avropa ölkələri ərazisində Paleolit 

dövrü  üzrə aparılan arxeoloji  tədqiqat  işlərinin tarixi 100  ildən bir 

qədər  artıqdır.  Paleolitşünaslığın  tədqiqi  tarixində  bu  ölkələrin 

ərazisində  aşkar  olunmuş  arxeoloji  abidələrin  özünəməxsus 

xüsusiyyətləri  vardır.  Heç  də  təsadüfi  deyildir  ki,  Fransa 

ərazilərində tapılmış qədim insan məskənləri bu dövrün tədqiqinin 

təməl  daşını  qoymuşdur.  Məhz  buna  görə  də  Paleolit  dövrünün 

əsas  mədəniyyət  ocaqları  Fransa  ərazisində  ilk  dəfə  tapıldığına 

görə  həmin  yerin  adı  ilə  adlandırılmışdır.  Artıq  dünya  şöhrəti 

qazanmış  şell,  aşel,  mustye,  orinyak,  solyutre,  madlen  və  başqa  

arxeoloji 

mədəniyyətlər  Fransa  düşərgələrinin 

adları  ilə 

adlandırılmışdır.  Bu  ölkənin  ərazisində  aşkar  olunmuş  qədim 

insan  düşərgələri  içərisində  Ballone,  Terra-Amata,  Kondel-Araqo 

və  Lazaret  xüsusi  maraq  doğurur  və  tapılmış  maddi  mədəniyyət 

qalıqlarının zənginliyi ilə diqqəti cəlb edir. 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə