Daim onlara qonaq etmiĢdir. Nemətlərini sayıb qurtarmaq mümkün deyil



Yüklə 14,83 Kb.
Pdf görüntüsü
səhifə6/31
tarix02.06.2018
ölçüsü14,83 Kb.
#46977
1   2   3   4   5   6   7   8   9   ...   31

www.ehlibeyt-aka.com
                                
21 
 
       Bu  iki  hədisdə  bir  çox  həqiqət  və  mənalar  yatır,  gələcək  bəhslərdə 
onları təqdim edəcəyik.  
 
BĠRĠNCĠ HĠSSƏ: 
Üstünlük qanunu Qurana xas və vücudi (fiziki) həqiqətdir: 
      Əgər  insan  bu  geniĢ  varlıq  aləmində  öz  ətrafında  olanlara  baxarsa,  bu 
zaman görəcək ki, Allah-taala bir varlığı digərinə nisbətdə üstün bilmiĢdir; 
belə ki yer kürəsini ulduzlara nisbətən üstün bilərək həyatı orada yaratmıĢ, 
onu  peyğəmbərlərlə  ĢərəfləndirmiĢ  və  vəhyin  enməsi  ilə  əzizləmiĢdir. 
Sonra  suyu  xəlq  edərək  ondan  Ģirin  çaylar  və  Ģor  sular  yaratmıĢdır.  Daha 
sonra  isə  torpaqların  bəzisini  digərindən  üstün  bilmiĢdir;  belə  ki  Ģoran 
torpaqları  əkinə  yararlı  etməmiĢ,  daĢlıq  əraziləri  yalnız  daĢ-kəsək  üçün 
qərar vermiĢ, bəzi torpaqları da məhsuldar etmiĢdir. 
      Əgər  Məkkə  və  Kərbəla  torpaqlarına  nəzər  salsaq,  görərik  ki,  hər  iki 
torpaq  hərəm  olaraq  yaradılmıĢdır;  belə  ki,  Kərbəla  torpağı  Cənnət 
cavanlarının  ağasını,  Məkkə  torpağı  isə  Kəbəni  öz  ağuĢuna  almıĢdır.      
Buna  görə  də  Ġmam  Səccadın  (ə)  bu  hədisi  Kərbəla  torpağına  aid  olan 
xüsusiyyətləri  Məkkə torpağının dəyərini azaltmadan  insanlara tanıtdırır. 
ġübhəsiz,  bu  hədis  Kərbəla  torpağının  üstün  olmasındakı  hikməti  bəyan 
etmək  üçündür.  Belə  ki  bu  üstünlük  qanunu  Qurani-Kərimin  toxunduğu 
Qurana  xas  həqiqətdir.  Bu  üstünlük  qanunu  hətta  peyğəmbərlər  və 
övliyalar  arasında  da  keçərlidir.  Allah-taala  belə  buyurur:  “Bu 
peyğəmbərlərdən  (adları  çəkilən)  bəzilərini  bəzilərindən  üstün  etdik. 
Onlardan  eləsi  var  ki,  Allah  onunla  danıĢıb  (Musa  kimi)  və  bəzilərini  bir 
neçə dərəcə ucaldıb (ulul-əzm peyğəmbərlər kimi)...”
29
 
                                                           
29
  Bəqərə surəsi, 253-cü ayə 


www.ehlibeyt-aka.com
                                
22 
 
      Deməli,  üstünlük  qanunu  Qurana  xas  və  vücudi  bir  həqiqətdir.  Əhli-
beyt (ə) hədisləri isə bu qanuna aid olan hikməti insanlara izah edir.  
 
 
ĠKĠNCĠ HĠSSƏ: 
Kərbəla torpağının Məkkə torpağından əfzəl olmasının hikməti: 
       Məkkə  torpağı  müqabilində  Kərbəla  torpağının  fəzilətindəki  hikməti 
tanımaq  üçün  ilk  növbədə  iftixar  və  fəzilət  amillərini  tanımaq  lazımdır. 
Bildiyimiz  kimi,  Kərbəla  və  Məkkə  torpaqlarında  bir  sıra  fəzilətə  səbəb 
olan fenomenlər  mövcuddur. Həmin bu səbəbləri araĢdıraq: 
1)
 
Məkkə  torpağına  gəlincə,  onun  digər  torpaqlara  nisbətən  iftixar 
səbəbi  Kəbə  evinin  olması,  hər  bir  tərəfdən  hacıların  ona  üz  tutması 
və hər bir müsəlmanın namazda ona tərəf istiqamətlənməsidir.  
2)
 
Məkkə  torpağı  əmin-amanlıq  hərəmidir.  Onun  hərəm  olması 
qazanılmıĢdır,  yəni  bu  xüsusiyyət  Ġbrahim  peyğəmbərin  insanları 
Məkkəyə  dəvət  etməsindən  sonra  əmələ  gəlmiĢdir.  Belə  ki  Allah-
taala buyurmuĢdur: “Və (xatırlayın) o zaman(ı) ki, Ġbrahim dedi: “Ey 
Rəbbim, buranı (bu diyarı) təhlükəsiz və əmin-amanlığı olan bir Ģəhər 
et və onun əhalisinə – Allaha və axirət gününə iman gətirənlərə – hər 
növ meyvə və məhsullardan ruzi ver...”
30
 
3)
 
Orada Ġbrahim peyğəmbərin məqamı vardır. Həmin bu məqama görə 
Məkkə  torpağı  hörmət  və  fəzilətə  malik  olmuĢdur.  Allah-taala 
buyurur:  “Onda  (Allahın  tövhid,  hikmət  və  rəhmətindən)  aĢkar 
                                                           
30
  Bəqərə surəsi, 126-cı ayə 


www.ehlibeyt-aka.com
                                
23 
 
niĢanələr  (və  həmçinin  o  niĢanələrdən  biri  olan)  Ġbrahimin  məqamı 
vardır. Kim ora daxil olsa, amandadır (amanda olmalıdır)...”
31
 
 
Bu ayə iki məsələyə iĢarə edir:  
Birinci məsələ:  
      Allah-taala  açıq  aĢkar  ayələri  Ġbrahim  peyğəmbərin  məqamında  qərar 
vermiĢdir: 
Ġkinci məsələ: 
     Bu  məqamın  varlığı  səbəb  olmuĢdur  ki,  Məkkə  torpağı  əmin-əmanlıq 
hərəmi  hesab  edilsin.  BaĢqa  sözlə  desək,  Məkkə  torpağında  hörmət  və 
əmin-amanlığın qərar verilməsi Ġbrahim məqamının varlığı səbəbindəndir. 
     Deməli,  buradan  belə  nəticə  almaq  olar  ki,  məqamın  Ģərafəti  muqimin 
(orada  yaĢayan  Ģəxsin)  səbəbinədir.  Həmin  Ģəxs  isə  Ġbrahim  (ə) 
peyğəmbərdir.  Həmçinin  bu  deyilənlər  Məkkə  torpağı  ilə  Kəbə  arasında 
olan fərqə iĢarə edir.  
Beləliklə,  Məkkə  torpağının  digər  torpaqlara  nisbətən  üstün  qərar 
verilməsində  səbəb  və  amillər  vardırsa,  onda  daha  yaxĢı  olar  ki,  bu  səbəb 
və  amillərə  nəzər  salaq:  Əgər  Məkkə  torpağının  digər  torpaqlar 
müqabilində  olan  fəziləti  ağuĢuna  aldığı  Kəbə  və  Ġbrahim  məqamına 
görədirsə,  deməli,  bütün  iftixar  orada  muqim  olan  Ģəxs  və  onun  nəsli 
üçündür,  yəni  fəzilət  Ġbrahim  peyğəmbər  və  onun  zürriyyəti  üçündür, 
nəinki  torpaq  üçün.  Bu,  Qurana  xas  bir  həqiqətdir.  Belə  ki  Qurani-Kərim 
buyurur:  “Ey  Rəbbimiz,  həqiqətən,  mən  övladlarımdan  bəzisini  (Ġsmaili 
anası ilə birgə) Sənin möhtərəm və toxunulmaz evinin yanında əkinsiz bir 
                                                           
31
  Ali İmran surəsi, 97-ci ayə 


www.ehlibeyt-aka.com
                                
24 
 
dərədə sakin etdim ki, – ey Rəbbimiz, – namaz qılsınlar. Buna görə də elə 
et ki, insanların bir qisminin qəlbləri onlara meyil etsin...”
32
 
Bu ayə üç predmetə iĢarə edir: 
Birinci predmet:  
      Ġbrahim peyğəmbər və onun züriyyətinin Kəbə evinin kənarında münbit 
olmayan bir vadidə məskunlaĢmasındakı hikmət “... ey Rəbbimiz, – namaz 
qılsınlar...” 
33
 məfhumundan ibarətdir. 
      Bu  ayədə  gələn  “iqamə”  (ərəbcə  sözün  transkripsiyasıdır)  sözünün 
mənası  bərpa  etmək  anlamına  gəlir,  nəinki  icra  etmək.  Burada  bütün 
müsəlmanlar  nəzərdə  tutulur  –  istər  Ġbrahim  peyğəmbərin  züriyyətindən, 
istərsə  də  digər  züriyyətlərdən  olsun,  istər  mömin  və  sadiq  imana,  istərsə 
də  qəlbində  Allahı  inkar  edib  nifaq  möhrü  vurulmuĢ  Ģəxslər  olsun,  fərqi 
yoxdur.  Allah-taala  münafiqləri  xarakterizə  edərək  belə  buyurur:  “...Onlar 
namaza durarkən (yerlərindən) süst qalxır...”
34
 
Deməli,  münafiqlər  də  namazı  icra  edirlər,  lakin  onlar  namazı  bərpa 
etmirlər. Namaz yalnız Ġbrahimin əhli-beyti ilə bərpa oluna və dinin sütunu 
onların vasitəsi ilə qurula bilər. 
Ġkinci predmet:  
      Namazı  bərpa  edənlərdən  olduqları  üçün  möminlərin  qəlbləri  onlarla 
bağlılıq tapmıĢdır: “...insanların bir qisminin qəlblərini onlara meyilli qərar 
ver...“ 
35
   
     Bu  ayədə  gələn  “min”  ədatı  “bir  qisim”  mənasındadır.  Buna  görə  də 
insanlardan  bir  qisminin  –  möminlərin  qəlbləri  Ġbrahim  peyğəmbərin 
                                                           
32
  İbrahim surəsi, 37-ci ayə 
33
  Yenə də həmin ayə 
34
  Nisa surəsi, 142-ci ayə 
35
  İbrahim surəsi, 37-ci ayə 


Yüklə 14,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə