DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə19/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   15   16   17   18   19   20   21   22   ...   77

59 

 

üçün/  iki  dənizin  qovuşduğu  yerə  çatmayınca  və  uzun  müddət 



gəzib dolanmayınca (bu səfərdən) geri dönməyəcəm!». 

61. Onlar  iki dənizin  qovuşduğu  yerə  gəlib  çatdıqda  (yeməyə 

götürdükləri) balığı unutmuşdular, balıq isə (dirilib suya atılmış) 

dönəndə bir yarğana tərəf üz tutmuşdu. 

62.  Onlar  (iki  dənizin  qovuşduğu  yerdən)  keçib  getdikləri 

zaman  Musa  gənc  dostuna  dedi:  «Nahur  yeməyinizi  gətir.  Bu 

səfər bizi lap əldən saldı!». 

63.  O  isə:  «Görürsənmi,  biz  (həmin  yerdə)  qayanın  yanında 

gəldiyimiz zaman mən balığı unutdum». Doğrusu onu xatırlamağı 

mənə  yalnız  Şeytan  unutdurdu.  Balıq  (dirilib)  əcaib  bir  şəkildə 

dənizə yolanmışdır! -deyə cavab verdi. 

64. /Musa:/  «Elə istədiyiniz də /axtardığımız da budur!/- dedi 

və  onlar  öz  ləpirlərinin  izinə  düşüb  gəldikləri  yola  geri  /iki 

dənizin qovuşduğu yerə/ qayıtdılar». 

65.  /Musa  və  Yuşa  orada/  öz  dəzgahımızdan  mərhəmət 

/peyğəmbərlik və vəhy, yaxud ilham və kəramət/ əta etdiyimiz və 

öz  tərəfimizdən  elm/  qeybə  dair  bəzi  biliklər/  öyrəndiyimizə  

bəndələrimizdən birini /Xızırı/ tapdılar. 

66. /Musa/ ondan soruşdu: «Öyrədildiyin doğru yolu göstərən 

elmdən mənə öyrətmək şərtilə sənə tabe olummu?» 

67.  /Xızır/  belə  cavab  verdi:  «Sən  mənimlə  bir  yerdə  olan 

/görəcəyim  işlərə/  əsla  dözə  bilməzsən.  /Sənin  onlara  səbrin 

çatmaz,  çünkü  mən  batini  elmlə  iş  görürəm.Sənin  bildiyin  isə 

ancaq  zahiri  elmdir.  Sən  peyğəmbər  olduğun  üçün  mən  zahirən 

qadağan  olunmuş  bir  iş  gördükdə  onu  etiraz  edib  əleyhimə 

çıxacaqsın/». 

68.  Axı  sən    bilmədiyin  /batininə,  mahiyyətinə  bələd  olma-

dığın/ bir şeyə necə dözə bilərsən? 

69.  /Musa/  dedi:  «İnşallah,  səbirli  olduğumu  görəcəksən. 

Sənin heç bir əmrindən çıxmayacağam». 

70.  /Xızır/:  «Əgər  mənə  tabe  olacaqsansa,  səbəbini  sənə  izah 

etməyəncə məndən heç bir şey haqqında soruşma! -dedi». 

71.  Bundan  sonra  onlar  durub  yola  düşdülər.  Gəmiyə  min-

dikləri zaman /Xızır/ onu deşdi /gəminin bir-iki taxtasını sındırıb 




60 

 

çıxartdı/.  /Musa  dedi:  «Sən  gəmidə  olanları  suya  qərq  etmək 



üçünmü gəmini deşdin? Doğrusu, olduqca məzəmmətə layiq bir iş 

gördüm!». 

72. /Xızır/ belə cavab verdi: «Sən demədimmi ki, mənimlə bir 

yerdə olanda /görəcəyin işlərə/ əsla dözə bilməzsən?» 

73. /Musa/ dedi: «Unutduğum bir şeyə görə məni danlama və 

məni öz işimdə /sənə tabe olmaqda/çətinliyə salma!». 

74.  Yenə  getdilər,  nəhayət  bir  oğlan  uşağı  ilə  rastlaşdıqda 

/Xızır/  dərhal  onu  öldürdü.  /Musa/  dedi:  /Heç  bir  günah  iş  tut-

mayan,  buna  görə  də,  qısaca  layiq  olmayan  /pak,  məsum  bir 

canamı qəsd etdin? Doğurdan da, çox pis iş gördün!». 

75.  /Xızır/  yenə  belə  cavab  verdi:  «Sənə  demədimmi  ki,  mə-

nimlə  bir  yerdə  olanda  /edəcəyim  əməllərə/  əsla  dözə  bilməz-

sən?». 

76. Musa dedi: «Əgər bundan sonra səndən  bir şey barəsində 



xəbər  alsam  bir  daha  mənimlə  etiraz  etdiyim,  səni  qınadığım 

üçün/  sən  artıq  mənim  tərəfimdən  üzürlüsən  /məni  atıb  getməyə 

haqqın vardır/». 

77.  Sonra  yenə  yola  düzəlib  getdilər.  Axırda  bir  məmləkət 

əhlinə yetişib onlardan yeməyə bir şey istədilər. Əhali onları qo-

naq etmək /Musaya və Xızıra yemək vermək/ istəmədi. Onlar ora-

da  yıxılmaq  /uçulmaq/  üzrə  olan  bir  divar  gördülər.  /Xızır/  onu 

düzəltdi. Musa dedi: «Əgər istəsəydin, sözsüz ki, bunun müqabi-

lində bir muzd /çörək pulu/ alardın»… 

78.  /Xızır/  dedi:  «Bu  artıq  mənimlə  sənin  aranda  ayrılıq  vax-

tıdır // Zahirən nəməqbul olduğunu gördüyüm üçün» dözə bilmə-

diyim  şeylərin  daxili  mənasını/batinin  mahiyyətini/sənə  xəbər 

verəcəyəm! 

79.  Belə  ki,  gəmi  dənizdə  çalışıb-vuruşan  bir  dəstə  yoxsula 

mənsub  idi.  Mən  onu  xarab  etmək  istədim,  çünki  həmin  adam-

ların  arxasında  /yaxud  qabağında/  hər  bir  saz  gəmini  zorla  ələ 

keçirən bir padşah var idi. 

80. Oğlana gəldikdə onun ata-anası mömün kimsələr idi /mən 

onun alnına baxıb gördüm ki, həddi-buluğa yetişəndə kafir olacaq 



61 

 

// buna görə də biz /onun böyüyəndə /ata-anasını da /öz arxasınca 



/azğınlığa və küfrə sürükləməsindən qorxduq. 

81.  Və  Rəbbinin  onun  əvəzində  onlara  daha  təmiz  və  /ata-

anasına  qarşı/  daha  mərhəmətli  olan  başqa  bir  övlad  verməsini 

istədik. 

82.  Divara  gəldikdə  isə,  o  şəhərdə  olan  iki  yetim  oğlanın  idi. 

Altında onlara çatası bir xəzinə vardı. Onların atası əməlisaleh bir 

adam idi. Rəbbin onların həddi-buluğa  çatmalarını və Rəbbindən 

bir mərhəmət olaraq öz xəzinələrini tapıb çıxarmalarını istədi. /Ya 

Musa/  mən bunları öz-özümdən etmədim /yalnız Allahın  əmrini 

yerinə  yetirdim/.  Sənin  səbr  edib  dözə  bilmədiyin  şeylərin  daxili 

/batini/ mənası budur!» (4. s. 299-301). 

Xızırla  bağlı  rəvayətlər  dini  hekayəlrdən  daha  çox  folklor 

nümunələrinə bənzəyir. Xızır bir çox Şərq xalqlarının şifahi xalq 

ədəbiyyatının, nağıl və əfsanələrinin sevimli qəhrəmanıdır. Təbiə-

tin  canlanması,  yaşıllaşması  çox  zaman  Xızırla  əlaqələndirilir. 

Təsadüfi  deyil  ki,  onun  adı  ərəbcə  «Xadıra»  -yaşıllaşmaq,  yaşıl 

rəngdə  olmaq  sözundən  alınıb.  Rəvayətə  görə  o,  namaz  qılarkən 

ətrafında yaşıllıq əmələ gələrmiş. 

Azərbaycan şifahi və  yazılı ədəbiyyatında, nağıllarda, dastan-

larda  tez-tez  Xızırın  adına  rast  gəlirik.  «Kitabi-Dədə  Qorqud» 

dastanında Xızırın yaralıya kömək etdiyini bilirik. 

«Tarixçilər  onun  adını  və  nəsəbini  bu  cür  verirlər:  Bilya  bin 

Məlkan  bin  Fəlğ  bin  Abir  bin  Şədix  bin  Ərfəxşər  bin  Cam  bin 

Nuh. Onun atasının qudrətli bir hökmdar olduğu söylənilir. Bəzən 

də  tarixçilər  Xızırın  atasının  İbrahim  peyğəmbərə  iman  gətirib 

onun  birlikdə  Babil  torpağını  tərk  edənlərdən  olduğunu  göstərir-

lər. Xızırın çox elmli bir adam olduğu Allah-taalanın lütfü ilə ona 

hədim biliklər verildiyi  söylənilir. Kəhf surəsindəki  Xızırla eyni-

ləşdirilən  Allah  bəndəsinin  də  Qeybədir    biliklərdən  xəbərdar 

olduğunu,  hadisələrin  zahiri  deyil  batini,  daxili  tərəfini  duyub 

dərk  etdiyini  görürük.  Xızır  əleyhissəlamın  səhralarda  yolunu 

azanlara kömək etdiyi, bir çox təbii fəlakətlərdən, daşqın, yanğın 

və s. insanları xilas etdiyi rəvayət edilir» (1.120). 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə