DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə27/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   23   24   25   26   27   28   29   30   ...   77

83 

 

Ya Rəb, kəmali-mərtəbeyi-Mustəfa həqi! 



Sidqeyi səfayi-silsileyi-ənbiya həqi!  

(6. səh.173). 

 Ərəbcə  “mustəfa”-seçmə,  seçilmiş,  bəyənilmiş  deməkdir. 

İmam  Əliyə  verilmiş  adlardan  biridir  (1.  səh.219).Bu  ada  “Dədə 

Qorqud” dastaninda da rast gəlinir. Lakin dastandakı Mustəfa sü-

jetlə  əlaqəli  surət  deyil.  Bu  ad  yalnız  boyların  sonunda  Məhəm-

məd adının sinonimi kimi çəkilir:  

Yığışdırsun, duruşdursun, günahlarını 

Adı görklü Məhəmməd Mustafa yüzi suyuna 

Bağışlasın, xanım, hey!... 

 

(5. səh. 51). 

Bu xeyir dua, şübhəsiz ki, qədim dastanın sonralar üzünü kö-

çürən katibin əlavəsidir. Belə ki, “Kitabi-Dədə Qorqud”dakı hadi-

sələrin  baş  verdiyi  vaxtlarda  onun  qəhrəmanları  Məhəmmədi, 

Mustafanı hələ tanımırdılar. 

Füzuli poemasındakı Mustəfa da dini ad kimi işlənmişdir. 

Zeynəb.  Füzuli  poemasında  Zeynəb  antroponiminə  də  rast 

gəlirik: 

Olmuşdur əsir bir nigarə, 

Büt ziybli Zeynəb adlı yarə.   

(6. səh. 142) 

Ərəbcə “zeynəb” – kök, dolğun; gözəl, yaraşıqlı, bəzənmiş de-

məkdir. Zeynəb Məhəmməd peygəmbərin (s.a.s.) sevimli qızının, 

həmçinin  əziz  arvadlarından  birinin  adı  olmuşdur  (1.  səh.  347). 

Bu ad şərq aləmində geniş yayılıb. Ona Ərəbistandan başqa İran-

da da, Türkiyədə də, Əfqanıstanda da çox rast gəlmək olar.  

Azərbaycan  xalqının  məişətində  Zeynəb  adından  bu  gün  də 

geniş şəkildə istifadə edilir.  

Nəvai. Poemada Nəvai adı ilə də rastlaşırıq: 



Olmuşdur Nəvaiyi-süxəndan 

Mənzuri-şəhənşəhi-Xorasan.     (6. səh. 32) 

Füzuli  burada  özbək  şairi  Əlişir  Nəvaini  nəzərdə  tutur.  Dahi 

özbək  şairi  və  mütəfəkkiri  Əlişir  Nəvai  (1441-1501)  bir  müddət 

Sultan Hüseyn Bayqaranın vəziri olmuşdur. Nəvai öz qiymətli və 

zəngin  kitabxanasını  xalqın  istifadəsinə  vermiş  və  bir  sıra 



84 

 

məktəblər  təsis  etmişdir.  Onun  özbək  dilində  “Xəmsə”si,  dörd 



divanı və başqa əsərləri vardır. Ədəbi yaradıcılıqda Nizami ədəbi 

məktəbinə mənsub olmuşdur. 

Farsca  “nəva+i”-avazlı,  səsli,  muğama  məxsus,  nəğməyə 

məxsus; varlı, sərvətli deməkdir (1. səh. 235). 

Nizami.  Füzuli  “Leyli  və  Məcnun”  əsərində  dahi  Nizami 

Gəncəvini ehtiramla yad edir:  



Bulmuşdu səfayi-dil Nizami

Şirvanşəhə düşüb girami.  

(6. səh. 32); 



Kim söylər idi ögüb kəlami, 

Övsafi-Cəliliyü Nizami.   

(6. səh. 40). 

Nizami təxəllüs kimi XII əsr Azərbaycan şairi və mütəfəkkiri 

İlyas  Yusif  oğlu  Gəncəviyə  aiddir.  Sonradan  sənətkarımıza  olan 

ehtiram və hörmət bu təxəllüsün şəxs adı kimi məişətimizdə geniş 

yayılmasına səbəb olmuşdur. 

Ərəbcə “nizam+i”-nizamlı, qayda-qanunlu; qayda-qanun yara-

dan,  nizama  salan  deməkdir  (1.səh.  238).  Nizami  təxəllüsü  həm 

də, “şeir, poeziya” bildirən “nəzm” ilə eyni kökdəndir. Dahi Niza-

mi Gəncəvi də şeir mülkünün sultanı, hökmranı, qayda qoyanı idi. 

Bu gün də söz sultanı Nizami Gəncəvi bütün dünyada məşhurdur.  

Bu adlardan başqa “Leyli və Məcnun” poemasında Məsih, İsa, 

Füzuli,  Nəmrud,  Xəlil,  Əbunüva,  Harun,  Musi,  Ali,  Osman, 

Sultan Süleyman, Əhməd, Veys, Səlman, Zeyd, İbni Səlam, Xızır 

və s. antroponimlər də işlənmişdir. 

Poemada  işlənmiş  bəzi  yer  adlarının  semantikası  haqqında 

məlumat verək: 

Bağdad.  “Leyli  və  Məcnun”  poemasında  Bağdad  coğrafi  adı 

işlənir: 

Ancaq deməzəm ki, xaki-Bağdad 

Alayişi-nəzmdəndir azad.  

(6. səh. 30). 

Bağdad Ərəb İraqının ən böyük şəhərlərindəndir. Hazırda İraq 

Ərəb  Respublikasının  paytaxtıdır.  Dəclə  çayının  sahilində  yerlə-

şir.  Mühüm  dəmir  yol,  şosse  yolu  və  çay  nəqliyyatı  mərkəzidir. 

Şəhərin  əsası  xəlifə  Mənsur  tərəfindən  762-ci  ildə  qoyulmuş  və 




85 

 

Abbasilər  xəlifələrinin  paytaxtına  çevrilmişdir.  Orta  əsrlər  Şərqi-



nin ən böyük siyasi, iqtisadi və mədəni mərkəzi olmuşdur. 

Bağdad sözünün lüğəti  mənası  –  “Allahın hədiyyəsi”, “Allah 

tərəfindən verilmiş” deməkdir. 

Xorasan.  Poemada  rast  gəlinən  coğrafi  adlardan  biri  də 

Xorasandır: 

Nə Hind, nə Fars, nə Xorasan, 

Nə Rumü Əcəm, nə Şamü Şirvan (6. səh. 30). 

Xorasan orta  əsrlərə qədər Orta Asiyanın ən böyük ölkələrin-

dən  biri  olmuşdur.  Iranın  şimal-şərqində  bir  vilayətdir;  imamlar-

dan Əli Rzanın qəbri bu vilayətin mərkəzi olan Məşhəd şəhərində 

olduğundan, bura müsəlmanların ziyarətgahıdır. 

Qədim  İran  dövlətləri,  yəni  Pişdadyan  və  Kəyamyan  za-

manında  əsl  İran,  Xorasan  və  onun  ətrafından  ibarət  olmuş  və 

Bəlx şəhəri  İranın  paytaxtı imiş.  Xorasan adı  bu ölkəyə sonralar, 

Sasanilər  zamanında  verilmişdir.  Mənası  qədim  fars  dilində 

(pəhləvi dilində) “Günəş Yurdu”, yəni Şərq deməkdir. 

Məkkə. “Leyli və Məcnun”  əsərində  Məkkə və  Mədinə  topo-

nimləri də işlənmişdir:  



Əbr istehsalü bərq kinə, 

Şahənşəhi – Məkkəvü Mədinə. (6. səh. 34) 

Məkkə  -  Səudiyyə  Ərəbistanında  şəhərdir.  Hicaz  əyalətinin 

inzibati  və  ticarət  mərkəzidir. Ərəbistan  yarımadasında  ən qədim 

şəhərlərdən biridir. Müsəlmanların baş ruhani mərkəzi və ziyarət 

ocağıdır.  Buraya  hər  il  minlərlə  insan  ziyarətə  gəlir.  Toponimin 

mənası ərəb dilində “şəhərlər anası” deməkdir.  

Mədinə.  Səudiyyə  Ərəbistanında  qədim  şəhərlərdən  biridir. 

Lüğəti  mənası  şəhər  deməkdir.  Əvvəlki  adı  Yəsribdir.  Məhəm-

məd (s.a.s.) peygəmbərin qəbri oradadır. 

Bəsrə. Poemada Bəsrə toponiminə də rast gəlirik: 



Əmrinə ərəb mütiü münqad, 

Cəh Bəsrə məqamı, gah Bağdad. (6.səh. 44). 

Bəsrə-İraq  Ərəb  Respublikasının  cənub-şərqində,  Şəttəl-ərəb 

çayının  sahilində  yerləşir.  Ölkənin  ən  böyük  dəniz  limanıdır. 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə