DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə26/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   22   23   24   25   26   27   28   29   ...   77

80 

 

Əbr istehsanü bərq kinə



Şahənşəhi -Məkkəvü Mədinə.           (6. səh.35). 

Göründüyü  kimi  şair  nümunə  göstərdiyimiz  birinci  beytində 

yeddi,digər  beytlərində  isə  iki  onomastik  vahid  işlətmişdir.Bu 

misalların sayını istənilən qədər artırmaq mümkündür.  

Məhəmməd  Füzulinin  “Leyli  və  Məcnun”  poemasında  işlən-

miş onomastik vahidləri aşağıdakı kimi qruplaşdırmaq olar: 

1.  Antroponimlər.  Məs.;  Leyli,  Məcnun,  İsa,  Nizami,    Sultan 

Süleyman, Xızr, Zeyd, Nofəl və s. 

2.  Toponimlər.  Məs.;  Bağdad,  Bəsrə,  Məkkə,  Mədinə,  Xora-

san, Kəbə və sairə.  

3. Etnonimlər: Məs.; türk, ərəb, fars və s.  

4. Fitonomlər: Məs.; nərgiz, lalə, reyhan, zənbəq, xaşxaş və s. 

5. Kosmonimlər:Məs.;Bəhram,Ütarid, Zöhrə, Mərrix, Ay və s. 

6. Zoonimlər: Məs.; Aslan, qaplan, bülbül və s. 

Poemada  işlənmiş  antroponimlər  içərisində  tarixi  şəxsiyyət 

adları,dini və əfsanəvi adlara təsadüf edilir. Məsələn: 



Müzəffər daima Sultan Süleyman xani adildir 

Ki, hər kim tabeyi-fərmanı olmaz-namüsəlmandır. 

(6. səh.36); 



Xəlqə verib intizari-məqdəm, 

Ol dəm gəldi ki, gəldi Adəm. 

(6. səh.24); 



İqbalın olub qərini-xurşid, 

Ögrətdi Məsihə rəsmi-təcrid. 

(6. səh.25); 



Carubi-gərdi-rəhgüzərin bali-Cəbrəil 

Taqi-rəvəqü dərgəhin eyvani-kibriya. 

(6. səh.28); 



Xurşid kimi kəmalə qabil, 

İsa kimi tiflilikdə kamil.                         

(6. səh.45) 

“Leyli və Məcnun” əsərində işlənmiş bəzi antroponimlər haq-

qında məlumat verək: 




81 

 

Adəm.  Ərəb  mənşəli  söz  olan  “adəm”-insan  deməkdir.İlk  in-



san və ilk peyğəmbər Adəmin adı ilə bağlıdır (1. səh.12).Rəvayətə 

görə Allah hər cins torpaqdan bir az qarışdıraraq Adəmi yaratmış 

və sonra onun böyründən Həvvanı  çıxarmışdır.Cənnətdə  yaşayan 

Adəm  və  Həvvaya  buğda  yemək  qadağan  edilmişdir.Bir  gün 

şeytan onları aldatmış və buğda yemişlər, buna görə də cənnətdən 

qovulmuşlar. Onlar insanlığın yer üzündə ilk nümayəndələridir.  

Məhəmməd  Füzulinin  “Leyli  və  Məcnun”  əsərində  də  Adəm 

antroponimi məhz peygəmbər adı kimi işlənmişdir: 



Xəlqə verib intizari-məqdəm 

Ol dəm gəldi ki, gəldi Adəm.  

 

(6. səh.24). 

Cəbrəil. Poemada rast gəlinən adlardan biri də Cəbrəildir: 

Carubi-gərdi-rəhgüzərin bali-Cəbrəil

Taqi-rəvadü dərgahin eyvani-kibriya 

(6. səh.28) 

 Cəbrail dini addır.Dini kitablara görə, Allahın dörd yaxın mə-

ləyi  vardır:  Cəbrail  –  Allahın  sözlərini  peyğəmbərlərə  yetirən; 

Mikayıl-Allahın  bəndələrinə  ruzi  paylayan;  İsrafil-qiyamət  günü 

sur-şeypur çalıb ölüləri qəbirdən qaldıran; Əzrail-insanların canını 

alan, buna Məlakül-mövt də deyilir. 

 Osman Mirzəyə görə, Cəbrail adının tərcüməsini ərəb dilində 

axtarmaq düzgün deyil. Çünki  İslam hadisələrinə o, Tövrat əfsa-

nələrindən  düşüb.  Burada  onun  adı  Qavraiildir.  Professor  Lev 

Uspenski  onu  “allahın  döyüşçüsü”,  fransız  publisisti  Leo  Taksil 

isə “allahın adamı” kimi tərcümə edir (7. səh.231). 

 Deməli,  Cəbrayıl  (Cəbrəil)  qədim  Yəhudi  “Qavriil”  adının 

ərəb  forması  olub  “allahın  əsgəri,  tanrının  döyüşçüsü”  anlamini 

bildirir. 

Qeys.Poemada əfsanəvi aşiq Məcnunun əsl adıdır: 



Kim, Qeys ikən, oldu adı Məcnun, 

Əhvalını etdi qəm digərgun. 

 

(6. səh.65). 

 Ərəb sözü olan “qeys” -ölçü, miqdar deməkdir. Şəxs adı kimi 

“həddən artıq, ölçüsündən çıxmış” mənasını ifadə edir (1. s.178). 

Müasir dövrümüzdə Qeys adından çox az istifadə olunur. 

Leyli. Poemanın esas qəhrəmanlarından birinin adıdır: 




82 

 

Aləm səri-muyinin tufeyli, 



Məhbubeyi-aləm, adı Leyli.   

(6. səh.50); 



Hər kim sorar olsa Qeysə bir raz

Leylidən ona yetərdi avaz. 

  (6. səh.51) və s. 

“Leyli və Məcnun” dastanını ilk qələmə alan Nizami və ondan 

sonra Füzuli qəhramanı Leyli adının ərəbcə yazılışı elədir ki,onu 

həm  də  Leyla  kimi  oxumaq  olur.  Adın  mənası  “gecəyə  məxsus, 

qaranlıq;  qara  saçlı”  deməkdir.  Bu  adın  qədim  yəhudicə  “liliya” 

(xoş iyli, zərif gül) sözü ilə eyni kökdən olduğu da güman edilir 

(1. səh.189).  

 Nizami  və  Füzuli  qəhrəmanı  nə  qədər  əziz  olsa  da,  məişəti-

mizdə ad Leyli deyil, Leyla şəklində daha çox işlənir. Bu da onu 

göstərir ki, Nizaminin və Füzulinin poemalarından xeyli əvvəl ad 

məişətimizə Leyla şəklində daxil olub, nəsildən-nəslə keçib. Son-

radan gələn Leyli adı Leylanı sıxışdırıb aradan çıxara bilməyib. 

 Məcnun. Ərəbcə “məcnun”-dəli, divanə; məcazi mənada eşqə 

tutulmuş, vurgun deməkdir (1. səh.196). “Leyli və Məcnun” poe-

masında  bu  ad  Qeys  Leylinin  eşqindən  məcnunluq  səviyyəsinə 

çatdıqdan sonra xalqın ona verdiyi addır. Dahi Füzuli Məcnunun 

Leyliyə  olan  eşqini  gözəl  bir  dillə  qələmə  almış,  onun  “mülki-

eşqə bir şah” olduğunu göstərmişdir:  

Məcnuna müqabil oldu Leyli, 

Bəhri-qəmə yetdi dərd seyli. 

Leyli demə-şəm’i-məclisəfruz, 

Məcnun demə atəşi-cigərsuz. 

Leyli demə-cənnət içrə bir hur

Məcnun demə-zülmət içrə bir nur. 

Leyli demə-övci-hüsnə bir mah, 

Məcnun demə-mülki-eşqə bir şah.     (6. səh.67). 

 Mustəfa.Poemada rast gəldiyimiz adlardan biri də Mustəfadır: 



Ya Mustəfa, Füzuliyi-möhtacə rəhm edüb, 

İzhari-iltifat ilə qıl hacətin rəva.   

(6. səh.29); 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə