DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə24/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   20   21   22   23   24   25   26   27   ...   77

74 

 

olsam,  məni  Allahın  əzabından  kim  qurtara  bilər?  Siz  mənə 



ziyandan başqa bir şey artırmayacaqsınız!». 

64.  Allahın  bir  dişi  (maya)  dəvəsi  sizin  üçün  (peyğəmbər-

liyimi təsdiq edən) bir möcüzədir. Buraxın Allahın torpağında ot-

lasın,  ona  bir  pislik  etməyin,  yoxsa  çox  şiddətli  bir  əzaba  düçar 

olarsınız!». 

65.  Onlar  dəvəni  tutub  kəsdilər.  Saleh  də  onlara  dedi:  «Daha 

üç  gün  yurdunuzda  yaşayıb  kef  çəkin.Bu,elə  bir  vəddir  (sözdür) 

ki, yalan çıxmaz!».  

66. (Saleh tayfasının məhvi barəsində) əmrimiz gəldikdə Biz-

dən  bir  mərhəmət  olaraq  Salehin  və  o  günün  rüsvay-çılığından 

qurtardıq.  Həqiqətən,  Rəbbin  yenilməz  qüdrət  və  qüvvət  sahibi-

dir! 


67.  O  zülm  edənləri  qorxunc,  tükürpədici  bir  səs  bürüdü  və  

evlərində  dua  üstə  düşüb  qaldılar  (bir  göz  qırpımında  həlak 

oldular). 

68.  Sanki  onlar  orada  heç  yaşamamışdılar.  Bilin  ki,  Samud 

tayfası (Allahın mərhəmətindən) kənar (uzaq) oldu! (4.s.227-228). 

Qurani-Kərim.Əş-Şuəra («Şairlər») surəsi. 

141. Səmud tayfası da peyğəmbərləri təkzib etdi. 

142.  O  vaxt  ki  qardaşları  Saleh  onlara  dedi:  «Məgər  (küfr 

etdiyinizə,  peyğəmbərləri  yalançı  hesab  etdiyinizə  görə  Allahın 

əzabından) qorxmursunuz?» 

143.  Şübhəsiz  ki,  mən  sizin  üçün  etibar  olunası,  bel    bağla-

nılması bir peyğəmbərəm! (Vədimə  xilaf çıxmaz,  əmanətə xəya-

nət etmərəm!). 

144. Artıq Allahdan qorxun və mənə itaət edin! 

145.  Mən  bunun  (Allahın  hökmlərini,  risaləti  təbliğ  etməyin) 

müqabilində sizdən heç bir muad, əvəz istəmirəm. Mənim müka-

fatım ancaq aləmlərin Rəbbinə aiddir! 

146.  Məgər  siz  elə  burada  olanların  içində  arxayınlıqla  qala-

caqsınız? 

147. Bağlar və çeşmələr içində. 

148.  Əkinlər  və  lətif  çiçəkli  (gözəl  meyvəli)  xurmalıqlar 

içində (xatircamliklə ömür sürəcəksiniz?). 



75 

 

149.  Dağlardan  (sanki  dünyada  əbədi  yaşayacaqsınız  deyə 



özünüzə)  məharətlə  (və  ya  təkəbbürlə)  evlər  yonub    düzəldə-

cəksiniz? 

150. Artıq Allahdan qorxun və mənə itaət edin! 

151. (Günah etməklə) həddi aşanlara boyun əyməyin! 

152.  O  kəslər  ki,  yer  üzündə  fitnə-fəsad  törədər  və  (pis  işlər-

dən, günah əməllərdən əl çəkib özlərini) izah etməzlər! 

153.  Onlar  dedilər:  «Həqiqətən,  sən  əməlli-başlı  ovsunlamı-

san! (Divanənin birisən! Sən hardan peyğəmbər oldun?)» 

154.  Sən  də  bizim  kimi  ancaq  adi  bir  insansan!  Əgər  doğru 

danışanlardansansa  (həqiqi  peyğəmbərsənsə),  bizə  Allahdan  bir 

möcüzə gətir!» 

155. (Saleh) dedi: «Bu (Allahın möcüzəsi olan) dişi (maya) bir 

dəvədir. Su içmək növbəsi bir gün onun, bir gün sizindir! (Bir gün 

çeşmədən  o  su  içsin,  bir  gün  də  siz  için.  Bir-birinizə  mane 

olmayın!)». 

156. Ona heç bir pislik etməyin, yoxsa böyük günün (qiyamət 

gününün) əzabı sizi yaxalayar!». 

157. Amma onlar dəvəni tutub kəsdilər, sonra da (əzab qorxu-

su ilə) peşman oldular. 

158. Artıq əzab onları yaxaladı (hamısı məhv oldu). Şübhəsiz 

ki,  bunda  (Salehin  bu  hekayətində)  bir  ibrət  vardır.  Halbuki 

onların əksəriyyəti iman gətirmədi. 

159. Həqiqətən, sənin  Rəbbin  yenilməz qüvvət  və  mərhəmət 

sahibidir!  (Kafirlərdən  intiqam  alar,  tövbə  edən  bəndələrini 

bağışlayar!) (4. s. 372). 

Qurani-Kərim. Ən-Nəml («qarışqalar») surəsi. 

45.  Biz  Səmud  tayfasına  –Allaha  ibadət  edin  deyə  qardaşları 

Salehi  peyğəmbər  göndərdik.  (Saleh  öz  tayfasının    yanına  gələn 

kimi)  onlar    bir-biri  ilə  çəkişən,  düşmənçilik  edən  iki  fürqəyə 

(mömünlərə və kafirlərə) ayrıldılar. 

46. (Saleh) dedi: «Ey qövmum! Siz nə üçün yaxşılıqdan qabaq 

pisliyə  tələsirsiniz?  (Tövbədən  qabaq  əzabı,  mərhəmətdən  öncə 

zülmü  istəyirsiniz?)  Nə  üçün  Allahdan  bağışlanmağınızı 

diləmirsiniz ki, bəlkə, rəhm olunarsınız?» 



76 

 

47. Onlar dedilər: «Bizə sənin və yanında olanların ucbatından 



uğursuzluq  üz  verdi.  (Ayağınız  bizə  düşmədiyi  üçün  pis  günə 

qaldıq,  cürbəcür  müsibətlərə  düçar  olduq).  Saleh  dedi:  «Sizin 

uğursuzluğunuz Allahdandır. Bəlkə də (itaət edib etməyəcəyinizi 

bilmək üçün Allah tərəfindən) imtahan olunursunuz». 

48. (Samur tayfasının yaşadığı Hicr adlı) şəhərdə doqquz kişi 

var  idi  ki,  yer  üzündə  fitnə-fəsad  törədər,  əsla  yaxşı  bir  iş 

görməzdilər. 

49. Onlar öz aralarında Allaha and içib belə dedilər: «Biz gecə 

ona  və  ailəsinə  hücum  edib  öldürəcək,  sonra  da  onun  (qanını  al-

maq  istəyən)  qəyyumuna  deyəcəyik  ki,  biz  onların  (kimlər  tərə-

findən)  öldürüldüyünü  görməmişik  (öldürüldüyü  yerdə  olma-

mışıq) və biz, həqiqətən, doğru danışırıq!». 

50.  Onlar  bir  hiylə  qurdular.  Biz  isə  özləri  də  bilmədən 

(gözlənilməyən bir əzabla) hiylələrinin cəzasını verdik. 

51.  (Ya  Məhəmməd!)Bir  gör  onların  hiylələrinin  axırı  necə 

oldu.  Biz  onların  (doqquz  kişinin)  özlərini  də,  tayfalarını  da 

büsbütün yox etdik. 

52.Bu,  zülmləri  üzündən  onların  bomboş,  viran  qalmış 

evləridir.  Həqiqətən,  bunda  (qüdrətimizi)  anlayıb  bilən  bir  qövm 

üçün ibrət vardır! (4. s. 380). 

Qurani-Kərim. Əl-Qəmər («Ay») surəsi. 

23.  Samud  qövmü  də  (Saleh  peyğəmbərin  onlara  etdiyi) 

təhdidləri, xəbərdarlıqları yalan saymışdı. 

24.  Onlar  demişdilər:  «Məgər  biz  özümüzdən  olan  (adi)  bir 

adama  tabe  olacağıq?  Biz  onda  haqq  yoldan  azmış  və  dəlilik 

etmiş olarıq!». 

25.  Məgər  içərimizdən  vəhy  yalnız  onamı  nazil  olmuşdur?! 

Xeyir, o, yalançının lovğanın biridir!». 

26. (Biz Saleh peyğəmbərə təsəlli verib dedik): «Onlar kimin 

yalançı, kimin lovğa olduğunu sabah mütləq biləcəklər!». 

27.Biz  onları  imtahana  çəkmək  üçün  bir  dişi  (maya)  dəvə 

göndərəcəyik.  Onların  nə  edəcəyini  gözlə  və  (əziyyətlərinə  də) 

döz! 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə