DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə25/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   21   22   23   24   25   26   27   28   ...   77

77 

 

28.Və  onlara  suyun  (dəvə  ilə)  onlar  arasında  bölündüyünü 



xəbər ver! (suyu bir gün onlar, bir gün də dəvə içəcəkdir). Hərə öz 

növbəsində hazır olsun!». 

29.  Nəhayət,  onlar  öz  yoldaşlarını  (Qudar  ibn  Salifi)  çağır-

dılar. O da dəvəni tutub kəsdi. 

30.  (Bir  görəydiniz)  mənim  əzabım  və  qorxutmağım  necə 

oldu! 


31.  Biz  onlara  bircə  dəhşətli,  tükürpədici  səs  (Cəbrayılın 

qışqırtısını)  göndərdik,  dərhal  (heyvanlar  üçün)  ağıl  düzəldənin 

istifadə etdiyi quru ota (həşəmə) döndülər. 

32.  And  olsun  ki,  biz  Quranı  (ondan)  ibrət  almaq,  öyüd-

nəsihət  qəbul  etmək  üçün  belə  asanlaşdırdıq.  Amma  hanı  ibrət 

alan, öyüd-nəsihət qəbul edən?! (4. s. 528-529). 

Füzulinin  poeziyasında  Saleh  peyğəmbərin  dəvəsi  ilə  bağlı 

parçada  diqqəti  cəlb  edən  cəhət  dəvəni  öldürən  adamın  Həmzə 

adlanmasıdır. «Qurani-Kərim»də Əl-Qəmər  surəsinin 29 ayəsin-

də  Saleh  peyğəmbərin  dəvəsini  kəsən  Qudar  ibn  Salifi  olduğu 

qeyd olunub. Görünür, Füzuli bu hekayəni xalq folklor variantına 

istinadən  belə  yazmışdır.  Füzuli  Həmzənin  şərab  içərək  Saleh 

peyğəmbərin  dəvəsini  öldürməsinin  şərabın  insanlara  vurduğu 

ziyanı qeyd etmək istəyindən irəli gəlir. 

Füzulinin «Leyli və Məcnun» poeması və başqa əsərləri şifahi 

xalq yaradıcılığına min bir telə bağlı olan sənət inçiləridir. Böyük 

şairin  əsərlərinin  dillər  əzbəri  olmasının,  əsrlərdən  bəri  Şərq 

ədəbiyyatından  örnək  sayılmasının,  mühüm  təhlil  edilməsi  onun 

böyüklüyündən  irəli  gəlir.Füzuli  sənətinin,  o  cümlədən  də  onun 

«Leyli  və  Məcnun»nunu  folklora,  xalqın  mənəvi  sərvətinə  bağ-

layan  mühüm  keyfiyyət  əsərin  ruhu  ilə,  nəfəsi  ilə  müəyyən 

olunmuşdur.  Şairin  ömrünün  son  dövrlərində  yazılmış  bu  böyük 

əsər  dünyagörmüş  dahi  bir  insanın  həyat  haqqında  gəldiyi  qiy-

mətli nəticələrin poetik salnaməsidir. Böyük qəlb şairinin qüdrətli 

ilham  mənbəyi,  xalq  üçün  yazıb  yaratmaq,xalqın  dərdini  xalqın 

özünə demək, onların dərdlərinə şərik olmaq idi. 

Böyük  Füzuli  xalqın  dilində  əzbər  olan  acı,  həm  də  olduqca 

poetik  əfsanəni  doğma  Azərbaycan  dilində  yaratmaqla  ucalardan 




78 

 

uca  olmuşdur.  Bu  dünya  durduqca  Füzuli  sənəti  yaşasın  və  hər 



zaman dillər əzbəri olaraq qalsın. 

 

Ədəbiyyat 

1.  Aidə  Qasımova.  Füzuli  yaradıcılığında  Quran  rəvayətləri. 

Bakı, 1995, s. 181 

2.  Ayaz Vəfalı. Füzuli xəlqiliyi. Bakı, gənclik, 1995. 

3.  Füzuli. Leyli və Məcnun. Gənclik 1977,211 s. 

4.  Qurani-Kərim.Bakı    s.652 

5.  Məhəmməd Füzuli.Seçilmiş əsərləri. I cild. Bakı, 2005, s. 327 

6.  Məhəmməd Füzuli.Seçilmiş əsərləri. II cild. Bakı, 2005, s. 263 

7.  Mir Cəlal Füzuli sənətkarlığı. II nəşri. Maarif nəşriyyatı. Bakı, 

1994 

 

 



РЕЗЮМЕ 

Алиева Хошбахт 

Фольклорная традиция в творчестве М.Фузули 

Данная  научная  работа  росвешена  исследованию 

проблемы    фольклорная  традиция  в  творчестве  М.Фузули. 

Творчестве М.Фузули известно всему миру. 

 

 

SUMMARY 



Aliyeva Khoshbakth 

The folklore tradition in Mahamed Fuzuli’s creation 

İn this article it is spoken about folklore tradition in Mahamed 

Fuzuli’s  creation. Fuzuli’s  creation is rich for folklore tradition. 

The  legacy  of  M.Fuzuli    is  a  great  constribition  for  the  world 

literature. 



79 

 

Onomas tika, Diale ktologi ya v



ə

 Etimologiya    

 

 

 

 

 

Aynurə Əliyeva 

elmi işçi 

M.FÜZULİ YARADICILIĞINDA ONOMASTİK 

VAHİDLƏR (“LEYLİ VƏ MƏCNUN” POEMASININ 

MATERİALLARI ƏSASINDA)  

 

Azərbaycan-türk  şeirinin  görkəmli  nümayəndəsi  Məhəmməd 



Füzuli Şərq xalqlarının ədəbiyyatına güclü təsir göstərən dahi bir 

sənətkardır.  Xaqani,  Nizami,  Rumi,  Nəsimi,  Yunis  Əmrə,  Nəvai 

kimi ölməz şairlər arasında layiqli yer tutan Füzulinin şeirimizdə 

yeri  çox  yüksəkdir.  Yaxın  və  Orta  Şərq  ölkələrinin  heç  birində 

ondan sonra onun səviyyəsində şair yetişməmişdir. 

Yaradıcılığa çox erkən başlayan Məhəmməd Füzuli əsərlərini 

üç  dildə:  türk,fars  və  ərəb  dillərində  yazıb.  Şairə  ən  çox  şöhrət 

qazandıran  əsərləri  ana  dilində  yazdığı  qəzəlləri  və  “Leyli  və 

Məcnun” poemasıdır. 

“Leyli və Məcnun” poeması Füzuli yaradıcılığının zirvəsi, na-

dir  sənət  abidəsidir.Ədəbiyyat  tariximizdə  Füzulidən  əvvəl  Leyli 

və Məcnun əfsanəsi mövzusunda dahi şair Nizami Gəncəvi farsca

Həqiri Təbrizi isə ana dilimizdə poema yazmışlar. Füzulidən son-

ra  da  bir  çox  Azərbaycan  şairləri  “Leyli  və  Məcnun”  poemasını 

qələmə  almışlar.Lakin  bu  əsərlər  sırasında  ən  məşhuru  məhz 

Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsəridir.Dahi şairimizin 

bu poeması bədii dəyərinə görə qiymətsizdir. 

Məhəmməd  Füzulinin  “Leyli  və  Məcnun”  əsəri  onomastik 

vahidlərlə zəngindir. Məsələn: 

Nə Hind, nə Fars, nə Xorasan

Nə Rumü Əcəm, nə Şamü Şirvan.     (6. səh.30); 

Şad etmiş idi Əbunüvası 

Haruni-xəlifənin ətası.  

 

(6. səh.32); 



Olmuşdu Nəvayi-süxəndan 

Mənzuri-şəhənşəhi-Xorasan.            (6. səh.32); 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə