DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə35/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   31   32   33   34   35   36   37   38   ...   77

108 

 

şivələrimizin demək olar ki, hamısında “g” ilə başlayır. “Kitab”-



dakı  “genə”  şəkli  qərb  ləhcəsində  “gənə”  formasındadır”  (4, 

s.160). 


M.Füzulinin lirik şeirlərini araşdırdıqca dialekt və şivələrimiz-

də  mühafizə  olunan  çoxlu  sayda  fonetik  paralellərə  rast  gəlmək 

mümkündür.  Şübhəsiz  ki,  bu  faktların  hamısını  əhatə  etmək 

mümkün deyil. Bu səbəbdən də dialekt və şivələrimiz üçün daha 

zəruri olan cəhətlərə nəzər salaq:  

“A” saitinin uzanmasına M.Füzulidə (əfğa:nına  -əfqanına) və 

Qazax, Borçalı, Ağcabədi çivələrində (qa:-qaya, qa:çı-qayçı) rast 

gəlinir. 

“Ə” saitinin uzanması həm Füzuli poeziyasında, həm də şivə-

lərimizin  bir  çoxu  üçün  səciyyəvidir.  Məsələn,  Füzuli  poeziya-

sında (ə:r-əgər) Qarabağ, Qazax şivəsində ə:r-əgər . “O” saitinin 

uzanması  Füzulinin  şeirlərində  və  əksər  şivələrimizdə  müşahidə 

olunur. Füzulidə - qo:du, Bakı dialektində - qo:n-qovun. “Ö”-nün 

uzanması Füzuli poeziyasında intensivliyi ilə seçilir. Füzulidə: 

 

 Bəhrə, lölö dişlərin vəsfin məgər, söyləy səba. 



 Kim qulaq tutmuş sədəf içrə düri-qəltan (8, s.58) 

 

 Belə  uzun  tələffüz  olunma  dialektlərimizin,  əksəriyyəti  üçün 

xarakterikdir.  Qazax-Borçalı  dialektlərində  -  sö:r-söyür,  Şamaxı 

dialektində nö:bənöv – növbənöv. 

a→ə, e→ö, e→ə sait əvəzlənmələrinə M.Füzulinin dilində və 

şivələrimizdə rast gəlinir. Nümunələrə nəzər salaq: 

a→ə  Füzulidə  -    qəra;  Bakı,  Quba,  Şamaxı  şivələrində  qərə 

(qara). 


e→ö  Füzulidə  -  böylə;  Qazax,  Qarabağ,  Şamaxı  şivələrində 

beylə-belə.  

e→ə Füzulidə - əv; Yardımlı, Naxçıvan, Bakı şivələrində - öy 

(ev). 


M.Füzulinin  poeziyasında  sağır  nun  səsinə  rast  gəldiyimiz 

kimi, eyni səsə Azərbaycan dilinin qərb şivələrində də rast gəlirik. 

Bitişdirici n samitinin y samiti ilə əvəzlənməsi hadisəsi Füzulinin 



109 

 

dili baxımından da xarakterikdir. Qərb qrupu dialekt və şivələrin-



də də bitişdirici n samiti y samiti ilə əvəz edilir. Məsələn, Füzuli-

də - Musayı.  Dialektlərimizdə (qapıyı, ölüyü və s.). 

M.Füzuli  poeziyasında m→b, b→p, d→t, ç→ş və s. kimi sa-

mitlərin  əvəzlənməsi  dialekt  və  şivələrimizdə  də  müşahidə    olu-

nur. Məsələn:  

Füzuli, xazini-gənci-vəfayəm, ol səbəb dəndir

Gühərlər töktü israf ilə bu çeşmi-gühərpaşım (8, s.209) 

Qazax-Borçalı  şivəsində  pişirsin  (bişirsin),  Bakı  şivəsində 

palta (balta) və s.  

M.Füzuli poeziyasında və dialektlərimizdə paralel  olaraq rast 

gəldiyimiz  səsartımı  (proteza),  səsdüşümü  (eliziya),  yerdəyişmə 

(metateza)  kimi  fonetik  hadisələrə  nəzər  salaq.  Məsələn,  Füzuli 

şeirlərindəki –gəc, -ğac şəkilçisi – 

           Qılma, ey əfqan, gözün bidar, məsti-xab ikən 



Olmaya bir fitnə peyda ola, bidar eyləgəc (səh.88) 

Sonrakı dövrlərdə ədəbi dilimizdə -caq, -cək şəklində sabitləş-

sə də, qərb şivələrində ilkin formada qorunub saxlanılıb (görgəcin 

və s.). 


Leksik  paralellər.  Müasir  Azərbaycan  ədəbi  dili  baxımından 

arxaizm hesab olunan sözlərin müəyyən bir qismi dialektlərimiz-

də eynilə və yaxud müəyyən fonetik dəyişikliklərə məruz qalaraq 

işlənir. 

M.Füzuli  poeziyasında  ədəbi  dil  baxımından  arxaizm  hesab 

olunub,  lakin  dialekt  və  şivələrimizdə  qorunub  saxlanan  xeyli 

sayda nümunələrə rast gəlmək mümkündür. Misallara nəzər salaq: 

Gör nə aşiqdir ki, bir xurşid vəslin bulmağa,  

Sərf edər hər ləhzə min-min lölöi-şəhvar sübh (8, s.88) 

Azərbaycan  dilinin  şərq  ləhcəsi  Xaçmaz  dialektində  aramaq 

/axtarmaq mənasında bulmaq felinə rast gəlmək mümkündür. 

Eymənəm səngi-məlamətdən kim, alıb çevrəmi, 

Oldu zənciri-cunun bir qələyi-ahən mana (8, s.43) 

Füzulinin  “kargər  düşməz  xədəngi-təneyi-düşmən  mana”  qə-

zəlindən verdiyimiz nümunədə “Eymənən”, “zənciri-cunun”, “qə-



110 

 

leyi-ahən”  sözləri  diqqəti  cəlb  edir,  hər  üç  sözə  dialektlərimizdə 



rast gəlirik; 

Eymana-eymana  (Qax)  – fikirləşə-fikirləşə, Eymə  (Ağcabədi, 

Basarkeçər, Borçalı, Gədəbəy, Goranboy, Kürdəmir, Qazax, Min-

gəçevir, Ucar, Zərdab) – tuluq – Eymədəqi şorna xarta olu, ay ar-

vad:  

Eymələməx` (Kürdəmir, Cəbrayıl) – genişlənmək, genəlmək. 



Eyməmməx`  (Ağbaba,  Borçalı,  Cəbrayıl,  Gədəbəy,  Qazax, 

Mingəçevir, Oğuz, Tovuz) qormax, ehtiyat etmək – Adam qaran-

nıxdan eymənir (1, s.152). 

Beytin  birinci  misrasında  rast  gəldiyimiz  “zənciri-cunun” 

birləşməsinin  tərkibində  işlənən  “cun”  sözünə  Quba  dialektində 

tikan  mənasında  rast  gəlirik  (1,  s.82).  Beytdə  işlənmiş  “qəleyi-

ahən”  izafətinin  tərkibindəki  qələ  sözünə  gəlincə  isə  dialekt-

lərimizdə  qələ  sözü  də  işlənməkdədir.  Lakin  dialekt  və  şivələri-

mizdə  işlənən  qələ  sözü    ilə  beytdəki  qələ  sözləri  arasında  fərqli 

anlamların ola bilməsi də mümkündür. 

Qələ (Meğri, Ordubad) – dəfə 

Qələ günü (Yardımlı) – çərşənbə axşamı (1,  s.291). 

Bizim  fikrimizcə,  beytdə  qələ  sözü  ədəbi  dilimizdə  işlənən 

qala  sözünün  fonetik    dəyişikliyə  uğramış  variantıdır.  Bakı  və 

Qarabağ  dialektlərində  qala  sözünə  qələ  şəklində  rast  gəlmək 

mümkündür. 



Padişahım, zülm edib aşiq sona zalim demiş

Xubrulardan yaman gəlməz, bu böhtandır sana (8, s.44) 

Beytin ikinci misrasında işlənən yaman sözü xəstəlik adı kimi 

hal-hazırda Borçalı, Cəbrayıl, Füzuli, Göyçay, Qax, Qazax, Min-

gəçevir, Tərtər, Tovuz dialektlərində işənməkdədir (1, s.539). 

 Dəmbədəm gər düşsə gözdən dürri-əşkim vəchi var

 Yaş uşaqlardır, yetim, onlarda yox rəsmi-ədəb . 

Beytin birinci  misrasındakı dəmbədəm  sözü  Xaçmaz dialek-

tində “vaxtlı-vaxtında” mənasında bu gün də işlənməkdədir. İkin-

ci misradakı yaş sözü isə Cəbrayıl dialektində təzə-tər mənasında 

qorunub saxlanır (1, s.543). Yaş sözünün misradakı işlənmə möv-

qeyi həmin sözün dialektdə qorunub saxlanılan anlamı ilə üst-üstə 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə