“DƏDƏ-qorqud kitabi”nda at kultu



Yüklə 70,28 Kb.
Pdf görüntüsü
səhifə4/43
tarix11.03.2018
ölçüsü70,28 Kb.
#31149
1   2   3   4   5   6   7   8   9   ...   43

 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
12 
 
lıq dərəcəsi də təkcə “Kitab”ın poetik strukturu  deyil,  ümumən 
qədim türk tarixi və  etnoqrafiyası baxımından düzgün dəyərlən-
dirilir.  Müəllifin  haqlı  qənaətinə  görə,  “bu  adların  hər  birində 
bir tarix yaşayır, hər birində at kişnərtisi, at ayaqlarının tappıl-
tısı,  eləcə  də  hərəkət  trayektoriyası,  onun  sürətli  qaçışı  sanki 
donmuş  vəziyyətdədir,  dil  açıb  danışmaq  istəyir”.  Və  bu  “don-
muş vəziyyətdəki atlar” özləri barədə həqiqətləri səsləndirməyə 
qadir olmasalar da, Əzizxan Tanrıverdinin fəhmi ilə nəyə qadir 
olduqlarını, Oğuz Cəmiyyətində tutduqları yeri açıqlaya bilirlər. 
“At  belində  vətənini  qoruya-qoruya  öz  tarixini  yazan  Türk”ün 
(Ə.Tanrıverdi) Qaragüclər, Qazlıq atlar, Boz atlar, Qonur atlar, 
Qaragözlər, Boz ayğırlar, Keçi başlı Kecər ayğırlar, Toqlı başlı 
Turı ayğırlar, Ağ-boz atlar, Gög bədəvi atlar  ən yaxın silahda-
şını, dostunu, yarını, hətta oğlunu əvəz edib. Türkün məişətinin, 
həyatının elə bir tərəfi yoxdur ki, at bildirən sözlər orada hansı 
formadasa  işlənməsin:  qəhrəmanın  antroponimik  modellərində 
(Qonur atlı Qazan, Boz atlı Xızır və s.), Oğuz igidlərinə aid bədii 
təyinlərdə  (Qaragöz  atın  belinə yatan Qazan, ağ-boz atın yalısı 
üzərində qar tutduran Şirşəmşəddin və s.) belə at adlarının önəm 
daşıdığı göstərilir. 
Atla bağlı sözlərin morfoloji xüsusiyyətləri “Kitab”da isim, 
isimləşən  vahidlər,  sifət  və  fellər  əsasında  üzə  çıxarılır.  Mətndə 
atla bağlı çoxlu ümumi sözlərə və xüsusi adlara təsadüf olunur. 
Onların  hər  birinin  işlənmə  yerlərinə  görə  tək  və  cəm  halda 
işlənməsi, hallanaraq dəyişməsi nümunələrlə əsaslandırılır. Mə-
lum olur ki, at və ayğır sözləri adlıq, qeyri-müəyyən yiyəlik, qey-
ri-müəyyən təsirlik hallarında intensiv şəkildə daha çox təhkiyə-
çinin dilində işlənir, Oğuz igidlərinin döyüşkənliyi, tədbirli olma-
ları, atı müqəddəs hesab etmələri, qadınlara olan sonsuz məhəb-
bət  və  s.  cəhətlərin  ilkin  görüntüləri  mənsubiyyət  şəkilçisi  qəbil 
etmiş at və ayğır kimi sözlər kontekstində işlənir. Sifətlər ayrı-ay-
rı boylarda at adlarının (zoonimlərin) apelyativi kimi və əlamət, 
keyfiyyət bildirən sözlər şəklində təsadüf olunur, müəllifin gəldiyi 
 


 
Язизхан Танрыверди 
 
 
13 
 
qənaətə görə, ayrı-ayrı cəhətlərin ilkin kodu olaraq diqqəti cəlb 
edir. Ümumiyyətlə, atlar hadisələrin əsas özəyini dinamikləşdir-
diyi  üçün  at  adları  fellərlə  əlaqələnəndə  süjetin  daha  da  inten-
sivləşdiyini bildirir. “Kitab”da işlənən atla bağlı feillər quruluş 
etibarı ilə sadə, düzəltmə və mürəkkəbdir. Ə.Tanrıverdi əsərində 
vurğulayır ki, at oynatmaq (hünər göstərmək), at yelisinə düşmək 
(atın  boynuna  sarılaraq  sürətlə  sürmək),  at  salmaq  (atla  mey-
dana girmək), qan dərləmək (atı qanı çıxana qədər sürmək, qan-
tər içində sürmək) vahidləri türkologiyada feli frazeoloji vahidlər 
hesab  olunur  və  “Kitab”da  at  və  qəhrəman  obrazlarının  sintez 
şəklində olduğunu, onların bütün məqamlarda bir-birini tamam-
ladığını göstərir. Atla bağlı felləri növ kateqoriyası müstəvisində 
araşdırarkən,  əsasən,  məlum  növdə  işləndiyinin  müşahidə 
olunduğunu bildirir. Məchul növdə heç işlənmir, digər növlərdə 
olanlar  isə  cəmi  bir-iki  nümunəni  əhatə  edir.  İnkarlıq  kateqori-
yasından danışanda at bildirilən və atla əlaqələndirilən sözlərin 
iki  məqamla  –  sintaktik  mühitlə  və  həmin  tip  fellərin  semantik 
yükü ilə bağlılığına diqqət yetirilir. At kişnərtisi haqqında alimin 
gəldiyi  qənaətlər  folklorşünaslar  və  etnoqraflar  üçün  olduqca 
maraqlı material verir: “Ümumiyyətlə, at kişnəməsi müəyyən bir 
hadisə  barədə  siqnal,  işarədir.  Heç  şübhəsiz  ki,  qədim  türk  at 
kişnəməsini dərindən müşahidə etmiş, onun nə üçün kişnədiyini 
çıxardığı səsin – kişnəmənin alçaqlıq və yüksəklik dərəcəsi ilə - 
ton müxtəlifliyi ilə müəyyənləşdirmişdir (bu atçılıqla məşğul olan 
bütün  xalqlara  aiddir)”.  Qazlı  Timofey  də  hələ  orta  əsrlərin 
başlanğıcında qələmə aldığı “Heyvanlar aləminin sakral rəmzlə-
ri” kitabının “At” bölməsində göstərirdi ki, “Düşmən atlar bir-
birinin kişnərtisini uzaq məsafədən tanıyır...”
1
3

“Kitab”da atla bağlı sözlərin felin təsriflənən və təsriflən-
məyən  formaları,  zaman  kateqoriyası  baxımından  təhlilə  cəlb 
                                                 
1
3
Тигрица  и  грифон:  Сакральные  символы  животных.  –СПб.:  «Петер-
бургское Востоковедение», 2002, стр. 165. 
 


 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
14 
 
edilməsi,  köməkçi nitq hissələri ilə əlaqəsi də araşdırılaraq ma-
raqlı nəticələr əldə edilir.  
Sintaktik xüsusiyyətlərdən bəhs açılan hissələrdə atla bağlı 
vahidlər,  ismi  və  feli  birləşmələr,  məqsəd  və  intonasiyaya  görə 
cümlənin  növləri  (nəqli,  sual,  əmr  və  nida  çümlələri),  cümlə 
üzvləri (mübtəda, xəbər, tamamlıq, təyin, zərflik), eləcə də xitab 
müstəvisində təhlilə cəlb edərək bildirir ki, poetik strukturundakı 
Qonur at, Boz ayğır, Qara ayğır  və s.  kimi at adları, həmçinin 
atla  bağlı  digər  sözlərin  assosiativliyi  ilə  işlənmiş  vahidlər 
ixtisar edilərsə, “Kitab” barədə, umumiyyətlə, danışmaq olmaz. 
Mən  deyərdim  ki,  əsərin  ən  diqqətəlayıq  hissəsi  “Türk-
Oğuz  cəmiyyətintə  ata  münasibət”  adlanan  bölmədir.  Bu  böl-
mənin orijinallığı ondadır ki, müəllif dilçilik aspektində apardığı 
araşdırmanın  nəticələrini  folklorşünaslıq,  tarix  və  etnoqrafiya 
prizmasından keçirərək qorqudşünaslığımız, bütövlükdə filologi-
ya  elmimiz üçün yeni  olan forma  və məzmunda  orijinal fikirlər 
irəli sürür. 
Ulu əcdadlarımızın atla bağlı əski görüşləri, adət və ənənə-
ləri, ritualları “Kitab”ın mətninə elə ustalıqla transformasiya et-
mişdir  ki,  ayrı-ayrı  epizodların  və  deyimlərin  canına  hop-
durularaq alt qatda gizlənmişdir. Ə.Tanrıverdi böyük məharətlə 
eposun  gizli  məqamlarına  nüfuz  etməyi  bacarır  və  bir  çox  sir-
lərin açılmasına nail olur. Onun düzgün vurğuladığı kimi, Oğuz 
cəmiyyətinə qovuşmaq üçün ilk olaraq at minməyi öytənmək la-
zımdır. Bu mənada atı oğula, qardaşa, sədaqətli dosta, yoldaşa, 
xilaskara  bənzədərək  hətta  müqəddəs  qopuza,  yaya  bərabər 
saysalar  da,  özlərindən  üstün  tutur,  at  belində  ov  ovlayır,  at 
belində sevişir, at belində döyüşürdülər. Alim bu məsələlərin hər 
birini zəngin faktlarla əsaslandırır. 
Ə.Tanrıverdi əsrlərin sınağından çıxıb el arasında bu gü-
nümüzə qədər gəlib çıxan adətləri böyük şövqlə şərh edərək biri 
üzərində  (atın  yalının,  quyruğunun  qırxılması)  daha  geniş  da-
yanır və müxtəlif çağlarda yaranan üç əsər (“Kitab”, “Koroğlu” 
 


Yüklə 70,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə