“DƏDƏ-qorqud kitabi”nda at kultu



Yüklə 70,28 Kb.
Pdf görüntüsü
səhifə7/43
tarix11.03.2018
ölçüsü70,28 Kb.
#31149
1   2   3   4   5   6   7   8   9   10   ...   43

 
Язизхан Танрыверди 
 
 
21 
 
        “Kitab”da                             Müasir Azərbaycan dilində  
 
          əyər                                      yəhər 
          cilav                                     cilov 
          qusqun                                 quĢqun 
          ılqı                                       ilxı 
          uyan                                     yüyən 
 
Bu cür fonetik dəyiĢikliyə uğrama at adlarında da müĢahi-
də olunur: 
                            Qoŋur – Qonur 
                            TəpəlqaĢğa – TəpəlqaĢqa 
                            Gög bədəvi  - Göy bədəvi 
 
―Kitab‖da kiĢnəmək mənasında iĢlənmiĢ ―oğramaq‖ sözü 
(Bədəvi atlar issin görüb oğradıqda) M.KaĢğarinin ―Divan‖ında 
―okramak‖ formasındadır. Həmin söz Azərbaycan dilinin qərb 
Ģivələrində  ilkin  fonetik  tərkib  və  mənasına  uyğun  Ģəkildə 
mühafizə olunur:  oxranmax. Yaxud ―Kitab‖dakı binət (Tavla-
tavla  Ģahbaz  atları  sorar  olsam,  binət  kümüŋ?)    sözü  ―minik‖ 
anlamlıdır. Həmin söz Azərbaycan  dilinin ġahbuz Ģivələrində 
―minəx`‖ (dördyaĢar at) fonetik variantındadır. 
 
 
 
 
 
 
 
 
 
 
 


 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
22 
 
ATLA BAĞLI SÖZLƏRĠN LEKSĠK  
XÜSUSĠYYƏTLƏRĠ 
 
Qeyd etdiyimiz kimi, ―Kitab‖da tez-tez təkrarlanan, inten-
sivliyi  ilə  fərqlənən  sözlərdən  biri  at  zooleksemidir.  Bu  da 
təsadüfi deyil. Çünki qədim türkün həyatında atı əvəz edə bilən 
ikinci bir varlıq olmamıĢdır. Dəvə ərəbin (―Dəvəsi ölmüĢ ərəb‖ 
deyimini  xatırlatmaq  yerinə  düĢür),  at  da  qədim  türkün    həya-
tında  müstəsna  rola  malik  olmuĢdur.  ―At  türkün  qanadıdır‖ 
deyimi  (M.KaĢğarinin  ―Divan‖ı)  də  təsadüfi  olaraq  yaranma-
yıb.    Müqayisə  və  qarĢılaĢdırmalar  göstərir  ki,  nəinki  ―Dədə 
Qorqud‖  qəhrəmanlarını,  hətta  ―Dastan‖ın  özünü  belə  atsız  tə-
səvvür etmək mümkün deyil. 
―Kitab‖da  atı  olmayan  qəhrəmanın  heç  bir  dəyərə  malik 
olmadığı xüsusi olaraq vurğulanır: Kəndülər atlu, babaŋı yayaq 
yüritdilər. Bu misradakı piyada anlamlı ―yayaq‖ sözü atlu (atlı) 
sözünün antonimidir. Burada onu da qeyd edək ki, yayaq sözü 
Azərbaycan  dilinin  qərb  Ģivələrində  ―yə:x‖  Ģəklində  mühafizə 
olunur. 
―Kitab‖da  at  zoolekseminin  Ģəxs  adlarına  çevrilməsi,  daha 
doğrusu,  Ģəxs  adlarının  komponentlərindən  biri  kimi  iĢlənməsi 
türk  poetik  təfəkküründən  süzülüb  gələn  ən  dəyərli  detallardan 
biridir.  Ġki  nümunəyə  diqqət  yetirək:  At  ağuzlu  Uruz  qoca.  Bu 
antroponimik  modeldə  ―at  ağuzlu‖  sözü  igidliyi,  cəsurluğu  ifadə 
edən vahid kimi çıxıĢ edir. Yaxud at sözü məhz güc, qüdrət məna 
yükünə  görə  Ģəxs  adı  kimi  iĢlənmiĢdir:  Basat.  Bu  adın  ―At 
basubən,  qan  sümürər‖  cümləsindəki  ―at  basubən‖  feli  bağlama 
tərkibi əsasında yarandığı ehtimal edilir (Bax: Əzizxan Tanrıverdi. 
―Kitabi-Dədə Qorqud‖un söz dünyası‖. Bakı, 2007, s.67-68). 
At  zooleksemi  at  adlarında  (zoonimlərdə)  ikinci  kompo-
nent kimi çıxıĢ edir: Qazlıq at, Qoŋur at, Ağ-boz at və s. Birinci 
komponent  kimi  iĢlənmiĢ  sözlər  isə  oronim  (Qazlıq)  və  rəng 
bildirən (ağ, boz, qonur) vahidlərdən ibarətdir.  


 
Язизхан Танрыверди 
 
 
23 
 
           
AT SÖZÜ ATALAR SÖZLƏRĠ VƏ  
DĠGƏR ĠFADƏLƏRDƏ MƏNTĠQĠ  
MƏRKƏZ FUNKSĠYASINDA 
 
―Kitab‖ın  dilində  iĢlənmiĢ    onlarca  atalar  sözləri  və  mə-
səllərin, deyimlərin, eləcə də bir sıra ifadələrin yaranmasında at 
sözünün məntiqi mərkəz funksiyasında çıxıĢ etməsi aydın Ģəkil-
də görünür. Bəzi nümunələri təqdim edirik: 
At ayağı külük, ozan dili çevik olur - At ayağı iti, ozan di-
li çevik olur. O.ġ.Gökyayın fikrincə, bu atalar sözü ―sözü topar-
lamaq,  sürətləndirmək‖
1
  mənasında  iĢlənmiĢdir.  Bu  fikir 
ġ.CəmĢidov tərəfindən də müdafiə olunur:‖At ayağı külək (kü-
lüg – Ə.T.), ozan dili çevik olur‖ – atalar misalı iĢlədilir və bu-
nun  ardınca  hadisə  nəql  edilir.  Ozan  dinləyiciyə,  hüzurunda 
danıĢdığı Ģəxsə  müraciətən hadisəni uzun təfsilata yol vermə-
dən,  artıq  söz  iĢlətmədən  yığcam  Ģəkildə  nəql  edir...  kəskin 
psixoloji  böhran  zamanında  hadisənin  sürətini  artırmaq  məq-
sədilə  istifadə  edilir‖
2
.  O.ġ.Gökyay  və  ġ.CəmĢidovun  fikirləri 
―Kitab‖ın mətnindən doğan məntiqi nəticələrdir. At iĢləməsə, ər 
ögünməz  –  At  iĢləməsə,  ər  öyünməz.  Bu  məsəldə  atın  gücü, 
qüdrəti  ərdən,  qəhrəmandan  üstün  tutulur.  Yeri  gəlmiĢkən, 
qorqudĢünaslıqda  ―at  iĢləməsə,  ər  öyünməz‖  məsəlinin  ―Das-
tan‖dan leytmotiv kimi keçdiyi xüsusi olaraq qeyd olunur. 
At iĢlər, ər ögünər. Yayan ərin umırı olmaz – At iĢlər, ər 
öyünər... Atsız kiĢinin ümidi olmaz. Yuxarıdakı məsəlin təsdiq-
də iĢlədilmiĢ forması kimi çıxıĢ edir. Bu, həmin məsəllərin feli 
xəbərlərində daha aydın Ģəkildə görünür: iĢləməsə - iĢlər; ögün-
məz – ögünər. Amma yuxarıdakı məsəldən fərqli olaraq, ikinci 
                                                 
1
 O.ġ.Gökyay. Dedem Korkudun kitabı. Ġstanbul, 2000, s.246. 
2
 ġ.CəmĢidov. Kitabi-Dədə Qorqud. Bakı, 1977, s.133-134. 


 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
24 
 
nümunədə  ―atsız  kiĢinin  ümidi  olmaz‖  cümləsi  iĢlənmiĢdir  ki, 
bu da atın üstün mövqedə dayanmasını bir az da qüvvətləndirir. 
Əriŋ ağzın yeynisin at bilür – Ərin ağzının kəsərini at bi-
lir. Burada qəhrəman və at münasibətlərinin yaxınlığı, hətta atın 
ərdən, insandan üstün tutulması aydın Ģəkildə ifadə edilmiĢdir. 
At yelisinə düĢmək (...var qüvvətilə atınıŋ yelisinə düĢdi – 
Var qüvvəsi ilə atının yalına sərildi). Bu ifadə atın boynuna sa-
rılaraq sürətlə sürmək mənasındadır.  
Atını oynatmaq (at oynatmaq): Qırq yigit bədəvi atın oy-
natdı; Atın oynatdı, Qanturalınıŋ üzərinə gəldi. Nümunələrdəki 
―at oynatmaq‖ ifadəsi atı ilə hünər göstərmək mənasındadır. 
―Kitab‖dan  təqdim  etdiyimiz  atalar  sözləri  və  məsəllər, 
deyimlər, eləcə də digər ifadələr qədim türk  yazılı abidələrinin 
dili  baxımından  da    səciyyəvidir.  Məsələn,  M.KaĢğarinin  ―Di-
van‖ında: Yund  əti yıpar – At əti müĢk kimi qoxar;  KuĢ kana-
tın, er atın (quĢ qanadı, igid atı ilə tanınar). ―Oğuznamə‖də: At 
binənindir, qılınc quĢananındır. Uyansız ata binmə. Ata binmək 
can üstündə can bəsləməkdir. 
―Kitab‖ və digər qədim türk mənbələrindəki atalar sözləri 
və  məsəllərin  tərkibində  iĢlənmiĢ  at  sözü  qədim  türk  tarixi  və 
etnoqrafiyasının,  ümumən  türk  mədəniyyətinin  zənginliyini 
göstərir. Həm də bu tip obrazlı ifadələr məhz at sözünün asso-
siativliyi nəticəsində  yaranmıĢdır. Bu da  təsadüfi deyil. Çünki 
―qıpçaqdilli  xalqların  (türk  xalqlarının  –  Ə.T.)  həyatında  hey-
vandarlığın,  xüsusilə  dəvə,  at,  qoyun  kimi  ev  heyvanlarının  o 
qədər  müstəsna  rolu  olmuĢdur  ki,  onlar  heyvanlar  aləmini 
dərindən müĢahidə edə bilmiĢ və zaman keçdikcə bu müĢahidə 
onların  məiĢətinə  yol  tapmıĢ  və  bunun  nəticəsində    də  dil 
daĢıyıcıları  obrazlı  –  fonoloji  əsasa  söykənən  leksik-semantik 
frazeoloji vahidlər yaratmıĢlar‖
1

                                                 
1
 Q.Mahmudova. Türk dillərinin frazeologiyası. Qıpçaq qrupu türk dillərinin 
frazeologiyası. II cild, Bakı, 2009, s.149. 


Yüklə 70,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə