“DƏDƏ-qorqud kitabi”nda at kultu



Yüklə 70,28 Kb.
Pdf görüntüsü
səhifə15/43
tarix11.03.2018
ölçüsü70,28 Kb.
#31149
1   ...   11   12   13   14   15   16   17   18   ...   43

 
Язизхан Танрыверди 
 
 
47 
 
inandırıcı  deyil.  Digər  tərəfdən,  ―Kitab‖dakı  Keçər  ayğırla, 
―Koroğlu‖dakı  Qıratın  məhz  iti,  sürətli  qaçıĢa  malik  olması 
mətndə dəqiqliklə verilib ki, bunu da heç kim inkar edə bilməz. 
Maraqlıdır  ki,  hətta  Qırat  və  Dürat  zoonimlərini  tam  baĢqa 
kontekstdə izah edən Q.Cəfərov da bu tip motivlərə münasibət 
bildirir: ―Qıratla Düratın əmələ gəlməsi, böyüməsi, onların bəs-
lənib sınaqdan çıxarılması, nəhayət, onlara ad qoyulması dasta-
nın  ən  maraqlı  qollarından  birinin  mövzusunu  təĢkil  edir.  Bu 
sınaqlarda Dürat  Qıratdan olsa-olsa bir qədər geri qalır. Alı kiĢi 
onlara özü ad qoyur. Belə baĢa düĢmək olur ki, o,  həmin adları 
atların  ləyaqətinə  görə  seçir‖
2
1
.  Nədənsə,  müəllif  bu  tezislərini 
davam  etdirmir  və  belə  bir  hökm  verir:  ―...Qırat  və  Dürat 
zoonimlərini  onun  (Alı  kiĢinin  –  Ə.T.)  fərdi  yaradıcılığının 
məhsulu hesab etməyə, həmin adlarda  hansı isə mifik təsəvvür 
və  görüĢlərin  əks  olunduğunu  güman  etməyə  elə  bir  əsas 
yoxdur‖
1
2
. Bu fikirlərlə razılaĢmaq olmaz. Birincisi, ona görə ki, 
atlara  ən  düzgün  adları  məhz  ilxıçılar  verir.  Ġkincisi,  ilxıçı  Alı 
kiĢini danıĢdıran ustad aĢığın və ya təhkiyəçinin rolunu nəzərə 
almamaq  türk  dastan  yaradıcılığının  inkarıdır.  Üçüncüsü,  türk 
dastanlarındakı  onomastik  vahidlərin  bir  hissəsinin  leksik-
semantik izahı mətnlərdə aydın Ģəkildə verilirsə (...Bir buğa öl-
dürmüĢ  səniŋ  oğlıŋ,  adı  Buğac  olsun  –  ―Kitab‖),  bir  hissəsi 
məhz mətnə görə müəyyənləĢdirilir (―Kitab‖dakı Basat adı ―At 
baĢubən  qan  sümürər‖  cümləsinin  semantikası  kontekstində 
izah olunur). Dördüncüsü, qədim türk dastanlarındakı zəncirva-
ri  bağlılığı,  mətnlərin  assosiativ  münasibətlər  Ģəklində  qurul-
masını da unutmaq olmaz.  
QarĢılaĢdırmalar  göstərir  ki,  ―Kitab‖dakı  ―Turu  ayğır‖la 
―Koroğlu‖dakı  ―Dürat‖  forma,  həm  də  semantika  baxımından 
eyni xətdə birləĢirsə, ―Keçər ayğır‖la ―Qırat‖da məna baxımın-
                                                 
2
 
1
Q.Cəfərov. Azərbaycan  dilinin zoonimikası. ―Azərbaycan dilinin 
onomastikası‖. Bakı, 1987, s.157 
  
2
 Yenə orada, 158. 


 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
48 
 
dan eyni semantik yuvaya daxil olur: Keçər at – sürətlə qaçan, 
atları ötüb keçən; Qırat – sədləri qıran, aĢan, sürətlə qaçan. Yeri 
gəlmiĢkən, bu qarĢılaĢdırmanı qəbul etməyənlər əlavə arqument 
kimi  Q.Cəfərovun  V.Xulufluya,  daha  doğrusu,  onun  1929-cu 
ildə  çap  etdirdiyi  ―Koroğlu‖  kitabına  istinadən  söylədiyi  fikir-
ləri  də  göstərə  bilərlər:  ―XVIII  əsrin  sonu,  XIX  əsrin  baĢlan-
ğıcında  da  erməni  əlifbası  ilə  Azərbaycan  dilində  yazıya  alın-
mıĢ  ―Koroğlu‖  parçalarında  deyilir  ki,  Əli  (Alı  kiĢi)  adlı  kor 
ilxıçı  iki  ayğırdan  ala,  boz  olanına  Qırat,  zil  qara  olanına  isə 
Qara at adı verir‖
2
1
. Burada bir detala diqqət  yetirək. Əgər qara 
olan  at  Qara  at  adlandırılıbsa,  onda  ala,  boz  rəngdə  olan  at  da 
Ala  at,  Boz  at,  yaxud  Ala-boz  at  Ģəklində  ifadə  edilməli  idi. 
Konkret desək, mətndə ―qır  olanına Qırat adı verir‖ tipli cüm-
lələrin  olmaması  həmin  hökmün  çıxarılmasına  imkan  vermir. 
Digər tərəfdən, ―Kitab‖dakı ―Keçər ayğır‖ zooniminin semantik 
tutumu  ―Qırat‖  zooniminin  rəng  anlamlı  vahidlər  yox,  hərəkət 
bildirən  sözlər  kontekstində  izah  olunmasını  diktə  edir.  Yu-
xarıda  qeyd  etdiyimiz  fikirlər  də  ―Kitab‖  və  ―Koroğlu‖da 
iĢlənmiĢ  ən  məĢhur  at  adlarının  məhz  hərəkət  bildirən  sözlər 
(fellər)  əsasında  yarandığını  təsdiqləyir:  turmaq  (durmaq)  + 
uğ=turuğ=  turu//dür,  keçər  (keçmək),  qır  (qırmaq).  Bu  da 
təsadüfi  deyil.  Çünki  ―Kitab‖da  və  ―Koroğlu‖da  elə  bir  qəhrə-
man  yoxdur  ki,  daim  hərəkətdə  verilməsin.  Deməli,  qəhrəman 
və at obrazları həm də bu müstəvidə tədqiq olunmalıdır. 
Ağ-boz at. ―Kitab‖da həm Qəflət qoca oğlu ġir ġəmsəd-
dinin  (...ağ-boz  atıŋ  yalısu  üzərində  qar  turduran  Ğəflət  qoca 
oğlı  ġir  ġəmsəddin  çapar  yetdi),  həm  də  Oğuz  igidlərinin 
mindiyi  atın  adı  kimi    verilir:  Çaparkən  ağ-boz  atıŋ  büdrəmə-
sün! Bu nümunədəki ―ağ-boz at‖ ümumiləĢdirilmiĢ at obrazıdır. 
―Ağ-boz at‖ zoonimik  vahidi birinci  növ təyini  söz birləĢməsi 
                                                 
2
1
 Q.Cəfərov. Azərbaycan  dilinin zoonimikası. ―Azərbaycan   dilinin ono-
mastikası‖. Bakı, 1987, s.160. 


 
Язизхан Танрыверди 
 
 
49 
 
modelindədir. BirləĢmənin  hər üç komponenti  türk mənĢəlidir: 
ağ, boz, at. ―Kitab‖da ―Ağ-boz at‖ daha çox uğurla, Ģad xəbərlə 
bağlı  məqamlarda  təsadüf  olunur.  Bu  istiqamətdə  sistemli 
araĢdırma  aparmıĢ  B.Abdulla  yazır:  ―...Səgrək  qardaĢı  Əgrəki 
kafirlərin əlindən qurtarmağa gedəndə anası ona Ağboz atı min-
məyi  məsləhət  bilir. Yeynək də  Düzmürd qalasında  əsir saxla-
nılan atasının arxasınca yollanmağa hazırlaĢanda yuxusunda bu 
səfərə Ağboz  atlı alplarla getdiyini görür. Elə atası uğrunda vu-
ruĢa qalxan Uruzun da altında Ağboz atdır‖
1
. Burada qəhrəma-
nın taleyinin Atı ilə əlaqələndirilməsi, həm də eyni kontekstdə 
təqdim  olunması  mətn  semantikası  müstəvisində  təhlil  olunur 
ki,  bu  da  dastan  poetikası  baxımından  dəyərlidir.  Ağ  və  boz 
sözləri  əsasında  yaranmıĢ  at  adlarının  ümumən  türk  tarixi  və 
etnoqrafiyası ilə bağlı olması türkologiyada elmi həllini tapmıĢ-
dır.  Burada  M.Seyidovun  bir  fikrini  xatırlatmaq  yerinə  düĢür: 
―Xaqanlar,  böyük  sərkərdələr  ağ,  hərdən  isə  boz  at    minər-
miĢlər.  Misal  üçün,  Gültəkinin    iki  atı  ağ,  üçüncüsü  isə  boz 
olmuĢdur.  Dədə  Qorqud  boylarının  məĢhur  qəhrəmanı  Beyrək 
ağ-boz  at  minərmiĢ...  BaĢqırd  xalq  yaradıcılığındakı  yarımila-
hələr,  yarıtanrılar,  adlı-sanlı  igidlər  ağ-boz,  boz  ata,  eləcə  də 
Altay mifik təbiət qəhrəmanları boz ata minirmiĢlər... Manasın 
atı ―ağ qula‖ və ―ağ boz‖ adlanır. Deməli, bir sıra türkdilli xalq-
larda  at  (hərdən  ağ,  hərdən  boz  rəngli)  onqon  sayılmıĢdır;  za-
man keçdikcə onları yalnız müqəddəslər və əfsanəvi qəhrəman-
lar minmiĢlər‖
2
. Bu qeydlər ―Kitab‖da intensivliyi ilə fərqlənən 
―Ağ-boz at‖ zooniminin təsadüfi olmadığını təsdiqləyir. Ağ-boz 
at türkmən folkloru baxımından da səciyyəvidir: 
 
 
 
                                                 
1
 B.Abdulla. ―Kitabi-Dədə Qorqud‖da rəng simvolikası. Bakı, 2004, s.36. 
2
 M.Seyidov. Azərbaycan xalqının soykökünü düĢünərkən. Bakı, 1989, 
s.159, 231. 


Yüklə 70,28 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə