“DƏDƏ-qorqud kitabi”nda at kultu



Yüklə 70,28 Kb.
Pdf görüntüsü
səhifə16/43
tarix11.03.2018
ölçüsü70,28 Kb.
#31149
1   ...   12   13   14   15   16   17   18   19   ...   43

 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
50 
 
                Ak at, Boz at – iki yıldız, 
                Dəmirgazık – yəkə yıldız,  
                Yədigənim – yədi yıldız, 
                Yədi göçər, yədi gonan, 
                 Sanasam, sogabı bar... 
 
Gög bədəvi. ―Kitab‖da  Qaragünənin atının adı kimi çox 
az iĢlənmiĢdir. Qaragünə oğlu Qarabudağın bədii təyinlərindən 
biri ―atı bəhri hotazlı‖dır (atı mavi qotazlı). Bir sıra mənbələr-
də,  xüsusən  də  M.KaĢğarinin  ―Divan‖ında  alpların  (igidlərin) 
öz atlarının boyunlarına qiymətli daĢlar, muncuqlar asması, elə-
cə  də  atlarının  quyruqlarını  ipəklə  örtmələri  göstərilir.  Qıpçaq 
türklərinin böyük  köçündən bəhs edən M.Adcı  yazır: ―...Lena 
yaxınlığındakı  Ģəkillər  daha  yaxĢı  qorunub,  zamanın  onlara 
rəhmi gəlib. Okladnikovun bu rəsmlər haqqında sözü: ―Burada 
baĢ süjet at  və atlı  obrazlarının  əks etdirilməsidir. Çox vaxtlar 
yal – kəkillərlə və asma qotazlarla bəzədilib. Boyunlarında qır-
xılmıĢ  yalların  kərtləri  –  diĢləri  görünür.  Bəzən  atlar  xüsusi 
Ģəkilli  zirehə  bürünmüĢ  olur,  eyni  geyim  atlılarda  da  olur.  Bu 
köndələninə  xətlərlə  ifadə  olunur.  Atlıların  əlində  ucunda 
bayraqcıqlar  yellənən  nizə  görünür.  Sanki  bu  təsvir  kifayətdir 
ki,  təsəvvüründə  at  ayaqlarının  tappıltısını  eĢidəsən,  atlıların 
özünü  görəsən.  Budur  xalqların  Böyük  Köçü...‖
1
.  ġ.CəmĢidov 
―Kitab‖dakı  ―atı  bəhri  hotazlı‖  bədii  təyinindən  bəhs  edərkən 
bir  sıra  maraqlı  faktlar,  rəsmlər  təqdim  edir:  Bəhri  qotazlı  at. 
Nizami Gəncəvi, ―Xəmsə‖ əlyazması, XV əsr; Atı bəhri qotazlı. 
Bakı,  AbĢeron  mədəniyyəti,  qəbir  baĢdaĢı,  XV  əsr.  Qız  qalası 
Dövlət muzeyi...‖
2
. Burada F.Məmmədlinin fikirlərini də xatır-
latmaq  yerinə  düĢür:  ―...atların  yəhər-əsvabına  mahir  ustalar 
(sərrac)  tərəfindən  incə  naxıĢlar  vurulmuĢ,  atlara  gümüĢ  iĢlə-
                                                 
1
 M.Adcı. Qıpçaq çölünün yovĢanı (tərcümə edəni prof.Tofiq Hacıyev). 
Bakı, 1997, s.105. 
2
 ġ.CəmĢidov. Kitabi-Dədə Qorqud. Bakı, 1977, s.172-173. 


 
Язизхан Танрыверди 
 
 
51 
 
məli  sinəbəndlər,  qayıĢ-quĢqun,  gümüĢ  qaĢlı  yəhər,  gümüĢ 
dəstəkli  qırmanc  (tatarı)  hazırlanmıĢdır‖
1
.  Bu  qeydlərin  hər 
birində türk tarixinin böyüklüyü canlanır, həm də bəhri qotazlı 
at  təkcə  ―Kitab‖  yox,  ümumən  türk  mədəniyyətinin  zənginlik 
göstəricisi, atributu kimi çıxıĢ edir. 
―Gög  bədəvi‖  zoonimik  modelindəki  ərəb  mənĢəli 
―bədəvi‖ sözü bir sıra Ģivələrimizdə mühafizə olunur. Məsələn, 
Ģərq  Ģivələrində  cins,  yaxĢı,  güclü  at  anlamlı  söz  kimi  
bədo//bədöy  formasında  iĢlənir.  Bu,  qərb  Ģivələri  baxımından 
da  xarakterikdir.  Hətta  qərb  Ģivələrində  insanla  bağlı  olaraq 
iĢlədilməsinə  də  rast  gəlinir:  Yaman  bədöy  adamdı. 
―Kitab‖dakı  ―bədəvi‖  sözü  isə  yalnız  atla  bağlı  iĢlədilmiĢdir: 
bədəvi  at  –  harın,  cins  at.    Burada  bir  cəhəti  də  qeyd  edək  ki, 
Oğuz qəhrəmanlarının dilində ―bədəvi at‖ birləĢməsi ilə yanaĢı, 
― boynı uzın bədəvi atlar‖ ifadəsi də tez-tez təkrarlanır. Bədəvi 
at  ifadəsi türkmən folklorunda ―bədəv atlar‖ Ģəklindədir:  
                
       Ol obadan pürküm-pürküm çaŋ çıkyar-la, Bibican 
       Bədəv atlar dəŋ gəliĢip, dəŋ çıkyar-la, Bibicvan, 
       ġövəĢ güni ğoç yigitdən gan çıkyar-la, Bibican... 
 
―Gög bədəvi‖ at adının birinci komponenti türk mənĢəli-
dir.  At  adlarında  müĢahidə  olunan  ―göy‖  sözü,  daha  dəqiqi, 
―Gög  at‖  adı  barədə  çox  bəhs  olunub:  M.Seyidova  görə,  göy 
rəngli atların  qoruyucusu Abaqan dağının qarlı təpəsində yaĢa-
yır
2
.  B.Ögəlin  fikrincə,  Göy  at  Tanrıya  məxsusdur,  göy  rəngli 
atı  kömək  edəcəyi  kimsəyə  Göydən  göndərib
3
.  Göy  atın  öndə 
gedən,  tez  sürülən,  yara  tez  yetirən  və  s.  kimi    mənalarda 
iĢləndiyini  konkret  faktlarla  əsaslandıran  B.Abdulla  yazır: 
                                                 
1
 F.Məmmədli. SeçilmiĢ əsərləri, III cild, Bakı, 2004, s.360. 
2
 M.Seyidov. Azərbaycan xalqının soykökünü düĢünərkən.  
Bakı, 1989, s.285. 
3
 B.Ögəl. Türk mifologiyası. Ankara, 1989, s.313-314. 


 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
52 
 
―...göy  rəngli  atdakı  ―göy‖  də  Tanrı  ilə  qutsal  bilinən  Göy  – 
səma  ilə  və  onların  simvolu  sayılan  göy-mavi  rənglə  bağlıdır. 
Etiqada görə, göy at da Göydən, səmadan gəldiyi üçün Göy-sə-
ma atı olmasına bayatılarda da tuĢ oluruq: Göy atım göy üzün-
də,  Ceyran  otlar  düzündə,  Mən  yarımı  tanıram,  QoĢa  xal 
üzündə
1
.  ―Kitab‖dakı  ―Göy  bədəvi‖  zoonimi,  eləcə  də  göy 
komponentli  at  adlarının  semantik  yükü  yuxarıda  təqdim  etdi-
yimiz sitatlarda aydın Ģəkildə ifadə edildiyi üçün burada yalnız 
bir  cəhəti  qeyd  etməklə  kifayətlənirik:  Göy  bədəvi  zooniminin 
―göy‖  komponenti  ilə  Qaragünə  oğlu  Qarabudağın  ―atı  bəhri 
hotazlı‖  bədii  təyinindəki  ―bəhri‖  sözü  eyni  semantik  yuvaya 
daxil olan sinonimlər kimi çıxıĢ edir: Göy bədəvi-bəhri hotazlı 
– bəhri  (dəniz rəngində, mavi) – mavi qotazlı. Digər tərəfdən, 
Qaragünə  və  Göy  bədəvi  adlarında  ―g‖  samitinin,  bədəvi  və 
bəhri  sözlərində  isə  ―b‖  samitinin  alliterasiyası  müĢahidə 
olunur. 
TəpəlqaĢğa ayğır. ―Kitab‖da Tondazın (Dondarın) atının 
adı kimi cəmi bir dəfə iĢlənmiĢdir: TəpəlqaĢğa ayğırına Tondaz 
bindi. Mürəkkəb quruluĢlu ―TəpəlqaĢğa‖ zoonimindəki ―təpəl‖ 
ağ ləkəsi olan heyvan, qaĢğa (qaĢqa) isə alnı ağ tüklü at məna-
sındadır.  M.KaĢğarinin  lüğətində  qaĢqa  sözünün  məna  yükü 
belə  təqdim  olunur:  kaĢqa  at  =  üzü  ağ,  gözlərinin  çevrəsi  qara 
olan  at:  bunun  bir  adı  ―pəçəli  at‖dır.  BaĢının  ortası  ağ  olan 
dəvəyə  də  belə  deyirlər.  Maraqlıdır  ki,  ―qaĢqa‖  sözü  Azərbay-
can  dili    Ģivələrində  ilkin  fonetik  tərkibi  və  semantikasını, 
demək olar ki, eynilə saxlamıĢdır. Müasir dilimizdə ―QaĢqa at‖ 
zoonimi də iĢlənməkdədir. 
Qara  ayğır.  Burla  xatunun  mindiyi  at  kimi  təqdim 
olunur:  Qırq  incə  bellü  qız  –  oğlan  ilə  Qara  ayğırın  tartdırdı, 
bütün bindi.‖Qara ayğır‖ həm də Dəli Qarcarın atının adı kimi 
verilir: Qara ayğırı yarağla gətürdilər. Dəli Qarçarı bindirdilər. 
                                                 
1
 B.Abdulla. ―Kitabi-Dədə Qorqud‖da rəng simvolikası. Bakı, 2004, s.113. 


Yüklə 70,28 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə