“DƏDƏ-qorqud kitabi”nda at kultu



Yüklə 70,28 Kb.
Pdf görüntüsü
səhifə11/43
tarix11.03.2018
ölçüsü70,28 Kb.
#31149
1   ...   7   8   9   10   11   12   13   14   ...   43

 
Язизхан Танрыверди 
 
 
35 
 
Ərəbistan,  Ġran,  Əfqanıstan,  Orta  Asiya...  Qafqaz  çölləri  idi. 
Qulanın bu gün yaĢadığı bölgə daha kiçikdir – Ön və Orta Asi-
yanın  çöl  və  yarım  çölləridir.  Bu  gün  Türkmənistanın  güne-
yində  az  miqdarda  qalmıĢdır
1
3
.  Burada ―qulan‖ sözünün Quba 
Ģivəsində    ―ikiyaĢar  diĢi  at‖  mənasında  iĢləndiyini  xatırlatmaq 
yerinə düĢür. 
Tay. Türk mənĢəli, ikiyaĢar at balası anlamlı ―tay‖ sözünə 
―Kitab‖da  cəmi  bir  dəfə  təsadüf  olunur:  Sarı  gönlər  görübən, 
taylar basan, Ög tamarın dəlübən qanın soran – Sarı gönlü day-
lar  basan,  ġah  damarını  dəlib,  qanın  soran.  Maraqlıdır  ki,  sin-
taktik bütövdə üçüncü misrada iĢlənmiĢ ―sarı gönlər‖ (sarı gön-
lü) söz birləĢməsi həmin parçanın son misralarındakı Sarı tonlı 
(Sarı  tonlı  Selcan  xatun)  ləqəbi  ilə  səsləĢir:  Sarı  gönlər  (sarı 
gönlü)  –  Sarı  tonlı  (donlu).  Dayla  bağlı  deyilmiĢ  ―...taylar  ba-
san,  Ög  tamarın  dəlübən  qanın  soran‖  cümləsi  isə  semantika 
baxımından Basatın ―boy‖unda iĢlənmiĢ ―at basubən qan sümü-
rən‖ cümləsi ilə səsləĢir ki, bu da Oğuz igidlərinin, daha dəqiqi, 
Basat və Qanturalını eyni xətdə  birləĢdirir. 
Tay sözü müasir Azərbaycan dilində ―day‖ formasındadır. 
Atalar  sözlərimizdə  də  məhz  həmin  formada  iĢlənir:  Day  at 
olunca, yiyəsi mat olar. 
Yund.  At,atlar,  at  sürüsü  anlamlı,  türk  mənĢəli  ―yund‖ 
sözünün  ―Kitab‖da  altı  dəfə  iĢləndiyi  müəyyənləĢdirilmiĢdir: 
Yundları  ürkitdi,  gətürüb  qoruya  qoydı.  Bu  söz  (yund)  ―Ki-
tab‖ın 1988-ci il Bakı nəĢrində (mətnin müasir Ģəklində) ―day‖ 
sözü ilə əvəz edilmiĢdir: ... dayları ürkütdü -  qovdu, gətirib qo-
ruğa  saldı. Burada bir cəhəti də qeyd edək ki, türklərin 12 hey-
van ili təqvimində illərdən birinin adı məhz yunddur. M.KaĢğa-
rinin ―Divan‖ında ―yund yılı‖ Ģəklində verilmiĢdir. 
Ġlqı. At sürüsü anlamlı ilqı (ilxı) sözünə ―Kitab‖da cəmi 
bir  dəfə  rast  gəlinir:  Gedərək  kafəriŋ  ilqısına  gəldi.  At  çobanı 
                                                 
3
 
1
O.ġ.Gökyay. Dedem Korkudun kitabı. Ġstanbul, 2000, s.443. 


 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
36 
 
anlamlı ilqıçı (ilxıçı) sözü isə altı dəfə iĢlənmiĢdir: Oğuz xanıŋ 
ilqıçısı gəlüb xəbər gətürdi... Nümunələrdəki ilqı və ilqıçı söz-
ləri həqiqi mənadadır. 
―Kitab‖da atçılıqla bağlı iĢlənmiĢ digər sözlərə də təsadüf 
olunur. Məsələn, cilav (cilov), əyər (yəhər) uyan//üyən (yüyən), 
çilbər (yüyən), qusqun (quĢqun), tuĢağ//duĢaq (buxov). Bu söz-
lərdən  tusağ//duĢaq  və  qusqun  (quĢqun)  istisna  olunmaqla  qa-
lanları əsasən həqiqi mənada iĢlənmiĢdir: 
cilav (cilov) – At cilavsın döndərdi, gerü döndi; 
əyər (yəhər) – Qazlıq atıuma əyər salayım...; 
uyan//üyən – ―Bir əyər, bir uyan‖ – dedi. Qara eĢək baĢına 
üyən ursaŋ, qatır olmaz; 
çilbər - ... atınıŋ çilbərini biləginə bağladı. 
TuĢağ//duĢaq. Türk mənĢəli bu söz cidar, buxov anlamlı-
dır.  ―Kitab‖da  iki  yerdə  müĢahidə  olunur:  Ayağına  ət  tuĢağın 
uruŋ!.. Vəli maŋa  sən yaman yerdə duĢaq olduŋ, oğul! Hər iki 
nümunədə  məcazi  mənadadır:  birinci  nümunədə  evləndirmək, 
ikinci  nümunədə isə buxov olmaq, mane olmaq  mənasındadır. 
Yeri  gəlmiĢkən,  birinci  nümunədəki  ―ət  tuĢağı‖  ifadəsi  ―Ki-
tab‖ın  bir  sıra  nəĢrlərində  ―at  tuĢağı‖  Ģəklində  verilmiĢdir 
(M.Ergin  və  O.ġ.Gökyayın  nəĢrləri  nəzərdə  tutulur).  Əslində 
isə ―ət tuĢağı‖ Ģəklində transkripsiya daha məqbuldur. Ona görə 
ki,  həmin  deyimin  semantik  yükü  evləndirmək  anlamlı  qədim 
oğuz məsəli ilə səsləĢir: Ayağına ətdən buxov vurun‖
1
. Maraq-
lıdır ki, bu tip məsəllərin məna tutumu Azərbaycan dilinin qərb 
Ģivələrində bir sıra ifadələrdə mühafizə olunur. Məsələn, evlən-
dirmək  mənasında  ə:ğini  cidarramax,  ə:ğini  kəndirrəməx`  ifa-
dələri iĢlədilir. 
Qusqun  (quĢqun).  Türk  mənĢəlidir,  atın  quyruğu  altın-
dan  keçirilən  qayıĢ  mənasındadır,  qoĢmaq  feli  əsasında  yaran-
dığı  ehtimal  edilir.  ―Kitab‖da  yalnız  məcazi  mənada 
                                                 
1
  Kitabi-Dədə Qorqud. Bakı, 1988, s.210. 


 
Язизхан Танрыверди 
 
 
37 
 
iĢlənmiĢdir: Alplar içində bizi qusqunımızdan balcığa baturdıŋ. 
Maraqlıdır ki, quĢqun sözü Ģivələrimizdə, məsələn, qərb Ģivələ-
rində  ilkin  forma  və  semantikasını  eynilə  saxlamaqdadır:  Atı 
yəhərrəməx`,  quĢqunnu  bərkitməx`  lazımdı...  QuĢqunuŋ  boĢ 
qalsıŋ!  
Göründüyü  kimi,  quĢqun  sözü  birinci  cümlədə  həqiqi, 
ikinci cümlədə isə məcazi mənada iĢlənmiĢdir. 
At  adları.  Qeyd  etdiyimiz  kimi,  ―Kitab‖da  qəhrəmanlar 
həm də atları ilə tanınır, at adları isə qəhrəmanların adlarına uy-
ğunlaĢdırılmıĢ Ģəkildədir. At və qəhrəman obrazlarının paralel-
liyi ―Kitab‖ın poetik çəkisini qüvvətləndirən detallar içərisində 
xüsusi yer tutur. Bu mənada ―Kitab‖da rast gəlinən at adlarının 
hər birini ayrılıqda nəzərdən keçirək: 
Qarağuc.  ―Kitab‖ın  müqəddiməsində  iĢlənmiĢdir:  Qara-
ğuca  qıymayınca  yol  alınmaz...  ―UĢun  qoca  oğlu  Səyrək  bo-
yu‖nda  Qaraquc  Ģəklindədir:  Qaraquc  ayğırıŋ  ürkdi  gedər. 
S.Əlizadə ―Kitab‖da müxtəlif formalarda iĢlənən bu adla bağlı 
yazır: ―Qarağuca HA-da (Həmid Araslının nəĢri nəzərdə tutulur 
–  Ə.T.)  ―Qaraqoca‖,  Er-də  (M.Erginin  nəĢrində  -  Ə.T.) 
―Qızağuca‖. H.Araslı bu sözün ―at‖ mənasında iĢləndiyini qeyd 
edir (KDQ, B., 1978, s.15). Lakin KDQ-nin  bu nəĢrində həmin 
söz ―qara qoç‖ kimi də getmiĢdir. Bizcə, ―Qarağuc‖ sözü ―qara-
cıq‖ın  metateza  nəticəsində  dəyiĢmiĢ    variantıdır.  Bütövlükdə 
bu söz KDQ mətnində üç mənada iĢlənmiĢdir: 1) At adı (xüsusi 
isim). 2)  Qara camaatın, hamının mindiyi və minə biləcəyi at. 
3) Yer adı  (toponim).  Burada ikinci  mənada iĢlənib‖
1
. Müəllif 
həmin sözü mətnin müasir Ģəklində ―Qaracıq‖ Ģəklində sadələĢ-
dirmiĢ və belə bir Ģərh vermiĢdir: Qaracıq atın adı; qara cama-
atın  mindiyi adi at. F.Xalıqov at adlarını xarakterik xüsusiyyət-
lərinə  görə  qruplaĢdırarkən  ―Kitab‖dan  belə  bir  nümunə  verir: 
                                                 
1
  S.Əlizadə. Nüsxə fərqləri və Ģərhlər. Kitabi-Dədə Qorqud.  
Bakı, 1988, s.225-226. 


Yüklə 70,28 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə