Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir. Əmr jsfe 510. 07. 06. 2004-cü IL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/53
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39314
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   53

35 
 
 
 
Şəkil 3.2. Azotun dövretmə sisteminin sxemi. 
Oksigen  kimi  azot  heyvanların  nəfəsalması  üçün  əsas  element  sayılır. 
Azot bir çox üzvü birləşmələrin,  xüsusilə zülalların tərkibinə daxildir.  Azot 
zülalların  tərkibində  karbon  və  ya  hidrogenlə  möhkəm  amid  birləşməsi 
yaradır.  C-N  amid  əlaqəsi
  ZÜLAL
  molekullarının  əsas  sintez  mexanizmidir. 
Bu yer üzərində canlıların mövcudluğunun əsas şərtlərindəndir. 
Azotun  əsas  mənbəyi  atmosfer  sayılır.  Atmosferdən  azot  torpağa, 
oradan da bitkilərin tərkibinə NO
2
 formasmda daxil olur. 
Azotun 
ikinci  mənbəyi  üzvü  maddələrin  çürüməsidir.  Üzvi
 
birləşmələrin çürüməsindən əvvəlcə ammiak (NH
3
) yaranır Ammiak nitratlı 
bakteriyaların təsirindən nitrit (NO
2
) və nitrata (NO
3
) çevrilir. 
Okeanlara  kifayət  qədər  azot  axıdılır.  Bu  azot  su  fotosintezləyici 
orqanizmlər tərəfindən istifadə olunur. Həmin orqanizmlər dəniz heyvanları 
tərəfindən  qida  şəklində  istifadə  olunur.  Həmin  heyvanlar  tərəfındən  bu 
azotun  bir  hissəsi  quruya  qaytarılır.  Okeanların  dibinə  çökən  azotlu 
birləşmələr  dövrü  sistemdə  iştirak  etmir.  Bu  azotun  dövrü  bir  neçə  milyon 


36 
 
ildən  sonra  baş  verə  bilər.  Amerikan  alimi  Y.Oduma  görə  «bu  itki  vulkan 
püskürməsindən  ayrılan  azot  tərəfmdən  bərpa  olunur».  Buna  görə  də  yer 
üzərində  bütün  vulkanlarm  püskürməsinin  qarşısı  alınsa  onda  insanların 
acından ölməsi baş verə bilər. 
Azotun  dövrü  sistemi  kifayət  qədər  öyrənilib.  Müəyyən  edilmişdir  ki, 
biosfer  tərəfindən  qəbul  olunan  10
9
  ton  azotun  80%-i  sudan  və  qurudan 
dövrü sistemə daxil olur. 
Gübrə  şəklində  istifadə  olunan  azotun  cüzi  hissəsi  təkrar  istifadəyə 
qayıdır. 
Kükürdün dövretməsi. 
Kükürd ətraf mühiti çirkləndirən aqressiv maddə hesab olunur. 
Tərkibində  kükürdlü birləşmələr olan  mikroorqanizmlər yarpağın üzvü 
maddələri  ilə  reaksiyaya  girib  onlardan  SO
2
  ayırırlar  ki,  bu  da  bitkilər 
tərəfmdən udularaq dövrü sistemə qoşulur. 
Kükürdün dövretmə sxemi aşağıda verilmişdir: 
 
 
Şəkil 3.3. Kükürdün dövretmə sxemi 


37 
 
Su  hövzələri  dibində  olan  müxtəlif  kimyəvi  birləşmələr  sulfat  tərkibli 
mikroorqanizmlərin təsirinə məruz qalaraq kükürdün regenerasiyasına səbəb 
olur. Bu zaman su daxilində vertikal H
2
S axını yaranır. 
Kükürdün  dövretməsinə  mənfi  təsir  göstərən  amillərdən  əsas  kükürd 
tərkibli  maddələrin  yanması  ilə  əlaqədardır.  Belə  maddələrin  yanması  ilə 
əlaqədar atmosferə əsasən toksik maddə olan SO
2
 atılır. Yüksək aqressivliyə 
malik olan SO
2
 qaz şəklində və ya turş yağışlar şəklində təbiətə və müxtəlif 
obyektlərə dağıdıcı təsir göstərir. 
Fosforun dövretməsi. 
Fosfor canlı orqanizmlərin qidasında və bitkilərin inkişafında böyük rol 
oynayan bir elementdir. 
Fosforun əsas mənbəyi  keçmiş  geoloji əsrlərdə yaranrmş dağ süxurları 
və  digər  çöküntülərdir.  Mineral  fosfor  bir  çox  dağ  süxurlarının  tərkibinə 
daxildir.  Bu  süxurlar  eroziyaya  məruz  qaldıqda  su  hövzələrinə  axıdılır  və 
orada lil şəklində çökür. 
Fosfor  canlı  orqanizmlərin  sümüklərinə  və  toxumalarına  üzvi 
birləşmələrin tərkib hissəsi kimi daxil olur. 
Üzvü birləşmələrin minerallaşdırılması və canlı orqanizmlərin çürüməsi 
(parçalanması) nəticəsində fosfor fosfat şəklində  yenidən bitkilər tərəfindən 
istifadə olunaraq dövrü sistemə qoşulur. 
Fosforun  dövrü  sistemdən  çıxmasına  əsas  səbəb  onun  dibdə 
çökməsidir.  Müəyyən  edilibdir  ki,  fosforun  dövrü  sistemə  kifayət  qədər 
qayıtmayan miqdarrını texnogen tullantılar belə əvəz edə bilmir. 
Quş  və  balıq  ovu  təbiətin  fosfor  balansını  pozur.  Müəyyən  edilmişdir 
ki, ildə balıq ovundan 60000 ton fosfor quruya geri qayıdır. Gübrə üçün 1-2 
mln  ton  fosforlu  süxur  çıxarılır.  Bu  fosforların  çox  hissəsi  yuyularaq  su 
hövzələrinə axıdılır və beləliklə dövrü sistemdən çıxarılrr. 


38 
 
Həyatı  əhəmiyyət  kəsb  edən  fosforun  dövretməsinin  yaxşılaşdırılması 
günün əsas tələblərindən biridir. 
Suyun dövr etməsi. 
Su  biosferin  əsas  hissəsini  təşkil  edir.  Bütün  canlı  orqanizmlərin 
tərkibinin  90%  -i  sudan  ibarətdir.  Yer  üzərində  su  okeanlarda,  buzlaqlarda, 
çaylarda,  göllərdə,  digər  su  hövzələində,  litosferin  yuxarı  hissəsində 
məsamələrdə və s. yerləşir. 
Su  bütün  mənbələrdən  buxarlanaraq  atmosferə  qalxır,  orada 
kondensasiya  olaraq  son  nəticədə  çöküntü  formasında  su  obyektlərinə 
qayıdır.  Bu  proses  "Suyun  böyük  dövretməsi"  adlanır.  Buxarlanaraq  öz 
mənbəyinə  qayıtmayan,  lakin  digər  sahəyə  çökən  suyun  dövrü  "Kiçik 
dövretmə" adlanır. 
Biosenoz  həddində  suyun  dövretməsində  "Tutma",  "Transpirasiya", 
"infiltrasiya"  və  "yığılma"  proseslərinin  böyük  əhəmiyyəti  vardır. 
"Transpirasiya" qrunt sularının bir hissəsnin buxarlanaraq atmosferə qayıtma 
prosesidir.  "Tutma"  yağan  çöküntünün  yer  üzərinə  çatmamış  bitkilər 
tərəfmdən  tutulmasıdır.  «İnfıltrasiya»  torpaq  üzərində  olan  suyun  torpağa 
hopmasıdır. "Yığılma" dedikdə torpağın səthində toplanan su başa düşülür. 
IV FƏSİL. SOSİAL VƏ TƏTBİQİ EKOLOGİYA 
4.1. Sosial və tətbiqi ekologiyanın predmeti 
«Sosial  və  tətbiqi  ekologiya»  «Ümumi  ekologiya»nm  təbii  davamı 
hesab  edilir.  «Ümumi  ekologiya»da  əsas  fikir  təsir  faktorlarına,  onların 
ekoloji  sistemə  olan  təsirinə  yönəldilir.  «Sosial  və  tətbiqi  ekologiya»  isə 
antropogen  faktorlar,  onların  təbiətə  və  sosial  sistemlərə  olan  təsir 
xüsusiyyətləri ilə məşğul olur. 
«Sosial  və  tətbiqi  ekologiya»nın  əsas  məqsədi  ətraf  mühitdə  insanlar 
tərəfindən yaradılan dəyişiklikləri qeyd etməkdən ibarət deyil. Onun ən əsas 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə