Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir. Əmr jsfe 510. 07. 06. 2004-cü IL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/53
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39314
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   53

39 
 
məqsədi  yaranmış  dəyişikliklərin  elmi  cəhətdən  əsaslandırılmış  səbəblərini 
öyrənmək və bu səbəblərin təsirlərini neytrallaşdırmaqdan  ibarətdir. Ekoloji 
problemlərin həllində texniki, təşkilati, iqtisadi, mənəvi və digər vasitələr və 
metodların təsirlərinin qiymətləndirilməsi ən vacib məsələ sayılır. 
Məlumdur  ki,  energetika  mühiti  çirkləndirən  əsas  sahələrdən  biridir. 
Amerika Birləşmiş Ştatlarının əhalisi dünya əhalisinin 6%-ni təşkil etməsinə 
baxmayaraq  inkişaf  etmiş  ölkələrdə  yaşayan  əhalinin  istifadə  etdikləri 
enerjinin  2/3 hissəsi  qədər  enerji  işlədir.  Əgər  yer  üzərində  yaşayan hər  bir 
insan  ABŞ-da  yaşayan  1  nəfər  qədər  qida  qəbul  edərsə  onda  dünyada 
mövcud olan qida yalnız 2 mlyard əhalini qidalandıra bilər. Buradan belə bir 
nəticə  çıxır  ki,  bütün  ölkələr  enerji  və  məhsulun  hər  adam  başına  düşən 
miqdarına  görə  ABŞ  səviyyəsinə  çatarlarsa  onda  biosferin  belə  bir  yükə 
davam gətirməsi çətin ki mümkün olar. 
Buradan  belə  bir  nəticə  çrxarmaq  düzgün  olmaz  ki,  əgər  insanların 
həyat  səviyyəsini  inkişaf  etməkdə  olan  ölkələr  səviyyəsində  saxlasaq  onda 
ekoloji problemlər  həll olar.  Yaddan çıxarmaq  olmaz  ki, bu ölkələrdə əhali 
böyük  sürətlə  artır,  onlarda  köhnəlmiş  texnologiyalar  tətbiq  olunur, 
aqrotexniki  səviyyə  çox  aşağıdır.  Bütün  bunların  hamısı  təbii  ekosistemin 
məhvinə 
Yönəldilən  amillərdir.  Deməli  ekoloji  problemlərin  həlli  üçün  digər 
yollar axtarıb tapmaq lazımdır. 
Ekoloji  problemlərin  həlli  üçün  insanlar  öz  fəaliyyətləri  ilə  təbiətin 
imkanları 
arasında 
aşağıda 
göstərilən 
iki 
istiqamətdə 
uzlaşma 
yaratmalıdırlar: 
1)  Texnoloji  istiqamət:  —  Ekoloji  qanun,  qayda  və  normaıara  cavab 
verən yeni və təkmilləşdirilmiş texnologiya işləyib hazırlamaq; 


40 
 
2) Sosial istiqamət: — İstehsal olunan məhsullarm səmərəli istifadəsini 
nəzərdə  tutur.  Bu  hal  üçün  normaların  bioloji  və  ekoloji  cəhətdən 
əsaslandınlması kriteriyası əsas götürülməlidir. 
Bu  məsələlərin  səmərəli  həlli  qəbul  olunmuş  qayda  və  normaların 
ümumi  ekologiya  qanunlanrıa  nə  dərəcədə  uyğun  gəlməsindən  asılıdır. 
Bunun üçün insanlar başa düşməlidirlərki yalnız və yalnrz onlar biosfer üçün 
təhlükə  yaradanlardır.  Düşünülməmiş  hərəkət  həyat  üçün  təhlükə 
mənbəyidir. İnsanlarla ətraf mühit arasında olan münasibətlərin uyğunsuzlu-
ğunun aradan qaldırılması kifayət qədər vəsait tələb edir. 
 Məsələn,  insanlar  tərəfindən  son  20  ildə  biosferə  vurulan  zərərin 
neytrallaşdırılması  üçün  lazım  olan  xərcin  həcmi  dünya  üzrə  məhsul 
istehsalına  sərf  olan  xərcdən  xeyli  yüksəkdir.  Belə  xərclərin  həcmi  ilbə-il 
artır.  Bununla  yanaşı  sosial-tətbiqi  ekologiya  üzrə  həlli  tələb  olunan 
məsələlərin  həcmi  də  genişlənir.  Ümumi  planda  bu  məsələləri  3  bölməyə 
ayırmaq olar: 
1) insanların biosferdə yeri və rolu, onların mühitə olan təsiri, 
2)  insanlar  tərəfındən  yaraddan  ekoloji  problemlər,  onların  məzmunu, 
səbəbləri və nəticələri; 
3) Ekoloji problemlərin həllinin mövcud və proqnozlaşdırılan
 
yolları. 
Göstərilənlərdən  belə  bir  nəticəyə  gəlmək  olar  ki,  «Sosial  və  tətbiqi 
ekologiya»  yalnız  «Ümumi  ekologiya»  ilə  yox,  həmçinin  sosial 
(mədəniyyət,  iqtisadiyyat,  sosiologiya,  demoqrafıya),  təbiət  (biologiya, 
kimya, coğrafiya) və tətbiqi (təbiətdən istifadə, energetika, şəhərsalma və s.) 
elementlər və tədris fənləri ilə sıx əlaqədardır. «Sosial və tətbiqi ekologiya» 
üzrə baş verən hadisələr və onların yaratdıqları problemlər dinamiki xarakter 
daşıyır. Onların öyrənilməsi üçün yeni-yeni materiallar tələb olunur. 


41 
 
4.2. Sosial və tətbiqi ekologiyada istifadə olunan qanunlar, 
qaydalar və prinsiplər 
Sosial  və  tətbiqi ekologiyada tətbiq  olunan qayda,  norma  və prinsiplər 
əsasən 
digər 
elmlərdən 
götürülərək 
ekologiya 
prinsiplərinə 
uyğunlaşdırılmışdır.  Bu  sahədə  alimlərdən  V.İ.Vernadski,  N.F.Reymers, 
B.Kommonerin böyük xidməti olmuşdur. 
Sosial  və  tətbiqi  ekologiyada  xüsusi  əhəmiyyət  kəsb  edən  aşağıdakı 
mövcud qayda, qanun və prinsipləri nəzərdən keçirək: 
1.  Hadisələrin  kompleks  formada  analizi  və  ya  xolizm.  Hadisələrin 
analizi  əsasən  reduksion  və  xolistik  formada  aparılır.  Reduksion  analizdə 
mürəkkəb proseslər bir neçə əsas hissəyə ayrılır və hər hissə ayrılıqda analiz 
edilir.  Xolistik  formada  isə  hadisə  tam  şəkildə  analiz  edilir.  Reduksion 
yanaşma  əsasən  qarşıya  parametrləri  dəqiq  şəkildə  qoyulmuş  məsələ 
həllində istifadə olunur. Xolistik yanaşma müxtəlif əlaqə və qarşılıqlı asılılıq 
vəziyyətində olan təbii hadisələrin həllində istifadə olunur. Məşhur amerikan 
alimi  B.Kommoner  belə  hesab  edir  ki,  ekoloji  problemlərin  həllinin 
mürəkkəbliyi  ondan  ibarətdir  ki,  ekosferada  (ekosistemdə,  biosferdə) 
proseslər  bizim  dərk  etdiyimiz reduksion xaricində baş  verir.  İnsan  konkret 
səbəbdən yaranmış ayrı-ayrı hadisələrin tədqiqinə adət edib. Ekosferada baş 
verən  hər  hansı  bir  hadisə  digər  hadisələrin  yaranmasına  səbəb  olur. 
Məsələn,  heyvanat  aləminin  tullantıları  bakteriyalar  üçün  yemdir. 
Bakteriyaların  həyat  fəaliyyətinin  məhsulları  bitkilər  üçün  qidadır.  Bitkilər 
heyvanlar üçün qidadır. Göründüyü kimi proses dairə şəklində bağlanır. 
Texnosferada  bu  formada  ardıcıl  proses  baş  vermir.  İstehsal  olunan 
məhsul  bir  dəfə  istifadə  olunur  və  o,  yenidən  həmin  məhsulun  emalında 
iştirak  etmir.  Bunların  nəticəsində  ətraf  mühiti  çirkləndirən  tullantılar 
yaranır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə