Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir. Əmr jsfe 510. 07. 06. 2004-cü IL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/53
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39314
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   53

77 
 
 İri  şəhərlərin,  əlvan  və  qara  metal,  kimya  və  neft-kimya, 
maşınqayırma,  sənaye  müəssisələri,  istilik-elektrik  stansiyalarının  əhatə 
etdikləri  torpaq  sahələri  ağır  metallarla,  neft  məhsulları,  kükürd  və  digər 
maddələrlə ciddi çirkləndirilir.  
Quruda    qazılan  və  istismar  olunan  neft  quyuları  torpağı  çirkləndirən 
əsas mənbələrdəndir. 
Quyuların qazılması zamanı hər bir buruq sutka ərzində 100-120 m
3
  su 
işlədir.  Adətən  quyu  ətrafında  kifayət  həcmdə  gil,  yağlayıcı  maddələr, 
kimyəvi reagentlər, qazılmış süxurlar, duzlar və s.ilə çirklənmiş su yığnağına 
rast  gəlmək  olur.  Bu  sular  tullantı  suları  adlandırılır.  Laboratoriya 
tədqiqatları  ilə  müəyyən  edilmişdir  ki,  tullantı  sularının  fıziki-kimyəvi 
tərkibi  əsasən  onunla  qarışmış  qazma  məhlulunun  və  kimyəvi  reagentlərin 
miqdarından  asılıdır.  Ukrayna  METL-da  müəyyən  edilmişdir  ki,  qazma 
tullantı sularında mexaniki qarışığın miqdarı 100-4618 mq/l,üzvi maddələrin 
miqdarı  53-3052  mq/1  və  neft  məhsullarının  miqdarı  isə  8,8  -  210  mq/1 
həddində dəyişir. 
Tullantı suları tərkibində olan bioxromat oksidi 7,3-520 mq/O
2 / 
l, başqa 
maddələrin  oksidləri  isə  9,5-5191  mq/O
2
/l  miqdarındadır.  Bu  tullantı  suları 
torpaq  daxilində  olan  canlı  orqanizmləri  məhv  etmək  xüsusiyyətinə    malik 
olur. 
Qeyd  etmək  lazımdır  ki,  qazma  məhlulunun  özü,  xüsusilə  neft  əsaslı 
qazma  məhlulu  ətraf  mühit  üçün  kifayət  dərəcədə  təhlükəlidir.  Adətən 
çirklənmə qazma məhlulunun quyudan daşımasından, tullanışından, işlənmiş 
məhlulun ətrafa dağılmasından və s.yaranır. 
Neft və qaz quyularının istismarı, təmiri, neft və qazın yığılması zamanı 
ətraf  mühitin  çirklənməsi  baş  verir.  Quyuların  istismarı  zamanı  hasilatın 
sabit  saxlanılması  və  ya  artırılması  üçün  ardıcıl  olaraq  quyularda  müxtəlif 


78 
 
geoloji texniki tədbirlər həyata keçirilir. Adətən bu tədbirlər müxtəlif üzvi və 
sintetik  kimyəvi  maddələrdən  istifadə  etməklə  aparılır.  Quyuların  istismarı 
zamanı  mürəkkəbləşmələrlə  və  texnoloji  rejimin  pozulmasıı  ilə  mübarizə 
tədbirləri müxtəlif kimyəvi maddələrin tətbiqi və bir neçə texnoloji prosesin 
həyata keçirilməsi aparılır. Bu əməliyyatların yerinə yetirilməsi zamanı ətraf 
mühitin çirklənməsi baş verə bilər. 
Dənizneftqaz  tərəfindən  quyuların  istismarı  zamanı  ətraf  mühiti 
çirkləndirən maddələr aşağıdakı ardıcıllıqla verilmişdir 
— neft; 
— yanacaq sürtkü materialları; 
— neftli qum; 
— səthi aktiv maddələr (SAM); 
— mədən tullantı suları; 
— kimyəvi həlledicilər — absorbent, pirokondensit; 
— turşular, duz, sirkə, flor turşusu; 
— tərkibində neft olan lay suları; 
— tərkibində kimyəvi işlənmiş məhlul olan tallantı suları;  
— parafinlər. 
Kimyəvi işlənmiş və ağırlaşdırdmış  məhlullar, qazımadan fərqli olaraq 
quyuların  istismarı  zamanı  ətraf  mühitin  çirkləndirilməsinə  daha  çox  təsir 
göstərir. 
Quyu  məhsulu  tərkibində  böyük  miqdarda  lay  suyu  olduqda  atqı 
xəttində,  boru  kəmərində  və  nasos-kompressor  borularında  duz,  qum  və 
parafin  çökməsi  təsadüf  edilir.  Buna  qarşı  mübarizə  üçün  kimyəvi  üsuldan 
istifadə  edilir.  Quyu  döşəməsində  tutucu  vasitə  olmadıqda  ətraf  neft,  lay 
suyu və turşu ilə çirklənir. 


79 
 
Quyudibi  zonada  keçiriciliyi  artırmaq  məqsədilə,  hidroqum  şırnağı, 
turşu, termiki təsir və kimyəvi işləmə metodları tətbiq edilir. Bu əməliyyatlar 
yeraltı  avadanlığın  bəzən  qaldırılması  prosesi  ilə  aparılır.  Avadanlığın 
qaldırılıb  qaldırılmamasından  asılı  olmayaraq  quyuətrafı  zona  gilli  məhlul, 
SAM, turşu və kimyəvi həlledicilərlə çirklənməyə məruz qalır. 
Qeyd  etmək  lazımdır  ki,  ətraf  mühitin  çirklənməsi  yer  üzərinə  neftin 
təbii  olaraq  öz-özünə  çıxması  nəticəsində  də  baş  verir.  Bu  hala  cənubi 
Kaliforniyada, Karib dənizində, Meksika  və İran körfəzlərində,  Azərbaycan 
və  Komidə  rast  gəlmək  olar.  Təbii  yolla  yer  səthinə  qalxan  bu  neftlər 
çıxarılan neftdən bəzi xüsusiyyətlərinə görə fərqlənirlər.  
 Neft  və  qazın  çıxarılması,  hazırlanması,  nəqli  və  saxlanılması  zamanı 
boru  birləşmələrindən,  hermetikliyin  pozulma  sahələrində  siyirtmə  və 
kipgəclərdən sızma ətraf mühiti çirikləndirən potensial  mənbə sayılır.Yığım 
məntəqələri  və  mədən  rezervuar  parklarında  neftin  boşaldılmasi  və  ya 
rezezrvuarlarin təmizlənməsi zamani neftn çirkli suyu kanalzasiya sisteminə 
axıdılır  ki,  bu  da  çirkab  sularinin  çirklilik  dərəcəsini  daha  da  artirir.
 
Rezervuarlardan  neftin  sizması  onların  dibində  yaranan  karroziyanin  
təsirindən baş verir. 
Müasir dövürdə azkeçirici  laylar  daxilində təbii rezervuarlar qaziyaraq 
orada  neft  və  qaz  məhsulları  yiğilar.Lakin  bu  rezervuarlardan    da  sızma, 
filitrasiya,  buxarlanma  baş  verir  ki,  bu  da  su  hövzələrini  və  torpaği 
cirkləndirir. 
Boru    kəmərləri  ətraf  mühitin    çirkləndirilməsi  üçün  daha  təhlükəli 
sayılır.  Kəmərdən  axan  neft  məhsulları  bəzən  hiss  edilmədən  davam  edir. 
Müəyyən edilib ki, 2 t axan neft 1000 m

torpaq sahəsini əkinə yararsız edir. 
Neftin  neft-qaz  yığım  kollektorlarından  və  texnoloji  qurğularindan  qəza 
nətiçəsində  ətrafa  dağılması  xarakterik    bir  hadisə  kimi    qalmaqdadir. 


80 
 
Kanalizasiya sistemi olmadıqda və ya pis işlədikdə bu tip tullantılar yaxında 
yerləşən  su  hövzələrinə  bataqlığa  axıdılır  ki,  bunun  da  nətiçəsində  su 
hövzələri və qrunt suları cirkləndirilir.  
Beləliklə  torpağın  çirkləndirilməsi  orada  olan  mikroorqanizmlərin 
məhvinə səbəb olaraq torpaq məhsuldarliğını azalmasına səbəb olaraq torpaq  
məhsuldarlığının  azalmasına    səbəb  olmaqla  yanaşı  torpaqda  potensial 
şəkildə kanserogen maddələrin yığılıb qalmasıa səbəb olur. 
VII FƏSİL. ƏTRAF MÜHİTİN TULLANTILARDAN 
MUHAFİZƏSİ  
Artıq məlumdur ki, ətraf mühitə istehsalatın çoxlu miqdar da qaz, maye 
və  bərk  halında  olan  tallantıları  atılır.  Bu  da  suyu,  torpağı  və  havanı 
zəhərləyir,  ətraf  mühiti  çirkləndirir  və  bununla  da  canlı  aləmə  böyük  zərər 
vurur  .  Ona  görə  də  bütün  dünya  ictimaiyyəti  qarşısısında  duran  və  həllini 
gözləyən bir  nömrəli problem, ətraf mühitin mühafizəsi məsələsidir. 
Ekoloji problemin həlli əsasən, iki istiqamətdə həyata keçirilir. 
1.  Sənayedə  istehsal tullantılarının   qarşısını alan  texnoloji  proseslərin 
yaraddması. Burada tullantısız və az tullantılı texnologiyanın tətbiqi nəzərdə 
tutulur. 
2.  Tullantıların  zəhərləyiçi  və  cirkləndirici  maddələrdə  təmizlənməsi. 
Bu proses üç istiqamətdə aparılır: 
a)  qaz  halında  olan  tullantıların  təmizlənməsi  və  onlardan  istifadə 
edilməsi; 
b)  istehsalatın  çirkab  sularının  təmizlənməsi  və  onlarda  təkrar  istifadə 
edilməsi; 
c)  bərk  tullantıların  təmizlənməsi  və  onlardan  təkrar  xarnmal  kimi 
istifadə olunması (qapalı texnologiyanın tətbiqi). 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə