Dərs vəsaiti. Bakı, 2012, 325 səh. Rəyçilər: iqtisad elmləri doktoru, prof



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə62/68
tarix17.09.2018
ölçüsü2,48 Mb.
#69119
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   68

Bu əmsalın 2-yə bərabər olması məqsədəuyğun hesab 
edilir.  Tətbiq  edilən  göstəricilərdən  biri  də  mütləq  likvidlik 
əmsalı  olub  pul  vəsaitləri  və  qısamüddətli  maliyyə 
qoyuluşlannm 
cəminin 
qısamüddətli 
öhdəliklərə 
(qısamüddətli  borclar  və  kreditor  bordan)  olan  nisbəti  kimi 
müəyyən edilir. 
^1 = 
pul vəsaitləri + qısamüddətli maliyyə qoyuluşları 
qısamüddətli borc öhdəlikləri + kreditor öhdəlikləri 
Bu əmsalı normal kəmiyyəti 0,2-0,5 qəbul edilir. 
Əgər  cədvəl  məlumatlan  əsasında  müəssisənin 
likvidliyini təhlil etmək aşağıdakı nəticələrə gəlmək olar. 
Balansın  tərtib  edilməsi  anma  müəssisəni  likvidli 
hesab etmək olmaz. 
Belə ki, müəssisə üzrə daha likvid aktivlərin məbləği 
daha  təcili  öhdəliklərin  məbləğindən  xeyli  azdır.  Hesabat 
dövrü  ərzində  daha  likvid  aktivlərin  tədiyyə  çatışmamazlığı 
əhəmiyyətli  dərəcədə  artmışdır.  Debitorlardan  gözlənilən 
daxil  olmalar  qısamüddətli  kreditlərin  kəmiyyətindən  artıq 
olmuşdur.  Bütün  bunlarla  yanaşı  cari  və  mütləq  likvidlik 
əmsallannm səviyyəsi nəzərdə tutulan normal həddən yüksək 
olduğuna  görə  müəssisəni  kredit  qabiliyyətli  hesab  etmək 
olar. 
Bütövlükdə müəssisənin maliyyə dayanıqlığı və 
294 


kredit  qabiliyyətliliyinin  təhlili  əsasında  belə  bir  nəticəyə 
gəlmək  olar  ki,  müəssisə  qeyri-dayanıqlı  və  krediti  ödəmə 
qabiliyyəti  aşağı  olan  bir  vəziyyətdədir.  Ona  görə  də 
müəssisə  rəhbərindən,  o  cümlədən,  maliyyə  menecerindən 
maliyyə vəziyyətinin yaxşılaşdıniması üzrə lazımı qərarlann 
qəbul edilməsi tələb olunur. 
Bazar 
münasibətləri 
şəraitində 
sahibkarlıq 
fəaliyyətinin  məqsədi  mənfəət  əldə  etməkdən  ibarətdir. 
Mənfəət müəssisənin özünü maliyyələşmə imkanlanm təmin 
edir,  onun  kollektivinin  sosial  və  maddi  tələbatlannm 
ödənilməsinə  şərait  yaradır.  Eyni  zamanda  mənfəət  vergisi 
büdcə gəlirlərinin formalaşmasında əhəmiyyətli rol oynayır. 
Ona görə də mənfəət müəssisənin fəaliyyətinin son nəticəsini 
xarakterizə  edir.  Deməli  müəssisənin  maliyyə  fəaliyyətinin 
təhlilinin əsas tərkib hissəsi kimi mənfəətin formalaşmasının 
təhlili çıxış edir. 
Mənfəətin  təhlili  onun  formalaşması  qaydası  ilə 
bilavasitə əlaqədardır. Müəyyən dövr ərzində müəssisə üzrə 
əldə  edilən  mənfəətin  ümumi  məbləği  (balans  mənfəəti) 
aşağıdakılardan ibarətdir: 
1)
 
Məhsul, 
xidmət, 
yerinə 
yetirilən 
işlərin 
reallaşdınlmasmdan alınan mənfəət (zərər); 
2)
 
Sair satışdan alınan mənfəət (zərər); 
3)
 
Saüşdankənar  əməliyyatlardan  alınan  mənfəət 
(zərər). 
295 


Məhsul,  xidmət,  yerinə  yetirilən  işlərin  satışından 
alman  mənfəət  (zərər)  mövcud  qiymətlərlə  hesablanmış 
satışdan alman mədaxillə (ƏDV və aksiz vergisi çıxılmaqla) 
məhsul istehsalına və satışına çəkilən xərclər arasındakı fərq 
kimi hesablanır. 
Sair satışdan alınan mənfəət (zərər) müəssisənin malik 
olduğu  əmlak,  material  qiymətlilərinin  bazar  qiymətləri  ilə 
onlann  ilkin  və  yaxud  qalıq  dəyəri  arasındakı  fərq  kimi 
müəyyən edilir. 
Satışdankənar  əməliyyatlardan  alınan  mənfəət  (zərər) 
satışdan  kənar  əməliyyatlar  üzrə  gəlir  və  xərclər  arasındakı 
fərq  kimi  hesablanır.  Satışdankənar  əməliyyatlar  üzrə 
gəlirlərə  qiymətli  kağızlann  satışından  əldə  edilən  gəlirlər; 
digər  müəssisələrin  nizamnamə  kapitalında  şərikli  iştiraka 
görə  alınan  gəlirlər;  əmlakın  icarəyə  verilməsindən  əldə 
edilən  gəlirlər;  alınmış  və  ödənilmiş  cərimələrin  saldosu; 
valyuta məzənnəsindən yaranan müsbət fərq; alınmış debitor 
bordan; hesabat ilində aşkar edilmiş keçmiş illərin mənfəəti; 
keçmiş illərdə satılmış məhsula görə yenidən hesablama üzrə 
alıcılardan  daxilolmalar;  kredit  təşkilatlannda  müəssisənin 
pul hesabları üzrə alınmış faizlər və s. daxildir. Satışdankənar 
əməliyyatlar  üzrə  xərclərə  isə  müəssisədə  apanlan  təftiş  və 
inventarlaşma  nəticəsində  aşkar  edilmiş  material  qiymətləri 
və pul vəsaitlərinin itkisindən yaran zərər; 
296 


valyuta hesablan üzrə valyuta məzənnəsindən yaranan mənfi 
fərq;  hesabat  ilində  aşkar  edilmiş  keçmiş  illərin  zəruri; 
ümidsiz  debitor  borclarının  silinməsi,  təbii  fəlakətlərdən 
yaranan kompensasiya edilməmiş itkilər; məhkəmə xərcləri; 
konservasiya  olunmuş  istehsal  güclərinin  saxlanmasına 
çəkilən xərclər və s. daxildir. 
Müəssisənin  əldə  etdiyi  balans  mənfəəti  müəssisə  və 
dövlət arasında bölüşdürülür. Balans mənfəətindən müəyyən 
olunmuş dərəcədə ilə mənfəət vergisi çıxıldıqdan sonra yerdə 
qalan hissə xalis mənfəət adlanır və yığım, istehlak və ehtiyat 
fondlarına istiqamətləndirilir. 
Müəssisənin  maliyyə  nəticələrinin  təhlili  zamanı 
balans  və  xalis  mənfəət  göstəricilərinin  səviyyəsi  və 
dinamikası araşdınlıb qiymətləndirilir. Bu zaman hesabat və 
keçmiş  dövrün  əsas  maliyyə  göstəriciləri  müqayisə  edilir, 
kənarlaşmalann  səbəbləri  öyrənilir  və  səviyyəsi  müəyyən 
edilir. 
Mənfəət  göstəricilərinin  təhlili  üçün  məlumatlar 
aşağıdakı  cədvəldə  verilmişdir  (Cədvəl  11.5).  Cədvəl 
məlumatlanndan  göründüyü  kimi,  hesabat  dövrü  ərzində 
müəssisə üzrə  balans  və  xalis  mənfəətin  məbləği artmışdır. 
Bu göstəricilərin artması əsasən satılmış məhsulun həcminin 
və  satışdan  alınan  mənfəətin  artması  hesabına  əldə 
edilmişdir. İndi isə  satışdan alınan  mənfəətin  həcminə təsir 
edən amillərin səviyyəsini müəyyən edək. 
297 


Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə