Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə64/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   113
QAZAXISTAN RESPUBLİKASI 
 
Paytaxt - Nur-Sultan 
Rəsmi dillər - qazax dili - dövlət dili, rus dili- rəsmi dil 
Dini - islam dini 
Pul vahidi - təngə 
 
Qazaxıstan Respublikası Mərkəzi Asiyada sahəsinə görə 
ən böyük dövlətdir. Dənizə çıxışı olmayan ölkələr arasında isə 
sahəsinin böyüklüyünə görə ilk pillədədir. Qazaxıstan iqtisadi 


152 
cəhətdən Mərkəzi Asiya regionunda dominant dövlət hesab 
olunur. Ölkənin əsas gəlir mənbəyini neft - qaz sənayesi təşkil 
edir. Ölkə, həmçinin böyük mineral resurslara sahibdir. Qaza-
xıstan şimalda, şimal - şərqdə və şimal - qərbdə Rusiya, şərqdə 
Çin, cənubda isə Türkmənistan, Özbəkistan və Qırğızıstan ilə 
həmsərhəddir. Qərbdə Xəzər dənizi ilə hüdudlanır. 
Qazaxlar türklərin qıpçaq qolunun ən böyük xalqıdır. Qazax 
adına keçmişdən qazaxlarla əlaqə quran yazı mədəniyyətinə sahib 
məmləkətlərin yazı qaynaqlarında rast gəlmək mümkündür. 
Ölkə ərazisinin iqlimi kəskin kontinentaldır (dəyişkəndir). 
Qışı çox soyuq, yayı isə çox isti keçir. Bu yerlərdə səhra və ya-
rımsəhra landşaftları üstünlük təşkil edir. Qazaxıstan iqlimi 
kəskin dəyişkən olduğuna görə çay şəbəkəsi də zəifdir. Nisbə-
tən iri çaylarından Sırdərya, Ural, Emba ilə İrtış, Esil çayını 
göstərmək olar. Çaylar böyük suvarma əhəmiyyətinə malikdir. 
Qazaxıstan ərazisinin şimal və şimal-şərq hissələrində münbit 
torpaqları olan çöl zonası geniş sahəni əhatə edir. Qazaxıstanın 
ən böyük taxılçılıq rayonları da elə buradan cənuba getdikcə 
yarımsəhralar və səhralar bir-birini əvəz edir. Süni suvarma şə-
raitində bu torpaqlarda müxtəlif kənd təsərrüfatı bitkiləri -
pambıq, üzüm, çəltik, alma, ərik, nar becərmək olur. Türk xalq-
larından biri olan qazax xalqının da öz adət - ənənələri var. Adət 
və ənənələr bütün dünya xalqları arasında mövcuddur. Onlar xal-
qın həyat tərzini, vərdişlərini, milli xüsusiyyətlərini əks etdirir. Ək-
sər ölkələrdə, o cümlədən Qazaxıstanda böyüklərə hörmət adət-
dir. Bu adətə görə, erkən yaşlarından uşaqlara ağsaqqallarına qarşı 
mehriban, təmkinli və hörmətli olmağı öyrədirlər. 
Qazaxıstan mədəniyyəti köçəri xalqın tarixinin əksidir. Mi-
nilliklər ərzində qazax çöllərində gəzən köçəri tayfalar özləri-
nin unikal dünyagörüşlərini formalaşdırmış, özünəməxsus adət-
ənənələr yaratmış, qonşu xalqlar və onların mədəniyyəti ilə əmək-
daşlıq etmişdilər. XIX-XX əsrlərdə qazaxlar köçəri həyat tər-
zini dəyişərək, oturaq həyat tərzinə keçdilər. Bu təbii ki, qazax 
xalqının mədəni inkişafında yeni dəyişikliklərin meydana gəl-


153 
məsinə səbəb oldu. Bu gün qazax xalqının mədəniyyəti, onun 
adət - ənənələri, məişəti köçəri tayfaların keçmişi ilə bağlıdır. 
Yurta 
Yurta - köçərilərin yaşadığı evdir. Bu səyyar evi rahat sö-
küb və başqa yerə apararaq asanlıqla qurmaq olar. Adətən onu 
aparmaq üçün at və dəvədən istifadə edərdilər. Qazaxlar üçün 
yurt rahatlığın simvolu, torpaqla əlaqə, köçərilərin məskunlaş-
ması tarixi ilə bağlı xatirələr hesab olunur. Yurt bir-birinə bir-
ləşən üç hissədən ibarətdir: Yurtanın divarlarını təşkil edən qəfəs, 
dirəklərdən ibarət günbəz, damda pəncərə rolunu oynayan yuxarı 
hissəsini qeyd etmək olar. Günəşə oxşayan günbəz şəkli Qazaxıs-
tanın dövlət atributunda olan gerbində də öz əksini tapıb. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə