Dərs vəSAİTİ baki 013 ~ ~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34981
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   66

~ 161 ~ 
olunan yodun miqdarına görə çəkilmiş nümunədə sirkə aldehidi-
nin miqdarı hesablanır.  
İşin gedişi. Müxtəlif şəraitdə saxlanmış alma, armud və digər 
meyvə  sortlarında  sirkə  aldehidinin  miqdarını  təyin  etmək  üçün 
xüsusi qurğu yığılır (şəkil 3.16).
  
200-250 ml tutumlu yumru dibli qovucu kolba-1 əks su soyu-
ducusu-4 ilə 100 ml-lik qəbuledici kolba-2 ilə birləşdirilir. Sonun-
cuya  uducu  kalonka  bərkidilmişdir.  Qovucu  kolbaya  demək  olar 
ki, onun dibinə çatana qədər şüşə boru salınır ki, bununla sistemə 
hava daxil olur. Uducu kalonkaya su nasosu birləşdirilir ki, onun 
məhsuldarlığı  sistemdən  havanı  sovurduqda  təqribən  30  l/saat 
təşkil etməlidir.  
 
 
Şəkil 3.16. Sirkə turşusunun miqdarını təyin etmək üçün qurğu 
1- qovucu kolba; 2-qəbuledici kolba; 3-uducu  
kolonka;  4-soyuducu 
 
Qəbuledici  kolbaya  10  ml  0,5%-li  NaHCO
3
  məhlulu  tökülür. 
Qovucu  kolbaya  zərif  xırdalanmış  5-10  q  tədqiq  olunan  nümunə 
(sirkə aldehidinin gözlənilən miqdarından asılı olaraq) tökülür və 


~ 162 ~ 
üzərinə təqribən 100 ml destillə edilmiş su əlavə olunur. Soyudu-
cu  və  nasos  işə  salınaraq,  qovucu  kolbanın  qızdırılmasına  başla-
nır.  Qaynamanın  başlanma  anından  əlavə  5  dəqiqə  müddətində 
sistemdən keçməklə, qovucu kolbadakı hava sorulur. Güclü uçucu 
sirkə aldehidi soyuducudan keçməklə, digər uçucu maddələr kimi 
orada kondensasiya olunur. Qəbuledici və uducu kolbalarda hava-
nın sovrulması nəticəsində udulmuş məhlul yuxarı qalxır, sirkə al-
dehidi natrium bisulfitlə və aldehid sulfit birləşməsi ilə birləşir.  
Qovmanın  sonunda  sovurma  və  qızdırma  dayandırılır.  Uducu 
kolba bir neçə dəfə az miqdarda su ilə yuyulur, həmin su qəbule-
dici kolbaya axır.  
Sonra  sirkə  aldehidi  bisulfitlə  reaksiyaya  girməyən  artıq  miq-
darını  bir  neçə  damla  nişasta  məhlulunun  iştirakı  ilə  ehtiyatla 
0,1N  yod  məhlulu  zəif-mavi  rəng  yaranana  qədər  oksidləşdirilir. 
Reaksiyaya  gorən  yod məhlulunun miqdarı bu halda nəzərə  alın-
mır və hesabatda istifadə olunmur.  
Sonra  aldehidsulfit  birləşməsini  parçalamaq  üçün  qəbuledici 
kolbaya təqribən 2 ml natrium karbonatın doymuş məhlulu tökü-
lür. Ayrılan bisulfit dərhal  0,01N  yod məhlulu ilə titrlənir və 15 
saniyə itməyən mavi rəng əmələ gələndə bitmiş hesab olunur. 
Hesabat formula uyğun aparılır: 
 
   
     
 
      . 
 
burada: x - tədqiq olunan nümunədə sirkə aldehidinin miqdarı,  
mq%, 
A – tədqiq olunan nümunənin titrinə sərf olunan 0,1N yod  
məhlulunun miqdarı, ml; 
N – tədqiq olunan nümunə, q;  
0,22 - çevirmə əmsalı (1 ml 0,01N yod məhlulu 0,22 mq  
sirkə aldehidinə uyğun gəlir). 
 
3.16. M
əhlulun qatılığının areometrlə
 t
ə
yini 
İşin  məqsədi.  Məhlulun  qatılığının  onun  sıxlığına  görə  areo-


~ 163 ~ 
metrlə təyininin öyrənilməsi.  
Tapşırıq. Xiyar yaxud pomidorun duza qoyulması üçün xörək 
duzu  məhlulunun  qatılığının,  marinadda  sirkə  turşusunun,  sulfid-
ləşdirmək üçün işçi məhlulda kükürd qazının hesablanması (tapşı-
rığı yerinə yetirmək üçün yalnız bir məhlul götürülür).  
Tərəvəzləri duza qoymaq üçün xörək duzunun 6-9%-li məhlu-
lundan istifadə olunur. Meyvələri yaş üsulla sulfidləşdirdikdə kü-
kürd qazının 1-5%-li işçi məhlulundan istifadə olunur. Marinadlar 
üçün  sirkə  turşusu  məhlulu  tətbiq  olunur.  Hazırlanmış  məhlulun 
qatılığının  daha  sadə  və  tez  təyin  edilməsi  yolu  onun  sıxlığının 
areometrin  vasitəsilə  təyinidir.  Alınan  nəticəyə  əsasən  xüsusi 
cədvəlin köməkliyi ilə maddələrin qatılığı müəyyən olunur. 
Spirt məhlulunun tündlüyünü və şəkəri təyin etmək üçün areo-
metr-spirtomer  və  areometr-saxarimetr  tətbiq  olunur.  Onların 
şkalası spirtə yaxud saxarozaya görə bölgülərə ayrılmışdır.  
İşin  gedişi.  Tutumu  200-250  ml  olan  ölçülü  silindrə  150-200 
ml xörək duzu məhlulu (sirkə turşusu yaxud kükürd qazı məhlulu) 
tökülür. Areometr yuxarı uc hissəsindən baş və şəhadət barmaqla-
rı  ilə  tutularaq  ehtiyatla  məhlula  salınır.  Əgər  cihaz  birdən-birə 
buraxılarsa,  o,  qabın  dibinə  qədər  gedə  bilir  və  nəticədə  düzgün 
nəticə  alınmır.  Digər  tərəfdən  hətta  sına  bilir.  Ona  görə  də 
areometr çox diqqət və ehtiyatla silindrin kənarlarına toxundurul-
madan mayeyə salınmalıdır. Təyinetmə otaq temperaturu şəraitin-
də,  daha  doğrusu  20
0
C  temperaturda  yerinə  yetirilməlidir.  Areo-
metr-1 mayeyə batdıqdan sonra onun aşağı menisk-3 xəttinə görə 
hesabat  aparılır (şəkil  3.17). Sonra xörək duzu, sirkə turşusu  ya-
xud kükürd qazının miqdarı müəyyən olunur (cədvəl 3.8).  
İş qurtardıqdan sonra areometr təmiz su ilə yuyulur və dəsmal-
la  yaxud  filtr  kağızı  ilə  qurulanaraq  futlyara  qoyulur.  Məhlul 
silindrdən-2 tıxacla bağlanan qaba keçirilir və silindr təmiz su ilə 
yuyulur. 
 


~ 164 ~ 
 
 
Şəkil 3.17. Areometrlə sıxlığın təyini 
                 1-areometr; 2-silindr; 3-menisk xətti 
 
Hesabatı.  Dəftərdə  məhlulun  qatılığının  necə  təyin  olunması 
yazılır və nəticələr göstərilir.  
Material və avadanlıqlar. Xörək duzu məhlulu, müxtəlif qatı-
lıqda  sirkə  turşusu  və  kükürd  qazı  məhlulu,  tutumu  200-250  ml 
olan  silindr,  0,9990...0,0400  şkalalı  areometrlər,  dəsmal  yaxud 
filtr kağızı, qıf.  
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə