Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   145

 71
      Müşahidə olunur ki, istər zehni və istərsə  də fiziki iş olsun, həmin işin başlanğıcı  səmərəli olmur, 
əmək məhsuldarlığı  aşağı düşür və i.a. Lakin iş vaxtından müəyyən müddət keçdikdən sonra işgörmə 
qabiliyyəti başlanğıca nisbətən daha yüksək olur. 
     Normal  iş  şəraitinin yaranması üçün nə etməli? Burada birinci şərt insanın iş  vəziyyəti   sinir 
mərkəzlərinin uyğunlaşması ilə sıx əlaqədardır. Belə ki, işin başlanğıcında əmək məhsuldarlığının mühüm 
şərtləri bacarıq və əməyin düzgün təşkili ilə yanaşı, mərkəzi sinir sisteminin vəziyyətinin də qaydasında 
olmasını tələb edir. 
              
4.2. Fiziki tərbiyənin təliminə fizioloji amillərin təsiri 
              Fizioloji tədqiqatlardan məlum olur ki, insan orqanizmi əmək prosesi və hər bir iş zamanı tam 
vəhdətdə  fəaliyyət göstərir. Sinir sistemi isə orqanizmin birləşərək vəhdətdə  fəaliyyət göstərməsini   
təmin edir. Sinir mərkəzlərində oyanmanın ləngimə ilə (tormozlanma) əvəz edilməsi sinir sisteminin 
başlıca xüsusiyyəti hesab olunur. Müxtəlif növ nəinki mürəkkəb fiziki və yaxud digər hərəkətlərin, 
həmçinin hər hansı ən sadə hərəkətlərin, əyləncə və oyunların yerinə yetirilməsi dövründə müəyyən sinir 
mərkəzində oyanma yaradır. Həmin oyanma sinir lifləri vasitəsilə müvafiq əzələlərə  nəql olunur və 
nəticədə bu əzələlər hərəkətə  gəlirlər. Buna aid belə bir misal göstərmək olar. Əgər biz    qolu bükmək 
istəyiriksə, onda mütləq qolun bükülməsi üçün qolu bükən  əzələləri tənzim edən başqa sinir 
mərkəzlərində oyanma əmələ gəlir, qolu açan mərkəzlərdə isə oyanma ləngiməni əvəz edir. Burada belə 
bir fizioloji qanunauyğunluğu da yaddan çıxarmax olmaz. Bu da ondan ibarətdir ki, hər hansı bir hərəkət 
nə qədər çətin olarsa, bundan asılı olaraq tək-tək deyil, bir çox sinir mərkəzlərində oyanma ilə ləngimənin 
bir-biri ilə əvəz olunmasında bir o qədər bir-biri ilə uyğunlaşdırılmalıdır. 
              Göstərmək lazımdır ki, uşaq doğularkən  onun bir sıra mərkəzi müəyyən sistemdə bir-biri ilə 
əlaqədə olur.  Ə.A.Babayev görkəmli rus fizioloqlarının tədqiqatlarına əsaslanaraq həmin məsələni belə 
izah edir: … amma bir çox hərəkət vərdişləri, xüsusən bütün əmək fəaliyyəti ilə əlaqədar olan hərəkətlər
insanın şəxsi həyatında adət etmək və təkrar etmək nəticəsində əldə edilir. Bu hərəkət vərdişlərinin əsasını 
hərəkət və daxili üzvlərin fəaliyyətini tənzim edən sinir mərkəzlərində oyanma ilə ləngimənin bir-biri ilə 
əvəz edilməsinin mürəkkəb formasıdır.  
              Sinir sisteminin oyanmasının təşkili, orqanizmin ümumi tonusunun artmasına da zəmin yaradır. 
Bunlar isə ürək- qan – damar,   tənəffüs sistemlərinin fəaliyyətini yüksəldir, maddələr mübadiləsini 
gücləndirir. 
           Fiziki hərəkətlər isə orqanizmin tonusunun yüksədilməsində, sinir sisteminin oyanmasında təsirli 
vasitələrdən sayılır.  Ə.A.Babayev bu sahədə  tədqiqat aparan digər gigiyena alimləri kimi şəxsi 
müşahidələrin nəticəsində belə  qənaətə  gəlir ki, əmək vəziyyətinin yaranması üçün bir-biri ilə  əlaqədə 
olan sinir mərkəzlərinin mürəkkəb sisteminin fəaliyyətə başlaması və əmək fəaliyyətinin tam təşkili üçün 
istehsalata gəlib dəzgah qarşısında durmaqdan əlavə, mərkəzi sinir sistemi də optimal halda olmalıdır. 
Əmək fəaliyyətinə rəhbərlik edən mərkəzlər ləngimə (tormozlanma) halında olmalıdır, əzələlər, tənəffüs 
sistemi, ürək. Qan-damar və başqa sistemləri işə hazırlanmış olmalıdır.  
              Söylənilənlərdən aydın olur ki, yuxarıda göstərilən  proses heç də bizdən asılı olmayaraq həmin 
fəaliyyətdən qabaq orqanizmin şərti reflektor düzəlişi nəticəsində meydana çıxır. Demək, orqanizmi hər 
hansı bir işə qabaqcadan hazırlayan qıcıqlar-siqnallar mütləq olmalıdır. 
              İşə hazırlıq fəaliyyəti dedikdə,  əsasən biz nəyi nəzərdə tuturuq? Bunun mahiyyəti nədən 
ibarətdir? Buna sadəcə olaraq belə cavab vermək olar. İşə hazırlıq müəyyən iş  şəraitinin bu işə uyğun 
xüsusi geyimin olması  və s. Orqanizmi həmin işə hazırlamaqla qarşıya qoyulmuş bu və ya digər 
vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsinə imkan verir.  Bu səbəbdən də  mərkəzi sinir sisteminin 
oyanma qabiliyyəti, ürək, qan-damar və  tənəffüs sistemlərinin fəaliyyəti yüksəlir, maddələr mübadiləsi 
artır. İşin düzgün təşkilindən asılı olaraq iş şəraiti də asanlaşır, işə hazır olma və onu yerinə yetirmə bir o 
qədər də asan və yüngül olur. 
              İnsan orqanizmi işə xüsusi hazırlıq və yaxud şərait yaradılmadan  da fəaliyyət göstərirlər. Belə 
ki, bu vaxt fəaliyyətdə olan üzv və sistemlər işə hazırlanmadan və şərait olmadan da öz funksiyasını icra 
edirlər. Mərkəzi sinir sistemi, tənəffus üzvləri və ürək, qan-damar sistemi müvafiq fəaliyyətdə olurlar. 
Lakin  əsas məsələ bundadır ki, işə hazırlamaq istisna olduqda və lazımi iş  şəraiti yaratmadıqda həmin 
orqanizmin işgörmə qabiliyyəti   aşağı düşür, nəbz tez-tez döyünür, daha çox oksigen sərf olunur. Bu o 


 72
deməkdir ki, orqanizmin işə daxil olması üçün lazım olan şərti reflektorun işdən qabaq düzəlişi 
qənaətləndirici deyildir. 
              Reflektorun  işdən  əvvəl düzəlişinin  əmələ  gəlməsi üçün nə etmək vacibdir? Bu işə köməkçi 
vasitə kimi  hansı amilləri daxil etmək təxirəsalınmazdır? Bunun bir sadə cavabı vardır, hər şeydən əvvəl, 
orqanizmi işə təbiətin təbii amilləri, eləcə də müxtəlif növ fiziki hərəkətlərdən, oyunlardan məqsədəuyğun 
surətdə istifadə etmək lazımdır. Çünki iş şəraiti orqanizmin müvəqqəti və işin xarakterindən asılı olaraq 
məqsədə müvafiq maraqlı və rəngarəng ayrı-ayrı fiziki hərəkətlərin, tərtib olunmuş kompleks hərəkətlərin 
işə hazırlıq məqsədilə  işdən  əvvəl tətbiqi işə tez daxil olmağı  təmin edir. Beləliklə  də, mərkəzi sinir 
sisteminin oyanmasını artırar, orqanizmin bütün fəaliyyətini həmin işi görməyə  səfərbər edir. Məsələ 
təkcə bununla bitmir, eyni zamanda daimi fəaliyyətdə olan tənəffüs və ürək, qan-damar sistemindən, 
həmçinin  əzələlərdən və digər üzvlərdən mərkəzi sinir sisteminə müxtəlif növ, özü də çoxlu qıcıqlar 
gedir. Müntəzəm olaraq iş  və  iş  şəraitinə müvafiq, habelə  işə girənlərin  orqanizminin səviyyə  və 
xüsusiyyətlərinin nəzərə alınması  şərti ilə icra olunan fiziki hərəkətlər kompleksinin müsbət təsir 
göstərmə  fəaliyyəti  yalnız yuxarıda deyilənlərlə kifayətlənmir, o, bundan əlavə, daha faydalı  iş 
qabiliyyətinə malikdir. Hərəkətlərin təsiri ilə daxili üzvlərində  fəaliyyəti səfərbər olunur. Beləliklə  də, 
qana böyrəküstü vəzlərin   hormonu olan adrenalinin daha geniş şəkildə daxil olmasına şərait yaranır ki, 
bu da nəticə etibarı ilə simptamik sinir sistemi ilə birlikdə bütün sistemlərin və üzvlərin    sinir sisteminin 
funksional vəziyyətini daha da yüksəldir. 
              Demək, insan orqanizminin iş  fəaliyyətini artırmaq vacibdir və bunun üçün də  işdən  əvvəl işə 
hazırlaşmaq məqsədi ilə fiziki hərəkətlərdən, təbii amillərdən (hava, günəş, su) mütləq istifadə 
edilməlidir. Ona görə də, göstərilənlər bütün əmək növlərinə  aid olmaqla  əmək  vəziyyətinin optimal 
olmasından ötrü ona optimal şərait yaradır. Bu isə az vaxt içərisində aha çox keyfiyyətlə həmin işin yerinə 
yetirilməsinə zəmin yaradır. Buna məktəblinin hərəkət rejiminə daxil olan səhər gimnastikası kompleks 
hərəkətlərinin icrasını nümunə göstərmək olar. Məlumdur ki, yuxu zamanı mərkəzi sinir sisteminin baş 
beyin yarımkürələri qabığını  əhatə edən ləngimənin aradan qaldırılmasına kömək göstərmək məqsədilə 
məktəbdə dərsəqədər səhər gimnastikası hərəkət kompleksləri icra olunur. Bunlar da məktəb dərs cədvəli 
üzrə olan zehni (riyaziyyat, fizika, cəbr və s.) fənlər üzrə mövcud tədris materiallarının daha tez 
qavranılmasına səbəb olur. Çünki artıq həmin fənn materiallarının  mənimsənilməsi üçün müəyyən şərait 
yaradılmış  və xarici  mühitin, yəni kompleks gimnastika hərəkətlərinin təsiri ilə  qıcıqlar  əmələ  gəlmiş, 
bunlar da öz növbəsində mərkəzi sinir sisteminin ali hissələrinin nahiyələrinə sirayət etmiş, ləngimənin 
aradan götürülməsinə səbəb olmuş, baş beynin ali şöbələrində yeni oyanma əmələ gətirmiş və beləliklə, 
tədris olunan hər hansı bir fənn ilə əlaqədə olmayan, lakin fəaliyyət göstərən mərkəzlərin işləmə fəaliyyəti 
bir o qədər azaldılmış və ləngidilmişdir.  Zehni  iş tələb edən hər hansı bir ümumtəhsil fənnindən sonra və 
yaxud fənlərarası          fiziki  tərbiyə    dərslərinin keçirilməsi, fənlərin tədrisi vaxtı fiziki tərbiyə 
dəqiqələrinin, böyük tənəffüslərdə maraqlı oyunların təşkili də baş beynin yarımkürələri qabığında yeni 
oyanmalar mənbəyi yaratmaqla, həddindən artıq oyanmanın qarşısını alarsa, yorulmuş  mərkəzlərin fəal 
istirahət etməsinə şərait yaradır. Lakin burada bir cəhətə diqqəti artırmalıdır. Yəni hərəkət gün rejiminə 
daxil edilən oyun və hərəkətlər, əyləncəli tədbirlər məktəblinin funksional imkanlarına, idman bazası və 
iqlim  şəraitinə, milli xüsusiyyətlərinə uyğunlaşdırılmalıdır.  Əks halda görülmüş  işlər lazımi effekt verə 
bilməz. 
              İ.M.Seçenov  əməyin yorğunsuz keçirilməsi ideyasını ilk dəfə olaraq irəli sürmüş  və onu elmi 
cəhətdən əsaslandırmışdır. O, «İnsanın iş hərəkətləri oçerki» əsərində qeyd etmişdir ki, hər bir fiziki işin 
başqa fiziki işlə, yəni ürək və tənəffüs  əzələlərinin işi ilə müqayisə edilməsi çox maraqlıdır və praktiki 
əhəmiyyəti vardır. 
              İ.M.Seçenov öz təcrübələrinə əsaslanaraq insanın iş görməsinə baxmayaraq, onun yorulmasının 
qarşısını almışdır. Onun bu sahədə gördüyü iş bir  əllə yüngül yükü təxminən tənəffüs tempində yuxarı 
qaldırmaqdan ibarət olmuşdur. O, burada insanın bütün həyatı boyu yorulmadan tənəffüs  əzələlərinin 
oxşarlığını  nəzərə almışdır. Müəyyən zaman təlim keçdikdən sonra insan bu işi ardıkəsilmədən 4 saat 
içərisində yorğunluq hiss etmədən və yükün hündürlüyünü və tezliyini azaltmadan davam etdirmişdir. 
İkinci bir təcrübədə isə əllər işdən azad edilərək müvəqqəti, tamamilə sakit halda olduqda tam dincəlir, 
amma bir əl işlədikdə, o biri əl isə sakit halda olduqda o zaman əl daha yaxşı dincəlir və tez yorğunluğu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə