Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   145

 65
işin öhdəsindən lazımınca gələ bilmir. Beləliklə, bir tərəfdən bu yaşda uşaqların ürək-damar sisteminin 
zəif olması, digər tərəfdən belə qüsurların yaranması ürəyin sağlamlığını pozur və orqanizmin oksigena 
olan ehtiyiacını ödəyə bilmir. Buna görə də kiçikyaşlı şagirdlərin ürək əzələsini həmişə məşq etdirməli, 
onların təmiz havada gəzməsi və  bədən tərbiyəsi ilə müntəzəm olaraq lazımi qaydada məşğul olması 
təmin olunmalıdır. 
              Tənəffüs üzvləri. Kiçikyaşlı  şagirdlərin tənəffüc üzvləri də (burun boşluğu, nəfəs borusu, 
bronxlar, ağ ciyərlər və s.) kifayət qədər inkişaf etmiş olmur. Proqramdakı  hərəkətlərin və  səhər  
gimnastikasının icrası  tənəffüsün və bütün üzvlərin hərtərəfli inkişafı  və döş  qəfəsi həcminin 
genişlənməsi ilə nəticələnir. Normal tənəffüs sağlamlıq üçün xüsusi əhəmiyyət kəsb edir. Adətən, burunla 
tənəffüc etmək orqanizm üçün çox faydalıdır. Çünki havada həmişə mikrob və tozlar olur. Tənəffüc 
burunla edildikdə mikrob və tozlar burnun selikli qişasına ilişib qalır, digər tərəfdən soyuq havanı burunla 
aldıqda o, burunda istiləşir və bədənin daxili temperaturuna uyğunlaşır. Bu da daxili üzvlərin soyuqlaması 
və  xəstələnməsinin qarşısını alır. Bundan başqa müəyyən həpəkətlərin icrası zamanı  tənəffüsün ritmlə 
edilməsinin orqanizm üçün mühüm əhəmiyyəti vardır.  Bütün bunlara əməl olunması, yəni hərəkətlərlə 
əlaqədar düzgün və normal tənəffüs edilməsi uşaqların sağlamlığını və iş qabiliyyətini təmin edən əsas 
şərtlərdəndir. 
              Kiçik  məktəbyaşlı  şagirdlərinin normal və sağlam inkişafı, boy və  çəkisinin süürətlə artması 
düzgün qidalanmadan asılıdır. Uşaqlar üçün bədən tərbiyəsi hərəkətləri həzm aparatının 
möhkəmləndirilməsi və maddələr mübadiləsinin sürətlənməsinə müsbət təsir göstərir. 
              Dərinin möhkəmləndirilməsi orqanizm üçün böyük əhəmiyyətə malikdir. Kiçik məktəbyaşlı 
uşaqların dərisi çoxlu miqdarda nazik damarlardan ibarətdir. Uşaqlarda dərinin həddindən artıq zərif və 
nazik damarlardan ibarət olması onun xarici mühit qıcıqlandırıcılarına qarşı hissiyatını daha da 
qüvvətləndirir. Buna görə də bu yaşda böyüklərə nisbətən dərinin tənəffüs funksiyası daha da artır. Dəri 
zərif toxumalardan əmələ  gəldiyi üçün o yaxşı mühafizə olunmazsa, şagirdin tez bir zamanda müxtəlif 
xəstəliklərə tutulması qorxusu vardır. Məhz bu cəhətləri nəzərə alıb, kiçikyaşlı şagirdlərin dəri örtüyünü 
möhkəmləndirmək lazımdır. Bədən tərbiyəsi vasitələrindən olan təbii amillər ilə (hava, günəş, su) dəriyə 
təsir etməklə onu möhkəmləndirmək mümkündür. Bu məqsədlə suda çimmək, bədəni yaş  dəsmalla 
silmək, hava və günəş vannalarını qəbul etmək ən faydalı üsullardan sayılır. Reflektor rolu oynayan bu 
təbii qıcıqlandırıcılar dərinin hissi sinirlərinin uclarını  qıcıqlandırır, bədənin müxtəlif üzvlərini və 
sinirlərini fəaliyyətə gətirir. Hava, günəş və su vasitəsilə dərinin möhkəmləndirilməsi qaydalarına düzgün 
riayət edilməsi vacibdir. Əks təqdirdə dəri öz funksiyasını itirər, sinir sistemi və başqa üzvlər xəstələnə 
bilər. 
              Hiss  üzvləri. Kiçikyaşlı  məktəblilərin hiss üzvlərinin inkişafına ayrı-ayrı  hərəkətlərin müxtəlif 
vəziyyətlərdə icra edilməsinin də müsbət təsiri vardır. Uşaq yeridikdə, qaçdıqda, tullandıqda ayağın 
köməyi ilə yerin bərkliyini, boşluğunu, səthinin hamarlığını hiss edir və bu sahə haqqında müəyyən 
məlumatlara yiyələnir. Əllərlə idman alətlərindən tutduqda və yaxud ona istinad etdikdə şagird əşyanın 
soyuq və istiliyini , möhkəmliyini, münasibliyini toxunma və  təzyiq hissi ilə (lamisə) duyur. Bu da 
müəyyən dərəcədə onların hissetmə qabiliyətinin inkişafına kömək edir. 
       Aparılmış  tədqiqatlardan aydın olur ki, 7-10 yaşlı  oğlan uşaqlarının normal boyu orta hesabla 117 
sm-dən 131 sm-ə qədər, çəkisi isə 21 kq-dan 28 kq-a qədər, döş qəfəsinin həcmi 59 sm-dən 64 sm-dəkdir; 
qızlard isə boy 117 sm-dən 130 sm-ə qədər, çəki 21 kq-dan 27 kq-dək, döş qəfəsinin həcmi 58 sm-dən 62 
sm-ə qədərdir. 
         Alınmış  nəticənin təhlili və müqayisəsi göstərir ki, hazırkı  şagirdlərin fiziki inkişaf xüsusiyyətləri 
1927-1928-ci (B.M.Daşevski)  göstəricilərinə nisbətən üstünlük təşkil edir. Yəni bütün yaş qruplarında 
boy 4,0- 7,0 faiz, çəki 7,0-18,0 faiz, döş  qəfəsinin həcmi isə 2,0-9,5 faiz artmışdır. Demək, ölkəmizdə 
həyat  şəraitinin yaxşılaşması  şagirdlərin fiziki inkişaf səviyyəsini artırır, onların sağlam və gümrah 
böyüməsinə kömək edir. 
          Onu da qeyd etməliyik ki, 7, 8, 9 yaşlı azərbaycanlı oğlanlarının boyu qızlarınkından xeyli böyük 
olduğu halda, 10 yaşda hər iki cins üçün ölçülər bərabərləşir. 11, 12 və 13 yaşlı qızlarda boy oğlanlara 
nisbətən artır, 14 yaşda yenə də oğlanlar üstün olurlar. Nəhayət, 15 yaşda bu fərqlər 5,6 sm-ə çatır. 
        Kiçik  məktəbyaşlı  məktəblilərin səciyyəvi fiziki xüsusiyyətlərindən biri də baş beynin çəki və 
quruluş etibarı ilə sürətlə inkişaf etməsidir. 


 66
           Demək, bədən tərbiyəsi məşğələlərində şagirdlərin fiziki inkişaf və onların cinsi xüsusiyyətlərinin 
nəzərə alınması, onların bədən tərbiyəsi ilə müntəzəm məşğul olmasında,  təlim-tərbiyənin səmərəli 
olmasında xüsusən əhəmiyyətlidir. 
 
                3.2.  Kiçik məktəbyaşlı uşaqların psixoloji  xüsusiyyətləri  
        Müəllim dərs dediyi uşaqların psixoloji xüsusiyyətlərini yaxşı bildikdə və bu xüsusiyyətləri nəzərə 
aldıqda təlim-tərbiyə işində böyük nailiyyətlər qazanacaqdır. Biz uşaqların yaş xüsüsiyyətlərini, onların 
hansı yaş dövründə nə ilə maraqlanmasını, habelə onları əhatə edən mühiti necə dərk etməsini bilməsək, o 
zaman işdə müvəffəqiyyət əldə edə bilmərik. 
         Hiss üzvlərinin rəngə, səsə, lamisəyə, hərəkətə və müvazinətə qarşı həssaslığı təlim prosesində öz 
inkişafını davam etdirir. Bəzi xarici təsir, qeyri –münasib olan şərait uşağın ayrı-ayrı hiss üzvlərinə pis 
təsir göstərir və onların fəaliyyətini zəiflədə bilir. Buna görə  də fasiləsiz olaraq uzun müddət kitab 
oxumaq, «Farağat!» komandasında durmaq, ev tapşırıqlarını yerinə yetirərkən stol arxasında düzgün 
oturmamaq, fiziki hərəkətləri düzgün icra etməmək (baş, ayaq, qol, gövdənin və i.a. düz tutulmaması) və 
s. gözün daxili təzyiqini artırır. 
        Eşitmə duyğuları da, görmə duyğuları kimi uşaqlarda çox erkən inkişaf etmiş olur. Bu hisslərin 
inkişaf etməsinə kömək göstərən mühüm amillərdən biri də bədən tərbiyəsidir. Məsələn, qaçış və yeriş 
zamanı bütün uşaqların addımlarının birlikdə  və ahənglə atılması yaxşı bir səs  əmələ  gətirir ki, bu, bir 
tərəfdən hərəkətlərin düzgün icra olunmasına kömək edir, digər tərəfdən isə uşaqların əhvali-ruhiyyəsinin 
yaxşılaşmasına və  eşitmə hissinin inkişafına səbəb olur. Təlim prosesində müəllimin hərəkətləri xüsusi 
tona malik səslə sayması (bir, iki, üç və s.) və ya bu hərəkətlərin gözəl və oynaq musiqi sədaları altında 
edilməsi, uşaqlarda hərəkətin icrasına və musiqiyə olan marağı artırmaqla yanaşı, eşitmə hisslərinin də 
inkişafına müsbət təsir edir. Lakin  bədən tərbiyəsi dərslərində  həddindən artıq səs-küy eşitmə 
orqanlarının fəaliyyətinə mənfi təsir göstərir. 
          Müşahidə göstərir ki, aşağı sinif şagirdlərinin  diqqəti  davamsızdır, onlar uzun müddət diqqətini 
eyni bir hərəkətin icrasına yönəldə bilmirlər. 
              Məlum olduğu kimi, təlimin səmərəli təşkili nəticəsində  uşaqlarda yeni-yeni diqqəti cəlb edən 
keyfiyyətlər  yaranır. Xüsusilə, qeyri-iradi diqqət, tədricən, möhkəm iradi diqqətə çevrilir. 
        Professor  M.Həmzəyev qeyd edir ki, uşaqların diqqəti asanlıqla yayına bilər. Yalnız onu 
maraqlandıran, yeni keyfiyyətlərə malik olan, uşağın tələbatı ilə bağlı olan cisim və hadicələr onun 
diqqətini uzun müddət öz üzərində saxlaya bilər. O, yazır: «Kiçik məktəbyaşlı uşaqlarda diqqətin zəifliyi, 
onların öz diqqətlərini uzun müddət cəmləşdirməkdə çətinlik çəkmələrindən irəli gəlir. Ona görə də kiçik 
məktəbyaşlı  uşaqlara tapşırılan iş maraqlı olmaqla yanaşı, arabir dəyişilməlidir. Bununla yanaşı olaraq, 
uşağın görəcəyi işin mahiyyəti onun üçün aydın olmalıdır»
93

         Müəllim bəzən uşağın bu xüsusiyyətini nəzərə almır, hətta yuxarı sinif uşaqları  kimi  onlara  da 
müstəqillik verir və belə zənn edir ki, onlar bu hərəkətləri müstəqil olaraq yerinə yetirəcəklər.  
Nəticədə, qarşıya qoyulmuş  vəzifəni yerinə yetirmir, başqa bir məqsədli oyun və  hərəkətlərlə  məşğul 
olurlar. Buna əsas səbəb 
müəllimin dərsi uşaqların marağına uyğun qurmaması, uşaqların dərsin mahiyyəti və  məqsədini başa 
düşməməsindən irəli gəlir. Bu yaşda şagirdlərin diqqətini ancaq maraqlar əsasında saxlamaq kifayət deyil, 
onları tərbiyə etmək vəzifəsi də qarşıya qoyulmalıdır. K.D.Uşinski qeyd edirdi ki, ilk təlim günlərindən 
etibarən uşağı öz təlim vəzifəsini sevməyə və bu vəzifənin icrasından həzz almağa öyrətmək mümkündür 
və lazımdır. Kiçikyaşlı  şagirdlər bədən tərbiyəsi hərəkətlərini tez mənimsəyir, tez də unudurlar. Eyni 
zamanda yaxşı icra etdiyi hərəkətin izahını verə bilmir. Yəni hərəkəti necə yerinə yetirdiyini ardıcıl 
danışmaqda çətinlik çəkirlər. Bunun üçün uşaqlarda fiziki hərəkətlərin icra edilməsi və onun terminlərinə 
dair çoxlu söz ehtiyatı yaratmağa, həm də məntiq yadda saxlamanın inkişaf etdirilməsinə böyük ehtiyac 
vardır. Kiçik məktəbyaşlı  şagirdlərin təlim prosesində  əldə etdikləri biliklər, təsəvvürlər genişləndikcə, 
onların hafizələri də inkişaf edir və möhkəmlənir. 
                                                 
93
 
М.Щямзяйев. Кичик мяктябйашлы ушагларын психоложи хцсусиййятляри. Бакы, «Маариф», 1968, сящ. 15.
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə