Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   145

 57
onurğa  əyriliyi, yaxındangörmə  və s. qarşısını almağa da qadirdir. Keçən  əsrdə adamların ağlına belə 
gəlməzdi ki, indiki nəsil 2 m 28 sm hündürlüyə tullanacaq, 100m məsafəni 9,9 saniyəyə qət edəcək, 600 
kq ağırlıq (ştanqla) qaldıracaqdır. Bütün bunlar əzələ  hərəkəti ilə  əzələnin bir vəhdət təşkil etməsi 
nəticəsində əmələ gəlir. A.N.Radişşevin ifadəsinə görə «Güc işlətdikcə bədən möhkəmlənir, bu isə insanı 
ruhən saflaşdırır və ya bədən hərəkətləri insanı möhkəmləndirdiyi kimi, düşünməyi və insan ağlını 
itiləşdirir». 
              Böyük  Azərbaycan  şairi Nizami Gəncəvi isə  bədən tərbiyəsinə  dərin fəlsəfi və fizioloji məna 
verərək yazmışdır: 
 
               «Bədən sağlam olsa, saf olar söz də, 
               Süst adam süst olar, bədəndə, sözdə. 
                                  və yaxud 
              Varkən sağlıq əldə, cavanlıq əldə, 
              Sənindir hər murad, hər xoş əməl də»
90

              Şagirdlərin fiziki inkişafı gigiyena qaydalarına düzgün əməl edilməsindən də asılıdır. Dırnaqların 
təmizlənməsi, saçların vaxtında vurulması, yuyulması və paltarın təmiz saxlanması sağlamlıq üçün əsas 
şərtlərdəndir. Dırnaqların uzadılması və çirkli saxlanılması yoluxucu xəstəliklərin əmələ gəlməsinə səbəb 
olur. Saç uzandıqda isə başın dərisi işıq şüasını lazımınca qəbul etmir, şüanın ona müsbət təsiri az olur. 
        Orqanizmin  normal  inkişafında gün rejimi, düzgün qidalanma, normal yuxu böyük rol oynayır. 
Onlara  əməl etdikdə  şagirdlərin iş qabiliyyəti, xəstəliklərə qarşı orqanizmin müqaviməti artır. Haqlı 
olaraq qidaya üzv və sistemlər üçün enerji mənbəyi, inkişafda olan orqanizmin «tikinti materialı» 
demişdir. 
              Şagirdlərin zehni yorğunluğunun aradan qaldırılmasında bədən tərbiyəsi dəqiqəsi və fasilələrdə 
keçirilən hərəkət və mütəhərrik oyunların çox böyük əhəmiyyəti vardır. Orqanizmin 
möhkəmləndirilməsində  bədən tərbiyəsi ilə yanaşı, təbii amillər də (hava, su, günəş) çox böyük 
əhəmiyyətə malikdir. Bunların köməyi  ilə orqanizm xarici mühitin dəyişikliklərinə uyğunlaşır. Xalq 
arasında deyildiyi kimi, «Günəş girməyən evə  həkim tez-tez gələr». Orqanizm hava ilə  də 
möhkəmləndirilir. Odur ki, açıq və təmiz havada  olmaq, çılpaq bədəni təmiz havaya vermək, mənzil və 
sinif otaqlarında havanın tez-tez dəyişdirilməsi vacibdir. Bütün bunlar bədəni aşağı temperaturlu havaya 
tədricən alışdırır. 
              Azərbaycanın görkəmli maarifpərvər və  təbiətşünas alimi H.B.Zərdabi «Gigiyena» əsərində 
havanın təmizliyi haqqında yazırdı:   «Hava gərək təmiz olsun,   onun pak olması həyat,  xarab  
olması ölümdür»
91
. Demək, müxtəlif idman hərəkətləri ilə təmiz havada məşğul olmaq lazımdır. 
  
                        1.2. Fiziki tərbiyənin vəzifələri    
                        Fiziki tərbiyə böyüməkdə olan gənc nəslin ümumi tərbiyəsinin tərkib hissəsi sayılır. 
Hazırda gənc nəslin ümumi tərbiyəsinin qarşısında duran mühüm vəzifələrdən biri onların hərtərəfli 
inkişafına nail olmaqdan ibarətdir. Fiziki cəhətdən ahəngdar inkişaf etmiş, bədəncə sağlam, gözəl qamətli, 
möhkəm, qüvvətli və gümrah bir adam olduqda, bu hərtərəfli inkişaf etmiş insan sayılır. 
       Fiziki tərbiyə həmin keyfiyyətlərin məktəblilərdə yaranmasında mühüm əhəmiyyət kəsb edir. Fiziki 
tərbiyə ilə müntəzəm və ardıcıl məşğul olanlar qamətli, şən, gümrah, bədəncə sağlam böyüyürlər. Onlar 
zehni cəhətdən daha yaxşı inkişaf etmiş olur. Əməyə və vətənin müdafiə edilməsinə daim hazır olurlar.  
Bunun üçün də  şəhər və rayonlarımızda həmin baxımdan ölkəmizdə  uşaqların, gənclərin 
sağlamlığı  məsələsinə diqqət artmışdır. Yeni meydança və stadionlar tikilir, onlar alət və avadanlıqla 
təmin olunub gənc nəslin istifadəsinə verilir. 
              Qeyd  etmək lazımdır ki, fiziki tərbiyə prosesi səmərəli təşkil olunan məktəblərdə  uşaqlar 
bədəncə sağlam və qüvvətli, qıvraq, iradəcə möhkəm böyüyürlər. Bunların isə iş qabiliyyətinin artmasına 
müsbət təsiri vardır. Sağlam adamlar isə gələcəkdə cəmiyyət üçün daha yararlı olurlar. 
                                                 
90
 Низаминин щикмят вя нясищятляри ( топлайаны вя тяртиб едяни С.Вящдят), Бакы, Азярбайъан ЕА няшриййаты, 
1966, сящ. 122. 
91
 
М.Я.Ахундов. Щясянбяй Зярдабинин тябиййата аид ясярляри щаггында. Азярняшр, 1958, сящ. 24
 


 58
              Fiziki  və  mənəvi cəhətdən inkişaf etmiş  şəxslər ictimai həyatda, təsərrüfat quruculuğunda 
başqalarından fərqlənir. Onlar daha yaxşı işləyir, işə olan fərəhi, işə olan həvəsi daha güclü olur, 
işləmək qabiliyyəti, yaradıcılıq və çalışqanlıq hissi yüksəlir, beləliklə, həm də onların əmək məhsuldarlığı 
lazımi səviyyəyə qalxır. Fiziki tərbiyə vasitəsi ilə sağlamlığını möhkəmləndirən məktəblilər şən və fərəhli 
olur, zehni işdən bezikmir, müstəqil surətdə öz üzərində daha çox və  səmərəli mütaliə edirlər. Onlar 
həyatda mübariz olurlar.
 
              Fiziki və zehni işlə məşğul olan məktəblilər müvafiq enerji və qüvvə sərf edirlər. Onlar bədən 
tərbiyəsi ilə məşğul olmaqla, təmiz havada gəzmək və istirahət etməklə qüvvə və enerjisini bərpa edirlər. 
              Uşaqlar fiziki tərbiyə ilə müntəzəm məşğul olduqda, müvafiq, həyat üçün zəruri olan hərəki 
keyfiyyətlər də qazanırlar (sürət, qüvvə, güc, iradə möhkəmliyi və i.a.). 
              Fiziki keyfiyyətlərə malik olan uşaqlar gələcəkdə vətənin müdafiəsində, əsgəri xidmətdə, hərbi-
vətənpərvərlik nümunələri də göstərirlər, düşmənə qarşı mübariz və amansız olur, öz vəzifələrini 
layiqincə yerinə yetirirlər. 
              Fiziki tərbiyə prosesində, idman, turizm ilə məşğul olduqda bu məktəblilərin əxlaqi hisslərinin 
inkişafına, beynəlmiləlçilik ruhunda böyüməsinə, estetik baxımdan inkişafına da müsbət təsir göstərir. 
              İbtidai məktəbin fiziki tərbiyəsinin qarşısında müasir şəraitdə müvafiq vəzifələr qoyulmuşdur ki
bunlar da əqli, estetik və  əmək tərbiyəsi ilə , xüsusən  əxlaq tərbiyəsi ilə  sıx  əlaqədə  həyata keçirilir. 
Həmin vəzifələr bunlardır: 
 
Şagirdlərin sağlamlığının möhkəmləndirilməsi və fiziki inkişafının təmini. 
Şagirdlərin sağlamlığının möhkəmləndirilməsi və fiziki inkişafının təminini  əsasən bədən tərbiyəsi 
dərslərində, dərsəqədər səhər gimnastikasında, bədən tərbiyəsi dəqiqələrində, böyük tənəffüslərdə, 
sinifdən və  məktəbdənkənar məşğələlərdə, turist yürüşlərində  həyata keçirilir. Bu o zaman faydalı ola 
bilər ki, əvvala, həmin məşğələlərin təşkili üçün müvafiq şərait yaradılsın, məşğələlər lazımi ləvazimat və 
avadanlıqlarla təmin olunsun, ikinci bu iş pedaqoji kollektiv, müəllimlər, valideynlər həmin bədən 
tərbiyəsi tədbirlərinin həyata keçirilməsində birgə fəaliyyət göstərsinlər. 
              Bir cəhətə də xüsusi diqqət yetirmək lazımdır ki, şagirdlərin sağlamlığının möhkəmləndirilməsi, 
fiziki inişafı onların təmiz və açıq havada gəzməsi, təbii amillərdən müntəzəm və düzgün olaraq istifadə 
etməsi də mühüm şərtdir. 
 
Şagirdlərin fiziki bacarıq və vərdişlərinin təkmilləşdirilməsi. 
İbtidai məktəbdə şagirdlərə aşılanan fiziki bacarıq və vərdişlər aşağıdakılardır: düzgün yerimək, atmaq, 
tullanmaq və düzgün hoppanmaq, dırmanmaq və s. Bundan əlavə, fiziki bacarıq və  vərdişlərin 
təkmilləşdirilməsində  təbii  şəraitdə  uşaqlara müxtəlif növ hərəkətlərin, oyunların,  əyləncələrin 
öyrədilməsi vacib əhəmiyyət kəsb edir. 
              Göstərilən bacarıq və  vərdişlər uşaqların sağlamlığına, fiziki inkişafına xidmət edir. Onların 
həyat və fəaliyyətinə kömək göstərir. 
              Fiziki keyfiyyətlərin inkişafına kömək göstərmək.   
Fiziki keyfiyyətlər əslində fiziki bacarıq və vərdişlərin formalaşmasında mühüm rol oynayır və onlar bir-
birini tamamlayır. Fiziki keyfiyyətlər hər bir insan üçün çox vacibdir. 
    
1.3.Fiziki keyfiyyətlərin inkişafı 
              Məktəb yaş dövründə uşaqların hərtərəfli inkişafına nail olmaqdan ötrü ilk olaraq onların hərəki 
keyfiyyətlərini inkişaf etdirmək çox vacibdir. Bu bir sıra cəhətdən xüsusi əhəmiyyətə malikdir. 
Məktəbyaşlı uşaqlarda fiziki keyfiyyətlərin inkişaf etdirilməsi, əvvala, onların hərtərəfli fiziki inkişafına 
kömək edir, ikincisi, şəxsiyyət kimi formalaşmasına zəmin yaradır, üçüncüsü, fiziki bacarıq və vərdişləri 
daha da təkmilləşdirir,  dördüncüsü, sağlamlığı möhkəmləndirir, yoluxucu və digər xəstəliklərin 
yayılmasının qarşısını alır,  beşincisi, tərbiyənin tərkib hissəsini bir-biri ilə  əlaqələndirir, onların 
fəaliyyətini gücləndirir və tamamlayır (Zehni, əxlaqi,  əmək, estetik, vətənpərvərlik və i.a.). Bir sözlə 
fiziki keyfiyyətlər yaşından asılı olmayaraq insan həyatı üçün onun inadla mübarizə aparmasından ötrü 
olduqca əhəmiyyətlidir. İnsan həyatı onsuz keçinə bilməz. Ən zəruri fiziki keyfiyyətlər bunlardır: sürət, 
cəldlik, dözümlülük, çeviklik, güc və s. Həmin keyfiyyətləri bədən tərbiyəsi məşğələlərində, gəzinti, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə