Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   145

 51
gördüm. Döyüş  şəraitində suya düşən bu adam batmağa başladı. Belə adamlar orduda tam qiymətli 
əsgərlər olmurlar»
81

              Özlərini odların-alovların altına atan azərbaycanlı Sovet İttifaqı  qəhrəmanları: H.Aslanov (2 
dəfə), İsrafil Məmmədov,  Hüseynbala Əliyev, Gəray Əsədov, Mehdi Hüseynzadə və onlarla azərbaycan 
oğullarının möhkəmliyinə , şücaətinə, mərdliyinə, cəsurluğuna gündəlik bədən tərbiyəsi ilə  məşğul 
olmalarının çox böyük əhəmiyyəti olmuşdur. 
              Müharibənin ilk günlərində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının şəxsi 
heyətindən 314 nəfər könüllü olaraq döyüşə getdilər. Həmin akademiyanın məzunu İ.İslamov kəşfiyyatda 
olarkən  əlindən ağır yaralanmasına baxmayaraq verilən tapşırığı yerinə yetirməmiş geri qayıtmadı. Üç 
gündən sonra sol əlini itirsə  də, lazım olan məlumatları  əldə etdikdən sonra geri qayıtdı. Həmin 
akademiyanın məzunu H.M.Əsgərov da böyük şücaət qazanmışdı.  
İkinci Pribaltika cəbhəsinin 116-cı tank briqadasının tank tağımının komandiri olmuş, Oryol 
çıxıntısındakı döyüşlərdə vuruşmuş yoldaşlarının azad edilməsində iştirak etmişdir»
82

  Dəfələrlə akrobatika üzrə Azərbaycan çempionu,  pedaqoji elmlər namizədi dosent H.H.Ağayev 
müharibədə özünü qorxmaz bir kəşfiyyatçı kimi aparmış, basketbol üzrə əməkdar məşqçi, professor Tofiq 
Abbasov ağır döyüşdə özünün idmanda qazandığı qüvvə və cəsarəti sayəsində yaralı komandirini döyüş 
meydanından çıxara bilmiş, respublikanın əməkdar bədən tərbiyəsi və idman xadimi, təcrübəli və hamının 
sevimlisi Həsən Qarayev Böyük Vətən müharibəsində  əsl azərbaycanlı, mərd, cəsur və  cəsarətli bir 
şəxsiyyət kimi özünü göstərmiş, ömrünün axırına qədər gənclərin fiziki tərbiyəsi ilə  məşğul olmuş, 
onlarla çempionlar və  vətənin layiqli müdafiəçiləri hazırlamışdır. Həsən müəllim deyirdi: «Biz heç 
kəsdən  əksik deyilik. Bütün cəhətlərdə millətimizin adını yüksəklərə qaldırmalıyıq.  Biz buna qadirik. 
Belə də etməliyik. Bunu bizdən ata-babalarımızın ruhu tələb edir. Bunun üçün də əliəyri, töhmətgətirici, 
millətə xas olmayan əməllərdən uzaq olmalı, siqaret çəkməməli, təhsilə xüsusi diqqət yetirməli, bədən 
tərbiyəsi və idmanla müntəzəm məşğul olmalı və sağlamlığımızın qayğısına qalmalıyıq. Bu sənin ictimai 
və vətəndaşlıq borcundur».          
              Məkrli ermənilərlə Qarabağ savaşında da bədən tərbiyəçi  və idmançılarımız vətən uğrunda 
canlarından keçmiş, mərdlik və cəsurluq göstərərək, torpaqlarımızın müdafiəsinə qalxmış, Vətən, doğma 
torpaq, haqq-ədalət, qeyrət və ismət naminə şəhid olmuş, Vətənə, torpağa, xalqa, ata və anaya məhəbbət 
hissinin ecaskar mənasını daha da zənginləşdirmiş və bundan qürur duymuşlar. 
              Yuxarı Qarabağ  və onun ətrafında gedən vuruşlarda  da igidlik və  şücaət göstərdiklərinə görə 
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və  İdman Akademiyasını bitirmiş 2 məzun:  Əliyar Yusif oğlu 
Əliyev, İlqar Sədi oğlu İsmayılov,   
Azərbaycan Dövlət Pedaqoji Universitetinin hərbi və fiziki hazırlıq fakültəsini bitirmiş Mirələkbər 
İbrahimov və  Mətləb Quliyev Azərbaycan Respublikasının milli qəhrəmanı adına layiq görülmüş, 
yüzlərlə  məzun və  tələbələrimiz vətən uğrunda  şəhid olmuş, yaralanmış  və  İtkin düşmüşlər.  Onların 
xatirələri ürəklərdə yaşayır. Onlar qədirbilən xalqımız tərəfindən daim yad edilir, unudulmur. Milli 
qəhrəmanlarımızın adları  əbədiləşdirilmiş, oxuduqları  məktəblərə, yaşadığı küçələrə onların adları 
verilmişdir. Qəhrəmanların büstləri, heykəlləri məktəblərdə, küçə və meydançalarda qoyulmuş,  keçdiyi 
döyüş yoluna həsr edilmiş muzeylər, küçələr yaradılmışdır. 
              Torpaq  uğrunda  şəhid olmuş igidlərin keçdiyi döyüş yolunun əyaniləşdirilməsi, məktəblilərin 
gözü önündə bir daha canlandırılması, onlarda vətənə, anaya məhəbbət hissi oyadır, bədən tərbiyəsi və 
idmana marağı qat – qat artırır. Şagirdlərdə Vətənin müdafiəsi üçün ilk hərbi hisslər və hərəkət vərdişləri 
kiçik məktəb yaşlarından təşəkkül tapmağa başlayır. Onlar hərbi mövzularla əlaqədar yazılmış kitabları 
oxumağa, kinofilmlərə tamaşa etməyə böyük maraq göstərir və  öz hərəkətlərində Həzi Aslanov, Mehdi 
Hüseynzadə, Əli Dadaşov, Aleksandr Matrosov və b. qəhrəmanlar kimi cəsur döyüşçü, çevik və möhkəm 
iradəli adamlar olmağa çalışırlar. Bütün bu keyfiyyətlərin uşaqlara aşılanmasında fiziki tərbiyə 
məşğələləri mühüm rol oynayır. Bütün bunlar ölkənin müdafiəsi və işğal olunmuş  Yuxarı Qarabağın və 7 
rayonun (Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın) azad olunmasına hazırlıq işinin 
daha da gücləndirilməsinə zəmin yaradır. 
                                                 
81
 Б.П.Йесинов, Н.К.Гончаров. Педагоэика. Бакы, Азярняшр, 1950-ъи ил, сящ 128. 
82
 
Е.Ф.Аъалов. Азярбайъанда бядян тярбийяси вя идманын инкишафы тарихи.1985-ъи ил, сящ.59-60. 
 


 52
              Tam  əminik ki, Azərbaycan xalqı  və onun milli iftixarı olan Silahlı Qüvvələrin bütün heyəti 
bütövlükdə torpaqlarımızın geri qaytarılmasına, milli himnimizin mahiyyəti və ruhunda başlayaraq, 
böyük şərəf və şücaətlə zəfərlər qazanacaqdır. 
              Xalqımızın iradəsi və milli ruhu himnimizdə aşağıdakı kimi öz əksini tapmışdır: 
           
   Azərbaycan! Azərbaycan! 
              Ey qəhrəman övladın şanlı Vətəni! 
              Səndən ötrü can verməyə cümlə hazırız! 
              Səndən ötrü qan tökməyə cümlə qadiriz! 
              Üçrəngli bayrağınla məsud yaşa! 
              
  Minlərlə can qurban oldu! 
              Sinən hərbə meydan oldu! 
              Hüququndan keçən əsgər,  
              Hərə bir qəhrəman oldu! 
 
Sən olasan gülüstan, 
Sənə hər an can qurban! 
Sənə min bir məhəbbət 
Sinəmdə tutmuş məkan! 
 
              Namusunu hifz etməyə, 
              Bayrağını yüksəltməyə 
              Cümlə gənclər müştaqdır! 
              Şanlı Vətən! Şanlı Vətən! 
              Azərbaycan! Azərbaycan! 
               
Fiziki tərbiyə məktəblilərin zehnini inkişaf 
etdirən vasitədir. 
Şagirdlərin zehni inkişafına kömək edən mühüm vasitələrdən biri də  bədən tərbiyəsidir. P.F.Lesqaft 
demişdir: «… Zehni və fiziki inkişaf arasında sıx əlaqə vardır»
83
, yəni uşaq orqanizminin fiziki inkişafı 
onun müvafiq olaraq əqli və s. psixi funksiyalarının formalaşmasını tələb edir. 
              Şagirdlər hərəkətləri yerinə yetirərkən düşünməli, yaranmış  vəziyyəti tez duymalı  və hiss 
etməlidirlər.  Həm də onlar çevik, sürətli, dəqiq olmalı, təşəbbüskarlıq və fəallıq göstərməlidirlər.      
              Böyük  rus  alimi  V.V.Qorinevski  göstərirdi ki, bədən tərbiyəsinin vəzifələrindən biri 
gimnastikanın köməyi ilə mərkəzi sinir aparatının funksional inkişafına nail olmaqdan ibarətdir ki,  bütün 
sümük-əzələ sistemi beynin əmrlərini icra edərək, sadə və mürəkkəb hərəkətləri böyük dəqiqliklə, tələb 
olunan qüvvə və sürətlə, ümumiyyətlə, arzu edilən mükəmməlliklə yerinə yetirsin. 
              Göründüyü  kimi,  bədən tərbiyəsi görmə, eşitmə kimi duyğu üzvlərinə, qavrayışa, diqqətə, 
iradəyə və eləcə də təfəkkürə müsbət təsir göstərir, bilik, bacarıq və vərdişləri inkişaf etdirir. Hərəkətlərin 
icrası şagirdlərin duyğu hissələrinin inkişafına səbə olur. Həm də, bu vaxt beyin tərəfindən qəbul olunmuş 
müxtəlif hisslər onun fəallığının artmasına və iş qabiliyyətlərinin yaxşılaşmasına kömək edir. 
 Fizioloji 
və psixoloji tədqiqatlar göstərir ki, xarici mühüt qıcıqlandırıcıları hissi-sinir uclarına nə 
qədər qüvvətli təsir göstərirsə, beyin mərkəzlərində ona qarşı oyanmalar da bir o qədər güclü olur. 
 
Bədən tərbiyəsi hərəkətləri də belə  qıcıqlandırıcılardandır. Onunla müntəzəm məşğul olduqda 
beyin qabığı mərkəzlərində həmişə oyanma baş verir. Bu da fikir fəallığına səbəb olur və xarici mühitdən 
gələn müxtəlif təsirlərə uyğun cavab verə bilir. Məsələn, II sinifdə «Tək sıradan dairə düzəltmək» 
mövzusunun tədrisinə  əvvəlcə  şagirdlər müəllimlə birlikdə, sonra isə müəllimin rəhbərliyi altında 
müstəqil olaraq dairə düzəldirlər. Dairəni əmələ gətirmək 
                                                 
83
 П.Ф.Лесгафт. Сечилмиш педагожи ясярляри, ъилд 1, 1951, сящ.287 (русъа) 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə