Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   145

 42
formalaşan ümumbəşər mədəniyyətinin  əsasını  təşkil etməklə  həmin mədəniyyətin tərkib hissəsinə 
çevrilirdi… Fiziki tərbiyə fiziki hərəkətlərin, təbii amillərin köməyi ilə insanın fiziki inkişaf və təlimini 
idarəetmə prosesidir. Fiziki tərbiyə prosesi insanın hərəki vərdişlərinin və fiziki keyfiyyətlərinin 
məqsədyönlü inkişafını  və formalaşmasını  təmin edir. Fiziki hazırlıq – fiziki tərbiyənin nəticəsi olub, 
insanın işgörmə qabiliyyətində öz ifadəsini tapır.   İdman iki mənada: dar və geniş  mənalarda işlədilir. 
Dar mənada idman dedikdə  şəxsi yarış  fəaliyyəti nəzərə alınır. Geniş  mənada idman həm yarış 
fəaliyyətini, həm də yarışa xüsusi hazırlığı, həm də  fəaliyyətin  əsasında  əmələ  gələn spesifik  
münasibətləri, normaları və nailiyyətləri əhatə edir
77

        H.H.Qurbanov  son  dərsliyində isə bir qədər dəqiqləşdirmə apararaq yazır: «Fiziki tərbiyə 
ümumbəşər mədəniyyətimizin tərkib hissəsidir. Onun başlıca qayəsi bütövlükdə  əhalinin sağlamlığı, 
gümrahlığıdır»
78

       Anlayışlar haqqında göstərilənlərin ümumi cəhətlərini nəzərə alıb onları  təxminən aşağıdakı kimi 
qruplaşdırmaq olar. Hər hansı bir anlayışa dair söylənilən fikirlər soyadı mötərizədə göstərilən  
alimlərin hamısına aid ola və ya olmaya bilər. Lakin onlar hər hansı bir və yaxud irəli sürülmüş bir neçə 
fikrin tərəfdarı, eləcə də müəlliflərdən biri ola bilər. 
 1. Bədən tərbiyəsi anlayışı. 
1)  Bədən tərbiyəsinə  cəmiyyətin mədəniyyətinin tərkib hissəsi, kütlələrin ümumi siyasi metodu 
kimi baxmaqla, bura fiziki tərbiyə, sağlamlıq, hərbi hazırlıq, əmək və məişət gigiyenası və s. daxil edilir. 
  2) Bədən tərbiyəsi – ümumi mədəniyyətin bir hissəsi olub,  
əhalinin fiziki cəhətdən təkmilləşməsinin xüsusi vasitəsi və onlardan istifadə  də  cəmiyyətin tarix boyu 
qazanmış olduğu nailiyyətlərin məcmuidir (N.V.Savin, B.A.Əhmədov). 
3) «Bədən tərbiyəsi» ilə «Fiziki tərbiyə» arasında eynilik  
(bərabərlik) qoymaq olmaz. Birinci anlayış ikincidən genişdir. Bədən tərbiyəsi geniş mənada insanların, 
onların hərtərəfli fiziki inkişafı və mənəvi qabiliyyətlərinə qayğıdır (İ.A.Kryaçko, B.A.Əhmədov). 
             4) Bədən tərbiyəsi – ümumi mədəniyyətin tərkib hissəsi kimi  və «bədən tərbiyəsi tarixi» fənni 
olaraq öyrədildiyi üçün bədən tərbiyəsinin yaranması və qurulmasına xidmət edir (A.İ.Borisov). 
    5) Bədən tərbiyəsi – ümumi mədəniyyətin bir hissəsi olub, cəmiyyətin nailiyyətləri kimi xalqın 
fiziki cəhətdən təkmilləşməsinin xüsusi vasitələrinin yaranması  və ondan istifadə kimi başa düşülür 
(V.V.Stolbov, İ.Q.Çuqunov). 
     6) Bədən tərbiyəsi – bütün insan mədəniyyətinin ayrılmaz tərkib hissəsi, adamlara təhsil verən, 
onları əməyə və hərbi fəaliyyətə hazırlayan vasitədir (L.Kun). 
7) Bədən tərbiyəsi – məktəbdə sadəcə olaraq tədris fənninə aid edilə bilməz, bu bizim cəmiyyət 
üzvlərinin bədən tərbiyəsinin bütöv mürəkkəb hissəsidir (V.A.Kunanev). 
 8) Bədən tərbiyəsi anlayışı daha geniş olub, cəmiyyətin əldə etmiş olduğu bütün nailiyyətlərin 
vasitə  və metodların ümumi məcmuyu olmaqla, insanların fiziki inkişafı  və  təhsilinə  təsir göstərir 
(S.V.Yananis). 
    9) Bədən tərbiyəsi – yəni fiziki mədəniyyət pedaqoji anlayışlar sırasına daxil deyildir (B.A.Əhmədov). 
 
II. Fiziki tərbiyə anlayışı 
Fiziki tərbiyə tərbiyənin tərkib hissəsi kimi uşaq orqanizm-inə mütəşəkkil təsir göstərən pedaqoji 
proses olmaqla bütün orqanların düzgün inkişafına, onların funksiyalarının təkmilləşməsinə, hərəki 
keyfiyyətlərin artmasına, sağlamlığın  möhkəmləndirilməsinə, insanların fiziki təhsilinin idarə  
edilməsinə, bədən tərbiyəsi və idman sahəsində toplanmış bilik, bacarıq və  vərdişlərin gənc nəslə 
mənimsədilməsi məqsədinə istiqamətləndirilmişdir (P.F.Lesqaft, A.N.Filippov, N.V.Savin, İ.A.Kryaçko, 
N.M.Kazımov, B.A.Əhmədov, Y.R.Talıbov, Ə.A.Ağayev, H.N.Məmmədov, H.H.Qurbanov). 
Fiziki tərbiyə – sırf psixikaya təsirlə – intellekt, iradə, emosiya, əxlaq və s. ilə  sıx  əlaqədardır. 
(F.Lanqranj, Q.Demeni). 
Fiziki tərbiyə- tərbiyənin mühüm vasitəsi və tərkib hissəsi kimi şəxsiyyətin hərtərəfli inkişafının 
vasitəsidir (V.A.Semenov, B. A. Əhmədov, M.Quliyeva, A.Şükürov). 
                                                 
77
 Y.R.Talıbov və H.H.Qurbanov. ixtisasa giriş. Bakı, 2000, s.6-9 
78
 H.H.Qurbanov. fiziki tərbiyə nəzəriyyəsi və metodikası. Bakı, “Adiloğlu”nəşr, 2001, s.27-28 


 43
Fiziki tərbiyə- insanın fiziki inkişafının vasitəsi, həm də yaşlı nəslin təcrübəsini gənclərə öyrədən 
vasitədir (A.D.Novikov). 
Fiziki tərbiyə- cəmiyyətin tələbatına uyğun adamların fiziki və mənəvi inkişafını təmin edir, onları 
əməyə və müdafiəyə fəal hazırlayır (A.İ.Borisov). 
Fiziki tərbiyə- pedaqoji proses kimi… estetik və etik  
normalara cavab verə biləcək davranış və qabiliyyətlərin yaranmasına yönəldilmişdir. O, uşaqların iştirakı 
ilə kollektiv pedaqoqlar və valideynlər tərəfindən həyata keçirilir (Q.N.Satirov). 
               Fiziki tərbiyənin bir-biri ilə əlaqəli dar və geniş mənada iki tərəfi vardır: 
Fiziki tərbiyə–dar mənada sağlamlığın möhkəmləndir-ilməsi, fiziki keyfiyyətlərin qazanılması və 
təkmilləşməsi məqsədilə fiziki inkişafa təsir göstərmək başa düşülür. 
Fiziki tərbiyə-  geniş  mənada isə fiziki təhsil mənasında başa düşülür. Fiziki təhsil isə  tərbiyə 
olunanların bilik, bacarıq və vərdişlərlə silahlanmasıdır (A.D.Novikov). 
 
                              III. Fiziki təhsil anlayışı 
 
Fiziki təhsil – şəxsiyyətin anatomik-fizioloji xüsusiyyətləri ilə sıx bağlı olub, hərtərəfli inkişafın 
şərtləri olan əqli və əxlaqi tərbiyənin bədən tərbiyəsi ilə əlaqəli həyata keçirilməsidir ki,  bunun da son 
məqsədi tərbiyəli-təhsilli şəxs yetişdirilməsidir (P.F.Lesqaft) 
Fiziki təhsilə – fiziki inkişafı yaxşılaşdırmaq və fiziki  
keyfiyyətləri təkmilləşdirmək üçün xüsusi olaraq mütəşəkkil surətdə təşkil edilmiş orqanizmin forma və 
funksiyalarına təsir göstərmək, bunun müvəffəqiyyətlə  həyata keçirilməsi məqsədilə yaxşı hazırlıqlı 
pedaqoqun fəaliyyəti ilə əlaqələndirmək, nəticə etibarı ilə isə iradə və xarakterin möhkəmləndirilməsidir 
(V.V.Qorinevski). 
Fiziki təhsil-  hərəkət koordinasiyasının təkmilləşdirilməsi, ümumi fiziki hazırlığın qazanılması, 
fiziki inkişafın düzgün getməsi, fizioloji cəhətdən orqanizm üçün daha faydalı olması, xüsusən insan 
psixikasına – əqli inkişafa, iradi keyfiyyətlərə  və emosiyanın yaranmasına müsbət təsir göstərməkdir 
(A.D.Butovski). 
Fiziki təhsil – fiziki tərbiyə prosesində  hərəki bacarıq və  vərdişlərin aşılanmasının müəyyən 
işlənmə  məcmui, qazanılmış «bədən keyfiyyətləri»nin  şüurlu və  məqsədəuyğun prosesi, habelə ondan 
intensiv istifadə edilməsidir (Q.Dyuperron). 
Fiziki təhsil – bu tədris-pedaqoji proses kimi bir qayda olaraq mütəxəssis müəllimlər tərəfindən, 
əsasən məktəb dərs formasında həyata keçirilməsidir (Q.N.Satirov). 
 Bütün bunlardan aydın olur ki, P.F.Lesqaft və b. fiziki təhsil  
fikrinə sözün geniş mənasında fiziki tərbiyə prosesinin bütöv bir sistemi kimi baxılarsa, Q.Dyuperron və 
b. isə fiziki təhsili həmin sistemin bir hissəsi kimi qəbul edirlər. 
                    
IV. Fiziki inkişaf anlayışı 
             Fiziki inkişaf – bu proses həyat  şəraitinin və  tərbiyənin təsiri altında insan orqanizminin bioloji 
baxımdan forma və funksiyasının qurulması  və  dəyişdirilməsi, orqanizmin artması  və  təkmilləşdirilməsi, 
eləcə  də fiziki keyfiyyətlərin və qabiliyyətlərin formalaşması prosesidir (N.V.Savin, İ.A.Kryaçko, 
B.A.Əhmədov). 
 
                    V. İdman anlayışı 
         İdman hərəki fəaliyyətin elə bir növüdür ki, insanın həmin fəaliyyət sahəsində yüksək göstəricilər 
(rekord göstəriciləri)  əldə etməsinə xidmət göstərir. İdman fiziki mədəniyyətin tərkibinə daxildir, fiziki 
tərbiyənin isə ən mühüm vasitələrindən biridir (B.A.Əhmədov, Y.R.Talıbov, H.H.Qurbanov). 
 
                      VI. Fiziki kamillik anlayışı 
              Fiziki kamillik – şəxsiyyətin fəaliyyətə (əməyə, təlimə və  
s.) fiziki cəhətdən hazır olması  zəruriliyi ilə  şərtləndirilən fiziki inkişaf səviyyəsini  əks etdirir, fiziki 
mədəniyyətlə  şəxsiyyətin bu mədəniyyətə optimal yiyələnməsi arasındakı nisbəti ifadə edir 
(B.A.Əhmədov, F.İ.İsmayılov, M.Quliyeva, A.Şükürov və b.). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə