36
Bütün
bunlara baxmayaraq, yeri gəldikcə «fiziki tərbiyə», «fiziki təhsil» və «fiziki inkişaf» anlayışları da
ara-bir işlənmişdir.
Qeyd etməliyik ki, «fiziki tərbiyə» anlayışı XIX əsrin 2-ci yarısında iki mənada «geniş» və «dar»
mənada işlədilməyə başlamışdır. Fiziki tərbiyə uşaq orqanizminə mütəşəkkil təsir göstərən proses kimi
bütün orqanların düzgün inkişafına, onların funksiyalarının təkmilləşməsinə, fiziki qüvvələrin artmasına,
mühitin zərərli təsirlərinin qarşısını almağa, müqavimətin artmasına və sağlamlığın
möhkəmləndirilməsi
məqsədinə yönəldilmişdir (P.F.Lesqaft, 1874, 1888; A.N.Filippov, 1900 və b.). Onun nailiyyətləri isə hər
şeydən əvvəl normal gigiyenik şəraitin yaradılmasına, bədənə qulluq edilməsinə və fiziki hərəkətlərin
tətbiqinə xidmət etməli idi. Lakin bəzi müəlliflər axırıncını qəbul etməmiş (V.V.Qorinevski, 1913;
D.A.Dyuperron, 1925), fiziki tərbiyənin bu cür dar mənada anlayışını – «fiziki inkişaf» yönəmi
adlandırmışlar.
Fiziki tərbiyə nisbətən geniş mənada anlayış kimi Qərbi Avropa və ABŞ ölkələrində daha geniş
yayılmış və digər anlayışlara nisbətən xeyli üstünlüyə malik olmuşdur. Göstərmək lazımdır ki,
fiziki
tərbiyə sahəsində işləri yaxşılaşdırmaq üçün fiziki
inkişafa, sağlamlığın möhkəmləndirilməsinə və
müəyyən hərəkətverici hazırlığa yiyələnmək başlıca şərtlərdən biridir. Eyni zamanda bir sıra görkəmli
alimlər axırıncını psixikaya təsirlə – intellekt, iradə, emosiya, əxlaq və s. ilə sıx əlaqədar olduğunu
göstərmişlər (F.Laqrnaj, 1894; Q.Demeni, 1900, 1905, 1915 və b.).
Tarixə kiçik bir baxışdan göründüyü kimi, «fiziki tərbiyə» anlayışı XIX əsrdən oktyabr sosialist
inqilabından xeyli əvvəl yaranmış və bizə gəlib çatmışdır. 1920-ci ildən isə «fiziçeskaya kultura» anlayışı
ilə əvəz olunmuşdur.
Daha doğru desək, «fiziki tərbiyə» anlayışı ədəbiyyatda və danışıqda az-az
işlənməyə başlamış və onun mövqeyi tədricən zəifləmişdir.
Böyük rus anatom və pedaqoqu P.F.Lesqaft «Məktəbyaşlı uşaqların fiziki təhsilinə rəhbərlik»
adlı çox qiymətli əsərində ilk dəfə olaraq «Fiziki təhsil» terminini işlətməklə, həm də fiziki təhsil
nəzəriyyəsini yaratmışdır. O, fiziki təhsili, həqiqi mənada şəxsiyyətin anatomik-fizioloji xüsusiyyətləri ilə
və həm də hərtərəfli inkişafın şərtləri olan əqli, əxlaqi və bədən tərbiyəsi ilə bağlamışdır. Lesqaftın
fikrincə, fiziki təhsilin son məqsədi tərbiyəli və təhsilli şəxs yetişdirməkdən ibarətdir. Lesqafta görə, fiziki
tərbiyənin məqsədi, ayrı-ayrı hərəkətləri təlim etməyi, onları bir-biri ilə müqayisə və şüurlu
idarə etməyi
və i.a. öyrətməkdir.
P.F.Lesqaft məktəbyaşlı uşaqların fiziki tərbiyə sisteminə, xüsusən məktəblilərin harmonik fiziki
inkişafını, sağlamlıqlarının möhkəmləndirilməsini, fiziki gücünün artırılmasını və s. daxil etmişdir.
Lesqaftın fiziki təhsil nəzəriyyəsinin davametdiricisi V.V.Qorinevski (1913) fiziki inkişafı
yaxşılaşdırmaq və hərəki (fiziki) keyfiyyətləri təkmilləşdirmək məqsədi ilə xüsusi olaraq mütəşəkkil
surətdə təşkil edilmiş orqanizmin forma və funksiyalarına təsir göstərilməsini fiziki təhsil ilə
əlaqələndirmişdir. Eyni zamanda bunun müvəffəqiyyətlə həyata keçirilməsini yaxşı hazırlıqlı pedaqoqun
fəaliyyəti ilə bağlamışdır. O, bütün bunlarla bərabər fiziki təhsilə uşaqların öz hərəkətlərinə şüurlu
yanaşması, onların tətbiqi, hərəki vərdişlərə öyrəşmə, həmçinin iradə və xarakterin möhkəmləndirilməsi
kimi baxmışdır.
A.D.Butovski (1913) Lesqaftın ideyalarına istinad edərək yazır ki, fiziki təhsil dedikdə, hərəkət
koordinasiyasının təkmilləşməsi və hər bir adam üçün zəruri olan ümumi fiziki hərəkət vərdişlərinin
qazanılması başa düşülür. Daha sonra qeyd edir ki, bu vaxt fiziki təhsil prosesi, həm də fiziki inkişafın
düzgün getməsinə, fizioloji cəhətdən orqanizm üçün faydalı olmasına kömək göstərməli, insan
psixikasına – əqli inkişafa, möhkəm iradənin və emosiyanın yaranmasına müsbət təsir etməlidir.
Lesqaftın fiziki təhsil irsi ilə müqayisədə onu məhdud və sadə şəkildə qəbul edən ideyalar da
meydana gəlmişdir. Onlar fiziki təhsili hərəki bacarıq və vərdişlərin aşılanmasının müəyyən işlənmə
məcmui və istifadə prosesi kimi qəbul etmişlər (Bax: M.fon-Krit, 1912).
Q.Dyuperron (1925) fiziki təhsili yalnız fiziki tərbiyə prosesində qazanılmış «bədən keyfiyyətləri»nin
şüurlu məqsədəuyğun istifadə edilməsinə yiyələnmək incəsənəti kimi qiymətləndirmişdir. Demək, əgər
P.F.Lesqaft onun arxasınca V.V.Qorinevski və A.D.Butovski fiziki təhsil fikrinə sözün geniş mənasında
fiziki tərbiyənin bütöv bir sistemi kimi baxırlarsa, digər mənada isə onu bu sistemin tərkib hissələrindən
biri hesab edirlər.
Yuxarıda söylədiyimiz kimi, oktyabr sosialist inqilabından sonra bu sahədə yeni anlayışlar
yaranmış, «fiziki tərbiyə» anlayışı sıxışdırılıb aradan çıxarılmışdır.
37
1925-ci il 13 iyunda RKP/b/MK bədən tərbiyəsi haqqında xüsusi qərar qəbul etmişdir. Bu
qərarda deyilir ki, bədən tərbiyəsinə yalnız fiziki tərbiyə, sağlamlıq, təsərrüfat mədəniyyəti və hərbi
hazırlıq nöqteyi-nəzərindən baxılmamalı, ona ümumi siyasi metod,
kütlələrin tərbiyə mədəniyyəti, onların
siyasi həyata cəlb olunma vasitəsi kimi baxılması zəruridir. Bununla da ümumi xalq kütlələrini
kommunist tərbiyəsində bədən tərbiyəsinin əhəmiyyəti və yeri müəyyənləşdirilmişdir. Qərarda, həmçinin
göstərilir ki, bədən tərbiyəsi təkcə fiziki hərəkətlərlə məhdudlaşdırılmamalı, təbiətin təbii amilləri, rejim
və digər gigiyenik faktorlardan istifadə olunmaqla ora əmək və məişətin gigiyenası da daxil edilməlidir.
V.E.İqnatyev RKP/b/MK-nın bədən tərbiyəsi barədə 1927-ci il tarixli qərarına əsaslanaraq qeyd
edir ki, bədən tərbiyəsi fiziki hərəkətləri kifayət qədər özündə cəmləşdirə bilmədiyi halda o, gigiyena və
sanitariyanın əsaslarını bir o qədər dərindən həyata keçirir və mənimsədir»
48
.
1920-ci illərin sonuna yaxın fiziki tərbiyə anlayışına münasibət yenidən dəyişilməyə başlamışdır.
Məsələn, A.A.Ziqmund (1926) köhnə terminlərdən istifadə edib, onları tutuşduraraq belə bir qənaətə gəlir
ki, fiziki tərbiyə və fiziki təhsil–yəni bədən tərbiyəsi …»
49
.
1930-cu illərdə isə demək olar ki, «Fiziki tərbiyə» və «Fiziki təhsil» anlayışları tamamilə unudulur.
Tədris-tərbiyə işlərinin təkmilləşdirilməsinə, xüsusən: 1) Gigiyenik vəzifələrin (sağlamlıq) həyata
keçirilməsinə diqqət artırılır; 2) Təhsil vəzifələrinə xüsusi
fikir verilir ki, bura isə əsas hərəkətlərə
yiyələnmək, ümumi koordinasiyanın inkişafı, hərəki bacarıq və vərdişlərin formalaşdırılması və hərəki
fəaliyyət üzrə zəruri biliklərin mənimsədilməsi daxildir.
M.N.Skatkin məktəb təhsilinin məzmununun bütöv bir sistem olduğunu şərh edərək göstərir ki, …
bilik, bacarıq və vərdişlərə yiyələnmək məktəblilərin əqli və fiziki qabiliyyətlərinin inkişafını təmin edir.
… dünyagörüşünün və mənəviyyatının əsaslarını, habelə müvafiq davranışları formalaşdırır, onları həyata
və əməyə hazırlayır»
50
.
N.V.Savin «Teoriya i metodika fiziçeskoqo vospitaniya» (T.İ.M., «Fizkultura i sport», 1967)
dərsliyinə istinad edərək yazır ki,
fiziki tərbiyə-pedaqoji proses olub, insan orqanizminin morfoloji və
funksional təkmsilləşməsinə, həyat üçün vacib əsas hərəki
bacarıqların, onlarla əlaqədar biliklərin formalaşmasına və yaxşılaşmasına istiqamətləndirilmişdir»
51
.
Bədən tərbiyəsi
52
ümumi mədəniyyətin bir hissəsi olub, əhalinin fiziki cəhətdən təkmilləşməsinin
xüsusi vasitəsi və onlardan istifadə işində cəmiyyətin əlldə etmiş olduğu nailiyyətlərin məcmuidir»
53
.
Fiziki inkişaf – bu proses insan orqanizminin bioloji forma və funksiyalarının qurulması və
dəyişdirilməsində, həyat şəraitinin və tərbiyənin təsiri altında onun təkmilləşdirilməsində vacib olsa da,
lakin o, inkişafda tək amil deyildir»
54
.
V.N.Semenov yazır ki,
fiziki tərbiyə – şəxsiyyətin hərtərəfli inkişafının komponenti və kommunist
tərbiyəsinin mühüm vasitəsidir
55
.
Bədən tərbiyəsi institutları üçün dərslikdə göstərilir :
Fiziki tərbiyə dedikdə pedaqoji proses başa düşülür ki, bunun
mahiyyətinə insanın fiziki inkişafının və onun
fiziki təhsilinin idarə
olunması daxildir»
56
.
Dərslikdə daha sonra qeyd olunur ki, fiziki tərbiyə ümumpedaqoji prosesin bir hissəsidir. Onun
təyinatı adamları fiziki cəhətdən tərbiyə etməklə yanaşı, yaşlı nəslin bədən tərbiyəsi və idman sahəsində
toplanmış bilik, bacarıq və vərdişlərini gənc nəslə verməkdən ibarətdir»
57
.
48
В.С.Игнатйев. Основы советской системы физической културы. М., Изд-во «Работник просвешенийа», 1927.
49
А.А.Зигмунд. Основы советской системы физкултуры.М., изд-во «Новайа Москва», 1926.
50
М.Н.Скаткин. Основы содержанийа образованийу в советской школе. В кн.: Основы дидактики. Под ред.
Б.П.Есипов, М., изд-во «Просвешенийе», 1967, с.63.
51
Савин Н.В. Педагоэика. М., «Просвешенийе», 1972, с. 250.
52
«Физическая култура» анлайышы азярбайъан дилиндя бядян тярбийяси кими
тяръцмя олунуб вя дилимиздя дя бу шякилдя ишлянилир. Щалбуки о, физики мядяниййят кими тяръцмя едилмяли иди.
53
Савин Н.В. Педагоэика. М., «Просвешенийе», 1972, с.251.
54
Йеня орада. Сящ.251
55
Г.И.Шукинанын редактяси иля. Педагогика школы. М., «Просвешенийе», 1977, с.138.
56
В.В.Беларусова вя И.Н.Решетенин редактяси иля. Педагогика. М., «Физкултура и спорт», 1978, с.230
57
Йеня орада, с. 230.