Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   145

 53
üçün hər bir şagird müəllimin «Ardımca …marş!...», «Sinif, dur!», «Sinif, dairə  təşkil et!» və s. 
komandalarının mənasını  dərk etməli, verilən komandanı vaxtında eşitməli, düşünməli və yerinə 
yetirməlidir. Bundan əlavə, şagirdlər dairənin düzgün olub-olmadığını, özünün və yoldaşlarının dairədə 
necə durduqlarını görməlidirlər. 
              Deməli, bu hərəkətlərin öyrədilməsində görmə, eşitmə hissləri ilə yanaşı, qavrama, diqqət və 
təsəvvür kimi əqli keyfiyyətlər də  iştirak edir.  Bu da şagirdlərin dairə haqqında yeni biliyə 
yiyələnmələrinə  səbəb olur və  təfəkkürün inkişafına təsir edir. «Bir, iki saymaq», «Sıra nömrəsi ilə 
saymaq», «Tək cərgədən iki cərgə olmaq», «Seyrəlmə» və s. hərəkətlərin də icra olunması  uşaqların 
təfəkkürünün inkişafına müsbət təsir edir. 
              Şagirdlərin zehni inkişafına müsbət təsir göstərən mühüm vasitələrdən biri də oyunlardır. 
Oyunlar uşaqların həyatı dərk etmələrinə kömək edir. M.Qorkinin təbiri ilə desək, uşaq on yaşına qədər 
əyləncələr tələb edir və onun tələbi bioloji cəhətdən qanunidir. O, oynamaq istəyir, bütün şeylərlə 
oynayır, onu əhatə edən dünyanı, hər şeydən əvvəl və hər şeydən asan oyunda, oyunla dərk edir. 
              Bəzi oyunlar  heyvan və quşların adlarını, onların fayda və  zərərini  şagirdlərə öyrədir. Onları 
təbiətin nemətlərini sevmək və qoruyub saxlamaq ruhunda tərbiyə edir. Didaktik oyunların nəinki köhnə 
biliklərin möhkəmləndirilməsində, hətta yeni biliklərin qazanılmasında da böyük rolu vardır. Hazırkı 
məktəb proqramına müasir oyunlar daxil edilmişdir ki, bunlar da cisim və hadisələrlə, elm və texnikanın 
yeni nailiyyətləri ilə  məktəbliləri tanış edir,  kainatın sirlərini açan, kosmik fəzanı  fəth edən iradəli,  
möhkəm və  səbatlı adamları onlara sevdirir. Bu oyunlar müxtəlif  biliklər verməklə  bərabər, uşaqları 
qəhrəmanlıq ruhunda tərbiyə edir. 
              I sinifdə keçilən «Kosmonavtlar» oyunu məhz belə məqsəd daşıyır. 
              Uşaqlar bu oyunda xəyalən planetlərə uçur, onlarda elm və texnikanın, habelə təbiətin sirrlərini 
öyrənməyə maraq yaranır. Bundan başqa, kiçikyaşlı  uşaqlar texniki adlar və göy cisimləri haqqında 
müəyyən biliklərə yiyələnirlər. Bu da onların təfəkkür və təxəyyülünün inkişafına müsbət təsir göstərir. 
              Oyunların bir qismi mahnılarla müşayiət edilir, müsahibə xarakteri daşıyır, uşaqlar  şer 
əzbərləyir, mahnı oxuyurlar. Bu cür oyunlar uşaqlarda  şən  əhval-ruhiyyə yaradır, onları zehni 
gərginlikdən azad edir. Bu da zehni fəaliyyət tələb edən dərs üçün zəmin yaradır. Müsahibə xarakterli 
bəzi oyunlar uşaqlara ilin fəsillərinə dair sadə, elmi məlumatlar verməklə, onları həm də əməyə və əməli 
həyata hazırlayır. Belə oyunlardan biri də «İki şaxta» oyunudur. Uşaqlar bu oyunda qışın şaxtalı, sərt və 
soyuq olmasını, bədənə mənfi təsir göstərməsinə, xüsusən burnun qızarmasını və göyərməsini öyrənirlər. 
Eyni zamanda, uşaqlara üzün səthindəki kiçik damarlarda qanın hərəkətinin çətinləşməsinə  və ya 
donmasına soyuğun təsir etməsi səbəbi və onunla mübarizə yolları da öyrədilir. 
              Uşaqlara bədən quruluşu, daxili üzvlərin vəzifəsi, onların iş qabiliyyətlərinin artırılması  və 
sağlamlığının möhkəmləndirilməsinə dair bəzi biliklər də  mənimsədilir.  Şagird təfəkkürünün inkişafına 
və onların fiziki hazırlığının artmasına nişanalma, atıcılıq və  məsafənin gözəyarı  təyin edilməsi ilə 
əlaqədar hərəkət və oyunların öyrədilməsi də müsbət təsir göstərir.  Elə oyunlar da vardır ki, bunlar 
uşaqların nitqini inkişaf etdirir, onlara say və hesab öyrədir, hazırcavablığa hazırlaşdırır. 
              Azərbaycan xalq oyunları haqqında məlumatların verilməsi bu baxımdan böyük  əhəmiyyətə 
malikdir.  
              Xalq  oyunları  uşaqların təfəkkürünü inkişaf etdirib onları düşündürür. Məsələn, «Darı-darı», 
«Tapmaca» və s. oyunları göstərmək olar. 
              «Tapmaca» oyununda uşaqlara bu cür sual-tapmaca verirlər: 
                                     
                                            Əzizinəm baş aşağı, 
                                            Bir yol gedir baş aşağı. 
                                            Bu gün bir meşə gördüm,  
                                            Kök yuxarı, baş aşağı. 
                                                                              (Saqqal) 
              İştirakçılar düşünüb tapmacanı tapırlar və oyun bu cür davam edir. İştirakçılar  ədəbiyyat, 
incəsənət, elm və müxtəlif hadisələr haqqında düşünür, yeni bilik və məlumatlar əldə edirlər. 


 54
              Xalq oyunları  nitq mədəniyyətini də inkişaf etdirir. Əksər xalq oyunları danışıq, şer xarakterli, 
şer ahəngli, hətta bəziləri də mahnılardan ibarət olur. Məsələn, Azərbaysanda geniş yayılmış «Bənövşə» 
belə oyunlardandır. 
              Bəzi xalq yanıltmaclarından da oyun kimi istifadə edilir: 
             «Bir talada yeddi ala səkil,  təpəl, təkə çəpiş otlayır. O. hansı yeddi ala səkil, təpəl, təkə çəpiş idi 
ki, bizim yeddi ala səkil, təpəl, təkə çəpişin yerini otlayırdı».  
              «Ocağı qığılcımlandırsam da qığılcımlanacaq, qığılcımlan-dırmasam da qığılcımlandıracaq». 
              «Axşama aş asmışam, bilməmişəm, qazanı boş asmışam» və s. kimi yanıltmacları nitq 
qüsurunun düzəldilməsinə kömək edir. 
              Elə oyunlar da vardır ki, onlar müalicə əhəmiyyətinə malikdir. Belə oyunlar baş ağrısının, ürək 
döyünməsinin qarşısını alır, müvazinət saxlamağı nizama salır. Məsələn, «Düz irəli», «Düz hədəfə» və s. 
belə oyunlardandır. 
 
 
              Fiziki tərbiyənin mənəvi keyfiyyətlərə təsiri.  
 Mənəvi keyfiyyətlərə təsir edən mühüm vasitələrdən biri də bədən tərbiyəsi və idmandır. Bədən tərbiyəsi 
şagirdlərdə vətənpərvərlik hissinin yaranmasına xidmət edərək, Vətənə və ictimai əməyə şüurlu məhəbbət 
yaradır. 
              Əsası  məktəbyaşından qoyulmuş  vətənpərvərlik hisslərinə malik gənclərimizin beynəlxalq 
yarışlarda ölkəmizin idman şərəfi və  ləyaqəti uğrunda apardığı mübarizə buna canlı sübütdür. Məhşur 
güləşçi  İ.Kotkas dünya çempionatlarının birində görüşün ilk dəqiqələrindən çox ciddi zədə almışdı. O, 
bədəninin ağrılarına baxmayaraq güləşməni inadla davam etdirir. Axırıncı dörd görüşdə rəqibinə lazımi 
müqavimət göstərib qalib gəlir və dünya çempionu kimi şərəfli ada layiq görülür. İ.Kotkasın 
qabırğalarının  əzildiyini komanda yoldaşları yalnız o, soyunma otağına yaxınlaşıb huşunu itirdikdən 
sonra bildilər. İ.Kotkas ciddi zədələndiyinə görə yarışı davam etdirməyə də bilərdi. Lakin vətənpərvərlik 
hissi qalib gəldi. O, görüşü davam etdirib komandasına mühüm xal qazandırdı. Deyildiyi kimi, idmanla 
yalnız idman xatirinə maraqlanmaq olmaz,  idmanı tərbiyənin ümumi vəzifələrinə tabe etmək lazımdır. 
Biz idmanla məşğul olan adamlar deyil, cəmiyyətin mövcud ictimai quruculuğunda çalışmalı olan sağlam 
vətəndaşlar hazırlayırıq ki, bunların yalnız möhkəm qolu deyil, habelə birinci növbədə geniş siyasi görüş 
dairəsi və təşkilatçılıq qabiliyyəti də olmalıdır. 
              Bədən tərbiyəsi və idman uşaqlarda vətənpərvərliklə bərabər, beynəlmiləlçilik hissləri də tərbiyə 
edir. Məktəbdaxili,  şəhər və rayonlararası keçirilən idman yarışlarında müxtəlif millətlərdən olan uşaqlar 
iştirak edirlər. Belə yarışlarda hər bir komanda öz komandasının  qalib gəlməsinə çalışır. Bunun üçün də 
məktəb, rayon, şəhər yığma komanda üzvləri illərlə birgə məşq edir və dostlaşırlar. Yarış vaxtı isə bir-biri 
ilə daha mehriban olur, qalib adı  uğrunda qətiyyətlə mübarizə aparırlar. Demək, məqsəd birdir. O da 
birləşmək, hamılıqla səy göstərmək və qalib gəlmək, dəstə-dəstə oynamaq vacibdir. Kollektiv oyunlarda 
inadla məqsədə can ata bilən, başqalarını öz arxasınca apara bilən təşkilatçı  uşaqlar yetişir. Kollektiv, 
mütəşəkkil hərəkət etmək bacarığını xüsusi inkişaf etdirən və i.a. oyunlar hazırlanmalıdır. Ədalət naminə 
qeyd edək ki, vaxtı ilə deyilmiş bu tövsiyələr indinin özündə belə yerinə düşmüşdür. Oyunlar məhz bu 
nöqteyi-nəzərdən şagirdləri möhkəm bir kollektivdə birləşdirir. Komandalı oyunlarda uşaqlar kollektivini 
qələbə çalması üçün öz şəxsi marağını ümumi mənafeyə qurban verir.  Belə oyunlar zamanı şagirdlərdə 
yoldaşlıq, dostluq hissi yaranır və möhkəmlənir. Onlarda belə bir əqidə yaranır ki, çətin vaxtda bir-birinin 
köməyinə  gəlməlidirlər. Belə hisslər aşılayan oyunlara «Topu qonşuya ötür», «Topu kapitana ver», 
«Komanda, irəli!», «Ovçular və ördəklər», «Topu ortadakına» və s. daxildir. Sadəcə icraçılıq, kollektiv iş 
zamanı get-gedə  şüurlu və könüllü intizamlılığa çevrilir. Kollektiv yalnız  şüurlu intizam əsasında ciddi 
fəaliyyət göstərə bilir. Yeni cəmiyyət üçün insan yetişdirmək vəzifəsi bununla sıx bağlıdır. 
              Müstəqil Azərbaycan dövlətinin qorunub saxlanılmasında, onun daha da 
möhkəmləndirilməsində, hüquqi və demokratik ölkə yaradılmasında, iqtisadi inkişaf və atəşgah dövründə 
milli  şüurlu, yüksək elmli və  Vətənini sevən tərbiyəli gənclər yetişdirməyə çox böyük ehtiyac vardır. 
Xüsusən, dövlətçiliyin möhkəmləndirilməsi üçün zehni əməyə qabil olan, mənəvi,  əxlaqi cəhətdən 
zəngin, fiziki baxımdan kamil olan insanlar yetişdirmək çox vacibdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə