Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   145

 49
çatdırılması da həmin hərəkətlərin icrasının effektini artırır, bacarıq və  vərdişlərin aşılanmasına kömək 
edir. 
              Fizioloji  və psixoloji tədqiqatlardan aydın olur ki, fiziki hərəkətlər  şagirdlərin iş qabiliyyətini 
artırır, sağlamlığını möhkəmləndirir, fiziki inkişafına müsbət təsir göstərir. Eyni zamanda bu hərəkətlər 
üzrə  nəzəri məlumatların mənimsədilməsi  şagirdlərin hərəkətləri  şüurlu icra etməsinə kömək edir. 
Nəticədə  şagirdlər həmin hərəkətlərlə ardıcıl məşğul olmağa, onları düzgün və  dəqiq yerinə yetirməyə 
çalışırlar. Bu həm də ürək fəaliyyətinin yaxşılaşmasına, maddələr mübadiləsinin tədricən sürətlənməsinə, 
əmək prosesi ilə əlaqədar keyfiyyətlərin yüksədilməsinə, habelə müvafiq hisslərin inkişafına müsbət təsir 
göstərir. İdman əşyalarının və avadanlıqlarının təmiz saxlanılması,  hərəkətin icrası zamanı təhlükəsizlik 
qaydalarına riayət olunması öz sağlamlığını qorumaqda onlara kömək edir. Bu da əməyə hazırlığın əsas 
amillərindəndir. 
              Şagirdlər ayrı-ayrı  hərəkətlərin icrasına xeyli əmək sərf edirlər.  Şagirdlərin  əmək qabiliyyətini 
artıran  şərtlərdən biri əmək elementlərinə malik fiziki hərəkətlərin tənəffüslə uyğunlaşdırılmasıdır. 
Hərəkətlərin tənəffüslə  əlaqələndirilməsi  şagirdləri  əməyə hazırlamağa zəmin yaradır. Nəhayət, təbii 
amillərin (hava, günəş, su) vasitəsilə  bədənin möhkəmləndirilməsi də  şagirdlərdə  əmək qabiliyyətinin 
artırılmasına müsbət təsir göstərir. 
              Şagirdlərin  şəxsi həyatında və fiziki inkişafında mütəhərrik oyunların rolu böyük olub, onları 
əməyə hazırlayır, əmək prosesində lazım olan şərtləri (intizam, qayda-qanun, çeviklik, dəyanətlilik və s.) 
yerinə yetirməyə alışdırır. 
              Oyunlar  təşəbbüskarlıq, müstəqillik, mətanət, işgüzarlıq, yenilməzlik və s. kimi yüksək  
keyfiyyətlərin mənbəyi olmaqla, uşaqları yaşadıqları cəmiyyətə bağlayır, kollektivin şərəfini üstün tutur 
və bunu yerinə yetirməyə cəhd edir. Oyun uşaqları əmək fəaliyyətində iştirak etməyə hazırlayır, uşaqda 
əməyə hörmət, məhəbbət hissi tərbiyə edir, tüfeylilərə, tənbəllərə,  əməyə xor baxanlara qarşı isə nifrət 
hissi oyadır. 
              Elə mütəhərrik oyunlar vardır ki, onlar uşaqları bilavasitə  əmək işlərinə  cəlb edir. Məsələn, 
«Qalalarla oyun» və «Evcik-evcik» oyunları buna misal ola bilər. «Qalalarla oyun»da uşaqlar kollektiv 
surətdə qalanı sökmək, hasarları (daşları) səliqə ilə bir yerə yığmaq, sonra sökülmüş daşları divarda öz 
yerinə qoymaq kimi bir çox işlər görürlər;  bu zaman uşaqlardan kollektiv işləmələri, diqqətli olmaları, 
intizama riayət etmələri tələb olunur.  Bu haqda verilən məlumat uşaqları birgə ictimai-faydalı  əməyə 
hazırlayır. Onlarda dostluq, yoldaşlıq hissləri tərbiyə edir, hətta uşaqlara hasarların gözəyarı ölçülməsi, 
müqayisə edilməsi, qalanın yaraşıqlı, davamlı, yüksək estetik zövqdə tikilməsi kimi anlayış verir. Bu 
oyun hər bir uşağa müəyyən vəzifə  və tapşırıq verməklə yanaşı, bir sıra nəzəri bilik əldə etməyə 
hazırlayır, onların yaradıcı təxəyyülünün inkişafına səbəb olur. Beləliklə, şagirdlər qalanın yenidənqurma 
işlərini müvəffəqiyyətlə başa çatdırırlar. 
              Uşaq əməklə əlaqəli oyunda öz əlləri ilə müstəqil yaratdığı işlərə tamaşa etdikdə ondan xüsusi 
zövq alır, sevinir, gülür, şənlənir və özünü gümrah hiss edir. Əməklə əlaqəli oyunlar haqqında uşaqların 
aldıqları nəzəri məlumatlar uşaq xəyalının və təxəyyülünün yaranıb inkişaf etməsinə, hərəkətlərin  şüurlu 
icrasına təsir göstərir. Deməli, uşaq nəinki ictimai əməyə qoşulmalı  və onunla tanış olmalıdır, eyni 
zamanda keçirilən oyunun əməklə bağlılığına dair nəzəri məlumatları  ətraflı öyrənməlidir. 
A.S.Makarenkonun dediyi kimi: «Yaxşı oyun, yaxşı işə bənzəyir. Bu bənzəyiş çox böyükdür»
80
. Buradan 
belə bir nəticə çıxarmaq olar ki, uşaq oyunda necədirsə,  böyüyəndən sonra işdə də bir çox cəhətdən elə 
olacaqdır. 
 
 
 
               «Vətəni sevməyən insan olmaz, 
              Olsa da, o  şəxsdə vicdan olmaz» 
      
                                       (A.Səhhət) 
 
 
                                                 
80
 А.С.Макаренко. Сечилмиш педагожи ясярляри, Бакы, Азярняшр, 1950, сящ.378. 


 50
Məktəblilərin vətənin müdafiəsinə hazırlığında fiziki tərbiyənin əhəmiyyəti. 
 
              XX əsrin sonlarında Azərbaycan öz müstəqilliyini təmin etdi. Müstəqil Azərbaycan Respublikası 
yarandı. Qeyd etməliyik ki, ölkəmizdə müstəqillik yarandığı gündən etibarən bir sıra problemlərlə 
qarşılaşdıq. Həmin problemlər ölkənin iqtisadiyyatı  və  mədəniyyəti ilə  sıx  əlaqədardır. Son vaxtlar 
iqtisadiyyat, mədəniyyət, xüsusi ilə də əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müsbət 
nəticələr əldə edilmişdir. 
              Azərbaycan müstəqillik aldığı gündən etibarən daha bir ciddi problemlə qarşılaşdı. Bu 
ermənistanın Azərbaycana təcavüzü ilə  sıx  əlaqədardır. Vəhşi ermənistan ordusu torpaqlarımızın 20 
faizini işğal etmişdir.  İndinin özündə  də 7 rayonumuz və Yuxarı Qarabağ ermənistanın dəstəyi ilə 
seperativ rejimin işğalı altındadır. 
          Bunlar  göstərir ki, torpaqlarımızın işğaldan təmizlənməsi üçün bir sıra tədbirlərin həyata 
keçirilməsinə çox böyük ehtiyac  vardır. 
              Hazırda atəşgah dövründə digər təşkilatlarla yanaşı, orta və ali təhsil müəssisələrinin qarşısında 
da vacib vəzifələr qoyulmuşdur. Həmin məqsəd və  vəzifələrə böyüməkdə olan nəslə  hərtərəfli bilik 
verməklə  bərabər, təhsil alan yeniyetmə  və  gənclərin fiziki tərbiyəsinə, idmanına diqqət yetirilməsi 
mühüm məqsəd və  vəzifə kimi qarşıya qoyulmuşdur. Bu baxımdan ümumtəhsil və ali məktəblərdə  və 
digər təhsil müəssisələrində, müxtəlif idman cəmiyyətlərində yeniyetmə və gənclərin bədən tərbiyəsi və 
idmanını inkişaf etdirmək lazımdır 
              Ümummilli liderimiz sabiq ölkə prezidenti H.Ə.Əliyev əhalinin, ümumiyyətlə, bütün yaşlardan 
olan adamların, xüsusi ilə uşaqların, yeniyetmə və gənclərin bədən tərbiyəsi və kütləvi idmanın, həmçinin 
turizmin, ekskursiyaların, yürüşlərin inkişafını təhsil müəssisələrindən bu sahədə səmərəli işlər görməsini 
ciddi surətdə  tələb etmiş,  bədən tərbiyəsi və idmanı gündəlik həyatımıza daxil etməyi məsləhət 
görmüşdür. Çünki həmin yolla həyatda gözümlülük, yüksək keyfiyyətlilik, mövkəm iradə, mərdlik və 
mətanətlik kimi vacib keyfiyyətlər tərbiyə etməklə vətəndaşların can sağlığına, əməyə hazırlığa,  gəncləri 
hərbi xidmətə hazırlamağa müvəffəq olmaq mümkündür. H.Ə.Əliyev bədən tərbiyəsi və idmanın 
Azərbaycanda  ən qədim tarixə malik olduğunu, vətənin müdafiəsi işində çox böyük əhəmiyyətini 
dəfələrlə qeyd etmişdir. H.Ə.Əliyev ölkəmizdə  bədən tərbiyəsi və idmana ən qədim zamanlardan belə 
həmişə böyük diqqət yetirildiyini də vurğulamışdır. 
              İstər Böyük Vətən Müharibəsində  və istərsə  də Qarabağ  uğrunda gedən döyüşlərdə sağlam 
insanlar, bədən tərbiyəsi və idmanla müntəzəm məşğul olub öz sağlamlığını möhkəmləndirmiş 
vətəndaşlar vətənin müdafiəsi və onun faşizmdən azad olunmasında daha böyük qələbələr qazanmışlar. 
Onlar suda, quruda və hava döyüşlərində cəldlik, çeviklik və möhkəm iradə göstərərək düşmənlərə ağır 
zərbələr endirmişlər. 
              Torpaqlarımızın erməni faşizmindən təmizlənməsi üçün məktəblərimizdə idman məşğələlərində 
şagirdlərə müxtəlif yeriş  və qaçışlar, kroslar, maneələrin dəf edilməsi ilə uzununa, hündürlüyə 
tullanmalar, qumbara atma, sərbəst və düzgün olaraq hədəfi nişan almaq, çay və göllərdən üzüb keçmək 
öyrədilir. Fiziki cəhətdən hazırlıqlı  gənclər Vətənin müdafiəsində yaxşı bir döyüşçü kimi nümunə 
göstərirlər. 
              Böyük  Vətən müharibəsi başlandıqda milliyyətindən asılı olmayaraq on minlərlə idmançılar 
könüllü müharibəyə gedərək Vətənimizi qəhrəmancasına müdafiəyə başladılar. Sovet İttifaqı qəhrəmanı 
O.Borzenkonun bədən tərbiyəsi və idmanın vətənin müdafiəsindəki rolunu və onu öz təcrübəsində 
sınaqdan necə keçirməsini qeyd etsək kifayətdir. O, bu haqda deyir: « Fiziki möhkəmlik müharibədə 
mənə çox lazım oldu. Mübaliğə etmədən deyə bilərəm ki, uşaqlıq dövründə mən öz bədənimə və iradəmə 
təlim verməsə idim, məni azı 20 dəfə öldürə bilərdilər. Lakin hər dəfə döyüşdə  mən düşməndən daha 
güclü və çevik çıxırdım. Alman ölür, mən isə sağ qalırdım. Krım sahilinə çıxardığımız sonuncu desant 
əməliyyatında  ən qəti dəqiqədə gülləm qurtardı. Lakin mən fürsətdən istifadə edərək, təpiklə alman 
zabitini vurub öldürdüm. Başqa bir vaxt mənim gətirdiyim katerə  mərmi düşüb onu batırdı. Buz kimi 
soyuq suda silah və paltarla mən 2 km üzərək sahilə çıxdım və hətta zökəm belə olmadım. 
              Bütün bunlar məhz ona görədir ki, bizim məktəbin idman müəllimi bizdə fiziki məşğələyə qarşı 
böyük həvəs oyatmışdır. Dnepr sahilində yaşayan, lakin üzməyi öyrənməmiş bir gənc, güclü bir kiyevli 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə