Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   145

 44
         Bundan əlavə, fiziki tərbiyə ilə bədən tərbiyəsini eyniləşdirənlər də vardır (A.A.Ziqmund). 
           Tarixə bir daha nəzər salmış olsaq məlum olur ki, XIX əsrdə  
və XX əsrin 20-ci illərinədək fiziki tərbiyə və fiziki təhsil diqqəti nə qədər özünə cəlb etmiş olsa da 20-ci 
illərdən başlayaraq ölkəmizdə    əhali arasında bədən tərbiyəsi termini və  hərəkatı daha geniş vüsət 
tapmışdır. Məsələyə tarixi nöqteyi-nəzərdən yanaşmış olsaq, aydın olur ki, bədən tərbiyəsinin kökü daha 
dərinliklərə gedib çıxmış  və mahiyyət və  məzmun etibarı ilə xüsusi əhəmiyyət kəsb etmiş, dövlətçilik 
baxımından isə onun ən zəruri və əvəzedilməz atributlarından biri olmuşdur. 
              Bədən tərbiyəsinin dövlətçiliyin qorunub saxlanılmasında vacib atributlardan olduğunu, insanın 
sağlamlığının möhkəmləndirilməsində, fiziki cəhətdən normal və ahəngdar inkişafında mühüm rolunu
eləcə də onunla sıx əlaqəli olan spesifik anlayışların hər birinin ayrı-ayrılıqda mahiyyət və məzmununun 
dəyərliliyini, həmçinin pedaqoji-metodiki         baxımdan onları bir-birindən fərqləndirən cəhətlərin 
müasir tələblər nöqteyi-nəzərindən  şərh etməyin zəruriliyini nəzərə alıb, nəticə olaraq yekun 
ümumiləşdirməni veririk. Ümumiləşdirmə spesifik məfhumlar üzrə görkəmli pedaqoq-alimlərin 
fikirlərinə, habelə tədqiqatçının bu sahədə gəlmiş olduğu qənaətə əsaslanır. 
Bədən tərbiyəsi – cəmiyyətin məqsəd və vəzifələrinin həyata keçirilməsinə uyğun olan insan 
mədəniyyətinin tərkib hissəsi kimi ən geniş anlayışdır. Çünki o, insanların fiziki kamilliyi üçün 
tarix boyu hərəki sahəsində qazanmış olduğu bilik, bacarıq və  vərdişlər üzrə bütün nəzəri və 
təcrübi nailiyyətləri özündə  cəmləşdirir.  Mədəniyyət sözün geniş  mənasında insan əməyi ilə 
yaradılan hər nə varsa, hamısını özündə birləşdirir. Bu mənada fiziki mədəniyyət, fiziki tərbiyə, 
fiziki təhsil, hərtərəfli fiziki inkişaf, əməyə və müdafiə fəaliyyətinə hazırlıq, idman və s. üzrə uzun 
illərdən bəri bəşəriyyətin  əldə etmiş nailiyyətləri də özündə  əks etdirən insanların fiziki 
kamilliyində istifadə olunan fiziki vasitələrin məcmusudur. Fiziki mədəniyyət eləcə  də, mühüm 
hərəki vasitə  və metodlar sahəsində toplanmış  təcrübəni adamların fiziki tərbiyə, fiziki inkişaf, 
fiziki təhsil və fiziki kamillik yönəmində  tətbiq etməklə onların inkişafına və  şəxsiyyət kimi 
hərtərəfli və ahəngdar təkmilləşməsinə və formalaşmasına müsbət təsir göstərir. O, eyni zamanda 
cəmiyyət üzvlərinin mürəkkəb və bütöv bir fiziki mədəniyyət sistemi olmuş və olmaqda davam edir. 
Fiziki tərbiyə – tərbiyənin tərkib hissəsi olmaqla, fiziki hərəkətlərin, təbii amillərin və 
gigiyena tədbirlərinin köməyi ilə fiziki inkişafı, fiziki hazırlığı və s. təlimini idarəetmə prosesidir. O, 
tədris-pedaqoji anlayışlar     sırasına daxil olub, mütəşəkkil pedaqoji proses kimi müəllim-tərbiyəçi 
və valideynlərin rəhbərliyi və nəzarəti altında uşaqların bilavasitə iştirakı ilə cəmiyyətin tələbatına 
müvafiq dərs -məşğələ formasında həyata keçirilir. Fiziki tərbiyə  şagirdlərin (tələbələrin) və 
uşaqların hərtərəfli və ahəngdar inkişafına müsbət təsir göstərməklə, onların fiziki cəhətdən 
normal inkişafına, fiziki təhsilinə, onun düzgün idarə edilməsinə yönəldilir. Fiziki tərbiyə bundan 
əlavə, cəmiyyətin bədən tərbiyəsi və idman sahəsində toplanmış bilik, bacarıq və  vərdişlər üzrə 
təcrübəsini gənc nəslə öyrətməklə, onların sağlamlığını möhkəmləndirir, insan orqanizminin 
morfoloji və funksional inkişafına və təkmilləşməsinə istiqamətləndirilir, əmək və hərbi – müdafiə 
fəaliyyətinə hazırlanması məqsədini daşıyır.  
Fiziki təhsil – mütəşəkkil təşkili prosesi olub, fiziki  
tərbiyənin tərkib hissəsi kimi geniş  mənada başa düşülür və  məşğul olanların fiziki bacarıq və 
vərdişləri üzrə xüsusi biliklərə yiyələnməsinə yönəldilmişdir. Həmin biliklər isə insanların fiziki 
inkişafına və  hərəki keyfiyyətlərinin təkmilləşməsinə  səbəb olur. Bunlar isə orqanizmin forma və 
funksiyalarına müsbət təsir göstərməklə, xüsusi hazırlıqlı mütəxəssislərin fəaliyyəti nəticəsində 
həyata keçirilir. Eyni zamanda, hərtərəfli inkişafın  əsas  şərtləri olan əqli,  əxlaqi keyfiyyətlərin 
formalaşmasına və  bədən tərbiyəsinə xidmət edir, son məqsədi isə  tərbiyəli, təhsilli  şəxsiyyət 
yetirməkdən ibarətdir. 
              Fiziki inkişaf – həyat  şəraiti və  tərbiyənin təsiri altında insan orqanizminin forma və 
funksiyalarının keyfiyyət və  kəmiyyətcə  dəyişməsi, fiziki qabiliyyət və keyfiyyətlərin inkişaf 
prosesidir.  
              Bütün bunlar antropometrik göstəricilərlə müəyyən olunur. Bura boy, çəki, döş qəfəsinin 
həcmi, əzələ toplusu və s. daxildir. 


 45
              Fiziki hazırlıq – fiziki bacarıq, vərdiş  və fiziki keyfiyyətlərin inkişaf  səviyyəsi ilə  təyin 
edilir. Fiziki hazırlıq «Vətənin müdafiəsinə hazıram» bədən tərbiyəsi kompleksinin normativləri 
əsasında müəyyən edilir. 
              Fiziki  təkmilləşmə  – insanların müasir cəmiyyətdə  əməyə, ölkənin müdafiəsinə  və  həyata 
fiziki hazırlığı, fiziki inkişafı ilə səciyyələnir. 
              İdman  – fiziki tərbiyənin başlıca vasitəsi olub, fiziki mədəniyyətin ayrılmaz hissəsi kimi 
hərəki fəaliyyətin elə bir növüdür ki, insan bu fəaliyyət üzrə şəxsi və ictimai quruluşun mənayefinə 
uyğun yüksək idman göstəriciləri qazanır. 
              Fiziki  kamillik  – dərin psixoloji, fizioloji və fiziki proses kimi sağlamlığın 
möhkəmləndirilməsinə, bədən münasibliyinə, üzvlər və sistemlərin ahəngdar inkişafına, təbii 
amillər və fiziki vasitələrlə nail olma kimi başa düşülür. Bu mənəvi, əxlaqi və yüksək estetik zövq 
ehtiyacı  şüurlu surətdə  dərk etməklə  həmin komponentləri vəhdət halında götürmək yolu ilə 
şəxsiyyətin hərəki qabiliyyət və keyfiyyətlərinin əməyə, təlimə, müdafiəyə və intellektual səviyyədə 
fiziki cəhətdən hazırlanması ilə  şərtlənir. Fiziki kamilləşmə  şəxsiyyətin ümumi mədəniyyətində 
özünü onun ayrılmaz tərkib hissəsi kimi göstərən fiziki mədəniyyətin nə dərəcədə mənimsənilməsi 
səviyyəsini əks etdirir. 
Bədən tərbiyəsi və idman haqqında qanunda da əsas anlayışlar  şərh olunur. Həmin qanunda 
göstərilənlər mahiyyət və məzmun etibarı ilə apardığımız elmi-tədqiqatın nəticələrinə uyğun gəlir. Lakin 
fərq qanununda anlayışların Daha konkret verilməsidirsə, bu yazıda isə  bədən tərbiyəsi və idman 
anlayışlarının anatomik-fizioloji, pedaqoji-psixoloji və s. baxımdan geniş şəkildə açıqlanmasındadır. 
Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunda bədən tərbiyəsi üzrə  əsas 
anlayışlardan biri «fiziki inkişaf» anlayışının öz əksini tapmaması da müşahidə edilir. (Bədən tərbiyəsi və 
idman haqqında Azərbaycan Respublikasının qanununu Olimpiya dünyası  qəzeti: 1-3 sentyabr.2009-cu 
il). 
İlk baxışdan biz bunu ciddi nöqsan kimi qəbul edə bilərdik. Lakin uzun illərdən bəri apardığımız 
tədqiqatlar, pedaqoji müşahidələr, yanaşmalar, toplanmış faktların təhlili, ümumiləşdirilməsi və bütün 
bunların nəticəsi olaraq əldə edilmiş materialların nəşr olunması prosesində  bəzən qüsurların meydana 
çıxması hallarını qaçılmaz hesab edirik. Əlbəttə qanunda «Fiziki inkişaf» anlayışının öz əksini 
tapmamasını nəzərdən qaçmış qüsurlar siyahısına daxil etmək düzgün olardı. Bədən tərbiyəsi və idman 
haqqında qanunun növbəti nəşrlərində həmin qüsurun aradan qaldırılmasına şübhə yeri qalmır.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə