Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   145

 55
              Bədən tərbiyəsi  şagirdlərdə  şüurlu intizam tərbiyəsinin yaranmasında da az rol oynamır. 
Gimnastika, yüngül atletika, habelə oyunların icrası, məşq, rejim və yarışların qaydasına  əməl etmək 
şüurlu intizamın başlıca  şərtlərindəndir. A.S.Makarenko oyunu intizamı möhkəmlədən mühüm vasitə 
hesab edərək yazırdı: «İntizamı möhkəmlətmək üçün müxtəlif üsullar vardır…Mən oyunu ən mühüm 
tərbiyə yollarından biri hesab edirəm. Uşaq kollektivinin həyatında ciddi, məsul və işgüzar oyun böyük 
yer tutmalıdır»
84 

1.
 
Oyun uşaqları iradəli,  ədalətli və doğruçu olmağa alışdırır. Təcrübə göstərir ki, düzgün təşkil 
olunmuş oyunda uşaqlar oyunun bütün qayda və  şərtlərinə ciddi əməl etdiyindən  şüurlu intizama 
yiyələnmək imkanları daha da genişlənir. Həm də müəllim  şagirdlərə öyrədəcəyi oyunun məzmunu və 
məqsədini düzgün və ətraflı başa sala bilərsə, uşaqlar da oyun prosesində onun bütün qayda və şərtlərinə 
ciddi riayət edirlər. Oyunun gedişinə mane olan şagird isə öz komanda yoldaşları  tərəfindən 
töhmətləndirilir və ona tapşırılır ki, qaydanı pozmasın. Əgər o, deyilənlərə əməl etmirsə 
işə müəllim qarışaraq onu intizama dəvət edir, həmin  şagird təkrar intizamsızlıq etdikdə mütləq 
«cəzalandırılır». Bəzən müvəqqəti olaraq oyundan kənar edilir və müəyyən tapşırıqlar alır. Oyunun ən 
fəal intizamlı  iştirakçıları isə kollektiv tərəfindən rəğbətləndirilir və hamının ondan nümunə götürməsi 
məsləhət görülür. Bu da şagirdlərdə mənəvi keyfiyyətlərin yaranmasına müsbət təsir göstərir. Dərsin bu 
şəkildə təşkil edilməsi şagirdlərdə şüurlu intizamın yaranmasına səbəb olur.  
 
              Məktəblilərin estetik hisslərinə fiziki tərbiyənin təsiri.  
Bədən tərbiyəsi ilə məşğul olduqda şagirdlərin əhval-ruhiyyəsi yaxşılaşır, özlərini yüngül və çevik hiss 
edirlər. Bu da uşaqlara sevinc və şənlik gətirməklə, onların gümrah və qüvvətli olmasına imkan yaradır. 
P.F.Lesqaft bədən tərbiyəsi məşğələlərinin estetik cəhətdən zövqlə qurulmasını  və  məşğələnin, adətən, 
əhval-ruhiyyəni yüksəldən həzz-alma hissi ilə əlaqədar olduğunu dəfələrlə göstərmişdir. O, yazır: «Bədən 
gövdəsinin (əndamın) bütün hərəkətlərinin inkişafı orqanizmin (bədənin) bütün hərəkətlərinin daha incə 
və çevik, adətən, deyilən kimi, daha qratsiyalı edir»
85
. «Düzgün qaçış insan bədəninin fövqəladə dərəcədə 
səmərəli və gözəl hərəkəti, yerdəyişməsidir»
86

  Gözəl yeriş, düzgün qaçış, uzağa cisim atmaq, hündürlüyə və uzununa tullanmalar şagirdlərdə estetik 
hisslərin inkişafına kömək edir. Top uğrunda mübarizə, gimnastika hərəkətlərinin icrası, buz üzərində 
hərəkət, idman nümayişləri uşaqlar üçün bir tamaşa, zövq, gözəllik, incəlik mənbəyidir. Bu hərəkətlər onu 
icra edəni tamaşaçılara sevdirir. Bu hərəkətlər  əzələ  fəaliyyəti nəticəsində yaranır və yerinə yetirilir. 
Bununla da şagirdlər bədən tərbiyəsi və  idman hərəkətlərindən zövq-gözəllik mənbəyi kimi istifadə 
edirlər. Böyük rus inqilabçı – demokratı V.Q.Belinski deyirdi: «Bədən trbiyəsi hərəkətləri başdan-başa 
gözəllikdir! Təmizkarlıqla bərabər, sadəlik, nəciblik, ləyaqət, yaxşı zövq və rəftar ilə  birləşir.     Bu hər 
bir şeydə özünü göstərir: həm geyimdə, həm də hərəkət və rəftarda»
87

      Yeriş, gimnastika, buz üzərində  rəqs, idman nümayişləri və milli xalq oyunlarının musiqinin 
müşayiəti ilə keçirilməsi, yaxud poetik xarakterli oyunların  şer deməklə, mahnı oxumaqla və çalğı ilə 
yerinə yetirilməsi, uşaqların hissiyatına və zövqünə dərin təsir edir, təsəvvürlərini daha da dərinləşdirir. 
Odur ki, yarışda qalib gəlmək üçün uşaqlar öz qüvvəsini toplamağı bacarır, daha çevik, təmkinli, dəqiq, 
intizamlı olmağa cəhd edirlər. 
       Deyişmə, xor, tapmaca xarakterli «Kosmonavtlar», «İki şaxta» kimi oyunların avazla oxunması, 
musiqi təranələri ilə yerinə yetirilməsi uşaqlarda yorğunluq və  əzələ passivliyini aradan qaldırır. 
Müşahidə göstərir ki, bədən tərbiyəsi dərslərinin və  bəzi idman yarışlarının musiqi ilə aparılması onun 
lazımi səviyyədə yaxşı  təşkilinə  və keçirilməsinə  səbəb olur. Musiqinin xüsusilə  bədənin 
qızışdırılmasında və fiziki hərəkətlərin cəld, inamla icra edilməsində əhəmiyyəti böyükdür. Musiqi adamı 
qələbəyə ruhlandırır, xalqının ənənələrini yada salır və onu sevdirir. 
        Ölkəmizdə idmanın kütləviliyi, onun zəhmətkeşlərin estetik zövq mənbələrindən biri olması 
haqqında professor F.Qasımzadə yazmışdır: «İdman mənim üçün əsil gözəllik və həzz mənbəyi, əvəzsiz 
və yaraşıqlı tamaşa, tükənməz zövq vasitəsidir. Mən isə tək deyiləm, 
                                                 
84
 А.С.Макаренко. Сечилмиш ясярляри. Бакы, Азярняшр, 1950, сящ.166-167 
85
 Бах: П.Ф.Лесгафт. Педагожи ясярляри кцллиййаты, Ы ъилд, Москва,1951, сящ. 343       (русъа). 
86
 Йеня орада, сящ. 373 
87
 
В.Г.Белински. Сечилмиш мягаляляр, Бакы, Ушагэянъняшр, 1948, сящ. 119-120
 


 56
 mənim kimi idmandan həzz və zövq alan, onu estetik amil və gözəllik aləmi sayanlar minlərlə, 
milyonlarladır.  İdman zəmanəmizdə kütləvi xarakter aldığı kimi, kütləvi də zövq verən gözəllikdir, 
tamaşadır»
88

          Şagirdlərlə  həyatdan,  əməkdən yaranan estetikanı başa salmaq üçün bütün imkanlardan, o 
cümlədən bədən tərbiyəsinin bütün vasitələrindən istifadə etmək lazımdır. Bədən tərbiyəsi məşğələlərinin 
estetik cəhətdən düzgün qurulması  şagirdlərin idman geyimlərinin münasibliyindən,  məşğələ  yerinin,   
geyinib-soyunma  
otaqlarının səliqəli olmasından, bədənin təmiz saxlanılmasından asılıdır. Məktəblilərin idman geyimi eyni 
rəngdə olmalı, bədəni sıxmamalı, vaxtlı-vaxtında yuyulmalı, ütülənməli və  dərsdən başqa heç yerdə 
geyinməməlidir. Geyim şagirdlərin zahiri görkəmini gözəlləşdirir və zövqünü inkişaf etdirir. İdman 
salonu və meydançasının geniş  və  səliqəli olması, alət və qurğuların  şagirdlərin yaşına uyğun seçilib 
yerləşdirilməsi də onların estetik hisslərinin inkişaf etməsinə səbəb olur. 
 
Sağlamlığın möhkəmləndirilməsində  
fiziki tərbiyənin rolu. 
Atalar məsəlində deyilir:  
«Uca-uca dağlar başı qarlı da ola bilər, qarsız da. İgidin canı sağ olsun: varlı da olar, varsız da». 
        Görünlüyü kimi, möhkəm can sağlığı olmadan insan xoşbəxt ola bilməz. 
          Hazırda sağlam nəslin yetişməsində  bədən tərbiyəsi xüsusi əhəmiyyət kəsb edir. Ədalət naminə 
qeyd etmək lazımdır ki,  
Azərbaycan rəhbərliyi istər sovet hakimiyyəti illərində və istərsə də müstəqillik dövründə uşaqların 
fiziki inkişafına bədəncə möhkəm və sağlam olmasına daim qayğı və kömək göstərmişdir.   
            H.Ə.Əliyev hakimiyyətdə olduğu bütün zamanlarda böyüməkdə olan nəslin sağlamlığına qayğı 
göstərilməsini tələb etmişdir 
O, Azərbaycan müəllimlərinin VI qurultayındakı nitqində bu barədə demişdir: « Böyüməkdə olan nəslin 
fiziki inkişafına daha çox diqqət verilməli, bədən tərbiyəsinin tədrisini yaxşılaşdırmalı, hər bir məktəbdə 
səmərəli idman məşğələləri üçün şərait yaradılmalı, uşaqlar fiziki cəhətdən hər vasitə ilə 
möhkəmləndirilməli, onların sağlamlığına qayğı göstərilməlidir». Ümummilli liderimiz H.Ə.Əliyev  
gələcək nəslin sağlamlığının qorunmasını müstəqillik dövründə də ən ümdə vəzifələrdən saymaqla, onun 
borc olmasını da xüsusən vurğulamışdır.   
 
 O, bu münasibətlə demişdir: «Biz respublikamızda əhalimizin, millətimizin sağlamlığın haqqında 
düşünürük,  xalqımızın gələcəyi üçün də düşünməliyik. 
 Bu bizim vəzifələrimizin içərisində ən böyük, ən əhəmiyyətli vəzifədir»
89

              Bədən tərbiyəsi və idman sağlamlığı uzun müddət saxlayan, ömrü uzadan faydalı vasitədir. Həm 
də o, daxili üzvləri məşq etdirərək fəallaşdırır.  İdman adamda sevinc hissi oyadır,  əzələləri 
möhkəmləndirir, enerjini artırır, adama gümrahlıq və  şənlik gətirir. Vaxtı ilə çox gözəl söylənilmiş 
kəlamlardan birini yada salaq: «Əgər insan sağlamdırsa və  bədənin bütün əzələləri düzgün işləyirsə, o, 
həyatın bütün məşəqqətlərinə daha asanlıqla dözə bilər. Buna görə də sağlam olmaq və həyatdan daha çox 
ləzzət ala bilmək üçün siz bədən tərbiyəsi ilə məşğul olmalısınız». 
              Bədən tərbiyəsinin müalicə əhəmiyyəti də böyükdür. Onun vasitəsi ilə bəzi xəstəliklərin qarşısı 
alınır. Məsələn, bronxial astma, quru plevrit, qrip, habelə baş gicəllənməsinin «dərmanı» bədən tərbiyəsi 
ilə  məşğul olmaqdır. Hər hansı fiziki hərəkətlərin icrasında  əzələlərin gözə görünməyən hərəkət 
mexanizmi fəaliyyət 
göstərir. Bu da əzələlərin vəziyyətinə, hərəkət fəallığına, hərəkət sürətinə  və  iş qüvvəsinə müsbət təsir 
edir. Məsələn, partadan qalxıb, sıra ilə idman meydançasına getdikdə əzələ sadəcə olaraq iş qüvvəsi sərf 
edir.    
Lakin orada qaçdıqda, tullandıqda, cisim atdıqda isə  əzələ mürəkkəb və müxtəlif iş görür. Bu zaman 
əzələlər tez-tez yığılıb-açılmaqla hərəkətə gəlir, fəallaşır. Bədən tərbiyəsi kiçikyaşlı uşaqlarda baş verən 
                                                 
88
 
Ф.Гасымзадя. Идман, эюзяллик вя естетика. Бакы, «Эянълик»няшриййаты, 1970, сящ.4. 
 
89
 Бах: Щ.Ялийев вя Азярбайъанда олимпийа щярякаты. лайищянин рящбяри: Илщам Ялийев. Мцяллифляр-
Ч.Щцсейнзадя, Ъ.Рящманов 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə