Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   145

 67
           İbtidai sinif şagirdlərinin təsəvvürləri konkret olur. Buna görə də müəllim, dərsdə öz fikrini uzun-
uzadı danışmaqla deyil, konkret və aydın misallarla izah etməlidir. 
              Bəzən çətin olan, lakin musiqinin müşayiəti ilə icra edilən hərəkətlərə dair uşaqlarda müəyyən 
təsəvvürlər yaranır və onlar buna heyran olurlar. 
     Təfəkkür uşaqlarda konkret və emosional xarakter daşıyır. Lakin kiçikyaşlı iəktəblilərdə təfəkkürün ən 
yüksək səviyyədə inkişaf etdiyini söyləmək çətindir. Bundan əlavə, onlarda qeyri-iradi diqqət, mexaniki 
hafizə daha yüksək səviyyədə inkişaf edir və məntiqi təfəkkürün elementləri yaranmağa başlayır. Habelə, 
bu yaşda da emosional vəziyyətlərin tez-tez dəyişilməsi, xəyalpərəstlik və s. hallar müşahidə olunur. 
              Məktəbdə ardıcıl aparılan bədən tərbiyəsi məşğələləri  şagirdlərdə psixi və zehni proseslərin 
inkişafını sürətləndirir. Baş beynin qabığında şərti reflekslər sürətlə yaranır və mürəkkəbləşir. 
              Müəllim təfəkkürün  əmələ  gəlməsi, anlayış  və  mühakimələrin yaranması yollarını  və onun 
qanunlarını öyrənib tədris işində bunu tətbiq etməklə, uşaqların təfəkkürünü inkişaf etdirə bilir və bu 
zaman təlimin səviyyəsi də yüksəlir. 
 
II.4. Fiziki tərbiyə təliminin elmi-nəzəri əsasları 
 
4.1. Fiziki tərbiyənin təliminə təsir göstərən amillərin elmi nəzəri mahiyyətini öyrənməyin əhəmiyyəti 
              Orta  ümumtəhsil məktəblərinin ibtidai siniflərində fiziki tərbiyə prosesinin daha da 
təkmilləşdirilməsində, kiçikyaşlı məktəblilərin  fiziki tərbiyəsinin pedaqoji-psixoloji və anatomik-fizioloji 
əsaslarını sinif müəllimlərinin dərindən bilməsi çox vacibdir. Fiziki tərbiyənin tədrisi prosesinin əsaslarını 
bilmədən və  riayət etmədən bu sahədə təlimin səmərəliliyindən söhbət etməyə dəyməz. 
              Mütəfəkkir pedaqoqlar uşaqların fiziki tərbiyəsinə, fiziki və  mənəvi sağlamlığına böyük 
əhəmiyyət vermişlər. Dahi çex pedaqoqu Y.A.Komenski «Yaxşı təşkil olunmuş məktəbin qanunları» adlı 
əsərində göstərir ki, məktəbin həqiqi məktəb, humanistlik emalatxanası olması və can sıxıntısından xilas 
olması üçün orada elmi biliklərin yaxşı öyrədilməsi ilə  bərabər,  şagirdlərin fiziki tərbiyəsinin yüksək 
səviyyədə, maraqlı  və  məzmunlu təşkili zəruridir. O, göstərirdi ki, məktəblilərin zehni işdən, təlim 
fəaliyyətindən və eləcə  də        nahardan-yeməkdən sonra hərəkətli həyat tərzi keçirməsi, fəal istirahət 
etməsi, gəzintiyə çıxması və hərəkətli oyunlarla məşğul olması, əylənməsi lazımdır və çox vacibdir. O, 
şagirdlərə deyirdi: «Nahardan sonra yatmaqdan çəkin, … qida həzm olunan kimi gəzinti, ədəbli söhbətlər 
və oyunla özünə istirahət ver». 
              Qeyd etməliyik ki,  hərəkət və oyunlar elə təşkil olunmalıdır ki, o, uşağın həm fiziki inkişafına və 
həm də onun mənəvi tərbiyəsinə  və elmi bilikləri, gerçək aləmi, füsünkar təbiəti müvəffəqiyyətlə 
öyrənməsinə kömək etməlidir. Elə oynamaq lazımdır ki, oyun həyat, sağlamlıq,  ədəb üçün təhlükə 
yaratmasın. 
              Azərbaycan xalqının böyük maarifpərvər oğlu, görkəmli təbiətşünas alim H.B.Zərdabi insanın 
həyatda xoşbəxt və  şən yaşaması üçün var-dövlətə deyil, möhkəm bədən sağlamlığına malik olmasını 
zəruri şərt hesab etmiş, «Dünyada bədən sağlamlığından artıq dövlət yoxdur» - demişdir. 
              Görkəmli rus anatom-pedaqoqu P.F.Lesqaft müəyyən etmişdir ki, məktəblilərin cismani və 
mənəvi sağlamlığı üçün onların yaş  və güclərinə müvafiq fiziki təhsil və  tərbiyə almaları  zəruridir. 
P.F.Lesqaft deyirdi ki, fiziki təhsil zamanı uşağın icra edəcəyi hər bir hərəkətin (məsələn, oyun, gəzinti, 
çimmək və s.) əhəmiyyəti, qayda və üsulları şagirdlərə müəllim tərəfindən  aydın izah edilməlidir. Belə 
olduqda, fiziki təhsilin mahiyyəti şüurlu dərk edilir, bu əsasda onda zehni, əxlaqi sifətlər, estetik zövq və 
s. təşəkkül tapır. A.S.Makarenko, N.K.Krupskaya və b. fiziki təlimin düzgün təşkilinə xüsusi diqqət 
yetirmişdir. 
              Yuxarıda göstərilənlərdən aydın olur ki, fiziki tərbiyə sahəsində nailiyyətlər  əldə etmək üçün 
təlim prosesində  uşaqların yaş xüsusiyyətlərini (anatomik-fizioloji, psixoloji), habelə hansı  hərəkətin, 
oyunun keçirilməsində hansı  təlim üsulundan və yaxud prinsipindən istifadə olunması qabaqcadan 
müəllim tərəfindən müəyyənləşdirilməlidir. Bu zaman fiziki tərbiyənin məzmunu da nəzərə alınmalıdır. 
              Müəllimlərin qarşısında duran çox mühüm vəzifələrdən biri də  təlim prosesinin 
optimallaşdırılması, yəni  şagirdlərdə  hərəki və yaradıcı  təfəkkür vərdişlərini inkişaf etdirməkdən, 
müstəqil hərəkət etməyi bacarmağı öyrənməkdən ibarətdir. Bunun üçün də müxtəlif və  səmərə verən 
təlim metodları və priyomlarına, eləcə də milli fiziki tərbiyə vasitələrinə geniş yer vermək lazımdır. Bu 


 68
şərtlə ki, həmin prosesdə yerli iqlim şəraiti, məktəbin idman bazası, onların alət, avadanlıqlarla və 
ləvazimatlarla təchiz olunması nəzərə alınmış olsun. Bunlar təlimə şüurlu münasibəti, marağı təmin edir. 
Məşğul olanların hərəki fəallığını, dərketmə qabiliyyətini, idman fəallığını yüksəldir. 
              Konkret desək, nəticə etibarı ilə təlimin intensiv təşkili və keçirilməsinə zəmin yaradır. Təlimin 
intensiv təşkilinin  əsasları probleminin qoyuluşuna pedaqoji-psixoloji ədəbiyyatda müəyyən qədər yer 
verilmişdir. Bu barədə pedaqoji aspektdə yazılmış bəzi tədqiqatların, dərslik və dərs vəsaitlərinin mövzu 
baxımından təhlilləri aparılmışdır. Məlum olmuşdur ki, ümumtəhsil məktəblərində  tətbiq olunan təlim 
metodları  və prinsiplərinin elmi əsaslarına aid didaktika mütəxəssisləri, həmçinin metodist-alim  və 
müəllimlər eyni fikirdə deyildir. Pedaqoq və psixoloqların və metodistlərin təlim-tərbiyə  və onların 
prinsipləri haqqında vahid rəydə olmaları o qədər də vacib deyildir. Bütün fikirlər bu və ya digər formada 
və məzmunda təlim prosesinin səmərəliliyinin yüksədilməsinə yönəldilmişdir. Başlıca məsələ onda deyil 
ki, kim məsələyə necə  və  nə cür, hansı mövqedən yanaşır.  Əsas məsələ ondadır ki, ayrı-ayrı  tədris 
fənlərinin elmi-nəzəri əsasları barədə deyilən ümumi fikir təlimin konkret problemlərindən bəhs etsə də, 
müxtəlif təlim,  metod  və prinsiplərinin şərhi zamanı lazımınca öz  
əksini tapmır. Söylənilənlərin «Fiziki tərbiyə  və onun tədrisi metodikası» təliminə daha çox aidiyyəti 
vardır. 
 Fiziki 
tərbiyə sahəsində rus dilində xeyli ədəbiyyat olsa da, bütün bunlar fiziki tərbiyənin 
bilavasitə ümumi problemlərini əhatə etmiş, yaxud da onun müəyyən bir pedaqoji-psixoloji məsələlərinin 
həll edilməsinə istiqamətləndirilmişdir.     Çap olunmuş metodik işlərdə
94
 isə fiziki təlimin məsələləri 
elmi cəhətdən qənaətləndirici  
səviyyədə işıqlandırılmamış, yalnız ümumi didaktik fikirlər söylənilməklə kifayətləndirilmişdir. 
        Azərbaycan dilində isə  şagirdlərin fiziki tərbiyəsinə  həsr olunmuş metodik işlər  çox az miqdarda 
nəşr edilmişdir. Burada fiziki tərbiyənin nəinki ümumi metodik baxımdan, hətta ayrı-ayrı məsələləri də 
kifayət qədər konkretləşdirilməmişdir. 
              Fiziki  tərbiyə prosesində  tətbiq olunan təlim metodları  və prinsiplərinin Azərbaycan dilində 
ümumi pedaqoji – psixoloji və metodiki ədəbiyyatda elmi əsasları istənilən səviyyədə  şərh edilməməsi 
səbəbindən bədən tərbiyəsi müəllimləri və metodistlərinin təlim   işini optimal təşkil etmələrinə öz mənfi 
təsirini göstərmişdir. 
              N.M.Kazımov bu və ya digər təlim üsulu, yaxud priyomunun nə  dərəcədə  səmərəli olub-
olmadığını nəzəri cəhətdən söyləməyə əsas verən nədir? Sualını belə izah edir: Belə bir əsas həmin üsul 
və ya priyomun maddi aləmin başlıca qanunauyğunluqlarına, fizioloji və psixoloji qanunauyğunluqlara, 
məntiq hadisələrinə uyğun gəlib-gəlmədiyidir. Deməli, hər hansı təlim üsulu və priyomunun nə dərəcədə 
səmərəli olduğunu nəzəri cəhətdən söyləmək üçün həmin üsul və priyomun obyektiv varlığın 
qanunauyğunluqlarına, ali sinir sistemi fəaliyyətinin, eləcə  də düzgün məntiqi təfəkkür 
qanunauyğunluqlarına uyğun gəlib-gəlmədiyini, fəlsəfə, fiziologiya, psixologiya və  məntiq nöqteyi-
nəzərindən təhlil etmək lazımdır. Belə bir təhlil nəticəsində alınan biliklər, yəni müvafiq fəlsəfi, fizioloji, 
psixoloji və məntiqi biliklər    təlim üsulları və priyomlarının elmi-nəzəri əsaslarına daxil olur. 
              Qeyd etməliyik ki, təlim üsulları və priyomları barədə deyilənləri fiziki tərbiyəyə də aid etmək 
olar. Çünki fiziki tərbiyə prosesinin cisim və hadisələrlə, ali sinir sistemi fəaliyyəti, habelə psixologiyası 
ilə  və s. ilə nə  qədər  sıx  əlaqədə olduğu inkar edilməzjir. Buna görə  də fiziki tərbiyənin məzmununu, 
eləcə də həmin prosesi təşkil edən bədən tərbiyəsi müəllimi təbiətin və cəmiyyətin cisim və hadisələrinin 
müvafiq şəkildə şagirdlər tərəfindən dərk olunmasını təşkil etməsi lazımdır. Həmin cisim və hadisələrin 
qanunauyğunluqları ilə  bərabər, həm də xüsusi - yəni bioloji, ictimai, psixoloji, fiziki və kimyəvi 
qanunauyğunluqları da mövcuddur. 
                                                 
94
 
В.Артишевски вя М.Черевков. Физическайа культура в школе. «Учпедиз» Наркомпроса РСФСР, М., 1939 г  
.Физическайа культура в Ы-ЫВ классах восьмилетних школ. Под об.ред.З.И.Кузнетсова. «Учпедгиз», Л.1961 г 
.Физическайа  культура  в  школе.В-ВЫЫЫ  классах.  Изд-во  «Просвешение»,  М., 1967 г.А.А.Гугин.  Уроки  физической 
культуры в начальной школе. Изд. «Просвешение», М., 1970 г.  
Физическайа  культура  в  школе.  Методика  уроков  в  ЫВ-ВЫЫЫ  классах.  Под  ред.З.И.Кузнетсова. «Просвешение», 
1972 г. 
Физическайа культура в школе. Методика  уроков в ЫХ-Х классах. Под ред З.И.Кузнетсова, М., «Просвешение», 1973. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə