Dərs vəsaitindən



Yüklə 0,79 Mb.
səhifə50/140
tarix27.03.2022
ölçüsü0,79 Mb.
#84773
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   140
marketinq-tedqiqatlar qaralama

vm FƏSİL. SEÇMƏNİN LAYİHƏLƏNDİRİLMƏSİ VƏ SEÇMƏ MƏCMUNUN HƏCMİNİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ


    1. Seçmənin layihələndirilməsi və onun tipləri

Marketoloqlar tədqiqat aparan zaman bəzən tədqiqat obyektinin elementlərinin yalnız müəyyən hissəsinin müayinəsini aparmaqla kifayətlənirlər. Bunun üçün onlar seçmə metodu vasitəsilə sorğuya cəlb ediləcək respondentləri və yaxud öyrəniləcək baş məcmunun elementlərini dəqiqləşdirirlər.

Baş məcmudan seçmə* məcmunun düzgün formalaşdıniması üçün seçmənin layihələndirilməsinin ayrı-ayn mərhələləri ilə tanış olmaq lazıdır. Seçmənin layihələndirilməsi mərhələlərinin ardıcıllığı aşağıdakı kimidir.


  1. Baş məcmunun elementlərinin dəqiqləşdirilməsi;

  2. Seçmənin əsaslarının müəyyənləşdirilməsi;

  3. Seçmə qaydalarının müəyyənləşdirilməsi;

  4. Seçmə məcmunun həcminin müəyyənləşdirilməsi;

  5. Seçmə məcmuya elementlərin ayrılması;

  6. Seçmə məcmuya ayrılmış elementlərin “müayinəsi”.

Birinci mərhələdə irəlicədən müəyyənləşdirilmiş xarakteristikalara malik və yaxud şərtləri ödəyən elementlər dəqiqləşdirilir. Tədqiqatçı bu mərhələdə baş məcmunun elementlərinin kimlərdən və yaxud nələrdən (fərdlərdən, ailələrdən, ticarət fırmalanndan, hansısa təşkilatlardan və s.) ibarət olduğunu müəyyən etməlidir. O, bu mərhələdə həm baş məcmunun elementlərini, həm də həmin elementlərin coğrafi və zaman baxımından biri-biri ilə bağlılığını müəyyənləşdirir.

Baş məcmuu dedikdə tədqiqat obyekti kimi götürülən bütün elementlərin məcmusu başa düşülür. Baş məcmuu nə qədər asan müəyyənləşdirilirsə, seçmə məcmunun formalaşdırılması da bir o qədər asan və ucuz başa gəlir.

İkinci mərhələdə seçmənin əsaslan müəyyənləşdirilir. Seçmənin əsası dedikdə onun formalaşdırılacağı elementlərin siyahısı başa düşülür. Seçmənin bazası ərazi vahidlərindən, təşkilatlardan, şəxslərdən, ailələrdən və s. ibarət ola bilər. Əgər bu və ya digər tədqiqatın apaniması üçün baş məcmu kimi konkret ərazidə yaşayan ailələr çoxluğu götürülmüşdürsə, onda, seçmənin fomralaşdırılmasının əsası kimi ailələrin telefon nömrələri götürülə və yaxud istifadə oluna bilər.

Təcrübədli lədqiqatçılann qənaətinə görə baş məcmu ilə seçmənin əsası arasında dəqiq uyğunluq nadir hallarda müşahidə edilir. Ona görə də seçmənin formalaşdırılması üçün ən mühüm və yaradıcılıq tələb edən mərhələlərdən biri onun əlverişli əsasım müəyyənləşdirməkdən ibarətdir. Baş məcmunun elementlərinin siyahısının tərtib olunması çətin olduğu hallarda

bu, daha çox əhənıiyyət kəsb edir.

Üçüncü mə rhələdə seçmə qayd2ilan dəqiqləşdirilir. Seçmə qaydalarının müəyyənləşdirilməsi seçmənin əsaslarının formalaşdırılması ilə güclü surətdə əlaqədardır. Tədqiqatçı tərəfindən seçmə metodunun seçilməsi onun əsaslarının müəyyənləşdirilməsindən daha çox asılıdır. Müxtəlif tip seçmələr özlərinə müvafiq müxtəlif əsaslarla seçmənin müəyyənləşdiril- məsini tələb edir.

Dördüncü mərhələdə seçmə məcmunun həcmi müəyyənləşdirilir. Beşinci mərhələdə “müayinə” olunacaq elementləri seçilir. Altıncı mərhələdə isə həmin elementlərin “müayinəsi” aparılır.

Baş məcmunun tərkibində seçmə məcmuya daxil edilmə şərtlərini ödəyən və seçmə şərtlərinə uyğun gələn elementlərin sayının çox olması seçmənin aparılmasım asanlaşdırır.

Baş məcmunun tərkibində seçilmə şərtlərini ödəyən elementlərin sayımn həmin məcmunun elementlərinin sayına nisbətinin faizlərlə ifadəsi, baş məcmunun seçmə məcmuya daxil edilə biləcək elementlərlə əhatə olunma səviyyəsi deyilir. Əhatə olunma səviyyəsi yüksəldikcə daha az maddi və vaxt məsrəfləri müqabilində seçmə məcmunu formalaşdırmaq mümkün olur.

Seçmənin iki tipini fərqləndirirlər: ehtimallı və determinləşmiş (kvota) seçmələr.

Ehtimallı seçmə zamam məcmunun hər bir elementi seçmə məcmuya sıfırdan fərqli ehtimalla daxil edilmə imk2inına mali olur. Bu tip seçmə zamam baş məcmunun elementlərinin seçmə məcmuya daxil edilmə ehtimalı biri-birindən fərqlənə bilir, lakin, buna baxmayaraq, seçmə məcmuya elementlərin daxil edilmə ehtimalı həmişə sıfırdan fərqli olur.

Determinləşdirilmiş seçmələr zamanı elementlərin seçmə məcmuya düşmək ehtimalım qiymətləndirmək mümkün deyil. Bu tip seçmələrin aparılması həmin seçmələri aparanın şəxsi mövqeyinə, mühakiməsinə, bu və ya digər elementlərin seçilməsi baxımından həmin elementlərə verdiyi üstünlüyə əsaslamr. Determinləşmiş seçmə zamanı baş məcmunun xarakteristikaları dəqiq qiymətləndirilə bilər, lakin bu, formalaşdmlan seçmənin qoyulmuş məsələnin həllinə uyğunluğunu obyektiv qiymətləndirmək üçün üsul mövcud deyil.

Baş məcmunun bu və ya digər elementinin seçmə məcmuya düşmək ehtimalı məlum olduqda, seçmənin nəticələrinin dəqiqliyini, eyni zamanda seçmə müşahidəsinin aparılması zamanı buraxılmış xətanın kəmiyyətinin qiymətləndirməsi mümkündür. Ona görə də marketinq tədqiqatlanmn apa- nlması zamanı ehtimallı seçmə, determinləşmiş seçmə ilə müqayisədə daha mükəmməl metod hesab edilir və sözügedən tədqiqatlar zamanı bu seçmə metodunun tətbiqinə üstünlük verilir.

Seçmələr qeyd olunmuş həcmli və ardıcıl seçmələr kimi də iki tipə

aynlır. Qeyd olunmuş həcmli seçmələrin aparılması zamanı seçmə məcmunun həcmi irəlicədən müəyyənləşdirilir və bütün xüsusi məlumatlar toplandıqdan sonra həmin məlumatlann təhlili apanlır. Marketinq tədqiqatlannm aparılması zamanı, demək olar ki, daha çox qeyd olunmuş həcmli seçmələrdən istifadə edilir. Bundan fərqli olaraq, ardıcıl seçmədə seçmə məcmuya ayrılan elementlərin miqdarı irəlicədən məlum olmur. Bu tip seçmənin apşrilması zamani seçmə məcmuya ayrılacaq elementlərin sayı ardıcıl qərarlar sayəsində müəyyənləşdirilir. Başqa sözlə desək, ardıcıl seçmə, ardıcıl qərarlar seriyasına əsaslanmaqla aparılan seçmədir. Əgər kiçikhəcmli seçmə məcmunun elementlərinin təhlilinin nəticələri inandırıcı görünmürsə, onda, seçmə məcmunun həcmi böyüdülür; əgər bu mərhələdə də alınan nəticələr inandırıcı deyilsə, seçmə məcmunun həcmi yenidən artırılır və bu proses seçmənin nəticələri inandırıcı olana qədər davam etdirilir.


    1. Determinləşmiş seçmələr

Seçmə müşahidəsinin həm determinləşmiş, həm də ehtimallı planının özünün bir neçə tipləri vardır. Determinləşmiş seçmənin özü reprezentativ olmayan, bilərəkdən və kvota seçməyə ayrılu-; ehtimallı seçmənin isə sadə təsadüfi seçmə, təbəqələşmiş seçmə və yuva seçmə, növlərini fərqləndirirlər.

Qeyd etdiyimiz kimi, determinləşmiş zamanı seçmə məcmuya elementlər şəxsi mühakimələr və qiymətləndirmələr əsasında ayrılır. Bu seçmə tipinin tətbiqi zamanı seçmə məcmuya elementlərin ayrılması mexaniki olmayan yolla həyata keçirildiyinə görə, baş məcmunun ixtiyari elementinin seçmə məcmuya daxiledilniə ehtimalım və seçmə müşahidəsi zamanı buraxılan xətanı qiymətləndirmək mümkün deyil.

Determinləşmiş seçmənin reprezentativ olmayan tipini bəzən təsadüfi seçmə də adlandınrlar, çünki belə seçmə zamanı elementlərin seçmə məcmuya ayrılması təsadüfi şəkildə baş verir. Belə ki, seçmə məcmuya o elementlər ayrılır ki, həmin elementlərlə tədqiqatçının əlyetərlilik imkanı daha böyük olur.

Bizim gündəlik həyatımız reprezentativ olmayan seçmələrlə doludur. Məsələn, biz gündəlik həyatda qarşılaşdığımız dostların və tanışların cəmiyyətdə baş verən proseslərə dair fikirləri ilə tanış ola bilir, onların mövqelərini öyrənir və özümüz üçün müəyyən nəticələr çıxara bilirik. Əgər, doğrudan da, bizi cəmiyyətdə baş verən proseslər düşündürürsə, onda, bizim təsadüfən qarşılaşdığımız dostların və tanışlann fikirləri əsasında çıxardığımız nəticələr reprezentativ olmayan seçmə əsasında çıxanlan nəticədir; yerli radiostansiyanın mübahisəli məsələyə dair insanlann münasibətlərinin öyrənilməsi əsasında çıxardığı nəticələr də reprezentativ olmayan seçmə əsasında çıxanlan nəticə hesab edilir. Reprezentativ olmayan seçməyə başqa

bir nümunə kimi beynəlxalq marketinq tədqiqatlan zamam ölkə ərazisində yaşayan xarici ölkələrin vətəndaşlarının “müayinə”yə cəlb olunması və müəssisənin beynəlxalq bazarlara çıxma haqqında qərar qəbul etməsi üçün onlarm fikirlərinin öyrənilməsi göstərilə bilər. Bu halda da çıxarılan nəticə reprezentativ olmayan seçmə əsasmda çıxanlan nəticədir.

Determinləşmiş seçmənin tiplərindən biri bilərəkdən seçmədir. Bilərəkdən seçmə zamanı seçmə məcmuya elementlər əl ilə seçilir. Bu seçmə tipinin tətbiqi zamanı, tədqiqatçının qənaətinə görə, “müayinə”nin məqsədinə daha çox cavab verən elementlər seçmə məcmuya aynlır. Bu seçmə zamanı seçmə məcmuya o elementlər seçilib aynimalıdır ki, həmin elementlər öyrənilən baş məcmuu haqqında daha hərtərəfli təsəvvür yaradır. Bilərəkdən seçməyə misal olaraq ölkədə beş ildən bir həyata keçirilən prezident seçkiləri zamanı apanlan monitorinqlər göstərilə bilər. Analitiklər bilərəkdən cəmiyyətin müəyyən hissəsinin monitorinqini aparmaqla prezident seçkiləri zamanı kimin qalib gələcəyini irəlicədən proqnozlaşdıra bilirlər.

Qeyd etmək lazımdır ki, bilərəkdən seçmə zamanı bəzi hallarda seçmə məcmuya elementlərin aynlması reprezentativlik gözlənilməklə deyil, həmin elementlərin verdikləri informasiyalar əsas götürülməklə təmin edilir. Məsələn, müəssisənin marketinq fəaliyyətində meydana çıxan probleminin müəyyənləşdirilməsi üçün qeyri-standart düşüncə tərzinə malik ekspertlərin sorğuya cəlb olunması, məhkəmə prosesində məhkəmənin ekspertizanın informasiyalanna əsaslanmaqla qərar qəbul etməsi reprezentitivlik gözlənil- məməklə bilərəkdən seçməyə aiddir.

Bilərəkdən seçmənin tiplərindən biri “qar topası” metodu ilə seçmədir. Bu seçmə metodu tətbiq olunan zaman tədqiqatçı tələb olunan xarakteristikalara malik ilkin respondentləri müəyyənləşdirir, sonra isə, həmin respondentlər informantlar kimi istifadə olunmaqla sonrakı respondentlər dəqiqləşdirilir.

Fərz edək ki, müəssisə dayaq-hərəkət sistemində problemi olan insanlara kömək məqsədilə funksiyaları yaxşılaşdırılmış araba istehsal etmiş və həmin arabalara tələbatı dəqiqləşdirmək istəyir. Tədqiqatçılar bu problemin həlli üçün ilkin olaraq “müayinə”yə cəlb olunmaq üçün müəyyən sayda dayaq-hərəkət sistemində problemi olan insanları müəyyənləşdirirlər; sonrakı mərhələdə ilkin olaraq “müayinə”yə cəlb olunmuş və hərəkəti məhdud olan adamlardan istifadə olunmaqla bu qrupun sözügedən kompaniyada iştirakı məqsədilə qalanlarımn adlan öyrənilir.

Determinləşmiş seçmənin tiplərindən biri kvota seçmədir. Kvota seçmə zamanı seçmə məcmuya aynlan və müəyyən xarakteristikalara malik elementlərin seçmə məcmudakı xüsusi çəkisi, həmin elementlərin baş məc- mudakı xüsusi çəkisinə bərəbər olur.

Fərz edək ki, tədqiqatçı 18 min nəfər tələbəsi olan universitet tələbələ

rinin seçmə “müayinə”sini aparır. Fərz edək ki, tələbələrdən 6200-ü birinci kursda, 3800-ü ikinci kursda, 3400-ü üçüncü kursda, 4600-ü isə sonuncu (buraxılış) kursunda oxuyur; tutaq ki, tələbələrdən 12000-i oğlan, 6000-i isə qızdır. Tədqiqatçı tərəfindən universitetin 1800 nəfər tələbəsinin seçmə müayinəsi apanlan zaman kvota əsasında seçmə məcmumm tərkibi aşağdakı kimi olacaqdır: 620 nəfər birinci kurs tələbəsi; 380 nəfər ikinci qrup tələbəsi; 340 nəfər üçüncü qrup tələbəsi; 460 nəfər sonuncu kurs tələbəsi. Seçilmiş bu məcmunun tərkibində, eyni zamanda, oğlan və qız tələbənin baş məc.mudakı xüsusi çəkilərinə uyğun xüsusi çəkiləri gözlənilməlidir. Daha doğrusu, çeçmə məcmuunun tərkibi 1200 nəfər oğlan tələbədən, 600 nəfər isə qız tələbədən ibarət oirnalıdır. Göstərilən tərkibdə seçmə məcmuu formalaşdınidıqdan sonra tədqiqatçı məcmuunun elementlərinin müayinəsi məqsədilə onlann öyrənilməsini (baxılan halda tələbələrlə müsahibələr) təşkil edə bilər.


    1. Ehtimallı seçmələr

Marketinq tədqiqatlarının aparılması zamanı ehtimallı seçmələrdən daha çox istifadə edilir. Ehtimallı seçmə zamanı baş məcmudan seçmə məcmuya elementlərin ayrılması tədqiqatçının istəyindən asılı olmayıb, obyektiv proses əsasında baş verir. Bu tip seçmə zamam seçmə məcmuya elementlərin seçilməsi obyektiv xarakter daşıdığına görə, tədqiqatçı tərəfindən alınmış nəticələrin gerçəkliyini qiymətləndirmək mümkün olur. Elementlərin nə qədər dəqiq seçilməsinə baxmayaraq, determinləşmiş seçmə zamanı belə qiymətləndirmə mümkün deyil.

Ehtimallı seçmə determinləşmiş seçmə ilə müqayisədə heç də həmişə reprezentativ olmur. Praktikada determinləşmiş seçmənin ehtimallı seçmə ilə müqayisədə daha reprezentativ olması halı da mümkündür. Lakin ehti- mallı seçmə zamanı seçmə müayinəsi nəticəsində mümkün olan səhvi qiymətləndirmək mümkündür. Əgər tədqiqatçı determinləşmiş seçmə əsasında tədqiqat aparırsa, onda, o, sözügedən seçmənin tədqiqatın məqsədinə adekvatlığını qiymətləndirmək imkanına malik olmur.

Ehtimallı seçmənin tiplərindən biri sadə təsadüfi seçmədir. Sadə təsadüfi seçməni formalaşdırmaq məqsədilə bir neçə metoddan istifadə edilir. Bu seçmənin formalaşdırılması üçün ən əlverişli metod təsadüfi ədədlər cədvəlinə əsaslanmadır. Təsadüfi ədədlər cədvəlinə əsaslanmaqla seçmə məcmuunun formalaşdırılması ardıcıllığı aşağıdakı kimidir: ilk növbddd, baş məcmunun elementlərinə 1-dən N-ə kimi ardıcıl nömrələr verilir; ikincisi, təsadüfi ədədlər cədvəlinin ədədlərinin mərtəbələrinin sayı N ədədindəki kimi olmalıdır; üçüncüsü, seçmə zamanı başlanğıc mövqe təsadüfi şəkildə müəyyənləşdirilməlidir.

Təsadüfi ədədlər cədvəlinə malik olduqdan sonra, gözümüzü yumaraq həmin cədvəldə başlanğıc mövqeni müəyyənləşdiririk. Cədvəldə ədədlər təsadüfi şəkildə gəldiyinə görə, başlanğıc mövqenin belə müəyyənləşdirilməsi elə də böyük əhəmiyyət kəsb etmir. Başlanğıc mövqe dəqiq- ləşdirildikdən sonra cədvəl çərçivəsində istənilən istiqamətlə (aşağı, yuxarı, eninə, uzununa və s.) hərəkət etməklə seçiləcək elementlər müəyyənləşdirilir.

Sadə təsadüfi seçmənin aparılması üçün alternativ metod kimi təsadüfi ədədləri generasiya edən kompyuter proqramından da istifadə edirlər. Lakin bu proqramlardan istifadə olunmaqla generasiyaolunan ədədləri heç də tam təsadüfi hesab etməyənlər də var, belə ki, həmin ədədlər mürəkkəb riyazi modellərin qurulması əsasında əldə edilir. Bü da, onu deməyə əsas verir ki, elementlərin seçilməsində müəyyən mənada subyektiv amil də rol oynayır. Sadə təsadüfi seçmənin formalaşdıniması üçün lotereya metodundan da istifadə edirlər. Lotereya metodundan istifadə olunmaqla seçmənin forma- laşdınlması zamam baş məcmunun nömrələnmiş bütün elementləri bir qaba yerləşdirilir. Qabda elementlər yaxşıca qarışdınlır, sonra həmin elementlər içərisindən ardıcıl olaraq n sayda element çıxarılır. Çıxanimış elementlər seçmə məcmunu əmələ gətirir.

Qeyd etmək lazımdır ki, sadə təsadüfi seçmənin formalaşdıniması baş

məcmunun elementlərinin ardıcıl olaraq nömrələnməsini-elementlərin iden- tifıkasiyasım tələb edir. Baş məcmuunun elementlərinin identifləşdirilməsi aparılmadan sadə təsadüfi seçmənin formalaşdıniması mümkün deyil. Əgər tədqiqatçı sözügedən seçməni formalaşdırmaq imkanma malik deyilsə, onda 0, başqa seçmə müayinəsinin sxemlərini tətbiq etmək məcburiyyətində qalır.

Ehtimallı seçmənin tiplərindən biri təbəqələşmiş seçmədir. Təbəqə- lənmiş seçmə aşağıdakı qaydada həyata keçirilir:


  1. baş məcmuu biri-biri ilə kəsişməyən sonlu alt çoxluqlara aynlır;

  2. hər bir alt çoxluqda və yaxud qrupda sadə təsadüfi seçmə əsasında elementlərinin seçmə məcmuya sərbəst ayrılması həyata keçirilir.

Baş məcmunun ayrıldığı alt çoxluqlar təbəqələr adlamr. Baş məc- muudan aynimış təbəqələr və yaxud alt çoxluqlar biri-biri ilə kəsişmədiyinə görə məcmunun hər bir elementi yalmz bir təbəqəyə daxil olur.

Təbəqələşmiş seçmənin özünün iki növünü-mütənasib və mütənasib olmayan təbəqələşmiş seçmə növlərini fərqləndirirlər. Mütənasib təbəqələşmiş seçmədə hər bir təbəqədən seçmə məcmuda təmsil olunan elementlərin xüsusi çəkisi təbəqənin elementlərinin baş məcmuunun elementlərinin tərkibində tutduğu xüsusi çəkiyə bərabər olur. Məsələn, əgər, bu və ya digər təbəqəyə baş məcmunun elementlərinin Ve-ı daxildirsə, onda seçmə məcmuda həmin təbəqədən olan elementlər həmin məcmunun Vg-ni təşkil etməlidir. Mütənasib olmayan təbəqələşmiş seçmə zamanı seçmə məcmuda ayrı-ayn təbəqələrdən təmsil olunan elementlərin həmin məcmuda xüsusi



çəkisi təbəqələrin tərkibinə daxil olan elementlərin baş məcmunun tərkibində tutduğu xüsusi çəkidən fərqli olur. Bu seçmənin aparılması zamanı iki meyar nəzərə alınır: təbəqənin həcmi və onun dəyişkənliyi.

Qeyd olunan həcmə malik seçmə məcmunun formalaşdırılması zamam' böyük dəyişkənliyə malik təbəqənin elementləri seçmə məcmuda daha çox təmsil olunur, daha doğrusu, böyük dəyişkənliyə malik təbəqənin elementlərinin baş məcmunun elementlərinin tərkibindəki xüsusi çəkisi həfnin təbəqədən ayrılmış elementlərin seçmə məcmunun elementlərinin tərkibindəki xüsusi çəkisindən kiçik olur.

Mütənasib olmayan təbəqələşmiş seçmə mütənasib təbəqələşmiş seçmə ilə müqayisədə baş məcmunun tərkibinin daha dərindən və hərtərəfli öyrənilməsini tələb edir. Bu, daha böyük dəyişkənliyə malik təbəqələrin müəyyən olunması və təbəqələrin dəyişkənlik səviyyələrinin aşkar olunması ilə bağlıdır. Baş məcmunun tərkibində təbəqələrin dəyişkənlik səviyyəsi müəyyənləşdirildikdən sonra, ayrı-ayrı təbəqələrdən seçmə məcmunun tərkibində təmsil olunacaq elementlərinin sayı dəqiqləşdirilir. Seçmə məcmunun tərkibinin belə yanaşma əsasında formalaşdırılması tədqiqat prosesində daha dəqiq nəticələr almağa imkan verir. Ona görə də mütənasib olmayan təbəqələşmiş seçmə əsasında aparılmış “müayinə”nin nəticələri mütənasib təbəqələşmiş seçmə müayinəsinin nəticələri ilə müqayisədə daha dəqiq olur.

Qeyd etmək lazımdır ki, təbəqələşmiş və kvota seçmənin bir sıra oxşar cəhətləri olsa da, bu seçmə növləri biri-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Hər iki seçmə tipində baş məcmunun elementləri ayrı-ayn seqmentlərə bölünür və hər bir seqmentdən seçmə məcmuya elementlər ayrılır. Bu, sözügedən seçmə tiplərinin oxşar cəhətləridir. Lakin təbəqələşmiş seçmədə seçmə məcmuya elementlər ehtimallı metod əsasmda aynldığı halda, kvota seçmədə seçmə məcmuya elementlərin aynlmasımn əsasında tədqiqatçının şəxsi mövqeyi və mühakiməsi durur.

Ehtimallı seçmənin tiplərindən biri də qrup seçmədir. Qrup seçmənin də təbəqələşmiş seçmə ilə müqayisədə bir sıra oxşar və fərqli cəhətləri vardır. Bu seçmə tipinin tətbiqi aşağıdakı iki mərhələdə həyata keçirilir:


    1. Baş məcmuu biri-biri ilə kəsişməyən sonlu alt çoxluqlara (klasterlərə)

ayrılır;

    1. Altçoxluqların təsadüfi şəkildə seçimi aparılır.

Əgər tədqiqatçı seçilmiş altçoxluqların bütün elementlərindən istifadə edərək seçmə məcmunu formalaşdırırsa, onda, bu, birpilləli qrup seçmədir; əgər seçmə məcmuu seçilmiş altçoxluqların elementlərindən ehtimallı seçmə metodu əsasmda formalaşdırılırsa, onda bu, ikipilləli qrup seçməyə aiddir.

Həm təbəqələşmiş seçmədə, həm də qrup seçmədə baş məcmuu biri- biri ilə kəsişməyən alt çoxluqlara ayrıln. Bu, hər iki tip seçmənin oxşar olan

cəhətidir. Lakin qrup seçmə zamanı altçoxluqlarm (qrupların) təsadüfi seçimi aparıldığı halda, təbəqələşmiş seçmə zamanı altçoxluqlardan elementlərin təsadüfi seçimi aparılır. Təbəqələşmiş seçmə zamanı baş məcmuu kəmiyyət xarakteristikaları homogen olan təbəqələrə ayrıldığı halda, qrup seçmə tipinin tətbiqi zamam baş məcmuu özünün mikromodeli şəklində qruplara aynlır. Hər bir qrup (klaster) baş məcmunun elementlərinin çoxcəhət- liliyini özündə əks etdirməlidir.

Sistematik (müntəzəm) seçmə qrup seçmənin növlərindən biridir. Bu növ seçmə vasitəsilə böyük həcmə malik baş məcmunun elementlərinin “müayinə”sini aparmaq mümkündür. Sözügedən seçmənin tətbiqi zamanı baş məcmunun hansısa ixtiyan şəkildə müəyyənləşdirilmiş elementindən başlamış k-cı elementi seçmə məcmuya daxil edilir. Fərz edək ki, baş məcmuu 30 elementdən ibarətdir və həmin elementlərdən sistematik (müntəzəm) seçmə yolu ilə 6-nın seçilib ayniması lazımdır. Bunun üçün, ilk növbədə, elementləri 1-dən 30-a kimi nömrələyir, sonra isə seçmə intervalını tapırlar. Seçmə aparılacaq intervalı tapmamışdan öncə baş məcmunun seçmə aparılan hissəsini F = n/N = 6/30 = Vs kimi müəyyənləşdirirlər. Bu, o deməkdir ki, baş məcmunun hər beş elementlərdən biri seçmə məcmuya

aynlmalıdır. Bundan sonra seçmə intervalı / = y = 6 kimi tapnlar. Bu, o
deməkdir ki, ixtiyan şəkildə başlanğıc mövqe müəyyənləşdirildikdən sonra hər bir beşinci element seçilib aynlmalıdır. Əgər başlanğıc mövqe birinci elementə düşürsə, onda seçmə məcmuya 1-ci, 6-ci, 11-ci, 16-cı və 21-ci və 27-ci elementlər aynlacaqdır.

Müntəzəm seçməni formalaşdırmaq çox asandır. Bunun üçün təsadüfi ədədlər cədvəlinə bir dəfə daxil olmaq (müntəzəm seçmə zamam başlanğıc mövqe təsadüfi şəkildə müəyyənləşdirilir) kifayətdir. Başlanğıc mövqenin təsadüfi şəkildə müəyyənləşdirilməsi müntəzəm seçmənin sonrakı elementlərini birdəfəlik olaraq dəqiqləşdirilmiş olur.

Qeyd edək ki, müntəzəm seçmə birpilləli qrup seçməyə aiddir. Baxılan halda başlanğıc möqvenin müəyyənləşməsindən asılı olaraq 5 qrup formalaşdırmaq mümkündür (başlanğıc mövqe 1-ci ilə 5-ci elementlər ara- smdan təsadüfi şəkildə seçilir). Başlanğıc mövqenin müəyyənləşməsindən asılı olaraq qrupa seçilən elementlərin hamısı “müayinə” edildiyindən sözügedən seçmə birpilləli qrup seçməyə aid edilir.

Müntəzəm seçmə sadə təsadüfi seçmə ilə müqayisədə daha böyük reprezentativliyə malik ola bilər. Bu, müntəzəm seçmə zamam seçilən elementlərin sadə təsadüfi seçmə zamam seçilən elementlərlə müqayisədə baş məcmunu daha yaxşı təcəssüm etdirmə xüsusiyyətləri ilə əlaqədardır.




Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə