Dərs vəsaitindən



Yüklə 0,79 Mb.
səhifə51/140
tarix27.03.2022
ölçüsü0,79 Mb.
#84773
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   140
marketinq-tedqiqatlar qaralama

Ərazi seçmə. Bu zamana qədər müzakirə olunmuş seçmə “müayinə”sinin planlarından istənilən biri baş məcmunun elementlərinin

siyahısının mövcudluğunu nəzərdə tutur. Baş məcmunun elementinin hər birini identifikasiya etməyə imkan verən siyahı sadə təsadüfi, təbəqələşmiş və müntəzəm seçmələrin formalaşdınimasına imkan verir. Sonuncu tip seçmələrin tərtibi üçün isə əlavə informasiyalar da tələb olunur. Aydındır ki, bir çox “müayinə” olunan məcmuular üçün sözügedən siyahının tərtib olunması ya sadəcə mümkün deyil, ya da külli miqdarda məsrəflər tələb edir. Belə olan halda tədqiqatçı qrup seçmədən istifadə edə bilər. Bunun üçün onun sərəncamında seçilib ayırılmış qrupların elementlərinin olması kifayətdir.

Fərz edək ki, tədqiqatçı sənaye sahəsində çalışan ticarət agentlərinin müəyyən xarakteristikalarını:,onlann əməkhaqqını, işə münasibətlərini, işə sərf etdikləri vaxtı və s. öyrənmək istəyir. Aydındır ki, bunun üçün müvafiq siyahının tərtib olunması (əgər, bu, mümkündürsə) kiyayət qədər əmək- tutumlu və çətin bİr işdir. Lakin həmin siyahım tərtib etmədən sadə təsadüfi seçmənin formalaşdınlması mükün deyil. Baş məcmunu sonlu alt çoxluqlara ayırmaqla təbəqələşmiş seçmənin formalaşdırılması isə tədqiqatçıdan ticarət agentlərinin xarakteristikalarına dair əlavə informasiyalara (məsələn, on- lann təhsili və yaşına dair informasiyalara) malik olmam tələb edərdi. Əgər tədqiqatçı, qrup seçməyə müraciət edərsə, onda, o, seçmə vahidləri kimi ayrı-ayrı kompaniyalan götürə və həmin kompaniyalann müvafiq məlumatlarından istifadə edə bilər. Bunun üçün tədqiqatçıya “müayinə”si aparılan baş məcmunun bir neçə firmasımn götürülməsi kifayətdir. Bu halda firmalar seçmə “müayinə”sinin müəyyən mərhələsində ayınlan ilkin seçmə vahidləri olacaq. Tədqiqatçı bundan sonra seçilib ayınimış firmalann işçilərinin siya- hısmı tərtib edə bilər və bu, çox asan bir işdir. Əgər seçilib ayınimış firmalann bütün işçilərinin müayinəsi aparılarsa, onda bu, birpilləli “müayinə”yə aiddir. Tədqiqatçı seçilmiş firmaların işçilərinin siyahısından müəyyən sayda işçiləri seçib ayıraraq “müayinə” apanrsa, onda bu, ikipilləli qrup “müayinə”yə aiddir. Onu da qeyd edək ki, əgər baş məcmunun elementləri rolunda universitet tələbələri çıxış edirsə, onda univerisitetlər qrup (klaster) rolunu oynayır; əgər orta məktəb şagirdləri baş məcmunun elementləri kimi çıxış edirsə, onda məktəblər qrup kimi çıxış edir; əgər stasionar şəraitdə müalicə alan xəstələr baş məcmunun elementləri kimi çıxış edirsə, onda xəstəxanalar qrup kimi və s. götürülür.

Ərazi seçmənin əsasında da yuxarıda nəzərdən keçirilən prinsipə riayət

edirlər. Belə ki, tədqiqat zamam əhalinin dəqiq və sonlu siyahısının tərtib olunması da, demək olar ki, mümkün olmur. Bir çox şəhərlərdə sözügedən siyahı ya sadəcə olmur, ya da həmin siyahıda kifayət qədər köhnəlmiş informasiyalar olur. Belə ki, insanlar fasiləsiz olaraq yerlərini dəyişir, yeni doğulanlar və dünyasını dəyişənlər olur, nikaha girənlər və nikahını pozanlar qeydə alınır və s. Ona görə də, bu və ya digər şəhərlərdə yaşayan ailələrin siyahısı artıq dərc olunduğu andan sürətlə köhnəlməyə

başlayır. Ailələrin dəqiq siyahısının olmadığı belə şəraitdə vəziyyətdən çıxış yolu kimi xəritədə öz əksini tapan və ilkin seçmə vahidləri kimi götürülən dəqiq şəhər rayonu (nisbətən dəqiq əhali siyahısı olan rayon) müəyyənləşdirilir.

Qeyd edək ki, ərazi seçmənin özünün də tiplərini fərqləndirirlər. Onlardan biri birpilləli ərazi seçmədir. Birpilləli ərazi seçməyə dair aşağıdakı nümunəni nəzərdən keçirək. Fərz edək ki, tədqiqatçı orta şəhər ailəsi (ev təsərrüfatı) tərəfindən istehlak olunan şərabın miqdarım və istehlakm miqdarının ailənin gəlirlərindən asılılığını öyrənmək istəyir. Aydın məsələdir ki, bu tədqiqatın apanlması məqsədilə şəhər əhalisinin dəqiq siyahısım tapmaq mümkün olmayacaq. Ona görə də sözügedən problemi aşağıdakı kimi həll etmək olar:


      1. N məcmuu kvartaldan n sayda şəhər kvartalının sadə təsadüfi seçmə yolu ilə ayırılması;

      2. Seçilb ayırılmış kvartallarda yaşayan ailələrin istehlak etdikləri şərabın miqdanmn və onların gəlirlərinin müəyyənləşdirilməsi və seçmə göstəricilərinin bütün məcmuya şamil olunması.

Yuxarıdakı nümunədə bu və ya digər ailənin seçmə məcmuya daxil edilməsi ehtimalı «/Y-ə bərabər olacaqdır, çünki bu ehtimal müvafiq kvar- talın seçmə məcmuya düşmə ehtimalı ilə üst-üstə düşür. Burada ailələrin və kvartalların seçilmə ehtimalları məlum olduğuna görə tətbiq olunan seçmə tipi ehtimallı xarakterlidir. Eyni zamanda, ayırılmış kvartalda olan hər bir ailə seçmə məcmuya daxil olduğuna görə seçmə birpilləlidir. Onu da qeyd etmək lazımdır ki, statistik baxımdan burada kvartallar ideallıqdan uzaqdır, belə ki, konkret kvartalda yaşayan ailələr həm şərabın istehlakı, həm də gəlirlilik baxımdan hetoregenliyə deyil, homogenliyə yaxın olacaqdır. Başqa bir tərəfdən isə, bu halda məlumatların yığılması çox da böyük məsrəflər tələb etməyəcək, çünki “müayinə”yə cəlb olunan ailələr seçilib ayırılmış kvartalların sərhədləri daxilində təmərküzləşmiş şəkildə yaşayırlar.

Ərazi seçmənin tiplərindən biri ikipilləli ərazi seçmədir. Bəzən seçilib ayırılmış qrupların tərkibində olan elementlərin hamısı deyil, onlann müəyyən bir qismi “müayinə”yə məruz qalır. Bu halda tətbiq olunan seçmə metodu tipi ikipilləli ərazi seçmədir. İkipilləli ərazi seçmənin özünün də iki tipini fərqləndirirlər;



  1. Sadə ikipilləli ərazi seçmə;

  2. Kvota ərazi seçmə.

Sadə ikipilləli ərazi seçmə zamanı hər bir ilkin seçmə vahidindən (məsələn, kvartaldan) müəyyən sayda ikinci səviyyəli seçmə vahidləri (məsələn, ailələr) ayırılır. Sadə ikipilləli ərazi seçməni izah etmək üçün aşağıdakı nümunəyə baxaq. Fərz edək ki, 100 kvartaldan ibarət məcmuu mövcuddur və hər bir kvartalda 25 ailə yaşayır. Tutaq ki, bizə mövcud kvartallarda yaşayan 2500 ailədən 100 ailənin seçilməsi tələb olunur. Bu halda

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə