DersliK 9-az new indd



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə26/34
tarix20.09.2017
ölçüsü3,69 Kb.
#1139
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   34

ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
100
Müasir cərəyanların meydana çıxmasına nə səbəb oldu?
RƏSM ƏSƏRİNDƏN FOTOŞƏKLƏ QƏDƏR
Tanış olun
Uzun yüzilliklər ərzində rəs -
samlar onla rı əhatə edən ger-
çəkliyi daha dəqiq təsvir et mə k
üzərində çalışıblar. Onlar təsviri
uzun və üzücü zəhmət tələb et-
mədən gerçəkləşdirmək üsulunu
tapmağa səy göstərirdilər.
Rəssamlar  onların  ətrafın-
da baş verən hər anı sax lamağın
üsul la rı nı ax ta rırdı lar. İn cə sə nə-
tin ta ma mi lə ye ni is ti qa mə ti olan
fotoqrafiyanın
1
kəş fi olub-keçən-
ləri əbə diləşdirməyi mümkünləş-
dirdi. “Foto qra fi ya” anlayışı “işı-
ğın  kö məyi  ilə  rəsm”  de mək dir,
çünki  əvvəlcə  o,  rəsmə  kömək
etmək üçün icad edilmişdi.
Fotoqrafiyanın  tarixini  öy-
rənərkən onun rəngkarlıq əsər-
lərinə  oxşarlığından  öz  ifadə
dilinin axtarışına doğru meyil-
ləndiyini görmək olar.
Həyatdakı  konkret  hadi-
sə lərin  onların  görünən  əşya-
ların timsalında canlandırılmasına əsaslanan yaradıcılıq növləri təsviri 
sənət adlanır. Bu növlər qrupuna heykəltəraşlıq, rəngkarlıq və qrafika
Rəssamlar real təsvirdən abstraksionizmə nə üçün keçdilər?
İncəsənətə dair dialoq
Xatırlayın
22
XVIII əsrin əvvəllərində rəngkarlıq
XIX əsrin fotoqrafiyaları
1
Fotoqrafiya (yun. phos – işıq + grapho – yazıram) – təsviri sənətin yeni növüdür. Burada
işıq, rəng, format, kompozisiya, plan, çəkiliş rakursu – təsviri ifadə vasitəsidir.


ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
101
RƏSM ƏSƏRİNDƏN FOTOŞƏKLƏ QƏDƏR
aiddir. Fotoqrafiya təsviri sənətin daxilində inkişaf edirdi. Bizim günlər-
də bədii fotoqrafiyanı da bu növlər qrupuna daxil etmək məqbul sayılır.
Həm rəngkarlıq, həm də fotoqrafiya obraz və vizual rəmzlər yaratma-
lı olan vizual incəsənətin formalarıdır. Vizual incəsənətin bütün məlum
formaları  arasında  fotoqrafiyanın  rəngkarlığa  təsiri  hamısından  güclü
olub. Yalnız çox az rəssam bu təsirdən uzaqlaşa bilib.
Görünən oxşarlıq, obraza bənzətmə və gerçəklik – bu incəsənət növ-
lərinin xarakterik cəhətidir. Bədii fotoqrafiya sənədli təmələ – konkret
hadisənin şəklinə əsaslanır. Fotoqrafiyanın sayəsində tarixin təşəkkül və
inkişaf yolunu izləmək olar.
Qədim Bakı. Qız qalası
Milli geyimli qızlar
Xurşidbanu Natəvan uşaqları ilə
Fotoqrafiyanın rəngkarlığa təsiri XIX əsrin ikinci yarısında hiss edil-
məyə  başladı.  Rəssamların  əksəriyyəti  təsvirin  kətanda  əksini  almaq
üçün obskura
2
kamerasından istifadə edirdi.
Obskura kamerasında o zamanlar işin görüntüsü və ötən illərin aparatları 
2
Obskura kámerası (lat. camera obscūra – qaranlıq otaq) – obyektlərin optik təsvirini
almağa imkan verən qurğunun (qutu) ən sadə növü. İşıq şüaları dəliyin içindən keçərkən
ekranda çevrilmiş təsvir yaradır.


ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
102
RƏSMDƏN FOTOŞƏKLƏ QƏDƏR
Leonardo da Vinçi, Velaskes, Karavacсo və bir çox başqa rəssamlar öz
əsərləri üzərində çalışarkən linzalardan, güzgülərdən, həmçinin bir çox
başqa optik cihazlardan istifadə etmişdilər.
Fotoqrafiya yalnız təsviri sənət üçün deyil, bütün təsviri mədəniyyət-
də həyati əhəmiyyət daşıyan ünsürə çevrildi. 1859-cu ildə Parisdə ənənə-
vi incəsənət sərgisində yeni incəsənət növü kimi fotoqrafiyaya ilk dəfə
yer ayrıldı. Artıq 1863-cü ildə Fransa fotoqrafiyanı rəsmi olaraq yeni in-
cəsənət forması kimi tanıdı.
Fotoaparat – karandaş və ya fırça kimi bir vasitədir. Heç bir foto in-
sanın iştirakı olmadan çəkilə bilməz. İnsanın çəkiliş prosesində iştirakı
nə  qədər  çox  yaradıcı  xarakter  daşıyırsa,  fotoşəkil  də  incəsənətə  bir  o
qədər çox yaxın olur.
Rəngkarlıqla fotoqrafiya arasında oxşarlıq kifayət qədər çoxdur. Hər
şeydən əvvəl, rəngkarlıq və fotoqrafiya konkret məqamı qeydə almağı və
onu düzgün çatdırmağı bacarır. Rəsmdə olduğu kimi, fotoşəkildə də əsas
rol onun fikrini ifadə edə bilən yaradıcısına məxsusdur.
İmpressionistlərin incəsənət aləminə necə güclü təsir etdikləri hamı-
mıza  məlumdur.  Belə  hesab  edilir  ki,  impressionizm  öz  məşhurluğuna
görə daha çox məhz fotoqrafiyaya borcludur.
Adətən,  rəssamlar  təbiətdə  etdikləri  qaralama  cızgilərdən  istifadə
edərək studiyada çalışırdılar. İmpressionistlər isə bunun əksini edir, kə-
tanı,  boyaları  götürüb  təbiətin  qoynuna  çıxır  və  həmin  məqamda  gör-
düklərini naturadan birbaşa kətana köçürürdülər. Onlar işığın təsiri ilə
baş  verən  incə  dəyişiklikləri  qeydə  alaraq  ötəri  işıq  effektini  tutmağa
cəhd göstərirdilər.
Müasir fotosərgi
Pyer Ogüst Renuar.
 “Mulen de la Qalettdə bal”. 1876.
Gəmidə bal. Foto


ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
103
RƏSMDƏN FOTOŞƏKLƏ QƏDƏR
Fotoqrafiya  –  müasir  incəsənətin  yaranmasına  gətirib  çıxaran  yeni
təsvir üsuludur. Fotoqrafiya impressionizm, simvolizm, abstraksionizm,
kubizm, sürrealizm, konstruktivizm və digər istiqamətlər kimi dövrün
qrafika və rəngkarlığı ilə yaxınlaşmağa cəhd edirdi. Zaman keçdikcə belə
bir effektə nail olmaqdan ötrü fotoqraflar xüsusi çəkiliş və çap texnika-
sından istifadə edirdilər.
Abstrakt  fotoqrafiya
çəkilən  təsvirin  hökmən
tanınmalı  olduğunu  rədd
edir.  Abstrakt  incəsənət
bir cərəyan kimi rəngkar-
lıqdan  fotoqrafiyayadək,
demək olar ki, bütün təs-
viri  sənət  növlərini  əha tə
etmişdi.
Sürrealist  üslubda  olan
fotoqrafiya sanki sürrealist
rəngkarlıqdır: obyektlərin
qəribə  yığını  ilə  doludur.
Müəlliflər  be lə  işlərdə  re-
allıqdan  üz  döndərir,  fan-
taziya  və  yu xugörmələrə
müraciət  edə rək  onlardan
götürdükləri  rəmzləri  bə-
dii obrazlara köçürürlər.
Portretin fotoçəkilişi foto qra fi yanın yaranması ilə eyni vaxtda mey-
dana gəlib. Foto sə nətinin rəngkarlıq və qrafikanın birbaşa təsiri altında
tə şəkkülü məhz portret janrında baş verir.
İstənilən yerdə insanın fo to şəklini çəkmək olar: studiyada, parkda…
Lakin  hər  fotoşəkli  portret  hesab  etmək  olmaz.  Məhz  bir  nəfərə  və  ya


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə