DersliK 9-az new indd



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə23/34
tarix20.09.2017
ölçüsü3,69 Kb.
#1139
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   34

AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
85
FƏRHAD XƏLİLOV: ABŞERON MOTİVLƏRİ
Birinci mərhələ – doğma landşaftla bağlı, lakin Avropa avanqardının
müəyyən ənənəsinin təsiri hiss olunan rəngkarlıq nümunələrinin yaran-
dığı dövrdür.
İkincisi isə rəssamın öz əvvəlki dünyaduyumuna tapınaraq mütərəqqi
ifadə vasitələrinə tam keçid mərhələsidir.
Fərhad Xəlilovun yaradıcılığının təməli – onun sabiq sovet incəsənə-
tinə öz mənzərələri ilə daxil olmasıdır. Dəniz, torpaq, səma rəssamın tab-
lolarında yüksək əhəmiyyət kəsb edir. Təbiət onun əsərlərində rəssamın
qeyri-adi poetik hissi ilə vəcdə gəlir, adi həyatın mənasını aça bilmədiyi
sirləri özündə qoruyur.
Fərhad Xəlilov son on il lik dəki öz abstrakt əsər ləri ilə təkcə müasir
incəsənətin dün ya cərəyanına tam daxil ol mur, o həm də öz yaradıcılığı-
nın özünəməxsusluğunu nümayiş etdirməkdə davam edir.
Müəyyən edin
1. 
F.Xəlilovun əsərlərində əsas mövzular nədən bəhs edir?
Yaradıcı fəaliyyət
2. 
“Abşeron  motivləri”  adlı  rəsm  çəkin.  Bu,  fəsillərin  dəyişdiyi  mən-
zərə, bol məhsullu natürmort, yaxud milli adət-ənənələri əks etdirən
süjetli əsər ola bilər.
3. 
F.Xəlilovun yaradıcılığı haqqında əlavə məlumat toplayın və təqdi-
mat edin.
Təchizat: rəngli karandaşlar, pastel təbaşırlər, quaş
 
Sərbəst iş üçün tapşırıqlar

F.Xəlilovun yaradıcılığının əsas xüsusiyyətləri nədir?
Özünüzü yoxlayın
«İşıq». 2004
«Görüş 2». 2003


AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
86
Rəssam əsərində bir neçə üslubu sintez edə bilərmi? Nümunələr gətirin.
SAKİT MƏMMƏDOV:  KLASSİK və MÜASİR 
 
ÜSLUBUN SİNTEZİ
Tanış olun
Azərbaycan  incəsənətinin  dünyada  təbliğində  böyük  xidmətləri  ol-
muş istedadlı rəssamlarımızdan biri də Sakit Məmmədovdur.
O hələ məktəb illərində artıq rəssam olacağını müəyyənləşdirmişdi.
Rəssam  gənc  yaşlarından  öz  dəstxəti  və  üslubunun  yaranmasına  can
atırdı. Onun tələbəlik işləri dəfələrlə sərgilərdə nümayiş etdirilmiş, bö-
yük uğurla qarşılanmışdı. Sakit Məmmədov rəngkarlıq əsərlərini onla-
rın bütün detal və incəliklərini – rəng, ton, forma, üslub və cərəyanları
öyrənərək  yaradırdı.  Zaman  keçdikcə  o,  şux  kolorit  və  qüsursuz  kom-
pozisiyanın  hakim  olduğu  öz  dəstxətini  dəqiqləşdirdi.  O,  ətraf  mühiti
tükənməz rəng zənginliyi ilə görən rəngkardır.
Onun istedadının formalaşmasına müxtəlif dövrlərin rəssamları tə-
sir  göstərmişdir.  Sakit  Məmmədov  Şərqin  dərin  fəlsəfi  düşüncəsini  və
təmtəraqlı şux boyalarını rəngkarlığa gətirdi. Rəssamın uğurunun sə-
bəblərindən biri də onun yaradıcılığında müasir və klassik üslubun sin-
tezini yarada bilməsidir.
Rəssamın hər bir əsəri həm də müəmma və xəfi fl iyi ilə fərqlənir. Sa-
kit Məmmədovun istedadı məhz portretlərdə daha dolğun ifadə olunur.
İmpressionist rəssamlar, adətən, hansı mövzulara üstünlük verərdilər?
İncəsənətə dair dialoq
Xatırlayın
20
Təsviri sənət qalereyası
“Aktrisa”. 1996
“Küsmüş mələk”. 1998 
“Nərgiz”. 1997


AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
87
SAKİT MƏMMƏDOV: KLASSİK və MÜASİR ÜSLUBUN SİNTEZİ
Yaşadığı illər
Doğulduğu yer
Təhsili
Ad və mükafatları
Üslub və texnika
Əsərlərin mövzusu
Məşhur əsərləri
05.08.1958
Neftçala rayonu, Azərbaycan
Əzim  Əzimzadə  adına Azərbaycan  Dövlət  Rəssamlıq
Məktəbi (1974–1978), İ.Repin adına Leninqrad Rəs-
samlıq Akademiyası (1982–1987)
Azərbaycanın əməkdar rəssamı, “Vətən övladı” orde-
ni,  “Böyük  cəngavər”  qızıl  ulduzu,  Rusiya  İmpera-
tor Rəssamlıq Akademiyasının medalı, “Xidmətlərə
görə  imperator  I  Aleksandr”  ordeni,  “Leonardo  da
Vinçi”  medalı,  “Mosart”  medalı,  Dünya  Rəssamlıq
Akademiyasının  medalı, Avropanın  “Şərəf”  ordeni,
İtaliyanın qızıl medalı, “Dostluq” ordeni
rəngkarlıq
portret, süjetli əsərlər, mənzərə
“Qızımın portreti”, “Nüşabə”, “İtaliyalı qız”, “Güzgü qar-
şısında”, “Yaşasın İstanbul”, “Yorğun şəhər”, “Ad günü”,
“Həzin  musiqi”,  “Suriyalı  rəssam”,  “Filosof”,  “Melodi-
ya”, “Adəm və Həvva”, “Yatmış mələk”, “Türk motivi”,
“Leninqrad  xatirələri”,  “Rəfi qələr”,  “Dədə  Qorqud”,
“Məhəbbət”, “Bayram axşamları”, “Arzu”, “Şah İsmayıl
Xətai”, “Gəncə simfoniyası” və s.
Sakit Qulam oğlu Məmmədov
Həyat xronologiyası
GÖRKƏMLİ SƏNƏTKARLAR
Onun portretlərində simalar sanki zamanın axarından qoparaq əbədiyyət
üçün həkk edilib.
O, portretləri insan qəlbinə dərindən nüfuz edərək çəkir və bu, rəs-
samın əsl istedadının əsas fərqli xüsusiyyətidir. Lakin rəssamın yaradı-
cılığının ana xəttini qadın portretləri təşkil edir. S.Məmmədov zərifl iyi,
safl ığı, nəcib ləyaqəti və ruhun gözəlliyini çatdıran xeyli sayda qadın si-
masını kətan üzərində canlandırıb.
İncə zövq və ölçü hissi rəssamın bayağılıq hüdudunu keçməyə qoy-
mur, onun hər mənzərəsi, əsasən, təbiət gözəlliyinin doğurduğu ovqat
kimi baxılır. Rəssamın palitrası daha çox ilıq noxudu rənglə dolğun ma-
vinin çalarlarından, zeytun yaşılı və tünd-qəhvəyi rənglərdən ibarətdir.
Məkana  bütövlük  bəxş  etməsi  əsərlərinə  dərinlik  və  xüsusi  ifadəlilik
bəxş edərək təbiətin əsrarəngiz gözəlliyini və möhtəşəmliyini duymağa
imkan verir.


AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
88
SAKİT MƏMMƏDOV: KLASSİK və MÜASİR ÜSLUBUN SİNTEZİ
İmpressionist rəssamların və Sakit Məmmədovun üslub tərzi arasında fərq 
nədədir?
Düşünün və izah edin
Müəyyən edin
1. 
S.Məmmədovun əsərlərində kompozisiya, kolorit və mövzunun məz-
munu nədən ibarətdir?
Yaradıcı fəaliyyət
2. 
Tanınmış sima, məşhur insan və ya dostunuzun portretini çəkin.
Təchizat: pastel təbaşırlər, akvarel
 
Sərbəst iş üçün tapşırıqlar
Sənətkar məsləhəti
Akvarel ilə portreti çəkmək üçün əvvəlcə sifətin eskizini qaralama et-
mək lazımdır. Sonra isə akvarel texnikasında verilmiş portreti mər-
hələlərdən istifadə edərək çəkə bilərsiniz.
Sakit Məmmədov – Azərbaycanda ilk dəfə əsasını qoyduğu opalizm
məktəbinin yaradıcısıdır. Opalizm – əsərin təsvir üslubudur. Opal daşı –
zərgərlik sənətində geniş istifadə edilən mineraldır. Sakit Məmmədovun
əsərləri də hər bir opal daşının rəngarəngliyi və parıltısı kimi bir-birinə
bənzəmir.
Rəssamın  əsərlərindəki  parlaq  qırmızı,  əlvan  göy,  mavi,  sarı  kimi
dolğun rənglər onun tamaşaçısını valeh edir. Ən maraqlısı isə odur ki, bu
rənglər sanki bir-biri ilə qarışır və eyni anda parlayır.
Sakit Məmmədov bir çox janrlarda eyni uğurla işləyən müasir rəssam-
lardandır. Rəssamın işlərinin əsas hissəsi onun şəxsi qalereyasında saxla-
nılır. Onun əsərləri Rusiya, Qərbi Avropa və ABŞ-da əksər muzey və şəxsi
qalereyaları bəzəyir.
Sakit Məmmədovun yaradıcılığı haqqında sayt:
http://sakitmammedov.com/


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə