DersliK 9-az new indd



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə19/34
tarix20.09.2017
ölçüsü3,69 Kb.
#1139
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   34

AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
71
Rəngkarlıq əsərinin məzmunu dedikdə nə başa düşülür?
TAHİR SALAHOV: NEFT MÖVZUSU
Tanış olun
Mövzu üzrə rəsm əsərləri geniş məzmunlu olduğu üçün bu kateqoriyaya
tarixi, hərb və məişət səhnələri, insan həyatında gündəlik baş verənlər və ən
aktual hadisələr, insanlara və təbiətə ümumiləşdirilmiş fəlsəfi baxışlar təsvir
olunmuş əsərlər aid edilir. Bəzən bütün bu hadisələr bir əsərdə də cəmləşir.
Rəssamın mövzu üzrə əsərlərdə qarşısına qoyduğu məsələlər müxtəlif olur.
Təsviri sənətdə süjetli (tematik
1
) tablo – ümumi mövzu və ya təsvir
obyektlərini birləşdirən bədii əsərlərin məcmusudur.
Müasir dövrümüzün məşhur Azərbaycan rəssamlarından biri, ən çox
süjetli əsərlərin yaradıcısı Tahir Salahovdur.
Tahir Salahov yaradıcılığında neft mövzusuna xüsusi yer verir. Bakı
şəhəri – neftçi əməyinin romantik məkanı hesab edilir. Şəhər neftlə, neft
hasilatı  ilə  sıx  bağlıdır.  Bu  mövzu  hər  zaman  rəssamları  cəlb  edib.  O,
dəfələrlə kətan üzərində Bakı neftçisinin obrazını yaratmışdır. Rəssamın
V.İ.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunda müdafi ə etdiyi
“Növbədən qayıdanlar” adlı diplom işi də bu mövzudadır. Sankt-Peter-
burq Rəssamlıq Akademiyasının kolleksiyasında saxlanılan sənət əsərin-
Süjetli əsərlərin janr müxtəlifl iyinin hər biri haqqında danışın.
İncəsənətə dair dialoq
Xatırlayın
16
Süjetli əsərlər
Mifoloji janr
Batal janrı
Tarixi janr
Məişət janrı
Animalistika
Rəsm əsərlərində verilmiş mövzular nədən bəhs edə bilər?
Düşünün və izah edin
1
Tematik  janr  (rus.  тема  –  mövzu)    –  süjetli  əsərlərin  müxtəlifl iyidir.  Buraya  tarixi,
məişət, batal, animalistik, mifoloji və digərləri daxildir.


AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
72
TAHİR SALAHOV: NEFT MÖVZUSU
Təsviri sənət qalereyası
Tahir  Salahovun  “Təmirçilər”,
“Q.Qarayevin  portreti”  və  “Səhər
eşelonu” kimi əsərləri hələ 1962-ci
il  Venesiya  biennalesində
3
 böyük
maraq  doğurub.  Onun  ən  məşhur
əsərləri arasında “Xəzər üzərində”
(1961), “Xəzərdə sübh çağı” (1986)
və  bu  kimi  sənət  incilərini  xüsusi
qeyd etmək lazımdır.
də iş növbəsindən qayıdan və addımlayan gənc fəhlələr təsvir olunmuş-
dur. Kompozisiya T.Salahov tərəfi ndən əsası qoyulmuş “sərt
2
 üslubda
işlənmişdir.
T.Salahovun əsərləri təkcə sənət bilicilərinin deyil, sadə insanların da
diqqətini cəlb edir. Həyatın real və səmimi təsvir olunması əsl həqiqət-
ləri üzə çıxarır, incəsənət vasitələrinə maraq yaradır. T.Salahovun neft-
çiləri mifi k – qüvvətli qəhrəmanlar, monolit qayalar kimi təsvir edilib.
2
Sərt üslub – 1950-ci illərin sonu – 1960-cı illərin əvvəlində yaranmış rəngkarlıq üslubu.
3
Biennale – hər iki ildən bir keçirilən bədii sərgi, festival və ya yaradıcılıq müsabiqəsi.
1.“Təmirçilər”. 
1960
1
2
“Növbədən 
qayıdanlar”. 
1957
2. “Abşeron qa-
dınları”. 1967
“Xəzərdə səhər” (fraqment). 1986


AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
73
TAHİR SALAHOV: NEFT MÖVZUSU
Neft mövzusunda əsərlərini yaratmazdan qabaq rəssam uzun müddət
bu  sadə  neftçilərlə  yaşamış,  onlarla  birlikdə  “Neft  daşları”na  –  buruq
platformasına getmişdir. Əsərlərindəki obrazlar rəssamın tanış olduğu
və dostlaşdığı neftçilərdir.
T.Salahovun “Abşeron qadınları” əsəri ana və bacıların dənizdə olan
öz yaxınlarına görə keçirdiyi həyəcanı ifadə edir.
T.Salahovun  neftçilərinin  sərt  görünüşləri  əmək  adamlarının  tale-
yini, təbiətlərindəki sadəliyi, mətanəti, xeyirxahlığı ifadə edir. Rəssam
üçün xırda bir detalın da böyük mənası var. Estakada, platforma və üzü
küləyə gedən fəhlələrin təsvirində buna tez-tez rast gəlmək olar.
Rəssamı doğma torpaq və Xəzərlə bağlı olan hər şey maraqlandırır.
Təsadüfi  deyil  ki,  rəssamın  yaradıcılıq  emalatxanası  kiçik  Nardaran
qəsəbəsində,  natürmort  və  mənzərə  rəsmlərini  çəkdiyi  dəniz  sahilində
yerləşir: onların hamısında Xəzərin enerjisi hiss olunur.
Yaşadığı illər
Doğulduğu yer
Təhsili
Ad və mükafatları
Üslub və texnika
Əsərlərin mövzusu
Məşhur əsərləri
29.11.1928
Bakı, Azərbaycan
Ə.Əzimzadə  adına  Bakı  Rəssamlıq  Məktəbi  (1945–
1950),  V.Muxina  adına  Leninqrad  (indiki  Sankt-Pe-
terburq) Ali Rəssamlıq-Sənaye Məktəbi (1950–1951),
V.İ.Surikov adına Mos kva Döv lət İncəsənət İnstitutu
(1951–1957)
Azərbaycan SSR-in xalq rəssamı (1963), “Lenin” or-
deni, “Qırmızı Əmək Bayrağı” ordeni (SSRİ) (1971),
SSRİ xalq rəssamı (1973), “İstiqlal” ordeni, “Heydər
Əliyev”  ordeni  (2008),  Sosialist  Əməyi  Qəhrəmanı,
“Fəxri legion” ordeni (Fransa, 2015)
rəngkarlıq, qrafika
portret, natürmort, mənzərə, süjetli əsərlər
“Neft  daşlarında”  (1955),  “Çənlər”  (1959),  “Bəstəkar
Qara  Qarayevin  por t reti”  (1960),  “Bəşəriyyət  naminə”
(1961),  “Böyük  kanal.  Venesiya”  (1962),  “Şirvanşahlar
sarayı” (1966), “Rəsul Rzanın portreti” (1971), “Narda-
ran kəndi” (1974–1975), “Günəşli səhər” (1980), “Roma”
(2000), “Qreko qəhvəxanası. Roma” (2002) və s.
Tahir Teymur oğlu Salahov
Həyat xronologiyası
GÖRKƏMLİ SƏNƏTKARLAR


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə