DersliK 9-az new indd



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə16/34
tarix20.09.2017
ölçüsü3,69 Kb.
#1139
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   34

AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
60
MİKAYIL USEYNOV: MEMARLIQDA KONSTRUKTİVİZMİN PRİNSİPLƏRİ
M.Useynovun  yaradıcılığının  ilkin  mərhələsi  sovet  memarlığında
konstruktivizm dövrü ilə üst-üstə düşürdü. Bakı 1920–1930-cu illərdə
Cənubi Qafqazın ən mühüm sənaye və intellektual mərkəzi idi. O zaman
hələ çox gənc olan memar M.Useynov ümumi ruh yüksəkliyindən ilham-
Yeni tərzdə əsərlər yaratmaqla yanaşı, M.Useynov yaradıcılıq axta-
rışlarında sırf ənənəvi – Azərbaycan milli üslublarına da toxunurdu. Belə
ki, 1924-cü ildə Mikayıl Useynov tərəfindən Şirvanşahlar sarayı komp-
leksinin ölçülərinin dəqiqləşdirilməsi mütəxəssislərin arasında sensasi-
ya doğurmuşdu. Ənənəvi üslubda nümunəvi layihələrindən biri XII əsr
Azərbaycan  şairi  və  mütəfəkkiri  Nizami  Gəncəvinin  məzarı  üzərində
abidə müsabiqəsində qalib gələn (1926-cı il) layihəsidir. Onun layihələri
əsasında Bakıda, Gəncədə, Nax çıvanda, Azərbaycanın digər şəhər və ra-
yon larında binalar ti kilib.
Yaşadığı illər
Doğulduğu yer
Təhsili
Ad və mükafatları
Üslub və texnika
Məşhur əsərləri
06(19).04.1905 – 07.10.1992
Bakı, Azərbaycan
Azərbaycan Politexnik İnstitutu (indiki Azərbaycan
Texniki Universiteti) (1922–1929)
Azərbaycanın əməkdar incəsənət xadimi (1940), “Le-
nin” ordeni (1946, 1958), memarlıq doktoru (1950),
Azərbaycan SSR Dövlət mükafatı laureatı, SSRİ xalq
memarı  (1970),  Sosialist  Əməyi  Qəhrəmanı  (1985),
Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının
prezidenti (1992) və s.
memarlıq; konstruktivizm
Bayıl  qəsəbəsində  fabrik-mətbəx  (1930,  hazırda  do-
ğum  evi),  Tibb  İnstitutu  tələbələri  üçün  yataqxa-
na  (1934),  Azərbaycanın  Moskvadakı  Ümumittifaq
Kənd  Təsərrüfatı  Nailiyyətləri  Sərgisində  Azərbay-
can pavilyonu (1939), Azərbaycan Texniki Universi-
teti (memar S.Dadaşovla birlikdə), Bakı metrosunun
“Nərimanov”  stansiyası  (1967),  “Nizami”  stansiyası
(1976), “Elmlər Akademiyası” stansiyası (1985) və s.;
Bakı şəhərində Səməd Vurğunun heykəli (heykəltəraş 
F.Əbdürrəhmanovla birlikdə), Nizaminin heykəli (hey-
kəltəraş F.Əbdürrəhmanov və memar S.Dadaşovla bir-
likdə) və s.
Mikayıl Ələsgər oğlu Useynov 
Həyat xronologiyası
GÖRKƏMLİ SƏNƏTKARLAR


AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
61
MİKAYIL USEYNOV: MEMARLIQDA KONSTRUKTİVİZMİN PRİNSİPLƏRİ
M.Useynov  yaradıcılıq  baxımından  həqiqətən  də  tükənməz  memar
idi. Onun zəngin irsinə 200-dən artıq layihəsi daxildir və demək olar ki,
hər biri gerçəkləşdirilib. Yaradıcı irsdə ən başlıcası – ənənələrə hörmət
və ondan bədii təcəssümlü formalarda istifadədir.
Dünya memarlıq irsinin və ən yeni meyillərin bilicisi olan Mikayıl Usey-
novun dünyagörüşü öz xalqının milli mədəniyyətindən formalaşmışdı.
Onun yaradıcılığı müasir Azərbaycan memarlığında yeni bir dövr aç-
mış və bu sənəti beynəlxalq miqyasda tanıtmışdır. Mikayıl Useynov milli
Azərbaycan  memarlığını  bənzərsiz,  nadir  dəstxəti  ilə  önəmli  dərəcədə
zənginləşdirmişdir.
Memarlıqda  konstruktivizmin  banisi  Le  Korbuzye  sayılır.  O,  memarlıqda
yenilik edərək binanın konstruktiv hissələrindən fasada gözəllik verən element-
lər  kimi  istifadə  etmişdir.  Le  Korbuzye  yaradıcılığında  konstruktivizmın  beş
prinsipindən istifadə edirdi: sütunlar üzərində dayanan tikili, fasadın sərbəst
kompozisiyası, zolaqvarı pəncərələr, konstruksiya daxilində sərbəst planlaşdır-
ma, düz terras-dam.
Bilirsinizmi?
Müəyyən edin
1. 
Müxtəlif mənbələrdən istifadə edərək müasir və keçmiş illərin memar-
lığının xüsusiyyətləri haqqında danışın.
Təchizat:  rəngli  karandaşlar,  flomasterlər,  rəngli  qələmlər,  akvarel, 
rəngli kağız, karton
 
Sərbəst iş üçün tapşırıqlar
lanaraq  memarlığın
yeni dilini öyrənməyə
cəhd göstərirdi.
Memar M.Useyno-
vun  əsl  yetkin  yara-
dıcılıq  dövrü  müasir
Azərbaycan  memarlı-
ğının  yaranmasında
milli irsin yeri və rolu-
nun  dərk  edilməsi  ilə
başladı. Memar yarat-
dığı bir çox tikililərdə
Azərbaycan  milli  me-
marlıq elementlərindən başqa, həm də Şərq forma və motivlərini tətbiq
etmişdir. Bu tikililər arasında Moskvada Ümumittifaq Kənd Təsərrüfatı
Nailiyyətləri Sərgisində Azərbaycan pavilyonunu, Bakı metrosunun “Ni-
zami” stansiyasını və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyini nümunə göstərmək olar.
Elm işçilərinin yaşayış evi


AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
62
Yaradıcı fəaliyyət
2. a) 
Dünyanın  hər  hansı  bir
paytaxt şəhərinin kon struk-
tivizm  nümunəsi  olan  ən
məş hur,  onun  “vizit  kartı”
sa yılan  tikilisinin  siluetini
çə kin  və  ya  qara  kağızdan
kəsib hazırlayın.
Məsələn, Fransanın paytaxtı
Parisdə ucalan Eyfel qülləsi.
 b) 
Konstruktivizm üslubunda ictimai və ya yaşayış binasının eski-
zini çəkin. Tikilinin görünüşü sütunlar üzərində dayanan iri şüşəli
və düz səthli ola bilər. Binanın eskizini elə çəkin ki, o həm qarşıdan,
həm də yandan görünsün; məsələn:
3. 
M.Useynov haqqında əlavə məlumat toplayın və təqdimat hazırlayın.
MİKAYIL USEYNOV: MEMARLIQDA KONSTRUKTİVİZMİN PRİNSİPLƏRİ

XX əsrin əvvəllərində memarlığın inkişafının əsas ideya və prinsipləri
 hansılardır?
Özünüzü yoxlayın


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə