DersliK 9-az new indd



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə15/34
tarix20.09.2017
ölçüsü3,69 Kb.
#1139
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   34

XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
53
ALBERTO CAKOMETTİ: HEYKƏLİN ZƏRİF SİLUETİ
Təqdim olunmuş siluetlərdə müx təlif idman növlərini müəyyənləşdirərək 
öz heykəl seçiminizi edin.
Yapmadan əvvəl h ərəkətdə olan idmançıların eskizini çəkmək mümkündür.
İdmançıların hərəkət anlarının eskizləri
3. 
A.Cakometti və onun yaradıcılığı haqqında əlavə məlumat toplayın
və təqdim edin.

Sürrealizmin inkişafında A.Cakomettinin hansı rolu olmuşdur?
Özünüzü yoxlayın


XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
54
Pol Sezann
Pablo Pikasso
Vasili
Kandinski
ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR
1.
 
Verilmiş əsərlərin müəllifini müəyyən edin.
Özünüzü yoxlayın
“Şaftalılar və armudlar”. 1880-ci illərin 
sonu. A.S.Puşkin adına Dövlət Təsviri Sənət 
Muzeyi. Moskva, Rusiya
“Ağlayan qadın”. 1937. Teyt Qalereya sı. Lon-
don, Böyük Britaniya
“Yarıuzanmış ana körpəsi ilə”. 1983. Texnika: bürünc.
“Cənub  (Tunis)  bağları”.  1919.  Şəxsi  kollek-
siya


XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
55
Henri Spenser 
Mur
Pol Kli
“Kəsişən xətt”. 1923. Düsseldorf. Şimali Reyn vilayətinin 
rəssamlıq toplusu. Vestfaliya, Almaniya
Naum Qabo
2.
 
Sənətkarların yaradıcılığı və yaratdığı əsərlər hansı üslub və
cərəyanları əhatə edir?
“Baş №2”. 1916. Polad. Teyt Qalereyası. London, 
Böyük Britaniya
“Kral və kraliça”. 1953–1955. Texnika: bürünc. 
Middelheymdə açıq səma altında heykəltəraşlıq mu zeyi. 
Şotlandiya


XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
56
“Mavi səmadan odlu çarxa doğru nərdivan”. 1953. Şəxsi 
kolleksiya
“Sürrealist masa”. 1933
Xuan Miro 
Alberto 
Cakometti
Salvador Dali
3.
 
Sənətkarların hansı növ və janrda fəaliyyət göstərdiklərini sa-
da layın.
“Yaddaşın daimiliyi”. 1931. Müasir İncəsənət Muzeyi. Nyu-York, 
ABŞ
Sürrealist divan. 1974.


POL SEZAN: KOMPOZİSİYA, FORMA VƏ RƏNG  
AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
57
XX  əsrin  əvvəllərində Azərbaycan  təsviri  sənətində  müasir 
cərəyanlar bir-birini əvəz edirdi. Onların meydana gəl mə si 
ilə rəssamlar tərəfi ndən bir çox təcrübələr sınaqdan keçirildi. 
Lakin rəssamlar öz əsərlərində hər zaman sadiq qaldıqları 
 realist  və  milli  üsluba  üstünlük  verərək  vəhdət  yaratmağa 
nail oldular.
AZƏRBAYCAN
TƏSVİRİ SƏNƏTİNDƏ
MÜASİRLİYİN
ƏKSİ


AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
58
MİKAYIL USEYNOV: MEMARLIQDA
KONSTRUKTİVİZMİN PRİNSİPLƏRİ
Tanış olun
XX əsrin incəsənəti bütün növləri ilə yanaşı, müasir memarlığı da əhatə
etmişdir. Memarlıqda ən geniş inkişaf etmiş istiqamət konstruktivizm idi.
“Qənaət, fayda və gözəllik” – kon struktivizmin əsas devizi idi.
Bu üslubun yaranmasının ilkin işartıları XIX əsrin sonlarında özü-
nü göstərdi. Memarlar daş və ağacdan imtina edərək şüşə, dəmir-beton
konstruksiyalardan istifadə sayəsində irihəcmli tikililər yaratmağa nail
oldular.
Azərbaycan  konstruktivizminin  görkəmli  nümayəndəsi,  sovet  me-
marlığının  yaradıcılarından  biri  olan  memar  Mikayıl  Useynov  XX  əsr
milli memarlıq tarixində xüsusi yer tutur. Müasir Bakı şəhər memarlı-
ğının ən yaxşı nümunələrinin müəllifi Mikayıl Useynovdur. Həmin nü-
munələrin ideyası və ifadə üslubu indi də paytaxtımız üçün aktuallığı-
nı  saxlamaqdadır.  Bu  sənətkarın  yaradıcılığında  ən  vacib  olan  məqam
–  dünya  memarlığının  qabaqcıl  və  yeni  meyillərindən  imtina  etmədən
Azərbaycan memarlığına milli koloriti gətirməsidir.
Sizin fikrinizcə, konstruktivizm incəsənətin hansı növlərində əks olu-
na bilər?
Konstruktivizmin əsas xüsusiyyətləri hansılardır?
İncəsənətə dair dialoq
Xatırlayın
13
Bakı şəhərində M.Useynovun layihələri əsasında inşa edilən bu binaların ad-
larını söyləyin və onların ümumi cəhətləri haqqında danışın.
Düşünün və izah edin
Memarın 1929–1934-cü illərdəki fəaliyyətinin qısa dövrü konstruk-
tivizmi əhatə edir.


AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
59
MİKAYIL USEYNOV: MEMARLIQDA KONSTRUKTİVİZMİN PRİNSİPLƏRİ
Onun layihələndirdiyi tikililər milli memarlıq üslubu ilə seçilib. O,
sonradan Şərq və Qərb memarlıq məktəbinin sintezindən yararlanaraq
əzəmətli  yaşayış  və  ictimai  binaların  layihələrini  hazırlayıb.  Onlardan
bu gün Bakının yaraşığı olan Bakı Musiqi Akademiyasının, M.F.Axun-
dov adına Milli Kitabxananın, Milli Elmlər Akademiyasının binalarını
göstərmək olar.
M.Useynov  hələ  Azərbaycan  Politexnik  İnstitutunun  (indiki  Azər-
baycan Texniki Universiteti) tələbəsi olarkən onun konstruktivizm üs-
lubunda  yaratdığı  layihələrin  bir  qismi  reallaşmışdır.  Bu  layihələrdə
həndəsi lakonizm, üfüqi və şaquli xətlərin kəsişməsi, həcmli formaların
səthlərin, bütöv kütlənin və şüşəli səthlərin ziddiyyəti vurğulanırdı.
İşlək dam örtükləri, yüngül talvarlar, qalereyalar, artırmalar, günlük-
lər – isti iqlim üçün daxili həyət kimi vacib elementlər bütün tikililərin
dəyişməz  atributu  idi.  M.Useynov  hələ  ali  təhsil  aldığı  illərdə Avropa
klassikası onun təxəyyülünü “zəbt etmişdi”, o həm də memarlıqda rus
klassisizminin irsini ətrafl ı öyrənirdi.
Bakı şəhərində M.Useynovun memarı olduğu və heykəltəraş Fuad Əbdürrəh-
manovla birlikdə layihələndirdiyi bu abidələr kimlərin xatirəsinə ucaldılıb?
Nəyə  əsasən  heykəllərin  yaradılmasında  memarlar  iştirak  edir?  Fikrinizi 
əsaslandırın.
Düşünün və izah edin


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə