DersliK 9-az new indd



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə17/34
tarix20.09.2017
ölçüsü3,69 Kb.
#1139
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   34

AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
63
Rəngkarlıq əsərlərinin miqyası nəyə əsasən seçilir? Əsərlərdə rəng və
forma bir-biri ilə necə əlaqəlidir?
MİRCAVAD MİRCAVADOV: MİQYAS,
 
RƏNG və FORMA
Tanış olun
Görkəmli fırça ustası Mircavad Mircavadov Azərbaycan rəssamlığın-
da müasir istiqamətin və “Abşeron məktəbi”nin banisi kimi tanınır. Azər-
baycan incəsənətinə improvizasiya və sərbəstlik gətirən rəssam tamamilə
yeni üfüqlərin açılmasına səbəb oldu. Qiyamçı və eksperimentator, non-
konformist
1
və novator olan M.Mircavadovun əsərləri Azərbaycan təsviri
sənətinə böyük təsir göstərdi. M.Mircavadovun əsərlərini ya qeyd-şərtsiz
qəbul, ya da rədd edirdilər. Lakin onun yaradıcılığı zaman baxımından biz-
dən uzaqlaşdıqca rəssamın müasir Azərbaycan incəsənəti tarixində tutdu-
ğu yerin unikallığı daha aydın görünməkdədir. Rəssam bu mövqeyi sovet
dönəmində uzun illər davam edən sükut və biganəlikdən sonra qazanıb.
Müasir rəssamların nail olmaq istədiyi yeniliklər nə ilə nəticələnir?
İncəsənətə dair dialoq
Xatırlayın
14
Təsviri sənət qalereyası
“Yüzilliklərin himni” silsiləsindən. 1986
“Nuhun gəmisi”. 1987
1
Nonkonformizm (ing. nonconformism (non – yox (conformis – oxşar) – qeyri-oxşar) –
hamı tərəfi ndən qəbul edilmiş qaydaların, dəyərlərin, ənənələrin və qanunların inkar edil-
məsi. “Neqativizm” anlayışının sinonimi.


AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
64
MİRCAVAD MİRCAVADOV: MİQYAS, RƏNG və FORMA
Tələbəlik illərində sənətlə bağlı o dövrdə qəbul olunmuş tədris sistemi
istedadlı gənc rəssamı qane etmirdi. Çünki keçmiş Sovet İttifaqındakı
bədii təhsilin mühüm hissəsini təşkil edən sosializm realizminin ehkam-
ları M.Mircavadova yad idi.
Rəssam Sezannın əsərlərini Ermitajda görmək arzusunda idi. O illər-
də Sovet İttifaqında impressionist və postimpressionistlərin yaradıcılığı
qadağan  edilmişdi.  Lakin  M.Mircavadov  Leninqrada  (indiki  Sankt-Pe-
terburq) gedir və Dövlət Ermitajında onu maraqlandıran bütün kolleksi-
yaya baxmağa nail olur. Sənətə vurğunluğu onu Ermitajda adi fəhlə iş-
ləməyə vadar edir. Rəssam El Qrekonun, Rembrandtın əsərlərindən çox
şey öyrənir, surətlərini çıxarır, orijinalını ətrafl ı tədqiq edir. Sezannın
və van Qoqun qadağan edilmiş əsərləri Mircavad üçün əsl məktəb olur.
Leninqrad  Antropologiya  və  Etnoqrafi ya  Muzeyindəki  kolleksiyalarla
tanışlığı rəssamda güclü yaradıcılıq həvəsi oyadır. O, burada Afrika, Oke-
aniya,  İndoneziya, Yaxın  Şərq  xalqlarının  ənənəvi  incəsənətini  yaxından
öyrənir.
1954-cü ilədək Leninqradda yaşadıq-
dan sonra o, Bakıya qayıdıb yaradıcılıqla
məşğul olur və bu həyat tərzi 10 il çəkir.
Rəssam  öz  təcrübələrində  təsviri  sə-
nət  üçün  ənənəvi  olmayan  materiallar-
dan – metal, daş, qum, bitum, qatran və
sementdən  istifadə  edirdi.  Bu  material-
lar  nəticəsində  yaranan  eksperimental
əsərlər  özlüyündə  heyrətləndirici  qüv-
vəyə malik idi.
M.Mircavadovun  ən  erkən  rəngkarlıq
əsəri  “Yırtıcı”dır.  Burada  ayaqları  bağlı,
arxası  üstə  yıxılmış  qoyun,  yaxında  isə
bir  canlı,  dişini  ağardan  və  torbasayağı
göv dəsi olan məxluq təsvir olunub. Bura-
da  rəssamın  təsvir  etdiyi  cəmiyyətə,  onu
əhatə  edən  mühitə  kinayəli  yanaşdığı  ay-
dın görünür.
Rəssamın  qrafi k  əsərlərinə  məxsus
qüvvə,  enerji,  həm  də  miqyas  tamaşaçını
heyrətləndirir.  Onların  bəziləri  tuşla,  bə-
ziləri  karandaşla  icra  olunub.  Qrafi k  əsər-
lərdə digər cəhət də diqqəti cəlb edir: əksər
rəsmlərdə  insanın  bədən  hissələrində  baş
verən dəyişikliyi müşahidə etmək olur.
“Kişi rəsmi”. 1950. Kağız, qrafi t
“Yırtıcı”. 1967


AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
65
MİRCAVAD MİRCAVADOV: MİQYAS, RƏNG və FORMA
Ətraf mühiti təsvir edərkən rəssamın müxtəlif emosional və psixoloji
çalarlarını div obrazında görmək mümkündür. Bu məfhum ənənəvi mi-
fologiyada öz əlamətinə görə (divlər xeyirxah və qəddar, cəsur və qorxaq
“Ümid işığı”. 1982
XX  əsr  rəssamlığı-
nın iki böyük nümayən-
dəsi – Pablo Pikasso və
Salvador Dali Mircavad
Mircavadovun  sevim-
li  rəssamları  və  onun
üçün  şübhə  doğurma-
yan  avtoritetlər  idilər.
“Ümid  işığı”  adlı  əsə-
rini o, Salvador Daliyə
həsr etmişdir.
Bilirsinizmi?
Yaşadığı illər
Doğulduğu yer
Təhsili
Ad və mükafatları
Üslub və texnika
Əsərlərin mövzusu
Məşhur əsərləri
19.01.1923 – 24.06.1992
Bakı, Azərbaycan
Ə.Əzimzadə  adına  Azərbaycan  Rəssamlıq  Məktəbi
(1941–1949)
Azərbaycan Rəssamlar İttifaqının üzvü (1975), Rəs-
samlar  İttifaqı  İdarə  Heyətinin  üzvü  (1987), Azər-
baycanın əməkdar incəsənət xadimi (1988)
avanqard; rəngkarlıq
portret, mifologiya, süjetli əsərlər, mənzərə
“Xırmanda”  (1968),  “Fayton”  (1968),  “Öküzün  nal-
lanması”  (1970–1971),  “Od  gəlini”  (1970),  “Sirk”
(1981), “Yuva” (1982), “Məxfi gecə” (1982), “Letargi-
ya” (1983), “Humay quşu” (1984), “Hərəkət” (1986),
“Od tanrısı” (1987) və s.
Mircavad Mirhaşım oğlu Mircavadov
Həyat xronologiyası
GÖRKƏMLİ SƏNƏTKARLAR


AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
66
MİRCAVAD MİRCAVADOV: MİQYAS, RƏNG və FORMA
Azərbaycanın hansı rəssamı üslub, qəhrəmanları və düşüncə tərzinə görə Mir-
cavad Mircavadova yaxın idi?
Düşünün və izah edin
Azərbaycan  incəsənətinin  tarixi  üçün  və  xüsusilə  müasir Azərbay-
can  rəngkarlıq  məktəbinin  formalaşmasında  Mircavad  Mircavadovun
xidmətlərini sona qədər dərk etmək çətindir. Azərbaycan rəssamlarının
ötən əsrin “yet mişinci illər nəsli”nin çoxu “Mircavad təsiri” altında for-
malaşmışdır. Onların əksəriyyəti tədricən incəsənətdə öz yolunu və hər
biri  öz  fərdi  üslubunu  tapmışdır.  Bir  çox  rəssamların  yaradıcılığında
Mircavadın bu gün də dəstxəti hiss edilir.
Rəssamın sənəti yalnız 1987-ci ildə tanındı. Onun əsərləri dünyanın
bir çox muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır. Bakının, Mos-
kvanın, bir sıra Avropa paytaxtlarının, həmçinin Yaponiya şəhərləri nin
ən nüfuzlu sərgi salonlarında bir çox sərgiləri təşkil olunmuşdur.
Müəyyən edin
1. 
M.Mircavadovun dərslikdə verilmiş əsərlərinin əsas mövzusunu nə
təşkil edir?
Yaradıcı fəaliyyət
2. 
Rəng təzadını və forma müxtəlifliyini nəzərə alaraq qeyri-adi mifolo-
ji canlını və onun ətrafını təsvir edin.
Təchizat: rəngli karandaşlar, flomasterlər, pastel təbaşirlər, quaş
 
Sərbəst iş üçün tapşırıqlar
3. 
M.Mircavadov haqqında əlavə məlumat toplayın və təqdimat hazırlayın.

Azərbaycanın müasir təsviri sənətində M.Mircavadovun rolu nədən
 ibarətdir?
Özünüzü yoxlayın
olurlar) birmənalı deyil. Mircavadın yaradıcılığında bu, insanda ola bilə-
cək bütün rəzil cəhətləri özündə birləşdirən personajdır.
M.Mircavadovun  əsərlərindəki  digər  sabit  obraz  qadındır.  O,  xe-
yirxah və qəddar, zəhmətkeş və çox qəşəng, ağıllı ola bilir.
Onun yaratdığı əsərlər arasında bir sıra mənzərələr də var.
Rəssam üçün məhz rəng başlıca məna yükü daşıyır. Rəssam rəngkar-
lıqda sanki rəng və forma arasındakı təzadı aradan qaldırmağa çalışır.
Rəng karlığın  bu  iki  elementi  Mircavad  kompozisiyasının  əsas  təkrar-
olunmaz ifadə vasitəsidir.


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə