DersliK 9-az new indd



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə25/34
tarix20.09.2017
ölçüsü3,69 Kb.
#1139
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   34

ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
96
RƏSSAM və TEATR SƏNƏTİ
RƏSSAM  və  GEYİM.  Rəssamın  geyim  üzərində  işi  eskizdən  başla-
yır. Belə ki, personajın obrazının səciyyəvi xüsusiyyətləri artıq eskizdə
dəqiqləşdirilməlidir. Geyimin eskizləri tamaşanın səhnəqrafiyası ilə eyni
üslubda cızılır. Hər personajın geyimi tamaşanın bütün aktyorları üçün
vahid bir üslubda nəzərə alınaraq yaradılır.
Rəssamın  düşündüyü  geyim  yalnız  aktyorun  səhnədə  oyunu  zama-
nı məna daşıyır. Aktyorun geyimdə davranışı, hərəkət etməsi, geyimin
zahiri və daxili baxımdan yaddaqalan obrazın yaradılmasında ona necə
kömək etməsi – rəssamın işinin uğurlu alınmasına sübutdur.
RƏSSAM–AKTYOR–QRİM.
Səhnədə  dekorasiyalar  qurulsa
da, işıqlar gur yansa da, musiqi
səslənsə  də,  ak tyor  yoxdursa,
deməli,  tamaşa  da  yoxdur.  Ak-
tyor  teatr  sənətinin  təməlidir,
məhz onun sayəsində pyesin mət-
ni  və  dekorasiyalar  canlanır,  re-
jissor və rəssamın düşüncələri öz
təcəssümünü  tapır. Aktyorun  öz
qəhrəmanına çevrilməsi teatr sənətinin mahiyyəti və məğzidir.
Səhnədə  baş  verənlərin  bizdə  yaratdığı  bədii  təəssürat,  əsasən,  ak-
tyorun sayəsində yaranır. Aktyorluq sənəti rəsmdən daha çox, heykələ –
plastika sənətinə yaxındır. Obrazlı desək, aktyorlar öz forma və məğzini
hər zaman dəyişən “canlı heykəllər”dir. Heykəlin obrazlı ifadəsi ilə ak-
tyorun səhnə hərəkəti insan vücudunun plastikasının eyni dilində danı-
şır. Aktyor da rəssam kimidir: öz plastikasının canlı və dinamik heykəl
forması ilə tamaşanın görünən simasını yaradır.


ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
97
RƏSSAM və TEATR SƏNƏTİ
Aktyor teatrda öz qəhrəmanının maskası arxasında gizlənir. O daha
çox personajı təmsil edir, onun xarakter və davranışını təsvir edir. Oyun
maskasının yaranmasında zahiri ifadə vasitələri – qrim və plastika, da-
nışıq tərzi və geyimin xüsusiyyətləri böyük rol oynayır. Qəhrəmanın za-
hiri siması onun daxili aləminin və xarakterinin əksidir.
Qrimçi rəssam qrimi düşünüb-daşınır, uyğun parik və taxma saç ax-
tarır, saç düzümü yaradır, bığ-saqqal yapışdırır. Rəssam qrim etməklə
aktyora müəyyən qəhrəmanın obrazını verir.
Jest – heykəltəraşlıqda və səhnədə ifadənin dili 
Zakir Əhmədov.
“Nəvələr”
Kompüterin köməyi ilə qrim nümunələri və zahirən dəyişilmək üçün
olan digər vasitələr yaratmaq çox faydalı və maraqlıdır. Rəssam fotonu
əsas götürərək aktyorla birlikdə personajın simasını müxtəlif variant-
larda yarada bilər.
RƏSSAM–TAMAŞAÇI–PLAKAT. Teatr sənəti tamaşaçısız mövcud
deyil. Bəs tamaşaçı tamaşa barədə məlumatı haradan alır? Bunun üçün
öncə tamaşanın reklamı, onun yaradıcıları ilə müsahibələr hazırlanır və s.
Yenə də burada rəssamın artıq afi şa, proqram, buklet və s. yaradan dizay-
ner kimi iştirakı tələb olunur.


ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
98
RƏSSAM və TEATR SƏNƏTİ
Teatr plakatı və afişası sənəti qrafik dizayn sahəsinə aiddir. Lakin ənənə-
vi olaraq bu həm də tamaşanın istər səhnədə, istərsə də plakatda – bütün
obrazlı həlli üçün məsuliyyət daşıyan quruluşçu rəssamın fəaliyyət da-
irəsinə daxildir. Tamaşanın plakatda əks olunmuş obrazı, onun qabarıq
ifadəsi tamaşaçını aktyorların adlarından heç də az cəlb etmir.
Teatrın cəmiyyətdə və sizin həyatınızda rolu nədən ibarətdir?
Düşünün və izah edin
Biz hər şəhərdə tamaşa salonu, işıqlı foyesi, geniş səhnəsi olan gözəl teatr
bi nasının olmasına alışmışıq.
Lakin heç də həmişə belə olmayıb. Hələ iki yüz il əvvəl tamaşa salonu elek-
trik  işığı  ilə  deyil,  şamla  işıqlandırılırdı.  Ondan  daha  əvvəllər  isə  tamaşalar
gündüz, açıq səma altında oynanılırdı. O zamanlar tamaşalar da, teatr binası
da, rəssamın teatrda rolu və vəzifəsi də başqa idi.
Bilirsinizmi?
Hər bir təsviri heç də sənət əsəri adlandırmaq olmaz. Onu əsərə çe-
virən fırça, yaxud fotoaparat deyil, rəssamın istedadıdır.
İncəsənət təkcə təsvir etmək bacarığı deyil, həm də gözəlliyi görmək,
onu hiss etmək və ondan zövq almaq qabiliyyətidir.
Teatr sənəti ilə tanış olarkən sanki istənilən fəaliyyət dairəsində ya-
radıcı insan kimi yetişməyinizə kömək göstərəcək təcrübə və bilik əldə
edirsiniz.
Təchizat: rəngli karandaşlar, flomasterlər, pastel təbaşirlər, rəngli qə-
ləm lər, quaş
 
Sərbəst iş üçün tapşırıqlar


ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
99
RƏSSAM və TEATR SƏNƏTİ
Müəyyən edin
1. 
“Teatr sənəti və rəssam” mövzusunda araşdırma (fərdi və yaxud kol-
lektiv) aparın. Rəssam və aktyor yaradıcılığının qarşılıqlı əlaqəsini,
həmçinin cəmiyyətdə teatrın rolunun necə dəyişdiyini izah edin.
Yaradıcı fəaliyyət
2. 
Bütün siniflə birlikdə məktəbdə yaddaqalan tamaşa göstərməyə və öz
dostlarınızı dəvət etməyə çalışın. Bunun üçün mövzunu seçmək və
onun əsasında “Teatr və rəssam” layihəsini araşdırmaq lazımdır.
Sinifdə “Quruluşçu rəssam”, “Qrim üzrə rəssam”, “Geyim üzrə rəs-
sam” və “Aktyorlar” adlı yaradıcı qruplar yaradın. Dərslikdəki mət-
nin əsasında hər bir rəssamın fəaliyyəti ilə tanış olacaq və müvafiq
olaraq da təklif edilən tapşırıqları yerinə yetirəcəksiniz. Hər hansı
bədii əsərdən xoşunuza gələn bir fraqmenti seçin və onun əsasında öz
şəxsi ssenarinizi tərtib edin.
“Quruluşçu rəssam”: üç-dörd əşyadan ibarət tamaşa yeri yaradın – stol, 
stul, kətil və s. Eyni əşyalardan müxtəlif məkanlar – hazırlanacaq tama-
şanın eskizi və maketi yaradıla bilər. Dekorasiya elementləri – dəzgahlar, 
arakəsmələr, nərdivanlar, yastıqlar və s. məktəb tamaşasında istifadə edilə 
bilər. Səhnə üçün dekorasiya, afişa, proqram, buklet və s.  hazırlayın.
 
“Qrim üzrə rəssam”: tamaşada iştirak edən hər obraz üçün qrim düşünün. 
Aktyorların üzünü rəngin, plastik və tüklü yapışqanın, parikin, saç düzü-
münün  və  s.-nin  köməyi  ilə  dəyişin.  Qrimin  xarakteri  tamaşaya  yazılmış 
mətnin  bədii  xüsusiyyətlərindən,  aktyorun  fikrindən,  rejissor  konsepsiya-
sından və tamaşanın tərtibat üslubundan asılıdır. Hazırlanan tamaşanın 
personajlarının qrim və saç düzümü variantlarını (kompüter vasitəsilə də 
ola bilər) yaradın.
 
“Geyim  üzrə  rəssam”:  səhnə  geyiminin  xüsusiyyətləri  nəzərə  alınmaqla 
personajların geyim eskizlərini hazırlayın. Tamaşanın geyim və səhnəqra-
fiyasının  vahid  üslubuna  nail  olmaq  –  işin  uğur  meyarı  sayılır.  Geyimləri 
kağızdan, parçadan, yaxud əl altında olan artıq kostyum materiallarından 
hazırlamaq olar.
 
“Aktyorlar”: ssenari və rollar ilə tanış olun, obraza girin və öz “rolunuzu” 
yerinə yetirin.
3. 
“Teatr  və  rəssam”  layihəsi  çərçivəsində  rejissor,  aktyorlar  və  rəs-
samların işinin nəticəsinin sərgi formasında təqdimatını keçirin.
3
 
Teatrda rəssamın əsas vəzifələri nədən ibarətdir?
3
 
Səhnəqrafiyanın rəngkarlıqdan əsas fərqi nədir?
Özünüzü yoxlayın


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə